Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1839/2022 08.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1633/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qə rarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1993-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. 2. 21 may 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 204.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir ona görə ki, o, özünə məxsus “İPhone X” markalı mobil telefonu satmaq məqsədi ilə 05 yanvar 2020-ci i l tarixdə saat 20 radələrində ünvan 3 ünvanın qarşısında şəxsiyyəti X1 məlum olan alıcı ilə görüşüb satdığı telefonun əvəzində sonuncudan 9 (doqquz) ədəd C49435027 nömrəli 100 Azərbaycan manatı, 4 (dörd) ədəd A60499645 nömrəli 50 Azərbaycan manatı, 2 (iki) ədəd B37930204 nömrəli 20 Azərbaycan manatı nominallı ümumilikdə 1140 (bir min yüz qırx) manat saxta pulu satış məqsədi ilə əldə etdikdən sonra www.tap.az sosial ticarət səhifəsində yerləşdirilmiş “İPhone X” markalı mobil telefon satışı elanının sahibi Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq 07 yanvar 2020-ci il tarixdə, saat 23:10-da ünvan 4 ünvanın qarşısında görüşmüş, Zərərçəkmiş şəxs mobil telefonu cəmi 520 (beş yüz iyirmi) manat müqabilində almağa razılaşaraq görüş ünvanının qarşısında saxladığı və həmin ərəfədə idarə etdiyi “Merced es-Benz E270 CDİ” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin içərisində 2 (iki) ədəd həqiqi 10 Azərbaycan manatı əskinasını, habelə 5 (beş) ədəd C49435027 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasına oxşar, eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilərək “Currency” proqramında olan həqiqi 100 Azərbaycan manatı nominallı pul əskinasının nümunələri ilə eynilik təşkil etməyən saxta pulu Zərərçəkmiş şəxs verməklə satmışdır. 3. 08 iyun 2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-21/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-220/2019 nömrəli, 19 aprel 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş və həmin günədək çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 19 yanvar 2020-ci il tarixdən hesablanması qərara alınmış, hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər də həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai araşdırma zamanı bir çox maddi və prosessual pozuntulara yol verilməsinə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmi ş və nəticədə yolverilməz sübutlara əsaslanan qanunsuz ittiham hökmü çıxarılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1633/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-21/2021 nömrəli, 05 avqust 2021ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, məhkumun müdafiəçisi onları təkrarlamaqla kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2021-ci il qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar tə qdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Məhkumun müdafiəçisi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əsassız cinayət məsuliyyətinə cəlb edildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1. 6cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Kassasiya şikayətinin dəlilləri nəzərdən keçirildikdə müəyyən olunur ki, şikayət müəllifi iddialarını ilk növbədə ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələrin Məhkum qarşı edilmiş işgəncə, təzyiq və polis əmə kdaşlarının digər qanunsuz əməlləri təsiri nəticəsində verilməsi, birinci və apellyasiya instansiyası məhkəmələrinin həmin ifadələri lazımi qaydada tədqiq etməməsi ilə əsaslandırmağa çalışmışdır.
17. Kassasiya şikayətinin Məhkum məhkəməyədək istintaq dövründə işgəncə, təzyiq və hər hansı digər qanunsuz rəftara məruz qalması haqda iddiaları ilə bağlı məhkəmə kollegiyası “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 25-ci bəndinə əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərin i həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir.
18. Milli qanunvericilik və məhkəmə praktikası ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qay da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № 34445/04, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).
19. Hazırki halda cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı dövründə müdafiə tərəfi məhkum edilmiş şəxs in təzyiq altında ifadə verməsinin sübutu olaraq Azərbaycan Respublikası Bakı İstintaq Təcridxanasının xx/xx-5108 nömrəli, 29 iyun 2020-ci il tarixli məktubunu təqdim etmişdir. Həmin məktuba görə, həbs edilmiş şəxs Məhkum 24 yanvar 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olduğu vaxt keçirildiyi ilkin müayinə zamanı onun bədənində sol gözaltı nahiyəsində tünd-bənövşəyi, sol budun 1/3-nin arxa nahiyəsində sarı-yaşımtıl qançırlar aşkar olunmuşdur.
20. Müdafiə tərəfinin qaldırdığı məsələ ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, ibtidai istintaq dövründə Məhkum istintaq təcridxanasına qəbul edilərkən üzərində olan xəsarətlər barədə məlumat Bakı İstintaq Təcridxanasından rayon prokurorluğuna göndərilmiş və Bakı şəhər i Yasamal rayon prokurorluğunun müstəntiqi X5 tərəfindən araşdırma aparılaraq, Məhkum Yasamal RPİ-nin 29-cu PŞ-nin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə 08 may 2020-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, faktla bağlı aparılan araşdırma zamanı Məhkum barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş və verilmiş rəylə müəyyən edilmişdir ki, Məhkum 02 mart 2020-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmiş, onun adına tərtib edilmiş məhkumun tibbi kitabçasında göstərilən xəsarətlər – sol gözaltı nahiyənin və sol budun arxa orta 1/3- nin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, təqsirləndirilə n şəxsin göstərdiyi müddətdə, yəni 17 yanvar 2020-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin, Məhkum adına tərtib olunmuş məhkumun tibbi kitabçasında qeyd olunan xəsarətlərin lokalizasiyasını və əlçatan nahiyələrdə olduğunu nəzərə alaraq demək olar ki, bu xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilmir.
21. Sözügedən qərarın surəti Məhkum göndərilməklə qərardan Bakı şəhəri Yasamal rayon prokuroruna və ya məhkəmə nəzarətini həyata keçirən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət etmək hüququ izah edilsə də, istər məhkum özü, istərsə də onun müdafiəçisi həmin qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayətlə müvafiq orqana müraciət etməmiş, bunun edilməməsini hər hansı yetərli də lillə əsaslandırmamış və ya izah etməmişlər. Hazırda qüvvədə olan həmin qərarla Məhkum ibtidai istintaq dövründə hər hansı qanunsuz təzyiq və ya təsirə qalması barədə iddialar istisna edildiyindən, məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə əsassız hesab edir.
22. Məhkumun müdafiəçisi kassasiya şikayəti üzrə həmçinin məhkum edilmiş şəxsin ibtidai istintaq dövründə 17 yanvar 2020-ci il tarixində ilkin izahatı alınarkən faktiki olaraq şübhəli şəxs qismində dindirildiyini, lakin bununla bağlı müdafiəçi ilə təmin edilmədiyini, bununla da onun müdafiə hüququnun pozulduğuna dair dəlillər irəli sürmüşdür.
23. Cinayət işinin materialları ilə ibtidai istintaq dövründə Məhkum müdafiə hüququ pozulmasına dair kassasiya şikayətində göstərilən dəlillər öz təsdiqini tapmamış, bunun əksinə müəyyə n edilmişdir ki, ibtidai istintaq dövründə Məhkum şübhəli şəxs qismində cəlb edildiyi vaxtdan ona dövlət hesabına müdafiəçi təyin edilərək, keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edilmişdir.
24. Belə ki, ibtidai istintaq dövründə Məhkum ilkin izahatı alınarkən o, şübhəli şəxs statusunda olmamış, şübhəli şəxs qismində tutulmalı olduğu müəyyən edildikdən sonra, onunla istintaq hərəkətlərinin həyata keçirilməsi üçün hüquqlarının müdafiə edilməsi məqsədilə 21 yanvar 2020-ci il tarixli qərarla dövlət hesabına müdafiəçi dəvət olunmuş və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 şübhəli şəxsin müdafiəçisi qismində şübhəli şəxsə təqdim olunmuş və o, hüquqlarının müdafiəçi K.Bağırov tərəfindən müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra bütün istintaq hərəkətləri müdafiəçinin iş tirakı ilə həyata keçirilmişdir.
25. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hər bir işdə ədalətli məhkəmə araşdırmasının tələblərinə əməl olunmasının yoxlanılması ayrıca məsələnin və yaxud halın təcrid vəziyyətdə təhlil edilməsi ilə yox, cinayət prosesinin bütövlükdə nəzərdən keçirilməsi ilə aparılmalıdır (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il). İstinad edilən işdə şikayətçinin ibtidai istintaq dövründə müdafiəçidən imtina etməsi vəkilin iştirakı olmadan qəbul edilmiş, daha sonra bu halın pozuntu olduğu birinci instansiya məhkəməsinin qərarı ilə təsdiq edilmiş və cinayət işi Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora q aytarılmışdır. Buna baxmayaraq, qanunvericiliyin tələblərinə zidd olaraq əldə edilmiş müdafiəçidən imtinadan sonra şikayətçi və digər məhkum arasında aparılmış üzləşmədə əldə edilmiş sübut (ona qarşı verilmiş ifadə) cinayət işinə mahiyyəti üzrə baxılan dövrdə ittihamın təsdiq edilməsi üçün istifadə edilmişdir. Bununla belə, Avropa Məhkəməsi işin bütün hallarını nəzərdən keçirməklə belə nəticəyə gəlmişdir ki, şikayətçinin məhkum edilməsi təkcə pozuntu ilə əldə edilmiş sübutla əsaslanmadığından, onun cinayət əməlinin törədilməsində təqsiri iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən ekspertiza rəyləri, ittihamın əsaslığına dəlalət edən şahid ifadələri və s. ilə təsdiqləndikdən, şikayətdə qaldırılmış məsələ pozuntu hesab edilməməlidir (Fariz Əhmədov, §§ 59-63).
26. Hazırki cinayət işin də Məhkum Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri təkcə məhkumun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yox, həmçinin Azərbaycan Respublikası CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla - müqayisəli şəkildə tədqiq edilmiş digər şəxslərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirildiyindən, məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə də əsassız hesab edir.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəl diyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birin ci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
29. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim edilməsində və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyas iya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1633/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kolle giyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1633/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.