Məhkəmə qərarları › İş №1(102)-1834/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1834/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1834/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, ona CM-in 313-cü maddəsi ilə CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.R.Kərimov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər: Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) Məhkum, 10 avqust 1957-ci il tarixdə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının və təndaşı, ailəli, ali təhsilli, 14 aprel 2012-ci il tarixdən 05 may 2020-ci il tarixədək İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış,ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış CM-nin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 179.4-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 06 (altı) ay müddətə, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi- məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə, CM-nin 311.3.2 və 311.3.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətə, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq əsas cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməkl ə 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 313-cü maddəsi ilə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Həmçinin hökmlə mülki iddiaçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiası təmin edilərək mülki cavabdeh Məhkum 274.894,22 (iki yüz yetmiş dörd min səkkiz yüz doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğində pulun tutularaq mülki iddiaçının xeyrinə ödənilməsi, Maraqlı şəxs1 adına rəsmiləşdirilmiş və üzərlərinə həbs qoyulmuş ünvan 2də yerləşən 55 №-li fərdi ev, ünva n 3, ünvan 4 (Yeni qaydalarla ünvan 5), ünvan 6 (Yeni qaydalarla ünvan 7), ünvan 8 (ünvan 10), ünvan 9(Yeni qaydalarla ünvan 11), ünvan 12 ev, Maraqlı şəxs1 adına rəsmiləşdirilmiş BMW X5 markalı Az **-CM-*** dövlət qeydiyyat nömrəli minik avtomobili, Maraqlı şəxs2 adına rəsmiləşdirilmiş «Land Rover Range Rover» markalı Az **-KH-*** dövlət qeydiyyat nömrəli minik avtomobili, Maraqlı şəxs1 təsisçisi olduğu "xxxx" MMC-yə sənədləşdirilmiş «BMW 740İ» markalı Az **-AZ-*** dövlət qeydiyyat nömrəli və «Bentley Continental GT» markalı Az **-PR-*** dövlət qeydiyyat nömrəli minik avtomobilləri, həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsində saxlanılan 6.298.834 manat ekvivalentində 2.504.057 ABŞ dolları, 1.006.470 Avro, 365 İngilis funt sterlinqi, 60 İsveçrə fran kı, 455 Türk lirəsi, 1.970 BƏƏ dirhəmi, 19.350 Rusiya rublu şəklində xarici valyutalar və 55.550 manat olmaqla, cəmi 6.354.384 manat məbləğində nağd pul vəsaitinin xüsusi müsadirə edilməsi, üzərlərinə həbs qoyulmuş müsadirə edilən əmlaklar hesabına zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi, qalan hissəsinin isə dövlət nəfinə alınması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində birbaşa özü üçün şəxsən və vasitəçidən istifadə edib pul vəsaitləri qismində maddi nemətləri istəyərək qəbul etməklə təkrar külli miqdarda rüşvət almış, tamah niyyətilə təkrarən vəzifə səlahiyyətlərindən su iistifadə, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, habelə vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə və informasiya resurslarına təkrarən bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törədərək ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrar mənimsəmə və israfetmə yolu ilə talamış, qanunsuz olaraq döyüş sursatını əldə edərək daşımış və saxlamışdır. Hökmdən məhkum edilmiş şəxs-mülki cavabdeh Məhkum müdafiəçisi Kərimov Elmar Ramiz oğlu, Maraqlı şəxs2, eyni zamanda digər maraqlı şəxs (hüquqi şəxs) "Xəzər222” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Maraqlı şəxs1 və maraqlı şəxslərin (hüquqi şəxs) nümayəndəsi (vəkil) Nümayəndə8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 30 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş,, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından maraqlı şəxs, eyni zamanda maraqlı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi Maraqlı şəxs1 və vəkili İsmayılov Yusif Yaşar oğlu tərəfindən birgə verilmiş, Maraqlı şəxs2 və vəkili İsmayılov Yusif Yaşar oğlu tərəfindən birgə verilmiş, zərərçəkmiş hüquqi şəxs İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 24 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 20 22-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.R.Kərimov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi E.R.Kərimov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qərar əsaslandırılmamış, cinayət qanunvericiliyinin normalarına riayət edilməmiş, cinayət işi üzrə istintaq orqanı və məhkəmə tərəfindən ədalətli araşdırma aparılmamış, nəticədə təqsirləndirilən şəxs barəsində əsassız olaraq çıxarılmış ittiham hökmü dəyişdirilmədən saxlanılmışdır. Müstəqil olaraq heç bir araşdırma aparmayan apellyasiya inst ansiyası məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi ziddiyyətli və qeyri-mötəbər məlumatlar verən şahid ifadələri və rəylərdən əlavə İmişli RİH başçısı aparatının baş mühasibi Xnun əlyazmalarına və elektron qaydada özü üçün tərtib etdiyi hesabata istinad etməklə kifayətlənmişdir. Halbuki, cinayət işində Məhkum ona qarşı irəli sürülmüş bütün ittihamlar üzrə təqsirliliyini təsdiq edə biləcək heç bir sübut yoxdur. Belə ki, birinci instansiya məhkəməsində araşdırma zamanı dindirilmiş şahidlərdən heç biri Məhkum şəxsən tanıdıqlarını və onunla hər hansı münasibətinin olduğunu göstərməmişdir. Əksinə, məhkəmə istintaqında dindirilmiş bir çox şahidlər, ibtidai istintaq zamanı tərtib edilmiş dindirmə protokollarında olan ifadələrini təsdiq etməmiş, açıq şəkildə bildirmişlər ki, onlar i btidai istintaq zamanı belə ifadələr verməmişlər. Apellyasiya istinasiyası məhkəməsi isə bu şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri deyil, ibtidai istintaq zamanı istintaq orqanının tərtib etdiyi porotokollarda əks olunmuş ifadələrini olduğu kimi qərara köçürmüş, hətta məhkəmə şübhəli şəxs qismində tutulduğu zaman Məhkum oxumadan imzaladığı şübhəli şəxsin dindirmə protokoluna qərarda istinad etmiş və onun öz müdafiəçilərinin iştirakı ilə verdiyi sonrakı mötəbər ifadələrini ümumiyyətlə nəzərə almamış, bununla da ədalət mühakiməsini həyata keçirmək əvəzinə ittiham orqanının funksiyalarını yerinə yetirmişdir. İş üzrə ekspertlərin məhkəmə iclasına dəvət edilərək dindirilmələrinə dair vəsatət əsaslı olduğundan, birinci instansiya məhkəməsi bu vəsatəti təmin etmiş, məhkəmə icl asında dindirilmiş ekspertlər öz ifadələrində yalnız yoxlama aktlarının məzmunu ilə kifayətləndiklərini etiraf etmiş və təsərrüfat obyektlərinə heç bir baxış keçirmədiklərini etiraf etmişlər. Lakin, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatəti təmin etməmişdir. Maraqlı məqam ondan ibarətdir ki, tikinti obyektlərini görmədən, onlara baxış keçirmədən həmin obyektlər barədə rəy verilməsi qeyri-mümkündür. Məhkəmə bu halı ümumiyyətlə nəzərə almamışdır. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi, işdə heç bir mötəbər sübut olmadan, zidiyyətli və ehtimallar əsasında tərtib edilmiş mütəxəssis akt və rəyləri, habelə İmişli RİH başçısı aparatının baş mühasibi Xnun rəsmi sənəd olmayan və mötəbərliliyi yoxlanılmayan, sonuncunun uzun müddət özü üçün tərtib etdiyi əlyazmalarına və elektron qaydada özü üşün tərtib etdiyi hesabata istinad etmiş, heç bir mötəbər sübut olmadan əsassız və qanunsuz olaraq Məhkum barəsində ittiham hökmü çıxarılmışdır. Bundan başqa, Məhkum heç bir təqsiri olmadığı halda, digər maddələrlə yanaşı həm də CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş üzrə ov silahı üçün nəzərdə tutulmuş və rəsmi olaraq mağazadan alınmış patronların arasında bəziləri, ekspert rəyinə əsasən, barıtının bir qədər çox olması səbəbindən döyüş sursatı kimi qiymətləndirilmiş, qeyd edilən həmin rəy isə ittihamın irəli sürülməsi üçün əsas olmuşdur. Halbiku, yalnız ekspertin müəyyən edə biləcəyi halın Məhkum əvvəlcədən müəyyən edə bilməsinin qeyri-mümk ünlüyü məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşdə mağaza müdirinin vəkil sorğusuna verdiyi rəsmi cavabdan da qeyd edilənlərin həqiqət olduğu aşkar müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyri-obyektivliyini təsdiq edən hallardan biri də odur ki, məhkəmə yalnız bir halı, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Halbuki, məhkəmə iclasında onun müharibə veteranı olmasını, dəfələrlə dövlət təltifləri ilə mükafatlandırılmasını, habelə səhhətində ciddi problemlərin olmasını təsdiq edən sənədlərin təqdim edilməsinə baxmayaraq, məhkəmə heç bir əsas olmadan həmin sənədləri və halları nəzərə almamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi əmlak müsadirəsi hissəsində də tamamilə q anunsuz qərar qəbul etmişdir. Qanunun tələbinə zidd olaraq, birinci instansiya məhkəməsi tərəfindən Məhkum və onun adına olmayan, onun İmişli rayonunda fəaliyyətə başlamamışdın əvvəl əldə edilmiş əmlakların, qanunsuz yolla əldə edildiyinə dair heç bir sübut olmadan müsadirə edilməsnə dair hökm çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi işin bu halına ümumiyyətlə heç bir əhəmiyyət verməmişdir. Qeyd olunanlara əsasən müdafiəçi E.R.Kərimov kassasiya şikayətinin təmin edilərək Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin müdafiəçi E.R.Kərimov, zərər çəkmiş hüquqi şəxslərin nümayəndələri, maraqlı şəxslər naməlu m səbəblərdən məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, onun müdafiəçisi E.R.Kərimovun, zərər çəkmiş hüquqi şəxslərin nümayəndələrinin, maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açıl ır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyasında baxılanadək məhkumun müdafiəçisi E.R.Kərimov 30 oktyabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edib hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətini geri götürmək niyyətinin olmasını bildirərək Bakı Apelyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin kassasiya şikayətinə baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peniten siar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 24 oktyabr 2023-cü il tarixli 3-16-17/32/2-5262/2023 saylı müşaiyətedici məktubla Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi E.R.Kərimovun və Məhkum ərizələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kass asiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-nin 414.5-ci maddəsinin tələbinə görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum və onun müdafiəçisi E.R.Kərimovun ərizələrini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi E.R.Kərimov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum və onun müdafiəçisi E.R.Kərimovun ərizələri təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, ona CM-in 313-cü maddəsi ilə CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.R.Kərimov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar