Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1837/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Vəliyev Nicat Malik oğlunun iştirakları ilə, Kürdəmir Rayon Məhkəməsinin 1 8 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi N.M.Vəliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Bayramov Müseyib Seyfəddin oğlu) Məhkum, 22 avqust 1964-cü il tarixdə Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində anadan olmuş, evli, təqaüdçü, fərdi əməklə məşğul olan, əvəllər Sumqayıt Hərbi Məhkəməsinin 09 sentyabr 2003-ci il tarixli hökmü ilə CM-nin 341.1-ci və 313-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2.-ci maddəsinə əsasən cinyətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətə azadlıqdan məhru metmə cəzasına, Sumqayıt Hərbi Məhkəməsinin 14 mart 2007-ci il tarixli hökmü ilə CM-nin 178.1-ci, 179.2.2-ci və 179.2.3-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 19 iyul 2007-ci il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Beyləqan Rayon Məhkəməsini n 30 avqust 2017-ci il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində pulun dövlət nəfinə keçrilməklə 01 (bir) il müddətə islah cəzasına məhkum edilmiş, Sumqayt Şəhər Məhkəməsinin 29 yanvar 2018ci il tarixli qərarı ilə cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Beyləqan rayonunun 1ci Aşıqlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək ona arvadı X1 dayandırılmış təqaüdünü bərpa edəcəyinə vəd verərək 2500 manat məbləğində pul alıb ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Belə ki, o, xx.xx.1967-ci il təvəllüdlü Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək ona arvadı X1 dayandırılmış təqaüdünü 2500 manat pul müqabilində bərpa etdirəcəyini yalandan vəd edib, tamah və vahid niyyətlə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində 10 0 manat pulu, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Kürdəmir rayonu, Yeni Şıxımlı kəndi ərazisində yerləşən “Asan Xidmət»in qarşısında Zərərçəkmiş şəxs oğlu Şahid1 vasitəsi ilə göndərdiyi 500 manat pulu, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs oğlu Şahid1 Kürdəmir rayonu Sığırlı kəndi ərazisində olan “Edu” marketdə yerləşən “E-Manat” aparatı vasitəsilə ilə onun kart hesabına göndərdiyi 200 manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs oğlu Şahid1 vasitəsi ilə göndərdiyi 170 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində Zərərçəkmiş şəxs özündən 1500 manat pulu və nəqliyyat xərcləri adı ilə 30 manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi N.M.Vəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 02 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 178.1-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ayadək endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçi si N.M.Vəliyev kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək hüquqlarını müdafiə etdiyi şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi N.M.Vəliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr hüquqlarını müdafiə etdiyi şəxsə törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzası təyin e dərkən qanunun tələblərinə deyil, öz şəxsi düzgün olmayan mülahizələrinə əsaslanmış, azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin etməməsinin səbəblərini isə müzakirə etməyərək bunu öz yekun məhkəmə aktlarında göstərməmişlər. Azadlıqdan məhrum etmə ilə bağlı olmavan 4 cəza növü olmasına baxmayaraq, məhkəmələr ödənilmiş və hüquqi nəticələri ləğv edilmiş məhkumluqları nəzərə alıb əsassız olaraq Məhkum azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişlər. Halbuki, cinayət işinin materialları ilə müəyyən edilir ki, Məhkum əvvəllər məhkum olunsa da, onun həmin məhkumluqları ödənilmiş və bununla bağlı bütün hüquqi nəticələr ləğv edilmiş, hüquqlarını müdafiə etdiyi şəxs zərər çəkmiş şəxsə vurduğu ziyanı tam həcmdə ödəyərək onunla barışıq əldə etmiş, birinci Qarabağ müharib əsi zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, müharibədən sonra da hərbi xidmətini davam etdirərək qanuni əsaslarla təqaüdə çıxmış, onun iki övladə və bir nəvəsi var. Məhkum cinayətin törədilməsindən sonrakı davranışı isə onun islah olunması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Yuxarıda qeyd olunanlara əsasən müdafiəçi N.M.Vəliyev Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, müharibə veteranı olmasını və ailə vəziyyətini səciyyələndirən halları, habelə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirici digər halları nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha yüngül, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsi b arədə qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin icl as zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyasında baxılanadək Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizə məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 08 avqust 2023-cü il tarixli 3-16-17/32/2-4091/2023 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə Məhkum müda fiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Mhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 414.5-ci maddəsinin m üddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun və ərizənin təmin olunması ilə bağlı məsələnin məhkəmənin mülahizəsinə buraxılmasına dair müdafiəçi N.M.Vəliyevin çıxışlarını dinləyərək, h abelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi N.M.Vəliyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Məhkum ərizəsi təmin edilsin. A L D I: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 20 23-cü il tarixli qərarından Məhkum müdafiəçisi N.M.Vəliyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1837/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1837/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver