Məhkəmə qərarları › İş №1(102)-1834/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1834/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1834/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkm Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Muradov Altay Oqtay oğlunun iştirakları ilə xx xxx 1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, evli, məhkumluğu olmayan, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, ünvan1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli 1(103)-232/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Muradov Altay Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavələrə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(101)-188/2022 nömrəli hökmü ilə (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), F.Ə.Qəniyev və S.S.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.3.2-ci mad dəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 mart 2021-ci il tarixdən hesablanması hökm edilmiş, Zərərçəkmiş şəxs19 tərəfindən verilmiş mülki iddia təmin edilmiş və ona dəymiş 10.000 (on min) manat Məhkum alınaraq Zərərçəkmiş şəxs19 ödənilməsi müəyyən edilmiş, Zərərçəkmiş şəxs16 Məhkum qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Hökmdən məhkum edilmiş Məhkum özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən, işə baxan Ba kı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə etməklə özünü “SOCAR” şirkətinin “Tanap” lahiyəsində işlədiyini bildirib onu “Tanap” lahiyəsində sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 15 mart 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “A zadlıq” metrostansiyasının yaxınlığında çay evlərinin birində 600 manat, 18 mart 2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Tibb” texnikumunun yanında olan kafedə 250 manat, 22 mart 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının qarşısında 150 manat pulunu alıb Samir Məstəliyevin vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 1.000 (min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X müəllim» a dı ilə təqdim edib, onu oğlu X və qohumu X5 “Caspian Driling” şirkətində sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 25 mart 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Ak.Həsən Əliyev küçəsində yerləşən “Rahat” marketin qarşısında 1.000 manat, 3 aprel 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Ak.Həsən Əliyev küçəsində yerləşən “Rahat” marketin qarşısında 3.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş, Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs8 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 4.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şir kətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş, Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs13 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.400 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs13 ümumilikdə 2.400 (iki min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində bi rləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs6 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 4.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs5 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs2 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcada n əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs4 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 i lə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs3 Söhbət oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə k məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs10 bu barədə bildirmiş, o da bununla razılaşaraq 30 mart 2017-ci il tarixdə ünvan 2 ünvanında 2.800 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 ümumilikdə 2.800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs14 bu barədə bildirmiş, o da bununla razılaşaraq 02 aprel 2017-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Bakı Beynəlxalq Avtovağzalında” 3.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs14 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah ni yyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs11 bu barədə bildirmiş, o da bununla razılaşaraq 03 aprel 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində 1.500 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 ümumilikdə 1.500 (bir min beş yüz) manat məbləğ ində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs15 bu barədə bildirmiş, o da bununla razılaşaraq 05 aprel 2017-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Lökbatan qəsəbəsi “Lökbatan dairəsi” adlanan yerdə 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zə rərçəkmiş şəxs15 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs9 bu barədə bildirmiş, o da bununla razılaşaraq 05 aprel 2017-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Lökbatan qəsəbəsi “Lökbatan dairəsi” adlanan yerdə 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdi kdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “SOCAR” şirkətinin “Tanap” layihəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «X10 müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “SOCAR” şirkətinin “Naftalan” layihəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs12 bu barədə bildirmiş, o da bununla razılaşaraq 23 aprel 2017-ci il tarixdə ünvan 2 ünvanında 3.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X1 mülkiyyətində olan və 1.000.000 manata satışa təklif etdiyi Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 13M ünvanda "xxxx" MTK inşa olunmuş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 883 kvadrat metr və 223 kvadrat metr sahəli qeyri-yaşayış obyektlərini bankda olan tanışları vasitəsilə 35.000 manat müqabilində 1.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib aldadaraq va hid niyyətlə əhatə olunan qəsdlə daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2019-cu ilin noyabr ayının ortalarında 10.000 manat, bundan sona 2020-ci ilin mart ayınadək olan müddətdə isə 25.300 manat pulu Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 13M ünvanda alıb ələ keçirərək zərərçəkmiş şəxs X ümumilikdə 35.300 (otuz beş min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs və digər şəxslər ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs17 mülkiyyətində olan və 4.500.000 manata satışa təklif etdiyi Bakı şəhəri NZS qəsəbəsində yerləşən «Karnaval Hall» şadlıq sarayının 5.2 00.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2021-ci ilin yanvar ayında 5.000 manat, guya alıcıya məxsus pulun xaricdə olmasını bildirməklə göstərilən məbləğdə vəsaitin ölkəyə çarter reysi ilə gətirilməsi adı ilə 2020-ci ilin avqust ayının sonları sentyabr ayının əvvəllərində həmin dövrdəki məzənnə ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları, həmçinin 2020ci ilin yanvar ayından noyabr ayınadək olan müddət ərzində alqı-satqı baş tutduqdan sonra qaytarılacağını bildirməklə müxtəlif bəhanələrlə 73.000 manat pulu ayrı-ayrı vaxtlarda Bakı şəhərində müxtəlif ünvanlarında, sonuncu dəfə isə ünvan 5ləşən «Elmed» klinikasının qarşısında alıb ələ keçirərək vədinə əməl e tməyib Zərərçəkmiş şəxs17 ümumilikdə 129.000 (yüz iyirmi doqquz min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs18 mülkiyyətində olan və 1.000.000 manata satışa təklif etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi kəndində yerləşən 50.000 kvadrat metr sahəsi olan beton zavodunu Bakı şəhərində daşınmaz əmlaka sərmayə yatıran qeyri-müəyyən şəxsə xaricdən köçürülən vəsait hesabına alacağını vəd edib, mülkiyyətin qiymətləndirilməsi üçün bank əməkdaşı kimi təqdim etdiyi Şahid9 2.000 manat pul verməsini bildirdikdən sonra vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin mart-aprel aylarında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 147 ün vanda yerləşən Respublika Diaqnostika Mərkəzinin qarşısında X6 vasitəsi ilə 1.000 manat, bir həftə sonra yenidən həmin ünvanda sonuncunun vasitəsi ilə 1.000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs18 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən digər şəxslər ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 2020-ci ilin avqust ayında Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri Yasamal rayonu ərazisində inşa etdiyi binadan güzəştli şərtlərlə 79 kvadrat metr sahəsi olan 3 otaqlı mənzilin alınmasında köməklik edəcəklərinə dair yalan vəd edib aldadaraq, 01 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi r ayonu ərazisində yerləşən 27 nömrəli notariat kontorunda 10.000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs19 10.000 (on min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarının dəyişdirilməsi və barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmadan onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs16 qarşı dələduzluq etməsi nəticəsinə gəlmişdir. Bundan başqa, digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödən ilməsi və onların heç bir şikayət və tələblərinin olmaması cəza təyini zamanı nəzərə alınmamışdır. Məhkumun özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavələrdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum yalnız Zərərçəkmiş şəxs17 aid epizod üzrə təqsirli bilinərək onun əməlinin CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi, digər epizodlar üzrə bəraət verilməsi xahiş olunur. Həmçinin əlavədə apelyasiya instansiya məhkəməsinin qərarından “Zərərçəkmiş şəxs19 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi və ona dəymiş 10000 manatın Məhkum alınaraq Zərərçəkmiş şəxs19 ödənilməsi” his səsinin ləğv edilməsi və verilmiş mülki iddianın təmin edilməməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işi faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayarkən işə qərəzli, qeyri-obyektiv yanaşmış, işin faktiki hallarına uyğun gəlməyən ehtimallara əsaslanaraq qərar qəbul etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və əlavələrinin təmin edilməsi barədə müdafiəçi A.Muradovun, kassasiya şikayətinin və əlavələrinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs16 qarşı dələduzluq cinayətinin törətmədiyinə görə həmin epizodlar üzrə ona bəraət verilməsi xahiş olunur, eyni zamanda cəza təyini zamanı cəzanı yüngülləşdirən halların nəzərə alınmaması bildirilir. Məhkum və müdafiəçi tərəfindən verilmiş əlavələrdə Məhkum 1 epizod istisna olmaqla, digər epizodlar üzrə bəraət verilməsi, onun əməlinin CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi, həmçinin verilmiş mülki iddianın təmin edilməməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-in 178.2-ci maddəsinə görə “Eyni əməllər: 178.2.2. təkrar törədildikdədörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzala ndırılır.” Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətində və müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs16, həmçinin Zərərçəkmiş şəxs17 istisna olmaqla, digər zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətinin törətməməsinə dair dəlillərini təhlil edərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərili r ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... m əhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsasland ırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keç irən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavələrdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkə mələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. İş materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətinin törətməsi digər Təqsirləndirilən şəxs ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 Söhbət oğlu, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs9 Qabil oğlu, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs18, X3 və Zərərçəkmiş şəxs19 ifadələri, şahidlər Şahid1, Zərərçəkmiş şəxs1, Şahid3, Şahid7, Şahid9 və Şahid8 ifadələri, komputer-texniki ekspertizasının 18 may 2021-ci il tarixli 5/394 saylı rəyi, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum ibtidai istintaq, birinci instansiya və apellyasiya instyansiya məhkəmələrində verdiyi ifadələri ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Həmçinin, məhkəmə kollegiyası, kassasiya şikayətinə əlavədə apelyasiya instansiya məhkəməsinin qərarından “Zərərçəkmiş şəxs19 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi və ona dəymiş 10000 manatın Məhkum alınaraq Zərə rçəkmiş şəxs19 ödənilməsi” hissəsinin ləğv edilməsinə dair tələblərin də yuxarıda istinad edilən sübutlarla əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Odur ki, onun əməlinin Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət ə məlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respubl ikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlak ını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsi n. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-i stifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM- in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, himayəsində bir azyaşlı övladının olması və iş üzrə dəymiş ziyanın bir qisminin ödənilməsi, zərərçəkmiş şəxslərin əksər hissəsi ilə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nətic əyə gəlinmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı işə baxan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhk əmə onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassasiya şikayətinin mülki iddianın təmin edilməməsi ilə əlaqədar dəlilləri əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar apelyasiya instansiya məhkəməsinin qərarında geniş şərh verildiyindən məhkəmə kolleg iyası təkrar şərhi zəruri hesab etmir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya şikayətinə əlavələrdə onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxl anılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavələrə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar