Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1838/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin (hakim X2) 06 oktyabr 2022-ci il tarixli 1(032)-281/2022 saylı hökmü ilə xx xxxx 1971-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 23-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlin 27 avqust 2022-ci il tarixindən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, qanunsuz olaraq bir ədəd zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, nömrəsi silinmiş, 7,62 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş üçün yararlı odlu yivli silah hesab olunan «AK-103» modelli, Kalaşnikov konstruksiyalı avtomatı, bir ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan və həmin Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi sayılan texniki cəhətdən saz vəziyyətdə olmaqla istifadə üçün yararlı darağı və keçmiş SSRİ dövlətində 1983-cü ildə zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 2 ədəd ştat patronu əldə edib daşımaqla özünə məxsus olan "Porsche Cayenne" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlamış, 27 avqust 2022-ci il tarixdə saat 19:40-da Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş Əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq idarə etdiyi "Porsche Cayenne" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Şirvan şəhər Polis Şöbəsinin inzibati binasına həyətyanı sahəsinə gətirilib, avtomobilə baxış keçirilən zaman bir ədəd Kalaşnikov konstruksiyalı «AK-103» modelli avtomat, həmin avtomatın komplekt hissəsi olan bir ədəd daraq və iki ədəd ştat patron avtomobilin arxa yük yerindən aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və İlkin Abdullayev) 14 dekabr 2022-ci il tarixli, 1(106)-906/2022 nömrəli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1(032)-281/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci tarixli, 1(106)-906/2022 nömrəli qərarının məhkum edilmiş şəxs Məhkum cəza təyini hissəsində dəyişdirərək, ona CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini və yaxud ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Məhkum çəkmiş olduğu cəza həddi müddətinə endirməklə azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər istintaq və istərsə də məhkəmə araşdırması zamanı məhkum edilmiş şəxs özünü olan verilmiş ittihamda təqsirli bilmiş və vermiş olduğu ifadələrində bildirmişdir ki, 20 avqust 2022-ci il tarixdə hava isti olduğu üçün “Kür” çayının ətrafına getmiş, Kür çayının ətrafında gəzərkən 1 ədəd sellofan torba görmüş, həmin sellofan torba diqqətini cəlb etmiş, həmin sellofana baxan zaman içərisində 1 ədəd qara rəngli “Kalaşnikov” markalı odlu silahın olduğunu görmüş, həm in silahın yanında 1 ədəd daraq və darağın içərisində 2 ədəd patron olmuşdur. Həmin silahı, darağı və 2 ədəd patronu götürüb özünə məxsus olan “Porsche Cayenne” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerinə qoymuşdur ki, həmin silahı hüquq mühafizə orqanlarına təhvil versin. Lakin evində xəstə olduğu üçün və başqa işləri çıxdığından silahı, darağı və patronları polisə təhvil verə bilməmişdir. Hesab edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi, cinayət işi üzrə səhv nəticəyə gəlməklə əsassızlığa yol vermiş və nəticədə məhkum edilmiş şəxsə cinayətin ağırlığına və məhkumun şəxsiyyətə uyğun olmayan cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxış larını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelya siya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsi f edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində məhkumun əməlinin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edilir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni ci nayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci v ə 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən himayəsində 1 az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş və nəzərə almışdır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri, ağırlığı və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işin hallarını nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar müəyyən etmədiyindən birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum 25 dekabr 1996-cı il tarixdə Azərbaycan Respublikasının 01 sentyabr 2000-c i ilədək qüvvədə olmuş CM-in 17,94-cü maddəsinin 1-ci hissəsi ilə 9 il müddətinə, 19 mart 2004-cü il tarixdə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 304.1,320.2-ci maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzaları çəkmiş və məhkumluq ödənilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq nəticəyə gəlir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı onun şəxsiyyəti ilə bağlı yuxarıda qeyd edilmiş halları da nəzərə almış və cinayət qanununun normalarına kifayət qədər riayət edilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasi bətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlilləri əsassızdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsinə göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmas ını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1838/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1838/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver