Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1835/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkum X4, müdafiəçisi X5 və zərərçəkmiş şəxs X7 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2023-cü il tarixli qərarından məhkum və müdafiəçisi X12 tərəfindən birgə verilmiş, zərərçəkmiş şəxs X13 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: Elçin Ağayev) 9 oktyabr 2023-cü il tarixli hökmü ilə, 8 may 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Zeynalov küçəsi 5 ünvanda yaşamış X9 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlı qdan məhrum etmə cəzasına, CM-in 186.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 322.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı müddət (2 gün) cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan t ədbiri ilə əvəz edilməklə dərhal məhkəmə iclas zalında həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin iş üzrə mülki iddia qismən təmin edilərək X1 maddi zərərə görə 47206 (qırx yeddi min iki yüz altı) manat, dövlət rüsumunun əvəzi olaraq 330 (üç yüz otuz) manat alınıb zərər çəkmiş şəxs, mülki iddiaçı X10 verilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimli İbrahimAdil oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X2 ibarət tərkibdə) 27 dekabr 2023-cü il tarixli qərarı ilə məhkum olunmuş şəxs (mülki cavabdeh) X9 və zərərçəkmiş şəxs (mülki iddiaçı) X13 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X4 Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2023cü il tarixli, 1(001)-412/2023 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X9 2022-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən mülki iş üzrə xx.xx.2021-ci ildə çıxarılmış qətnaməyə əsasən ünvan 3 ünvandakı «A» tikilisindən (fərdi yaşayış evindən) X7 istifadə hüququna maneələrin yaradılmasının qadağan edilməsini bilə-bilə heç bir hüququ olmadan qanunla və normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək,yəni ünvan 3 ünvandakı «A» tikilisinin (fərdi yaşayış evinin) qapısına Sevinc Qulamova tərəfindən qoyulmuş kilidi özbaşına dəyişərək, sonuncunun yaşayış yeri olan həmin evə daxil olmasına imkan verməyərək mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Bundan başqa o, 2022-ci ilin yanvar ayının sonlarında ünvan 3 ünvandakı «A» tikilisinin həyətyanı tərəfdən olan daş hasarını dağıtmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan Sevinc Qulamovaya məxsus 1500 manat dəyərində dəmir çəni, 10 manat dəyərində beli, 20 manat dəyərində dəmir lingi, 200 manat dəyərində lambiri, hər biri 10 manat olmaqla 100 manat dəyərində 10 qutu rəngli boyanı, hər biri 40 manat olmaqla 80 manat dəyərində 2 ədəd elektrik peçini, 200 manat dəyərində qaz peçini, 50 manat dəyərind ə dəmir məftili, hər biri 5 manat olmaqla 20 manat dəyərində 4 ədəd stulu, 80 manat dəyərində dəmir elektrik qutunu, 150 manat dəyərində içərisində sadə və gümüşü qaşıqlar, çəngəllər olan dəstdən ibarət çemodanı, 20 manat dəyərində kiçik ölçülü dəmir çəni, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd aş qazanını, 18 manat dəyərində kiçik ölçülü ləyəni, 30 manat dəyərində orta ölçülü ləyəni, 50 manat dəyərində iri ölçülü ləyəni, 15 manat dəyərində kiçik ölçülü aşsüzəni, 15 manat dəyərində balaca qulplu aşsüzəni, 20 manat dəyərində yumru aşsüzəni, 30 manat dəyərində yastı aşsüzəni, 30 manat dəyərində adi aşsüzəni, 30 manat dəyərində kiçik ölçülü alüminium yağ qabını, 40 manat dəyərində böyük ölçülü alüminium yağ qabını, 15 manat dəyərində uzun qulplu alüminium stəkanı, 15 manat dəyər ində adi qulplu alüminium stəkanı, hər biri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd dəmir stəkanı, 200 manat dəyərində qazan dəstini, 50 manat dəyərində alüminium tavanı, 150 manat dəyərində tava dəstini, 150 manat dəyərində alüminium qazan dəstini, 45 manat dəyərində nəlbəki dəstini, 50 manat dəyərində kiçik ölçülü spirallı elektrik qızdırıcısını, 70 manat dəyərində iri ölçülü spirallı elektrik qızdırıcısını, hər biri 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd açılıb- bağlanan çarpayını, hər biri 250 manat olmaqla 500 manat dəyərində təndir peçinin üstü üçün nəzərdə tutulmuş 2 ədəd dəmir qapaqları, 100 manat dəyərində təndir peçi üçün nəzərdə tutulmuş dəmir içliyi, 10 manat dəyərində kiçik ölçülü vannanı, 20 manat dəyərində böyük ölçülü vannanı, 20 manat dəyərində alüminium çəni, 5 0 manat dəyərində dəmir vedrə dəstini, 150 manat dəyərində gecə lampasını, hər biri 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd elektrik samovarını, hər biri 25 manat olmaqla 50 manat dəyərində 2 ədəd dəm çayniki, hər biri 50 manat olmaqla 250 manat dəyərində 5 ədəd daş altlıqlı ütünü, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd elektrik ütünü, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd çay servizi dəstini, hər biri 30 manat olmaqla 150 manat dəyərində 5 ədəd həvəngdəstəni, 300 manat dəyərində mis ləyəni, 60 manat dəyərində tərəvəz təmizləyən dəsti, 50 manat dəyərində kartofəzən dəsti, hər biri 25 manat olmaqla 50 manat dəyərində 2 ədəd su çaynikini, 250 manat dəyərində palazı, 1000 manat dəyərində xalçanı, 50 manat dəyərində kiçik ölçülü xalçanı, 80 manat dəyərində dam antenasını,100 manat dəyərində «Elite» markalı televizoru, 300 manat dəyərində «Çinar» markalı soyuducunu, 200 manat dəyərində «BK 2500» markalı kondisioneri, 1000 manat dəyərində altı şamlı çılçıraqı, 100 manat dəyərində qara zərli çılçıraqı, 100 manat dəyərində uşaq velosipedini, 150 manat dəyərində uşaq çarpayısını, 500 manat dəyərində divan-kreslo dəstini, 500 manat dəyərində şifoner-jurnal dəstini, 20 manat dəyərində dəmir şkafı, hər biri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd taxta şkafı, 50 manat dəyərində tumbuçkanı, 50 manat dəyərində taxta stolu, 45 manat dəyərində qaz açarı, kəlbətin və vintburandan ibarət dəsti, 20 manat dəyərində 3 ədəd kiçik ölçülü vintburandan ibarət dəsti, 50 manat dəyərində mətbəx şkafını, 10 manat dəyərində dəmir stolu, 300 manat dəyərində İİR istehs allı olan peçi, 250 manat dəyərində qadın pencək-don dəstini, 20 manat dəyərində qadın donunu, hər biri 30 manat olmaqla 150 manat dəyərində 5 ədəd cins şalvarı, hər biri 10 manat olmaqla 50 manat dəyərində 5 ədəd qadın jaketini, 300 manat dəyərində divan-kreslo dəstini, 50 manat dəyərində zərli xaradan ibarət pərdə dəstini, 50 manat dəyərində uşaq kürkünü, 450 manat dəyərində içərisində qətvə, xalat, çay dəsmalı, dırnaq kəsən, parça, süfrə olan dəstdən ibarət çemodanı, 30 manat dəyərində «Eurolux EU-L8705 2200VV» markalı tozsoranı, hər biri 15 manat olmaqla 90 manat dəyərində 6 ədəd işıq plafonunu, 150 manat dəyərində içərisində işıq lampaları, işıq yandırıb söndürənləri, işıq məftilləri olan dəsti vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərər çəkmiş şəxs S.Qulamovaya ümum ilikdə 12438 (on iki min dörd yüz otuz səkkiz) manat məbləğində xeyli miqdarda ziyan vurub oğurluq etdikdən sonra S.Qulamovanın öz vəsaiti hesabına tikdirdiyi 30000 (otuz min) manat dəyərində ünvan 3 ünvandakı yaşayış otağı, bağlı eyvan və girişdən ibarət ümumi sahəsi 22,1 kv.m, tikintialtı sahəsi 31,1 kv.m olan «A» tikilisini (fərdi yaşayış evini) tam söküb dağıdaraq zərər çəkmiş şəxs Sevinc Qulamovaya xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin sentyabr ayının əvvəllərində ünvan 3 ünvandakı yenidən bərpa olunmuş saxlanc yeri hesab olunan «A» tikilisinə (fərdi yaşayış evinə) daş hasardan keçməklə qanunsuz daxil olub oradan X10 məxsus 200 manat dəyərində sement kisələrini, 2800 manat dəyərində taxta materialları, 1498 manat də yərində laminatı gizli olaraq talayıb zərər çəkmiş şəxs S.Qulamovaya ümumilikdə 4498 (dörd min dörd yüz doxsan səkkiz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2023-cü ilin fevral ayının ortalarında ünvan 3 ünvandakı «A» tikilisinin divarına qoyulmuş X10 məxsus 600 manat dəyərində dəmir qapını çıxarıb gizli olaraq talamaqla zərərçəkmiş şəxs S.Qulamovaya 600 (altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2023-cü ilin aprel ayının ortalarında ünvan 3 ünvandakı «A» tikilisinin divarına qoyulmuş X10 məxsus 100 manat dəyərində dəmir barmaqlığı və 150 manat dəyərində plastik pəncərəni sökərək gizli olaraq talayıb zərərçəkmiş şəxs S.Qulamovaya ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, proses iştirakçıları arasında mülki hüquq münasibətləri olmuş və buna dair məhkəmə qətnaməsi də mövcuddur. Zərərçəkmiş şəxs evinə məxsus əşyaları özü yükləyib yük maşını ilə daşımışdır. Mülki iddia da əsassız olaraq təmin edilmişdir. Özbaşına tikiliyə mülkiyyət hüquqununu olmadığı halda onun sökülməsi nəticəsində dəyən ziyanın tutulması əsassızdır. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinə xitam verilməsini, S.Rzayevə bəraət verilməsini, mülki iddianın rədd edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində bildirmişdir ki, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən halları düzgün müəyyən et məmiş və şəxsə yüngül cəza təyin etmişdir. Həmçinin mülki iddianın X11 aid hissəsi isə əsassız olaraq baxılmamış saxlanmalıdır. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılması və mülki iddianın hər iki cavabdehə münasibətdə tam təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özünün verdiyi kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunmaması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və ape llyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəb ul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən e dilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə X4 əsassız məhkum edilməsi, zərərçəkmiş şəxs isə məhkum edilmiş şəxsə təyin edilən cəzanı və mülki iddianın tam təmin olunmamasını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik c əmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçini n əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilin diyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düz gün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzr ə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM 28.5-ci maddəsi). X4 barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş biri nci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxslərin CM-in 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya məhkəməsi işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib hesab etmişdir ki, X4 ifadəsini məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdi kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alır və zərərçəkmiş şəxsin və şahid ifadələrini, ekspert rəylərini mötəbər sübut növü kimi qəbul edərək X4 əməllərində CM-in 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələrinin tərkibinin olması barədə düzgün nəticəyə gəlmişdir. Kassa siya məhkəmə kollegiyası X4 törətdiyi cinayət əməli üzrə bəraət verilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X4 ittiham aktında təsvir edilən əməli törətməsi barədə düzgün nəticəyə gəlmiş və məhkumun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməl in hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyu n 2015-ci il tarixli qərarı) Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-5576/2021 nömrəli qətnaməsindən görünür ki, ünvan 3 ünvandakı «A» tikilisinə və həmin tikilinin həyətyanı sahəsinə X7 istifadə hüquqları tanınmış, onun «A» tikilisindən və həmin tikilinin həyətyanı sahəsindən istifadə hüququna maneələrin yaradılması cavabdeh şəxslərə qadağan edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)398/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdeh X10 qarşı ünvan 3 ünvandakı «A» tikilisindən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Başqa sözlə, ünvan 3 ünvandakı «A» tikilisi və həmin tikilinin həyətyanı sahəsi üzərində zərər çəkmiş şəxs Sevinc Qulamovanın hüquqları qanuni qüvvəsini almış məhkəmə aktları əsasında təsbit edilmiş və qanunla qorunmuşdur. Belə olan halda təqsirləndirilən şəxs X4 ünvan 3 ünvandakı «A» tikilisinin (fərdi yaşayış evinin) qapısına Sevinc Qulamova tərəfindən qoyulmuş kilidi 2022-ci ilin yanvar ayının ortalarında özbaşına dəyişərək, sonuncunun yaşayış yeri olan həmin evə daxil olmasına imkan verməməsi özbaşınalıq, S.Qulamovanın öz vəsaiti hesabına tikdirdiyi 30000 (otuz min) manat dəyərində həmin evi 2022-ci ilin yanvar ayının sonlarında isə tam söküb dağıtması isə özgənin xeyli miqdarda əmlakını qəsdən məhv etməkdir. Təqsirləndirilən şəxs X9 ona qarşı irəli sürülmüş özgə əmlakını gizli talama cinayətində də özünü təqsirli bilməsədə, qeyd edilməlidir ki, işdə olan axtarış və götürmə haqqında x x.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 yaşadığı ünvan 4 ünvandakı «B» tikilisində axtarış zamanı X7 evindən oğurladığı əşyalar - bir ədəd tozsoran, bir ədəd palaz, bir ədəd soyuducu aşkar edilərək götürülmüşdür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan (cild2,i.v.190-191) görünür ki, X4 yaşadığı ünvan 3 ünvandakı «B» tikilisindən götürülmüş əşyalar - bir ədəd tozsoran, bir ədəd palaz, bir ədəd soyuducu zərər çəkmiş şəxs X10 tanınmaya təqdim olunmuş və sonuncu öz əşyalarını tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Bundan başqa diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli Protokoldan (cild1,i.v.228-229) görünür ki, ünvan 3 ünvandakı «A» tikilisində olmuş əşyalar oğurluğa qədər videoya çəkilmişdir. Həmin videofayldan görünür k i, qeyd olunan ünvanda dəmir çən, bel, plastik lambirin, rəng boyası, elektrik peçi, qaz peçi, dəmirdən setka stul, böyük işıq şiti, çemodan dəsti, aş qazanları, ləyənlər, aşsüzənlər, stəkanlar, qazan dəsti, nəlbəki dəsti, spiral ev qızdırıcı, peç qapaqları, samovarlar, dəm çayniki, ütülər, çay servisi, üçlü həvəngdəstə, kartofəzən, su çayniki, palaz, xalça, televizor, “BK 2500” markalı kondinsioner, çılçıraqlar, dəmir şkaf, tumboçka, dəmir stol, ceyran peçi, paltar dəsti, pərdə dəsti, tozsoran, raskladuska, dəmir qapaq,vannalar, gecə lapması, dəmir çaynik, xalça, soyuducu, uşaq velosipedi, divankreslo dəsti, sifoner və jurnal stolundan ibarət dəst, taxta şkaf, xalatlar, süfrələr, çay dəsmalları olduğu görünür. Bundan başqa, təqsirləndirilən şəxs X9 məhkəmədə verdiyi ifadəsində ünvan 3 ü nvandakı «A» tikilisindən bəzi əşyaları götürdüyünü özüdə etiraf etmiş, bunu Sevinc Qulamovanın ona vurduğu ziyanın əvəzi kimi qiymətləndirmişdir. Halbuki, onun həmin əməli dəymiş zərərin əvəzi kimi qiymətləndirilə bilməz və özgə əmlakının gizli olaraq talanmasıdır. Bundan əlavə iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Sevinc Qulamova istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi eyni məzmunlu ifadələrində evindən oğurlanmış əşyaların adlarını, sayını, dəyərini dəqiqliklə göstərməklə əşyalarının məhz S.Rzayev tərəfindən oğurlandığını bildirmişdir. Onun bu barədə bildirdikləri məhkəmədə şahid Rauf Bağırov tərəfindən də təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 qeyd olunan məsələdə davranışı, yəni qanuni qüvvəsini almış məhkəmə aktları old uğu halda sözügedən evin kilidini özbaşına dəyişməsi, S.Qulamovanı həmin evə buraxmaması, sonuncunun icra məmurları vasitəsilə evə köçürüləcəyini bildikdən sonra isə bunun qarşısını almaq məqsədilə həmin evi tamamilə söküb dağıtması və bu mənada S.Qulamovanın evə geri qayıtmaması üçün istənilən üsula əl atması ona istinad edilən oğurluq cinayətlərinin də məhz onun tərəfindən törədilməsinə dəlalət edir. Göründüyü kimi ünvan 3 ünvandakı «A» tikilisinə dair X4 hər hansı hüquqları müəyyən edilməmişdir və ona münasibətdə həmin tikili özgə əmlak hesab olunmuşdur. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, müdafiəçinin kassasiya şikayətində məhkuma bəraət verilməsi ilə bağlı qeyd edilən hallar əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında məhkumun əməlinin CM-in 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələrinə tövsif edərək onun həmin maddələr ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşmaqla qeyd edir ki, kassasiya şikayətinin məhkum X6 bəraət verilməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmır. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum X6 CM-in 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-c i maddələri ilə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla hər hansı sübutla öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, X4 Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əs assız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumların CM-in 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. X9 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi nin tələblərinə riayət etməklə onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və onlara Cinayət Məcəlləsinin təqsirli bilindikləri maddələrinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyininə dair mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkumlara onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digə r məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş maddi zərər tam ödənilməmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilm əsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası CM-ninnin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, "Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli, "Azərbaycan Respublikası CM-nin 59.1.9 və 6 0-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarları). "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəa ları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, "cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olun masına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyasının qənaətinə görə, məhkum X9 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində təyin edilmiş cəzanın sərtləşdirilməsi zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, bununla bağlı irəli sürülmüş dəlillər heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası Seymur Rzayevə açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayaraq məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha sərt cəza növü ilə əvəz edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla, təyin olunmuş cəzanın ağırlaşdırılmalı olmasına görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Zərərçəkmiş şəxs (mülki iddiaçı) apellyasiya şikayətində həmçinin onun mülki iddiasının hər iki cavabdehə münasibətdə, yəni X6 və X11 münasibətdə təmin edilməsini xahiş etsə də, cinayət işinin materiallarından göründüyü kimi hazırki cinayət işi üzrə yalnız X9 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Buna görə də məhkəmələr tərəfindən mülki iddia həllə edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayətləri təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi X12 tərəfindən birgə verilmiş, zərərçəkmiş şəxs X13 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1835/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1835/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver