Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1834/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Babayev Zəki Baba oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il 4 sentyabr tarixli, 1(103)-1947/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X8 (sədrlik edən), Elnur Nuriyev, Kamran Muxtarov) 2024-cü il 6 iyun tarixli 1(101)-1618/2024 nömrəli hökmü ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 dekabr 2023-cü il tarixdən hesablanması, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) 2024-cü il 4 sentyabr tarixli 1(103)-1947/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 6 iyun tarixli 1(101)-1618/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HA LLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 13:00-da ünvan 2 ünvanın yaxınlığında etibarnamə ilə idarə etdiyi "Toyota Prius” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində həmin gün saat 15:05-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçilmiş, bu zaman sonuncunun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən onun qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə etməklə daşıyaraq saxladığı 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,88 qram, 0,90 qram, 0,57 qram, 0,99 qram, 0,95 qram, 0,81 qram və 0,95 qram olmaqla ümumi təmiz çəkisi 6,05 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,414 qram, 1,256 qram və 1,238 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3,908 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, m əhkəmə instansiyalarının qəbul etdikləri hökm və qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, məhkəmə istintaqının tam obyektiv və hərtərəfli araşdırma aparılması görüntüsü yaratmaq cəhdləri uğursuz hesab olunmalı, həmin hökm və qərar məhkəmə sisteminin nüfuzuna kölgə salmaqla məhkəmənin müstəqillik prinsipinə formal yanaşma kimi qəbul edilməlidir. Məhkəmə heç bir sübutun əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik olmadığını, hər bir sübutun mənsubiyyətini, mötəbərliyini və mümkünlüyünü, habelə sübutların məcmusunda onların arasında olan qarşılıqlı əlaqəni qiymətləndirməlidir. Lakin məhkəmə instansiyaları qeyd olunan tələbləri yerinə yetirməmişdirlər. Cinayət işinə nəzər yetirdikdə ibtidai istintaq aparan təhqiqatçı və müstəntiqin saxtakarlığı, səhlənkarlığı, prosessual rəhbərliyi həy ata keçirən prokurorun isə xidməti vəzifələrinə laqeyd yanaşması, ardınca isə hakimlər onların yol verdikləri qanunsuzluqlara şərik olaraq onu cinayət məsuliyyətinə cəlb etmiş, bununla da onun cəmiyyətdən uzun müddət təcrid olunmasına səbəb olan hallara qanunsuz olaraq yol vermişdirlər. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən onun əməlinin CM-nin 234.1-1ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cu maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il 4 sentyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Mə cəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əs asən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən ed ilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr hazırkı cinayət işi üzrə geniş şəkildə aradırma apararaq Məhkum tərəfindən cinayət əməlinin törədilməsi ilə bağlı düzgün nəticəyə gəlsələr də, lakin onun əməlinin tövsifində səhvə yol vermişlər. Belə ki, Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmişdir. Narkotik vasitənin və psixotrop maddənin mövcudluğu, növü, çəkisi şübhə doğurmasa da, lakin əməlin əsas tövsifedici əlaməti olan və obyektiv cəhəti xarakterizə edən satış məqsədi mötəbər dəlillərlə sübuta yetirilməlidir. Satış məqsədini sübuta yetirmək ittiham tərəfinin vəzifəsidir. Lakin əgər məhkəmə ittihamın mövqeyi ilə razılaşaraq qəbul edirsə, bu zaman qəbul etdiyi hökm və qərarda cinayətin obyektiv cəhətini inandırıcı şəkildə əsaslandırmaq vəzifəsi məhkəmənin üzərinə düşür. Lakin istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında satış məqsədi qanunla müəyyən edilmiş qaydada əsaslandırılmamış, bununla bağlı məhkəmənin istinad etdiyi sübutlar göstərilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 nömrəli Qərarının 9cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilə rkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki işin hallarından görünür ki, narkotik vasitənin və psixotrop maddənin Məhkum tərəfindən satılacağını təsdiq edən heç bir sübut mövcud deyil. Ali Məhkəmənin Plenumunun qərarında əks olunmuş mövqedən də yanaşdıqda məlum olur ki, Məhkum tərəfindən narkotik vasitə və psixotrop maddəni satmaq üçün hər hansı bir istehlakçı ilə satış ilə bağlı razılıq əldə edilməmiş, ümumiyyətlə, Məhkum narkotik vasitə və psixotrop maddə ilə bağlı heç bir avadanlıq və onun gələcəkdə narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini təsdiq edən heç bir düzünə və ya dolayı sübut mövcud deyil. Narkotik vasitənin və psixotrop maddənin kiçik bükümlərə bölünməsi ilə bağlı isə qeyd edilməsi zəruridir ki, Məhkum aşkar edilən həmin narkotik vasitəni və psixotrop maddəni həmin formada, yəni kiçik bükümlərə bölünmüş şəkildə aldığını, aldığı şəxsin telefon nömrəsinin ona məxsus telefonda olduğunu və telefonun polis əməkdaşları tərəfindən götürüldüyünü, aldığı şəxs barədə bütün məlumatları polis əməkdaşlarına bildirdiyini, lakin polis əməkdaşları tərəfindən bu məsələnin araşdırılmadığını, satan şəxsi müəyyən edərək onunla üzləşdirmədiklərini bildirmişdir. Lakin məhkumun bu dəlilləri ittiham tərəfindən təkzib edilməmiş, ittiham tərəfindən bu dəlillərin təkzib edilməsi üçün heç bir cəhd edilməmişdir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, satış məqsədinin sübuta yetirilməsi və bununla bağlı məhkumun xeyrinə olan şübhələri aradan qaldırmaq mümkün olmadığından, Məhkum cinayət əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Məhkum CM-in 234-1.1-ci maddəsi ilə təyin edilməsi nəzərdə tutulan cəzanın növünü və həddini müzakirə edərkən hesab edir ki, bu zaman törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti, onun cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halın olmaması nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə kollegiaysı hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4.9.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il 4 sentyabr tarixli, 1(103)-1947/2025 nömrəli qərarı dəyişdirilsin. Məhkum ci nayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1834/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1834/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver