Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1838/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, 26 avqust 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, orta təhsilli, subay, ün van 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-104/2025 nömrəli 6 mart 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1143/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə (hakimlər S.H.Hacıyev (sədrlik edən), A.H.Əliyeva və V.E.Quliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi i lə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 22 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-104/2025 nömrəli 6 mart 2025-ci il tarixli qərarı ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1143/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmək, yetişdirmək və onları (onların hissələrini) toplamaqla kultivasiya etmək, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlamaq, saxlamaq və satmaq üçün naməlum mənbədən istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin aprel ayında özünə məxsus olan yaşadığı ünvan 2 ünvanda yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtə bəsində 137 ədəd dibçəkdə süni işıqlandırma şəraitində əkib onların cücərməsinə nail olduqdan sonra 22 may 2023-cü il tarixədək olan müddət ərzində külli miqdarda 137 ədəd “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”-in İİİ siyahısına daxil olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və hissələrini toplayaraq kultivasiya etmiş, kultivasiya etdiyi tərkibində narkotik vasitələr olan həmin çətənə (kannabis) bitki kollarından toplayıb kustar üsulla hazırladığı külli miqdarda 01 kq 232,2 qram təmiz çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə yaşadığı ünvan 2 ünvanda qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 22 may 2023-cü il tarixdə saat 19:45-də yaşadığı ünvan 2 ünvanın qarşısında saxlanılaraq, öz razılığı və iştirakı ilə həmin tarixdə saat 19:45-dən etibarən qeyd edilən ünvana baxış keçirilərkən fərdi yaşayış evinin birinci mərtəbəsində 137 ədəd dibçəkdə süni işıqlandırılma şəraitində əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda ümumi sayı 137 ədəd olan yaş vəziyyətdə ümumi çəkisi 495 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və həmin növ bitkidən hazırlanan və kannabinoidli komponentləri eyni olan Məhk um satış məqsədi ilə qanunsuz olaraq hazırlamaqla saxladığı külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 75 qram, 20 qram, 125 qram, 40 qram, 40 qram, 35 qram, 35 qram, 45 qram, 20 qram, 25 qram, 80 qram, 35 qram, 10 qram, 25 qram, 30 qram, 20 qram, 40 qram, 15 qram və 25 qram olmaqla 19 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 8,71 qram, 9,10 qram, 9,83 qram, 9,30 qram, 9,68 qram, 9,69 qram, 7,34 qram, 9,79 qram, 7,73 qram, 8,24 qram, 8,98 qram, 9,56 qram, 8,82 qram, 6,79 qram, 7,38 qram, 6,84 qram, 8,81 qram, 8,49 qram, 9,86 qram, 9,02 qram, 6,49 qram, 7,85 qram, 7,21 qram, 9,12 qram, 9,70 qram, 6,88 qram, 9,16 qram, 8,92 qram, 9,06 qram, 9,15 qram, 9,39 qram, 6,81 qram və 8,78 qram olmaqla 33 ədəd kibrit qutusunda və ayrı-ayrılıqda təmiz çəkiləri 41,09 qram, 34,70 qram, 43,8 5 qram və 90,08 qram olmaqla 04 ədəd şüşə bankada ümumilikdə 1 kq 232,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otağın döşəməsinin üzərindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-104/2025 nömrəli 6 mart 2025-ci il nömrəli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, işdəki sübutlara əsasən faktoloji hal olaraq müəyyən edilmişdir ki, müdafiəçisi olduğu Məhkum barəsində DİN BMCMİ-nin hər hansı əməliyyat-qeydiyyat işi açılmamış, buradan da onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı iddia edilən məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmiş, həmçinin DİN BMCMİ-də Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair sanksiyalaşdırılmış qərar qəbul edilməmiş, hər hansı əməliyyat qrupu yaradılmamış, onun barəsində polis əməkdaşlarının ehtimal etdiyi məlumatla bağlı «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş heç bir əməliyyat-axtarış tədbiri həyata keçirilməmiş və ya araşdırma aparılmamış, onun tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmamış, istintaq orqanı tərəfindən də bu xüsusatlara heç bir hüquqi qiymət verilməmişdir. İş üzrə ehtimal edilən əməliyyat məlumatı əsasında əməliyyataxtarış tədbirləri Məhkum nar kotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və bu xüsusda onun tutulması barədə hər hansı sübut (telefon danışıq məlumatları, müşahidə məlumatları, baxış keçirmə, videomüşahidə nəticəsində əldə edilmiş məlumatlar və sair) əldə edilməmişdir. Həmçinin işin hallarında da qeyd etdiyimiz kimi “əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə” 21 iyul 2023-cü tarixli qərardan da aydın olur ki, həmin qərar sonradan qəbul edilmişdir. Bu isə bir daha onu təsdiq edir ki, Məhkum polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulması barədə ittihamda qeyd edilənlər əsassızdır və həqiqətə uyğun deyildir. Digər tərəfdən o da qeyd olunmalıdır ki, «Əməliyat-axtarış faəliyyəti haqqında» qanunda şəxsin tutulması əməliyyataxtarış tədbiri kimi nəzərdə tutulmamışdır. Ş əxsin şübhəli şəxsin qismində tutulması Azərbaycan Respublikası CPM ilə tənzimlənir. Belə ki, şübhəli şəxsin tutulmasının hüquqi əsasları və qaydası Azərbaycan Respublikası CPM-nin 147-148-ci maddələrində öz əksini tapmışdır. Qanun şübhəli şəxsin tutulmasının qanunvericilikdə dəqiq ifadə olunmuş əsaslar nəticəsində həyata keçirilməsini təsbit etmişdir. Ən əvvəl qanuna görə (CPM-nin 147.4-cü maddəsi) şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Qanunvericiliyə əsasən (CPM-nin 148 ci maddəsi) şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda, zərərçəkmiş şəxs, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə, hə mçinin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda ona qarşı tutulma tətbiq edilir. Eyni zamanda şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə, daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda və şəxsiyyəti müəyyən edilmədikdə, o, tutulmaya məruz qala bilər. İş materiallarından görünür ki, Məhkum faktiki olaraq ünvan 3 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evində şübhəli şəxs qismində tutulması və yaşadığı evdə və həyətyanı torpaq sahəsində axtarış və götürülmənin aparılması üçün polis əməkdaşlarının əlində qanunda nəzərdə tutulmuş heç bir əsas, o cümlədən keçirilmiş hər hansı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutlar olmamışdır. Məhkum tutulması və yaşadığı evdə axtarış və götürmənin aparılması qanunun tələblərinə uyğun olmadan qanun pozuntusu ilə həyata keçirildiyi üçün bu zaman onun məhkəmə istintaqı zamanı dediyi kimi həqiqətən də narkotik vasitənin onun yaşadığı evdə polis əməkdaşları tərəfindən “qoyulmasını” deməyə əsas verir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, onun müdafiəçisi Müdafiəçi3, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittih amçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üç ün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbayca n Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində “qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə” törədilməsinə görə məsuli yyət nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə d air” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə il k növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə a id biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəm əsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Ək s maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət m ühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmi n sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarında olan baxış və götürmə aparılması barədə 22 may 2023-cü il tarixli protokoldan görünür ki, 22 may 2023-cü il tarixdə saat 19:45-dən 20:37-dək Məhkum yaşadığı ünvan 2 ünvanında yerləş ən ikimərtəbəli fərdi yaşayış evinə baxış keçirilməklə evin birinci mərtəbəsindən 137 ədəd dibçəkdə narkotik tərkibli çətənə bitkiləri, evin ikinci mərtəbəsindən isə 19 ədəd sellofan paketdə və 4 ədəd şüşə bankada narkotik vasitə qurudulmuş marixuana, eləcə də 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan alim-aqronom X3 tərəfindən Məhkum məxsus yaşayış evinə keçirilmiş baxışa dair 22 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, həmin tarixdə polis əməkdaşlarının iştirakı ilə vətəndaş Məhkum məxsus ünvan 3 ünvanda baxış keçirilmiş; baxış zamanı yaşayış evinin təmir olunmamış 1-ci mərtəbəsinin sol otağında xüsusi avadanlıqlardan istifadə edilməklə (işıq, havalandırma) plastik dibçəklərdə, qidalı torpaqda əkini qadağan olunmuş çətənə bitkilərinin becərilməs i aşkar olunmuş; çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərilmiş, kultivasiya tədbirləri yerinə yetirilmiş; çətənə bitkilərinin ümumi sayı 137 ədəd olmuş, bundan 57 ədədi ştil, 80 ədədi normal inkişaf fazasında olmuşdur; bitkilərin boyu 10-15 sm qeydə alınmış; narkotik tərkibli çətənə bitkiləri kökü ilə birlikdə dibçəklərdən götürülmüş və qablaşdırılmışdır. Həmçinin məhkəmə qərarlarında olan 15 iyun 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməsi, eləcə də satışı ilə məşğul olması, eləcə də narkotik vasitə olan marixuananı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən evində əkib becərdiyi narkotik tərkibli çətənə bitkiləri ni qurudub toplamaqla əldə etməsi ilə müəyyən edilmişdir. Məhkəmə-bioloji ekspertizası üzrə 23 may 2023-cü il tarixli 7/757 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Məhkum yaşadığı ünvandan...” yazı və imzalar olan göy rəngli polietilen bağlamadakı 19(on doqquz) ədəd sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 75 qram, 20 qram, 125 qram, 40 qram, 40 qram, 35 qram, 35 qram, 45 qram, 20 qram, 25 qram, 80 qram, 35 qram, 10 qram, 25 qram, 30 qram, 20 qram, 40 qram, 15 qram və 25 qram 33 (otuz üç) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 8,71 qram, 9,10 qram, 9,83 qram, 9,30qram, 9,68 qram, 9,69 qram, 7,34 qram, 9,79 qram, 7,73 qram, 8,24 qram, 8,98 qram, 9,56 qram, 8,82 qram, 6,79 qram, 7,38 qram, 6,84 qram, 8,81 qram, 8,49 qram, 9,86 qram, 9,02 qram, 6,49 qram, 7,85 qram, 7,21 qram, 9,12 qram, 9,70 qram, 6,88 qram, 9,16 qram, 8,92 qram, 9,06 qram, 9,15 qram, 9,39 qram, 6,81 qram və 8,78 qram, 04 (dörd) ədəd şüşə bankada ayrıayrılıqda təmiz çəkiləri 41,09 qram, 34,70 qram, 43,85 qram və 90,08 olan bitki mənşəli kütlələr eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır; ümumi çəkisi 1232,2 qramdır; həmin göy rəngli polietilen bağlamada olan 1 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur, buna görə də müqayisəli tədqiqat aparılmadı; tədqiqata təqdim edilmiş üzərində “Məhkum yaşadığı ünvandan aşkar edilmiş 137 ədəd....bitkilər” yazı və imzalar olan ağ rəngli polietilen bağlamadakı 137 (yüz otuz yedd i) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 495 qram olan bitki nümunələri eyni olub əklibbecərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidirlər. Məhkəmə qərarlarında olan məhkəmə-narkoloji ekspertizası üzrə 21 iyul 2023-cü il tarixli 5348 nömrəli ekspert rəyindən görünür ki, Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür, Məhkum müayinə zamanı arabir düşəndə narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir. Müdafiə t ərəfi Məhkum yaşadığı evin yaxınlığında olan kamera görüntülərindən əldə edilmiş videogörüntülər və müxtəlif fotoşəkillər təqdim edərək polis əməkdaşlarının Məhkum yaşadığı evə ittihamda qeyd edilən vaxtdan əvvəl gəldiklərini, özləri ilə göy sellofan paketdə narkotik vasitələr gətirdiklərini və Məhkum evindən aşkar edilmiş narkotik vasitələrin də məhz həmin paketdəki narkotik vasitələr olmasına dair iddialar irəli sürmüşlər. Aşağı instansiya məhkəmələrində həmin görüntülər iş üzrə dindirilmiş şahidlərin iştirakı ilə birlikdə tədqiq edilmiş və şahidlər (polis əməkdaşları) videogörüntülər və fotoşəkillərdə uzaq məsafədən görüntüsü olan şəxslərin onların olmadığını, Məhkum yaşadığı evə ittihamda qeyd edilmiş vaxtda gəldiklərini, orada videoçəkiliş vasitəsi ilə baxış və götürmə apardıqlarını b ildirmişlər. Aşağı instansiya məhkəmələri hesab etmişdir ki, həmin görüntülərdə uzaq məsafədən görüntüsü olan şəxslərin konkret olaraq kimliyi müəyyən olunmur, həmin şəxslərin müdafiə tərəfinin qeyd etdiyi kimi polis əməkdaşları olması təsdiq edilmir, eləcə də Məhkum evindən aşkar edilmiş içərisində narkotik vasitə çətənə bitkisi (kannabis) olan 137 ədəd dibçəyin və yaxud digər narktok vasitələrin müdafiə tərəfinin qeyd etdiyi kimi 1 ədəd göy sellofan paketdə polis əməkdaşları tərəfindən oraya gətirilməsi müəyyən edilmir. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər Şahid1, Şahid2, Şahid3, X2 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticən i əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan nark otik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb ed ir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun ola raq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkumin əməlində CM-in 234.4.3 və 237.2.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin mat eriallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkumin əməlini CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edib onu həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən h əmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Kons titusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdədə qeyd edir ki, cəza məhkumun tör ətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı ma ddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəy işiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)104/2025 nömrəli 6 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1838/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1838/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver