Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1835/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, bəraət almış şəxslər X1 və X2, onların müdafiəçisi Nağıyev Ülvi Bilman oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-312/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli hökmündən dövlət ittiham çısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs X6 xxxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində dörd azyaşlı uşağı olan, ali təhsilli, “X” dərman şirkətində satış meneceri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bəraət almış şəxs X9 xxxx-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, taksi xidməti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 23 fevral 2022-ci il tarixli ittiham aktına görə X3 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir ona görə ki, X6 özgənin əmlakını ələ keçirmə barədə əri X9 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi tanışı Zərərçəkmiş şəxs2 keçmiş əri Zərərçəkmiş şəxs1 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs1 bu biznesin genişləndirilməsi üçün sərma yə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq o, 2018-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun «Neftçilər» stansiyası yaxınlığında həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə cinayətkar qrupun üzvü olan ərinin vasitəsi ilə həmin ilin avqust ayında Abşeron rayonunun, Mehdiabad qəsəbəsində 4000 manat nağd pul vəsaitini etibardan suiistifadə etmə və a ldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 9100 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar ələ keçirmə barədə əri X9 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi tanışı X7 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib x bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə e dəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq cinayətkar qrupun üzvü ərinin vasitəsi ilə 2018-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun «Neftçilər» stansiyası yaxınlığında 1000 manat və həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə o, həmin ilin sentyabr ayının axırlarında «Ekspress Bank» vasitəsi ilə göndərilmiş 900 manat nağd pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keç irərək X8 1900 manat və həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları olmaqla, yəni ümumilikdə 3600 manat miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar ələ keçirmə barədə əri X9 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi tanışı Zərərçəkmiş şəxs3 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkət vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs3 bu biznesin genişlə ndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq o, 2018-ilin oktyabr ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 2400 manat nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq qrupun üzvü ərin vasitəsi ilə eyni vahid tamah niyyəti ilə 2018-ci ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Əhmədli» stansiyasının platformasında 500 manat və həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları nağd pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 2900 manat və həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları olmaqla, yəni ümumilikdə 3920 manat miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin külli miqdarda əmlakını təkrar ələ keçirmə barədə əri X9 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi tanışı Zərərçəkmiş şəxs5 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkət vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirə n və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs5 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq o, 2018-ilin oktyabr-noyabr aylarında ünvan 2 ünvanda 40000 manat nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq qrupun üzvü ərinin vasitəsi ilə eyni vahid tamah niyyəti ilə 2018-ci ilin oktyabr-noyabr aylarında ünvan 3 ünvanda həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ d olları nağd pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 40.000 manat və həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları olmaqla, yəni ümumilikdə 74000 manat külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin külli miqdarda əmlakını təkrar ələ keçirmə barədə əri X9 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi tanışı Zərərçəkmiş şəxs2 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs2 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq o, 05 yanvar 2018-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Anatolia” restoranında 4500 manat, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə qrupun üzvü ərin vasitəsi ilə 10 yanvar 2018-ci il tarixdə ünvan 5 ünvanda yerləşən «Binə Atçılıq Mərkəzin»də 5000 manat, eyni vahid niyyətlə 15 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən "Anatolia” restoranında inzibatçı olaraq çalışan və cinayətkar niyyətindən xəbərsiz olan X11 vasitəsi ilə 5000 manat, eyni vahid niyyətlə 25 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında həmin dövrün məzənnəsi ilə 7990 manat təşkil edən 4700 ABŞ dolları, eyni vahid niyyətlə ərinin vasitəsi ilə əvvəlcə 20 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 5000 manat, daha sonra 27 fevral 2018-ci il tarixdə qeyd edilən ünvanda yerləşən restoranda həmin dövrün məzənnəsi ilə 2040 manat təşkil edən 1200 ABŞ dolları, eyni vahid niyyətlə 04 mart 2018- c i il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 5100 manat, eyni vahid niyyətlə şəxsiyyəti istintaqla araşdırılan «İlqar» adlı şəxsin vasitəsi ilə 27 may 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun «Xalqlar Dostluğu» stansiyasının çıxışı yaxınlığında həmin dövrün məzənnəsi ilə 3910 manat təşkil edən 2300 ABŞ dolları, eyni vahid niyyətlə cinayətkar niyyətindən xəbərsiz olan Şahid7 vasitəsi ilə və elektron köçürmə yolu ilə 10 iyun 2018-ci il tarixdə 29.000 manat, eyni vahid niyyətlə ərinin vasitəsi 05 avqust 2018-ci il tarixdə ünvan 6 ünvanında 7000 manat, eyni vahid niyyətlə 2018-ci ilin avqust ayının ortalarında Şahid2 vasitəsi ilə sonuncunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində əvv əlcə həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları, daha sonra 2018-ci ilin sentyabr ayında eyni ünvanda 4500 manat, eyni vahid niyyətlə ərinin vasitəsi 18 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları, eyni vahid niyyətlə 25 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında 14750 manat, eyni vahid niyyətlə ərinin vasitəsi ilə 06 noyabr 2018-ci il tarixdə ünvan 6 ünvanında həmin dövrün məzənnəsi ilə 10.200 manat təşkil edən 6000 ABŞ dolları nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 79.850 manat və həmin dövrün məzənnəsi ilə 46.240 manat təşkil edən 27.20 0 ABŞ dolları olmaqla, yəni ümumilikdə 126.090 manat külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 3. 11 mart 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X6 və X9 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmişlər və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-96/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli hökmü ilə: X1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 (iki) gün müddətin ona təyin edilmiş cəzadan çıxılm ası və üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 aprel 2023-cü il tarixdən hesablanması, X2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
5. Hökmdən təqsirləndirilən şəxs X6, müdafiəçiləri Quliyeva Nurlanə Nazim qızı və Abbasov Murtuzəli Aydın oğlu ayrı-ayrılıqda apellya siya şikayətləri verib, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.
6. Hökmdən təqsirləndirilən şəxs X2 müdafiəçiləri Qədirli Vasif Vaqif oğlu və Hümbətova Şəhla Knyaz qızı ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.
7. Hökmdən həmçinin Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verib, hər iki təqsirləndirilən şəxs barəsində daha ağır cəza təyin edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-31/2024 nömrəli, 03 may 2024-cü il tarixli hökmü ilə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti edilməmiş, müdafiəçilər Qədirli Vasif Vaqif oğlu, Hümbətova Şəhla Knyaz qızı, Cənnətov Q ayıb Kamran oğlu, Quliyeva Nurlanə Nazim qızı, Abbasov Murtuzəli Aydın oğlu və məhkum edilmiş şəxs X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-96/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli hökmünün ləğv edilməsi, X5 və X3 təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi, onların məhkəmə iclas zalından dərhal həbsdən azad olunmaları hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hökmündən Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə2 birgə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 tər əfindən ayrı-ayrılıqda kassasiya şikayətləri və dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən kassasiya protesti verilərək, hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1939/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətləri və kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-31/2024 nömrəli, 03 may 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-312/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti edilməmiş, müdafiəçilər Quli yeva Nurlanə Nazim qızı, Abbasov Murtuzəli Aydın oğlu, Hümbətova Şəhla Knyaz qızı, Qədirli Vasif Vaqif oğlu və məhkum edilmiş şəxs X6 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-96/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli hökmünün ləğv edilməsi, X5 və X3 təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
12. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
13. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya baxışında dindirilmiş bəraət almış şəxslərin, zərərçəkm işlərin və şahidlərin ifadələrinin, iş materiallarında olan sübutların təsvirini verib, apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədiyini bildirməklə səhv nəticəyə gəldiyini iddia etmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-312/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
14. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəs i müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkə mələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, X5 və X3 əs assız bəraət verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
20. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-312/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin hökmü qanuni və əsaslı hesab edir.
21. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sistemin in müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
22. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 18 mart 2025-ci il).
23. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqr afının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
24. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin hökmündə gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək heç bir amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyas ı bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul etdiyi hökmündə kassasiya protestində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə ibtidai istintaq orqanının topladığı sübutların geniş tədqiqinə və müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində isə həmin nəticəni təkzib edə biləcək hər hansı dəlil gətirilmədiyindən, eyni zamanda mübahisələndirilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsasla rdan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
26. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilənlər apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünə münasibətdə təkrar araşdırmaya əsas yaratmadığından formal mülahizələr kimi nəzərə alınmalı, müvafiq olaraq həmin hökmün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənməsi mümkündür.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-312/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh ed ilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-312/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.