Məhkəmə qərarları › İş №1(102)-1833/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1833/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1833/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-249/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamışdır. 2. 22 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 avqust 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmi ş işin faktiki hallarına görə ki, Məhkum ölkə ərazisində narkotik vasitə və psixotrop maddələrin, eləcə də, güclü təsir edən maddələrin satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Renat” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Renat” adlı şəxs tərəfindən göndərilmiş ümumi təmiz çəkisi 4,511 qram təşkil edən külli miqdarda narkotik vasitə kokaini, tərkibində psixotrop maddə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 2,2 qram olan 4 ədəd boz rəngli beşbucaqlı və 7 ədəd çəhrayı rəngli üzərində “Levis” göstəricisi olan ümumilikdə 11 ədəd həbləri, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin ümumi miq darı 12,6 qram olmaqla külli miqdar təşkil edən, 14 ədəd üzərində “Gerica” göstəricisi olan ağ-qəhvəyi rəngli və 56 ədəd üzərində “Alyse-150” göstəricisi olan ağ rəngli dərman kapsullarını istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdikdən sonra narkotik vasitə kokaini bükümlərə, psixotrop maddə MDMA həblərini və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin həblərini isə ayrı-ayrılıqda konvalyutlarda ayıraraq özündə saxlamaqla daşımış, 07 aprel 2022-ci il tarixdə, saat 16:05-də ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada barəsində şəxsi axtarış keçirilən zaman üzərində olan açıq qəhvəyi rəngli əl çantasının içərisindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,727 qram, 0,911 qram, 0,427 qram və 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 4,511 qram təşkil edən külli miqdarda həmin narkotik vasitə kokain, tərkibində psixotrop maddə MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 4 ədəd boz rəngli beşbucaqlı həblər, tərkibində psixotrop maddə MDMA-nın təsir maddəsinin ümumi miqdarı 1,4 qram təşkil edən, 7 ədəd üzərində “Levis” göstəricisi olan çəhrayı rəngli həblər, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edən, bir ədəd konvalyutda 14 ədəd olmaqla üzərində “Gerica” göstəricisi olan ağ-qəhvəyi rəngli dərman kapsulları, tərkibində narkotik vasitə lərə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı külli miqdarda 8,4 qram təşkil edən, dörd ədəd konvalyutda 56 ədəd olmaqla üzərində “Alyse-150” göstəricisi olan ağ rəngli dərman kapsulları və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində kokainə məxsus izlər aşkar edilmiş və “prolessignal digital scale 2x aaa” yazısı olan gümüşü rəngli 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1489/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəl əri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Şəfiyeva Gülsabah Nəsib qızı apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, Məhkum barəsində azadlıqdan m əhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmiş, daha sonra təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətində dəqiqləşdirmə verib onun barəsində bəraət hökmünün çıxarılması, bu mümkün olmadıqda təyin edilmiş cəzanın azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-249/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1489/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli hökmünün təyin edimiş cəzaya münasibətdə dəyişdirilməsi, həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının 06 (altı) ilə end irilməsi, yeni həddə cəzanın hökmə əsasən Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kasasiya protesti verib qərarın cəza təyini hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul ediləsini xahiş edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-131/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 1(103)-249/2023 nömrəli, 03 may 2023cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından hazırda Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində qeyd edimişdir ki, məhkəmələr cinayət işi üzrə toplanılmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, məhkumun psixi və fiziki təzyiqlə ibtidai istintaqda verdiyi ifadəsini əsaslı saymışlar. Məhkum özünü Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirli bilsə də, heç bir dəlil olmadan digər maddələrlə də məhkum olunmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-249/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarının məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv edilməsi, ilk məhkumluğu nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni q üvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Kassasiya şikayətində Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilmədiyini, eləcə də Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, kassasiya xahişi faktiki olaraq Azər baycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-249/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibini n bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir c inayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsini n 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

23. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.

24. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi e dilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin cinayəti törətməkdə təqsiri ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, “mobil telefona baxış” protokolu, məhkumun istifadəsində olan mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olan CD diskə baxış protokolu, ekspert rəyləri, istintaq hərəkə tlərinə aid protokollar, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Məhkəmələr yuxarıda sadalanan sübutları məhkumun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə müqayisəli şəkildə tədqiq edərək, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab etmiş, üzərində 56 ədəd Alsye və 11 ədəd MDMA həblərindən başqa narkotik vasitələrin olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadələri özünü müdafiə üsulu kimi, cinayət məsuliyyətindən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirmişlər.

26. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sü butlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

27. Baxılan kassasiya şikayətinin dəlilləri olaraq irəli sürülmüş Məhkum ibtidai ist intaq dövründə işgəncəyə məruz qalaraq, polis əməkdaşları tərəfindən etirafedici ifadə verməyə məcbur edilməsi barədə xüsusatlara münasibətdə məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai isti ntaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı, № 15, § 25, 24 dekabr 2021-ci il).

28. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi ha qqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).

29. Təsvir edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işinin materiallarından göründüyü kimi, Məhkum peşəkar vəkillə təmin edilmiş, lakin istər özü, istərsə də vəkili vasitəsilə ibtidai istintaq dövründə pis rəftara məruz qalmasına dair şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, hazırda da bu halı hər hansı dəli llə əsaslandırmamış və ya izah etməmişdir.

30. Məhkumun məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddiaya münasibətdə məhkəmə kollegiyası Ali Məhkəmənin yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarının 26-cı bəndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək v əzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

31. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməlidir, dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartını tətbiq edir və belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyasının birgə mövcudluğundan irəli gələ bilər (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10, § 151, 18 iyun 2019-cu il).

32. Kassasiya şikayətində pis rəftarla bağlı qaldırılan iddia ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir.

33. Müvafiq olaraq, məhkəmə kollegiyası təsviri verilən xüsusatları, o cümlədən Məhkum baxılan kassa siya şikayətində fiziki və ya psixi zorakılığa məruz qalmasına dair əsaslı şübhə yaradan heç bir dəlil təqdim etmədiyini nəzərə alaraq, ibtidai istintaq dövründə etirafedici ifadəni işgəncə təsiri altında məcbur olaraq verməsi barədə məhkumun iddiasını cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq qaldırılan dəlil kimi qiymətləndirir və bu dəlili əsassız hesab edir.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyin edilməsi ilə bağlı mövqeyi ilə də razılaşır və hesab edir ki, hazırda mübahisəsi edilən qərar həmin hissədə də müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

35. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Re spublikası CM-nin 240.3.2-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

36. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsinin sanksiyasının həddində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, təyin edilmiş cəzaları cinayətlərin məcm usu üzrə qismən toplamaqla 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Daha sonra apellyasiya instansiyası məhkəməsi məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanı 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirmiş, cinayətlərin məcmusu üzrə ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

37. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

38. Apellyasiya instansiyası məhkəməsinin qeyd edi lən məsələlər üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

39. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edi lməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

40. İstinad edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

41. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-249/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarı dəyi şdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-249/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar