Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1837/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 Müdafiəçi – Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bu ndan sonra CM-in) 177.2.5, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinən Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsinin, 1(006)-321/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli (sədrlik edən X2) hökmü ilə xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 177.2.5, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əm əllərini törətməkdə təqsirli bilinərək 177.2.5-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 24 yanvar 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaq la ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Məhkum cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkməsinin əvvəlinin 17 oktyabr 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “ev” dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təqdim edilməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədr liyi və məruzəsi ilə), X7 və X1 ibarət tərkibdə) 1(103)-174/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 24 yanvar 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması hissəsi hökmdən xaric edilmiş, Məhkum qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-174/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz veriməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İŞİN HALLARİ: Məhkəmə hökmünə əsasən Məhkum zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakın ı gizli olaraq talama məqsədilə 24 dekabr 2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanda yerləşən binanın yanında dayanan Zərərçəkmiş şəxs1 yaxınlaşıb tanış olaraq yaranmış səmimi ünsiyyət əsnasında sonuncuya cinsi ehtirasını təmin etməyi təklif edib razılığını aldıqdan sonra həmin küçənin qaranlıq hissəsinə keçməklə orada Zərərçəkmiş şəxs1 şalvarının düyməsini açıb ağız boşluğu ilə cinsi ehtirasını təmin edən zaman sonuncunun əynindəki şalvarının cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 80 manat dəyərində “Redmi S2” markalı mobil telefonu və 860 manat nağd pulunu çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 945 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 yanvar 2023-cü il tarixdə saat 22:30 radələrində ünvan 3 ünvanın qarşısına gəlib aralarındakı rolların bölgüsünə əsasən bir-birilərindən aralı məsafədə dayanaraq bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs həmin yerdən piyada keçən Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb yaxınlıqda bərbərxana olmasını soruşmasından istifadə edərək sonuncunu yaxınlıqda qohumunun işlədiyi bərbərxananın yerini göstərməsi adı ilə həmin küçənin qaranlıq hissəsinə apararkən o, Zərərçəkmiş şəxs2 arxa hissədən yaxınlaşaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib qollarından tutmaqla yerə yıxıb Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs2 şal varının cibindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 150 manat dəyərində “Samsung A31” markalı mobil telefonu və 63 manat məbləğində pulu ələ keçirib açıq talamaqla hadisə yerindən qaçıb uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 218 (iki yüz on səkkiz) manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi şikayətində göstərir ki, məhkəmənin qərarı ilə müdafiəçisi olduğu Məhkum cinayət əməlini törətməkdə özünü təqsirli bilmir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 dekabr 2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanda yerləşən binanın yanında dayanan Zərərçəkmiş şəxs1 yaxınlaşıb tanış olaraq yaranmış səmimi ünsiyyət əsnasında sonuncuya cinsi ehtirasını təmin etməyi təklif edib razılığını aldıqdan sonra həmin küçənin qaranlıq hissəsinə keçməklə orada Zərərçəkmiş şəxs1 şalvarının düyməsini açıb ağız boşluğu ilə cinsi ehtirasını təmin edən zaman sonuncunun əynindəki şalvarının cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 80 manat dəyərində “Redmi S2” markalı mobil telefonu və 860 manat nağd pulunu çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 945 manat məbləğində maddi ziyan vuraraq oğurluq etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ittiham üzrə özünü oğurluqda təqsirli bilmədiyini ifadəsində bildirdiyini lakin məhkəmə hökmdə nədənsə əksini qeyd etmişdir. Hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə bəraət verilməlidir. Məhkum bildirir ki, Zərərçəkmiş şəxs2lə bağlı hissədə Təqsirləndirilən şəxs o sadəcə yanında olmuş telefonu satmamış ondan əldə olunan puldan ona verilməmişdir. Hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinməli ona cəza verilməli, Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri hissəsində bəraət verilməlidir. Əlavə olaraq bildirir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı şikayət və tələb yoxdur. Kassasiya şikayətində göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2024-cü il tarixli qərarını ləğv edilməsi, təqsirləndirilən şəxsə CM-in 177.2.5, 180.2.2 və 180.2.4-cü maddələri ilə bəraət verilməsi və CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkuma aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının və müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müra ciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansi yası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasi ya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçi1 şikayətdə Məhkum əməlində cinayət tərkibi olmadığını iddia edərək onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməsi mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tar ixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məz mun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasın da, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3 -cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 177.2.5, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdır ılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onun təqsirli olmas ı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 177.2.5, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şü bhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Təqsirləndirilən şəxsin ona həmin qərarla istinad edilən CM-in 177.2.5, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş material ları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məs ələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-i n, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu bax ımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükə li olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, müdafiəçinin kassasiya şikayətinin Məhkum əməlində cinayət tərkibinin olmaması barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin q arşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azər baycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 202 4-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-174/2024 saylı, 08 aprel 2024-cü il tar ixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1837/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1837/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver