Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1836/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X5 və onun müdafiəçiləri, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Məhərrəmov Azər Hikmət oğlunun iştirakları ilə x xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, A zərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli 1(103)-759/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(010)43/2024 nömrəli hökmü ilə (hakim N.H.Kərimov) X4 - Azərbaycan Respublikası CM-in 234.1-ci mad dəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli 1(103)-759/2024 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), M.Ə.Abbasov və İ.A.İbrahimli) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(010)43/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X5 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehla k miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,228 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 24 dekabr 2022-ci il tarixdə saat 12:30da Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Qartal” heykəlinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,228 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq bəraət almış şəxs CM-in 234.1-ci maddəsi ilə əsassız olaraq verilmiş bəraət hökmü qüvvədə saxlanmışdır. Belə ki, məhkəmələr gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, bəraət almış şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 dekabr 2022-ci ildə onun üstündə narkotik maddə olmamışdır. Həmin günü polis əməkdaşları ondan başqa iki nəfəri də gecə vaxtı bir yerdə tutmuşlar. Onlar üçü də gecə saat 03:00 radələrində banka yığmağa gedən zaman polis əməkdaşları onları saxlamışlar. Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində polis əməkdaşları onu döyərək bədəninin müxtəlif yerlərinə vurduğundan o, etiraf etmişdir. Lakin polis əməkdaşları tərəfindən ona problem olmasın deyə heç yerə şikayət etməmişdir. Lakin təqsirləndirilən şəxs X5 həm məhkəməyədək icraat dövründə, həm də 08 may 2023-cü il tarixdə məhkəmənin ilk baxış iclasında törətmiş olduğu əməldə özünü tam təqsirli bilmiş, hər hansı qanunsuz hərəkətlərə, o cümlədən təsir və ya təzyiqlərə məruz qalmadığını bildirmişdir. Bütün bu yuxarıda qeyd olunan faktlar 08 may 2023- cü il tarixli məhkəmə iclası protokolunda öz əksini tapmışdır. Buna baxmayaraq məhkəmə öz hökmündə xüsusata toxunmağı zəruri hesab etməmiş, bəraət almış şəxsun ilk baxış iclasında törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsinə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda, şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. İş materiallarından görünür ki, bəraət almış şəxs şübhəli şəxs qismində tutulduğu andan müdafiəçi və tərcüməçi ilə təmin edilmiş, onun iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri zamanı müdafiəçi və tərcüməçi iştirak etmişdir. Lakin məhkəmələr gö stərmişlər ki, təqsirləndirilən şəxsin üzərinə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində baxış keçirilərkən tərcüməçi X2 iştirak etdiyi qeyd olunsa da, məhkəmə iclası zamanı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, tərcüməçi X6 təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən iştirak etməmişdir. Bununla da təqsirləndirilən şəxsin tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulmuşdur. Lakin istintaq materiallarından və diskə baxış protokolundan göründüyü kimi təqsirləndirilən şəxsin üzərinə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən müdafiəçinin və təcüməçinin iştirak etmələrinin qeyd olunması öz əksini tapmamış, əksinə müdafiəçinin və tərcüməçinin iştirakları bəraət almış şəxs şübhəli şəxs qismində tutulduğu andan təmin edilmiş və onun iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri zamanı müdafiəçi və tərcüməçi iştirak etmişlər. Təqsirləndirilən şəxs bəraət almış şəxsun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən vəkilin iştirak etməməsinə etiraz etmədiyi ilə bağlı müvafiq ərizə təhqiqatçı tərəfindən alınmaqla istintaq materialına da əlavə olunmuşdur. Bundan əlavə, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər - X9 və X7 verdikləri ifadələrə münasibət bildirərkən qeyd olunmalıdır ki, həmin şahidlərin təqsirləndirilən şəxs bəraət almış şəxsla qohumluq münasibətləri olmasa belə, uşaqlıqdan bir yerdə böyümələri, bir-birini yaxından tanımaları, oxşar cinayət əməli üzrə bir-birinə yaxın va xtlarda saxlanılmaları onların arasında yaxın münasibətlərin olmasını istisna etmir. Hətta bu faktı onların müdafiə tərəfinin verdiyi vəsatət əsasında məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən açıq-aydın şəkildə müəyyən etmək mümkün olmuşdur. Bu hal həmin şahidlərin baş verənləri təhrif edərək, məhz təqsirləndirilən şəxsin müdafiəsi məqsədilə ifadə vermələri qənaətinə gəlməyə əsas verir. Belə olan halda məhkəmələr həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Protest müəllifi hesab edir ki, hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiy ası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb,verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxs, müdafiəçilər B.İmanverdiyevin və A.Məhərrəmovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yo xlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxs əməlində ittiham edildiyi cinayətin törədil məsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olun a bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarı nda göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həm in xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X4 ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,228 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 24 dekabr 2022ci il tarixdə saat 12:30-da Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Qartal” heykəlinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinin 32ci Polis Bölməsinə gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,228 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X5 ifadəsində göstərmişdir ki, 24 dekabr 2022-ci ildə onun üstündə narkotik maddə olmamışdır. Həmin günü polis əməkdaşları ondan başqa iki nəfəri də gecə vaxtı bir yerdə tutmuşlar. Onlar üçü də gecə saat 03:00 radələrində banka yığmağa gedən zaman polis əməkdaşları onları saxlamışlar. Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsində polis əməkdaşları onu döyərək bədənin müxtəlif yerlərinə vurduğundan o, etiraf etmişdir. Lakin polis əməkdaşları t ərəfindən ona problem olmasın deyə heç yerə şikayət etməmişdir. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Çevik Polis Alayının patrul bölüyünün polis nəfəri Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və sonuncunun müdafiəçisinin suallarına cavab olaraq polis əməkdaşlarını görəndə təqsirləndirilən şəxsin özünü itirdiyini,saat 12.20-12.30 radələri idi,yanında digər polis əməkdaşı Şahid2 olduğunu, yaxınlaşaraq təqsirləndirilən şəxsdən adını soruşduqlarını, təqsirləndirilən şəxs cavabında dəmir yığdığını, onun üzərində vəsiqə olmadığından 32-ci Polis bölməsinin növbətçi hissəsinə apardıqlarını, 32-ci polis bölməsinin təhqiqatçısı X8 gəldiyini, təqsirləndirilən şəxsi təhqiqatçının otağına apardıqlarını, videoçəkilişlə üzərinə baxış keçirildiyini, videoçəkilişdə onun, iş yoldaşı Şahid2 və təhqiqatçının olduğunu, təqsirləndirilən şəxsə üzərində nə varsa təqdim edilməsini, təqsirləndirilən şəxsə qarşı onlara qədər heç bir təzyiqin olmamasını, təqsirləndirilən şəxsin onlara qarşı güc göstərməməsini, həmin günü 32-ci polis bölməsinə başqa şəxslərin gətirildiyini, təqsirləndirilən şəxsin onlar tək gətirməsini, təqsirləndirilən şəxsin narkotik maddənin hansı cibindən çıxardığını, haradan aldığını yadında olmamasını, bükümün yaşıl rəngdə olmasını, təqsirləndirilən şəxsin cibinə heç kimin narkotik maddə qoymamasını, çəkilişdə vəkilin olmasını, lakin həmin vəkilin adını bilmədiyini, səhər saat 08.30-dan axşam saat 19.30-a qədər işlədiyini, stabil ya 5 ay gecə, yada 5 ay gündüz işlədiyini, təqsirləndirilən şəxs tutulanda gündüz növbəsində olduğunu, son 15 gündə gecə növbəsində işlədiyini, təqsirləndirilən şəxsin yanında heç kimin olmadığını, təqsirləndirilən şəxsi iş yoldaşı Nicatla birlikdə saat 12.15-12.20-radələrində tutduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 verilmiş suallara cavab olaraq Şahid1 ona yaxınlaşan polis əməkdaşlarından olduğunu, Şahid1 onu döyməməsini və üzərinə narkotik maddə qoymamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Çevik Polis Alayının patrul bölüyünün polis nəfəri Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bil dirmiş, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və sonuncunun müdafiəçisinin suallarına cavab olaraq iş yoldaşı Şahid1 ilə birlikdə xidmət apararkən təqsirləndirilən şəxsə şübhəli olduğu üçün yaxınlaşdıqlarını, özlərini təqdim edərək təqsirləndirilən şəxsdən sənədini soruşduqlarını, təqsirləndirilən şəxsin üstündə sənədin olduğunu, 2479 nömrəli maşında olduqlarını, Suraxanı rayon Polis İdarəsinin 32ci polis bölməsinə apardıqlarını, sonra isə təhqiqatçının otağına apardıqlarını, videoçəkilişdə onun, iş yoldaşı X,X və təhqiqatçının olduğunu, vəkilin olduğunu, lakin kim olduğunu xatırlamadığını, vəkilin də videoçəklişdə iştirak etdiyini, kameranın kriminalist tərəfindən çəkdiyini, video çəkən əməliyyatçı olduğunu, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmadığını, təqsirləndirilən şəxsin üzərinə narkotik maddənin qoyulmadığını, təqsirləndirilən şəxs tərəfindən bir bükümün təqdim edildiyini, əvvəllər belə tədbirdə iştirak etmədiyini, təqsirləndirilən şəxsi İ.Musayev küçəsində yerləşən Qartal heykəlinin yanında saxladıqlarını, təqsirləndirilən şəxs saat 12:30 radələrində yolun qırağında dayanaraq özünü şübhəli apardığını, təqsirləndirilən şəxsin tək olduğunu, onun iki ildir çevikdə işlədiyini, hazırda gündüz növbəsində, təqsirləndirilən şəxs tutlanda isə gecə növbəsi olduğunu, təqsirləndirilən şəxsin saat 12.30-da tutulduğunu, gecə növbəsi axşam saat 20.00-dan səhər saat 8.00-dək olduğunu, avtomobili səhər saat 08.00-da təhvil verərək çəkilişə gəldiyini, 2479 nömrəli maşında iş yoldaşı Şahid1 ilə birlikdə olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 verilmiş suallara cavab olaraq Şahid2 gördüyünü, lakin ona yaxınlaşan polis əməkdaşlarından olmadığını, 32-ci Polis bölməsində gördüyünü, maşında polis əməkdaşlarının 3 nəfər oluqlarını, Şahid2 orada olmadığını, Şahid2 tərəfindən ona qarşı təzyiq olmadığını, cibinə narkotik maddə qoymadığını, Şahid2 32-ci Polis bölməsində oturaraq növbəsinin başladığını gözdədiyini,videoçəkilişdə Şahid2 iştirak etdiyini bildirmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/7152 saylı 24 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi və “...Şübhəli şəxs-bəraət almış şəxs-imza, iştirakçılar-iki imza; Təhqiqatçı: A.Meydanovimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-1,228 qram olan qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixdli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın verdiyi 164 saylı 13 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, X4 opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq hesab etmişlər ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş şahidlərin ibtidai istintaq dövründə vermiş olduqları ifadələr ilə məhkəmə istintaqı dövründə vermiş olduqları ifadələri ziddiyətlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayın 7-ci patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində 24 dekabr 2022-ci ildə saat 12.20-12.30 radələrində yanında digər polis əməkdaşı Şahid2 olduğunu, təqsirləndirilən şəxsin təhqiqatçının otağına apardıqlarını, videoçəkilişlə üzərinə baxış keçiril diyini, videoçəkilişdə onun, iş yoldaşı Şahid2 və təhqiqatçının olduğunu, təqsirləndirilən şəxsin onlar tək gətirməsini, 24 dekabr 2022-ci ildə səhər saat 08.30-dan axşam saat 19.30-a qədər işlədiyini, təqsirləndirilən şəxs tutulanda gündüz növbəsində olduğunu, təqsirləndirilən şəxsi iş yoldaşı Nicatla birlikdə saat 12.15-12.20 radələrində tutduğunu bildirsə də, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatından görünür ki, Şahid1 ümumiyyətlə 24 dekabr 2022-ci ildə saat 12:00-dan saat 14:00-dək ifadəsində qeyd etdiyi kimi “Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Qartal” heykəlinin yaxınlığında” deyil, başqa ərazilərdə olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayı tərəf indən məhkəməyə təqdim edilmiş Alayın 7-ci Patrul bölüyünün polis nəfəri Şahid1 dekabr ayı üçün iş qrafiki barədə “Naryadların xidməti kitabı”ndan da görünür ki, Şahid1 digər polis əməkdaşları X və X ilə birlikdə hadisənin olduğu gün gecə növbəsində xidmət aparmış, yəni 23 dekabr 2022- ci il tarixində saat 21:00-dan 24 dekabr 2022-ci il tarixində saat 09:00-a kimi işdə olmuş, 24 dekabr 2022-ci il tarixində 09:00-da növbəni təhvil vermişdir. Digər şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayın 7-ci patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində hadisə günü iş yoldaşı Şahid1 ilə birlikdə xidmət apararkən təqsirləndirilən şəxsə şübhəli olduğu üçün yaxınlaşdıqlarını, 2479 nömrəli maşında olduqlarını, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə apard ıqlarını, təqsirləndirilən şəxsi İ.Musayev küçəsində yerləşən Qartal heykəlinin yanında saxladıqlarını, təqsirləndirilən şəxs saat 12:30 radələrində yolun qırağında dayanaraq özünü şübhəli apardığını, təqsirləndirilən şəxsin tək olduğunu, təqsirləndirilən şəxsin saat 12.30-da tutulduğunu, 2479 nömrəli maşında iş yoldaşı Şahid1 ilə birlikdə olduğunu bildirsə də, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatından görünür ki, Şahid1 ümumiyyətlə 24 dekabr 2022-ci ildə saat 12:00-dan saat 14:00-dək ifadəsində qeyd etdiyi kimi “Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Qartal” heykəlinin yaxınlığında” deyil, başqa ərazilərdə olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayı tərə findən məhkəməyə təqdim edilmiş alayın 7-ci Patrul bölüyünün polis nəfəri Şahid2 dekabr ayı üçün iş qrafiki barədə “Naryadların xidməti kitabı”ndan da görünür ki, Şahid2 digər polis əməkdaşları Qəribli Rüfət və Rəcəbli Məmmədrza ilə birlikdə gündüz növbəsində xidmətdə olduğu qeyd olunur. Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən “Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.” “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, öz ünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən “Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiqolaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçi nin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir.” Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində iclasında təqsirləndirilən şəxs və müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər X9 və X14 hadisə günü, yəni 24 dekabr 2022-ci ildə gecə vaxtı bir yedə olduqlarını, 24 dekabr 2022-ci ildə təxminən saat 03:00 radələrində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirdiklərini bildirmişlər. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatında şahidlərin, yəni polis nəfələri Şahid1 və Şahid2 24 dekabr 2022-ci ildə saat 12:00 radələrinə kimi Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin ərazisində olmaları həm də onunl a təsdiq edilir ki, şahidlərin iştirakları ilə videoçəkilişdə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi vəkil və tərcüməçi dəvət olunmamışdan öncə, yəni saat 12:00 radələrinə kimi keçirilmişdir və videogörüntü vəkilə tutma protokolundan sonra çəkilmiş kimi təqdim edilmişdir. Halbuki, sənədlər üzrə təqsirləndirilən şəxsin üzərinə baxış saat təxminən 14:30-14:40 aralığı keçirilməsi qeyd edilmişdir. Həmçinin, təqsirləndirilən şəxsin üzərinə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsində baxış keçirilərkən təcüməçi X2 iştirak etdiyi qeyd olunsa da, məhkəmə iclası zamanı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, tərcüməçi X6 təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən iştirak etməmişdir. Bununla da təqsirləndirilən şəxsin tərcüməçinin köməyindən istifadə etmək hüquq u pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanu nvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən o rqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cina yət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM- nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X4 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X3 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməl ində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxs əməlində həqiqətən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməl idir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1836/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1836/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver