Məhkəmə qərarları › İş №1(102)-1839/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1839/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1839/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 12 aprel 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1964-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Bakı şəhər Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri vəzifəsində işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, ünvan 1 ünvanında yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik if adə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 17 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən, ictimai yer olan "xxxx" MMC-nin darvazasının qarşı hissəsində, küçədə özü ilə oraya gətirdiyi şəhid ailələrinə MMC-nin hüquq üzrə direktor müavini vəzifəsində işləyən Şahid6 şəhid ailələrini təhqir etməsi barədə uca səslə yalan məlumatlar verməklə sonuncunun ünvanına nalayiq söyüşlər söyüb zavoddan çölə çıxmasını tələb etdikdən sonra Şahid6la zavodun işçilərinin darvazadan çölə çıxdığını görüb təkrar Şahid6 nalayıq söyüşlərlə söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli h ərəkətlər edib, yəni qeyd olunan tarixdə və vaxtda ictimai yer olan zavodun qarşı hissəsində, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərilməklə, orada səs-küyə gələn şəxslərin olmasına məhəl qoymadan, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün öz hərəkətlərini davam edib orada videoçəkiliş apararkən artıq şəhid ailələrinin və ətrafdakıların yanında ifşa olunduğunu, yəni şəhid ailələrinin onları öz şəxsi marağına görə oraya gətirdiyini anladıqlarını başa düşüb çıxış yolu kimi videoçəkiliş apardığı mobil telefondan silah qismində istifadə edərək heç bir əsaslı səbəb olmadan MMC-nin anbardarı Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyərək mob il terlefonun arxa hissəsi ilə sonuncunun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona təpə nahiyəsində hematoma kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmağa aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 1(105)-212/2023 nömrəli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-49/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

7. Kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, hazırki cinayət işi üzrə kobut qanun pozuntularına hələ işin ibtidai istintaqı zamanı yol verilmişdir. Belə ki, ibtidai istintaq kobud prosessual pozuntularla aparılmışdır. Belə ki, iş materiallarından görünür ki, baş vermiş hadisə barədə Sumqayıt ŞPİ-inin təhqiqatçısı Elsevər Quliyev tərəfindən 21.10..2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edimişdir. Həmin qərardan subyektiv hüququ olmayan şəxs Şahid6 şikayət ərizə si ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Prokurorluğuna müraciət etmiş, xx.xx.2022-ci il tarixdə dərhal cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilmiş, CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmış, şahidlər dindirilmiş, dərhal əməl CM-nin 221.1-ci maddəsindən 221.3-cü maddəsinə tövsif edilmiş və Məhkum terorçu, təhlükəli residivist kimi həbs edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə barədə ilk öncə Şahid5 DİN 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt hadisə iştirakçılarının izahatı alınmışdır. İlkin izahat zamanı nə Zərərçəkmiş şəxs, nə Şahid6 nədəki digər izahatı alınan şəxslər mobil telefonla Məhkum Sabirin təpə nahiyyəsindən vurmasını bildirməmişlər. Məh kum həbs edilməli olduğundan, xx.xx.2022-ci il tarixdə zərəçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq orqanının göstərişi əsasında ifadəsində guya Məhkum onun təpə nahiyyəsindən 3 dəfə vurmasını bildirmişdir. Aydındır ki, Məhkum Zərərçəkmiş şəxs 3 dəfə mobil telefonla vurmağa nə fiziki imkanı nə də fiziki gücü vardır. Məhkum özünəməxsus həyat tərzi olan, 58 yaşında, qaraciyəri dəyişdirilmiş və xəstəlikləri mövcud olan bir şəxsdir. Onun Zərərçəkmiş şəxs kimi gənc, fiziki cəhətddən özündən daha güclü şəxsi 3 dəfə telefonla başından vurması absurddur. Cinayət işi üzrə dindirilmiş 7 şahiddən 5 nəfər ümumiyyətlə Rasimin kimisə vurmasını görməməsini bildirmişlər. İttiham tərəfindən dindirilmiş 2 şahid isə vurmasını gördüyünü bildirmişlər. Lakin bu zamanda, zərərçəkmiş şəxs in ifadəsi ilə üst-üstə düşməyən biri-birini təkzib edən ifadələr vermişlər. Birinci instansiya Məhkəməsində icraat. İşin ibtidai istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsinıə baxmayaraq həmin pozuntular birinci instansiya Məhkəməsində və Apelyasiya Məhkəməsində davam etmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ifadə verən Məhkum qeyd olunan maddə ilə özünü təqsirli bilməyərək (halbuki məhkəmə hökümdə guya qismən təqsirli bilməsi qeyd edilmişdir) qeyd etmişdir ki, 13-14 sentyabrda Buzovna qəsəbəsində olan zaman istifadəsində olan mobil nömrəyə tanımadığı mobil nömrəsindən zəng gəlmiş, ona zəng edən şəhid bulağınını tikintiki üçün müraciət edən Ruhiyyə xanım olmuşdur. Oda anası və xalası ilə birlikdə Sumqayıta gəlmiş, şəhid bulağının tikintisi üçün lazım olan müəyyən tikinti materiallarını təşkil etmişdir. Bundan soran bulağın tikintisi üçün ondan şifer vurulmasında köməklik göstərilməsi xahiş edilmiş, həmin vaxt təsadüfən oradan keçən Şahid6 avtomobilini saxlatdırmış, ona şiferin vurulması üçün köməklik göstərməsini xahiş etmiş, o buna etiraz etməyərək sabah sürücüsün yanına göndərməyi tapşırmışdır. Oda həmin bulağın tikintisini həyata keçirənlərə bu barədə məlumat vermişdir. Səhəri gün sürücüsü Şahid5 Şahid6 yanına getmiş, Şahid6 Şahid5 bildirmişdir ki, Rasim dələduzdur, şəhid ailələrinin adından pul yığır ona verəcək pulu yoxdur. Bundan sonra şəhid ailələri təkrar ona zəng edib şiferlə maraqlanmış, o da, onlara bildirmişdir ki, Şahid6 onu dələduz adlandıraraq pul verməkdən imtina edir. Şəhid ailələridə ona bildirmişdir ki, b irlikdə getsinlər Şahid6 yanına və məsələni izah etsinlər. Oda bununla razılaşmış və xx.xx.2021-ci il tarixdə onlar brilikdə AzMetal MMC-nin yerləşdiyi zavoda getmişlər Bu zaman o mobil telefonunun çıxararaq çəkiliş etmiş, zavodun fəaliyyəti barədə çəkiliş aparmış, bu zaman zavodun qapıları açılmış içəridən 12-13 nəfər şəxs çıxaraq onların üzərinə hücum etmişlər. Həmin vaxt Sabir və Ramiz digər şəxslərdə orda olmuşdur. Çəkiliş etdiyi üçün zornan onun mobil telefonu əlindən alınmış, yerə düşmüş və qırılmışdır. Bundan sonra Şahid6 “aparın Rasimi peçə atın” deyə göstəriş vermişdir. Həmin vaxt orada olan Şahid4 onları aralamış və Məhkum qaçıb avtomobilinə əyləşib polis bölməsinə getmişdir. Həmin vaxt o heçkimə xəsarət yetirməmiş, əksinə o hücuma məruz qalmışdır. Bundan sonra araşdırma nəticəsi ndə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə sosial şəbəkələrdə məhs Sumqayıt şəhər Polis İdarəsinin rəisi barədə tənqidi fikirlər söylədiyindən xx.xx.2022-ci ildə saat 13:15 radələrində yolda olan zaman qara maskalı şəxslər tərəfindən terorçu kimi həbs edilmiş, bu zaman işgəncələrə məruz qalmışdır. Ona verilən ittiham ilə razı deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, ifadəsini oxumadığını bildirmişdir. Məhkəmə iclasında sərbəst ifadə verən zaman təqsirləndirilən şəxsin dediyi xüsusatları tam təsdiq etmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 da, özünün təzyiqlərə məruz qaldığını, ibtidai istintaq orqanında verdiyi ifadəni oxumadığını, ümumiyyətlə latın qrafikalı əlifba ilə yazıb oxumağı bacarmadığını bildirmişdir. Eyni zamanda Məhkəmə iclasında sərbəst ifadə verən zaman təqsirləndirilən şəxsin dediyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində bildirmişdir ki, hadisə həqiqətəndə şəhid bulağının tikintisinə görə baş vermiş, xx.xx.2022-ci il tarixdə Az Metal MMC-nin qarşısına gedən zaman VAZ 2106 markalı avtomobillə Məhkum məxsus avtomobilin arxasınca getmiş, o hadisə yerinə çatdıqda artıq dava dalaşın başlamasını görmüş, bu zaman şəhid anası Şahid1 halının pisləşdiyini görüb onu həmin maşına əyləşdirib geri dönmüşdür. Məhkum kimisə vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermiş Məhk um kimisə vurmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında ittiham tərəfindən dindirilmiş Şahid7 sərbəst ifadə verən zaman bildirmişdir ki, hadisə baş verən vaxt ümumiyyətlə orada olmamışdır. Məhkəmə iclasında ittiham tərəfindən şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun olaraq bildirmişdir ki, hadisə vaxtı orada olmuş, Ramiz xuliqanlıq hərəkətlərini həyata keçirən zaman ona qarşı səbr və təmkinlə davranmışlar. Rasim əsassız yerə Zərərçəkmiş şəxs baş nahiyyəsinə 3 dəfə zərbə vurmuşdur. Müdafiə tərəfinin suallarına cavab olaraqbildirmişdir ki, həmin vaxt Rasimlə Sabir üzbəüz dayanmış və Rasim bu zaman 3 dəfə Sabirin təpə nahiyyəsindən vurmuşdur. Lakin nədənsə müdafiə tərəfinin verilən suallarına cavab olaraq şahidin bildirdiyi ifadələr məhkəmə hök ümdə öz əksini tapmamışdır. Məhkəmə iclasında ittiham tərəfindən şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Məhkum dəfələrlə ondan müxtəlif bəhanələrlə pul tələb etmiş, o bəzi vaxtlarda pul vermiş lakin son vaxtlarda ona pul verməmişdir. Bu səbəbdən Rasimlə aralarında problem yaşanmışdır. xx.xx.2021-ci il tarixdə Rasim və sürücüsü Yəhya və tanımadığı bir neçə şəxs Az Metal MMC-nin qarşısına gəlmiş bu zaman Rasim videoçəkiliş aparmış onlarda nə olduğunu öyrənmək üçün çölə çıxdığında Rasimin onları təhqir etməsini, xuliqanlıq etməsini görmüşlər. Bu zaman onunla söhbət edən zaman Rasim qəflətən öz mobil telefonu ilə Sabirin təpə nahiyyəsinə vurmuş və qaçmaq istəyəndə Rasimi kəmərindən tutub polis çağırmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkm iş şəxs Şahid6 və Şahid3 verdiyi ifadəyə uyğun olaraq ifadə vermişdir. Müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, Məhkum qəflətən onun xəbəri olmadan arxa tərəfdən onun təpə nahiyyəsinə mobil telefonla 3 dəfə vurmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(060)-49/2023 saylı hökmü ilə Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə hökmündə heç bir əsas olmadan ŞABLON şəkildə bildirilmişdir ki, guya məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə heç bir xəs arət yetirməməsi barədə verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıdığından məhkəmə həmin ifadəyə tənqidi yanaşır və həmin ifadə təqsirləndirilən şəxsin ibtidai istintaqdakı qismən etiraf edici ifadəsi, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə eyni zamanda məhkəmə baxışında dindirilən şahidlər Şahid1, Şahid2, Şahid4 ifadələrinin Məhkum heç kimi vurmamasına dair hissəsini işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən məhkəmə ifadələrin həmin hissələrinə tənqidi yanaşaraq sübut kimi qiymətləndirmir. Həmin şahidlərin ibtidai istintaqdakı ifadələrini işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən sübut kimi qiymətləndirir.” Görün düyü kimi 1 –ci instansiya Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş hökm tamamilə subyektiv mülahizələrə əsaslanmış və işin faktiki hallarına və məhkəmə istintaqı zamanı araşdırılan hallara uyğun çıxarılmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsində icraat. Hörmətli Məhkəmə Kollegiyası! Sumqayıt Apelyasiya Məhəkəməsi işin ibtidai istintaqı zamanı və birinci instansiya Məhkəməsində icraat zamanı yol verilmiş kobut qanun pozuntularını aradan qaldlrmaq əvəzinə birinci inmstansiya məhkəməsinin qəbul etdiyi qanusuz və ədalətsiz hökmü dəyişdirməyən ondan da ədalətsiz qərar qəbul etmişdir. Belə ki, Məhkəmə kollegiyası öz qərarında qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, birinci instansiya məhkəməsi hökmünün ləğv edilmə klə, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasına dair məhkumun və müdafiəçinin və apellyasiya şikayətinin təmin edilmədən saxlanması barə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-49/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya tələblərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apelyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci ma ddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sübutları ətraflı araşdırıb tədqiq etmiş, işin faktiki halları barədə düzgün nəticəyə gəlmişdir. Dövlət ittihamçısı da işin faktiki halları barədə məhkəmənin gəldiyi nəticə ilə tam razılaşmışdır. Müdafiə tərəfi isə bu nəticə ilə razılaşmasa da, bunun səbəbini, yəni hadisənin başqa motivlə, yaxud başqa şəraitdə baş verməsi barədəki arqumentlərini əsaslandıra bilməmişdir. Göründüyü kimi Apelyasiya Məhkəməsi birinci instansiya Məhkəməsinin hökmünü sadəcə qərara çevirməklə kifayətl ənmişdir. Halbuki Apelyasiya Məhkəməsi Apelyasiya şikayətinin bütün dəlillərinə qiymət verməyə borcludur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Məhkum daimi yaşayış yeri vardır. O qeydiyyatda olduğu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında himayəsində 85 yaşlı anası ilə birlikdə yaşayır.Bundan başqa, Məhkum, Xalq şairi, X10 Tahir tərəfindən 1996-cı ildə təsis edilən “Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi” İctimai Birliyinə 2003-cü ildə üzvlüyə qəbul edilmişdir. 2005-ci ildə Birliyin prezidenti Xalq Şairi Söhrab Tahirin təklifi ilə DAMM İB-nin İdarə Heyətinə seçilmiş, təşkilatdakı yüksək səviyyəli fəaliyyəti nəzərə alınaraq 2006-cı ildə DAMM İB-nin birinci vitse prezidenti, 2008-ci ildə isə birinci vitse prezidenti vəzifəsinə seçilmişdir. Fəa liyyəti dövründə Məhkum Adil oğlunun beynəlxalq tədbirlərin və formların keçirilməsində böyük və əvəzolunmaz xidmətləri olmuş, hər ilin 12 dekabr və 10 may tarixlərində Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anım və ölüm günlərinin keçirilməsini yüksək səviyyədə təşkil etmişdir. 2014-cü ildə Rusiya Federasiyasının Sank- Peterburq şəhərində Dövlət Filarmoniyasının Azərbaycan Respublikasından gedən deputat nümayəndə heyətinin tərkibində Heydər Əliyevin 94-cü ildönümü və X8 10 illik yubileyinin təşkil edilməsində xüsusilə fərqlənmişdir. 2018-ci ildə DAMM İB-nin prezidenti Çingiz Abdullayevin təşəbbüsü ilə Türkiyə Respublikasının Kahramanmaraş şəhərində X11 və Ana Fəryadı abidəsinin açılışında xüsusi xidmətləri olmuşdur. Həmin ildə Moskva şəhərində Dünya Azərbaycanlı İntellektuallarının Fo rmunun keçirilməsinə nail olmuşdur. Digər tədbirlər kimi bu tədbirdədə ölkəmizi təmsil edən diplomatik korpusun nümayəndələri DAMM İB-nin prezidenti Çingiz Abdullayev, vitse prezidenti Ramiz Quliyev və ictimmaiyyətin tanınmış şəxslərinin iştirakı ilə birlikdə forum keçirilmişdir. Məhkum Adil oğlu fəaliyyəti dövründə nümunəvi vətəndaş və təşkilatın səlahiyyətli şəxsi kimi müsbət xarakterizə olunmuşdur. Bu barədə tərtib olunmuş xasiyyətnamə hazırkı vəsatətə əlavə edilir. Göründüyü kimi təqsirləndirilən şəxs cəmiyyət içində nüfuza malik olan bir şəxsdir.Bundan başqa, Məhkum 2008-ci ilin dekabr ayında qaraciyər transplatasiyası əməliyyatı keçirmiş və həmin vaxtdan etibarən Səhiyyə Nazirliyi tərəfrindən mütəmadi olaraq dərmanlarla təchiz edilmişdir. Hazırda da müalicəsini davam etdirir. Məhkəmə də daxili inam formalaşarsa ki, məhz cinayətin törədilməsində Məhkum təqsirli olmuşdur bu halda ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi müzakirə predmeti olmalıdır. Birinci instansiya Məhkəməsində və Apelyasiya instansiyasında yuxarıda qeyd olunan halların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. 8.Yuxarıda qeyd olunanlara əsasən, CPM-nin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyasından Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-212/2023 saylı 12 aprel 2023cü il tarixli qərarını ləğv edərək hüquqlarını müdafiə etdiyi Məhkum əməlində AR. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi olmadığı üçün onun barəsində bəraət hökmü çıxararılması barədə qərar qəbul edilməsi xahiş edilir. III. Hüquqi məsələlər

9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.

10. Məhkum kassasiya şikayətinin başlıca dəlili barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır.

11. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə.

12. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum törətdiyi əməldə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliyi kifayət qədər sübutа yetirilmişdir. İbtidai istin taq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

14. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum elan olunmuş ittiham aktında qeyd edilmiş halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar, həmin sübutların şübhə altına alınması üçün işdə heç bir əsas yoxdur.

15. Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir.

16. Bundan əlavə, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır.

17. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər.

18. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində mü dafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir.

19. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, həm ibtidai istintaq və həm də məhkəmə istintaqı zamanı Məhkum müdafiə hüququnun pozulması hallarına yol verilməmiş, onun Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində göstərilmiş bütün hüquqları təmin edilmişdir.

20. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyy ət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

21. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir.

22. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır.

23. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli, 1(105)-212/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 12 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar