Məhkəmə qərarları › İş №1(102)-1838/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1838/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1838/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 32.4, 308.1, 308.1, 311.3.2, 312-1.1, 32.4, 313 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədzadə Əkbər Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) 1 dekabr 2022-ci il tarixli h ökmü ilə Məhkum, xx xxxxxxxx 1964-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Bakı Baş Səhiyyə İdarəsi” Publik Hüquqi Şəxsin tabeliyindəki Xocasən Sağlamlıq Mərkəzinin baş həkimi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamış, CM-in 32.4, 308.1, 308.1, 311.3.2, 312-1.1, 32.4, 313 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.4, 308.1 və 308.1-ci maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 311.3.2-ci maddəsi ilə həmin Məcəl lənin 46.2-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 312-1.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplama yolu ilə əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqda n məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 75.1.2-ci maddəsinə əsasən isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Məhkum CM-in 32.4, 313 və 313-cü maddələri ilə cəza təyin olunmamışdır. Hökmlə həmçinin zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum qarşı mülki iddiası tam təmin olunmuş və ondan 168.828,33 (yüz altmış səkkiz min səkkiz yüz iyirmi səkkiz) manat 33 qəpik pul vəsaitinin alınaraq zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) hesabına ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası i lə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində təkrar istəməklə təkrar almış, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrar vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qullu q mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmiş, vəzifəli şəxsi şəxsi niyyətlə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrar vəzifə saxtakarlığı törətməyə təhrik etmiş, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına təkrar qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Rzayev Əlibaba Ağaşirin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Musayev Fuad Məhəbb ət oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 25 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, hökm cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilmiş, hökmdən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasına və Baş Prokurorluğun depozit hesabına ödənilmiş 168.828,33 manat vəsait barəsində xüsusi müsadirə tətbiq edilməklə həmin vəsaitin vurulmuş maddi zərərin ödənilməsinə yönəlməsinə dair müddəalar xaric edilmiş, CM-in 32.4, 308.1, 308.1, 312-1.1-ci maddələrind ə nəzərdə tutulan cinayət əməllərinin təkrar törədilməsi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması Azərbaycan Respublikasının Baş Prokurorluğun depozit hesabına ödənilmiş 168.828,33 manat vəsaitin vurulmuş maddi zərərin ödənilməsinə yönəldilməsi müəyyən edilmiş, hökm isə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Ə.Y.Məmmədzadə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan so nra mətndə CPMin) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarlarına, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Ə.Y.Məmmədzadə həmin şikayətini belə əsaslandırmışdır ki, işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarına qanuna müvafiq qaydada hüquqi qiymət verilməmiş və cinayət qanunvericiliyinin normaları düzgün tətbiq olunmamaqla, hüquqlarını müdafiə etdiyi şəxs törətmədiyi və ümumiyyətlə baş verməmiş cinayət əməllərinə görə məsuliyyətə cəlb olunaraq məhkum edilmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirlyininin Tibb İdarəsinin tabeliyində olan 1 saylı Poliklinikanın Həkim Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Şahid24 öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vəzifə saxtakarlığına yol verməyə təhrik etməsinə, həmçinin Şahid24 qərarına qanunsuz təsir göstərməyə yönələn hər hansı hərəkətə yol verməsinə dair heç bir sübut əldə olunmamış, Şahid24 həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrində Məhkum qarşı irəli sürülmüş ittihamda adları qeyd olunan şəxslərə əlillik dərəcələrinin verilməsi üçün elektron göndərişlərin özü tərəfindən tərtib edildiyini etiraf etmiş, lakin həmin şəxslərə dair sənədlərin ona kim tərəfindən verildiyini xatırlam adığını, Məhkum isə ümumiyyətlə tanımadığını və onunla heç vaxt görüşmədiyini bildirmişdir. Məhkum da öz ifadələrində Şahid24 tanımadığını və onunla hər hansı təmasının olmadığını göstərmişdir. Bundan başqa, əlillik dərəcələri verilmiş şəxslər də öz ifadələrində Məhkum ümumiyyətlə tanımadıqlarını, onunla heç vaxt görüşmədiklərini və hər hansı sövdələşmə aparmadıqlarını, ona hər hansı məbləğdə pul vermədiklərini bildirmişlər. Həmin şəxslərin verdikləri ifadələr hökmdə də təsvir olunmuşdur. Belə olan halda qeyd olunan şəxslərə əlillik dərəcəsinin verilməsi ilə bağlı Məhkum Şahid24 öz səlahiyyətlərindən sui-istifadə etməyə və vəzifə saxtakarlığı etməyə təhrik etməsi, həmçinin, onun qərarına qanunsuz təsir etməsi (nüfuz alveri cinayəti törətməsi) ilə bağlı məhkəmələrin gəldikləri nəticə qanuni və əsaslı hesab edilə bilməz, şəxsin tanımadığı və heç vaxt ünsiyyətdə olmadığı hər hansı digər şəxsə təsir etməsi, yaxud onu hər hansı cinayət əməlini törətməyə təhrik etməsi mümkün deyil, Məhkum qarşı irəli sürülmüş ittiham isə yalnız Şahid1 ifadələri üzərində qurulmuşdur. Birinci instansiya məhkəməsi Şahid1 həmin ifadələrini nəyə görə mötəbər sübut kimi qəbul etdiyini, Məhkum xeyrinə olan digər şahidlərin ifadələrinin isə nəzərə alınmalı olmadığını hökmdə əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi də eyni nöqsana yol vermiş, sübutları qanuna müvafiq qaydada tədiq etməmiş, nəticədə də Məhkum törətmədiyi cinayət əməllərinə görə əsassız olaraq məhkum olunmuşdur. Eyni zamanda Məhkum ona elan olunmuş ittihamda adları qeyd olunan digər 5 nəfərə əlillik dərəcəsinin verilməsi ilə ba ğlı özünü qismən təqsirli hesab etmiş və bildirmişdir ki, o, Şahid1 inanıb və məhz onun xahişi ilə təqdim etdiyi həmin şəxslərə aid olan tibbi rəylər əsasında elektron göndərişləri tərtib edərək, Tibbi Sosial Ekspert Komissiyasına göndərmiş, ona təqdim olunan tibbi rəylərin həqiqətə uyğun olmadığı barədə məlumatı isə olmamış, öz hərəkətlərini törədərkən heç bir maddi maraq izləməmiş və göstərilən şəxslərdən pul, digər maddi nemət istəməmiş və almamışdır. Buna baxmayaraq, Məhkum yuxarıda qeyd olunan həmin hallar üzrə özünü qismən təqsirli hesab etdiyinə görə əslində başqalarının törətdiyi cinayətə görə dövlətə vurulan ziyanı ödəməyi öz üzərinə götürmüş və həmin ziyanı hətta artıqlaması ilə ödəmişdir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmələr Məhkum cəzaların təyin edilmə si məsələsini həll edərkən onun ilk dəfə cinayət törətməsini, ailə vəziyyətini, vətən uğrunda gedən müharibədə iştirak etdiyini, hətta göstərdiyi şücayətlərə görə medallarla təltif olunduğunu nəzərə almamış, bu hallara da obyektiv qiymət verməmiş, nəticədə də hüquqlarını müdafiə etdiyi şəxs ağır cəzaya məruz qalmışdır. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin nümayəndəsi və məhkumun müdafiəçisi Ə.Y.Məmmədzadə isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kol legiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, müdafiəçisi Ə.Y.Məmmədzadənin və zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istis na etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizə məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 14 oktyabr 2024-cü il tarixli 3-16-17/22/2-3844/2024 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə Məhkum müdafiəçisi Ə.Y.Məmmədzadə tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şik ayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, CPM-in 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protes tini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib həmin ərizənin təmin edilib-edilməməsi ilə bağlı məsələnin məhkəmənin mülahizəsinə buraxılmasına dair zərəçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2, ərizənin təmin edilməsi və kassasiya şikayətinin geri qaytarılması barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, habelə qanunvericiliyin yuxar ıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 32.4, 308.1, 308.1, 311.3.2, 312-1.1, 32.4, 313 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Ə.Y.Məmmədzadə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 308.1, 311.3.2, 312-1.1, 32.4, 313 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023cü il tarixli qərarından onun müdafiəçisi Ə.Y.Məmmədzadə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar