Məhkəmə qərarları › İş №1(102)-1839/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1839/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1839/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023 -cü il tarixli qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 16 noyabr 2022-ci il tarixli 1(056)157/2022 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs həmin hökmdən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi) Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 06 iyul 2023-cü il tarixli 1(106)-483/2023 nömrəli qərarı ilə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət ötürməklə verildiyindən hərəkətsiz saxlanılmış, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 386-cı maddəsinə əsasən tələbin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi 19 iyul 2023-cü il tarixli məktubla cinayət işi materialları ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 24 iyul 2023-cü il tarixli 1(056)-157/2022 nömrəli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(056)157/2022 nömrəli hökmündən apellyasiya şi kayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilmədiyindən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs apellyasiya şikayəti geri qaytarılmışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 17 avqust 2023-cü il tarixli 1(056)-157/2022 nömrəli qərarla zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(056)157/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi) Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 05 oktyabr 2023-cü il tarixli 1(106)-483/2023 nömrəli qərarı ilə Sabirabad Rayon Məh kəməsinin 16 noyabr 2022-ci il tarixli 1(056)157/2022 nömrəli hökmündən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilmiş və baxılmamış saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmündən 18 iyul 2023-cü il tarixdə rəsmi qaydada Sabirabad Rayon Məhkəməsinə müraciət edilmiş, lakin hansısa səbəbdən sözügedən vəsatət apellyasiya şikayətindən ayrılaraq birinci instansiya məhkəməsinin hakimi tə rəfindən müzakirə edilmədən yalnız apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinə müddəti ötürməklə göndərilib. Belə ki, Sabirabad Rayon Məhkəməsi 17 avqust 2023-cü il tarixdə qərar qəbul edərək müddətin bərpa edilməsinə dair vəsatəti deyil, məhz özləri tərəfindən hazırlanmış vəsatəti müzakirə etmişlər. O, qeyd etmişdir ki, məhkəmənin hökmünü qəbzə imza etməklə özü şəxsən təhvil aldığından apellyasiya şikayəti üçün hər hansı müddətin bərpası barədə vəsatətə ehtiyac olmamışdır. Apellyasiya məhkəməsi tərəfindən şikayətə vaxtında baxılmadığından müddət ötürülmüşdür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasi ya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına 06 aprel 2023-cü il tarixdə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini 07 aprel 2023-cü il tarixdə aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərmişdir. Sabirabad Rayon Məhkəməsi apellyasiya şikayətini cinayət işi materiallarına əlavə edib cinayət işini 19 iyun 2023-cü il tarixdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edə n və məruzəçi) Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 06 iyul 2023-cü il tarixli 1(106)-483/2023 nömrəli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022ci il tarixli 1(056)157/2022 nömrəli hökmündən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti (zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs buraxılmış müddətin bərpasına dair vəsatət təqdim edilməməsi ilə əlaqədar) hərəkətsiz saxlanılmış, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 386-cı maddəsinə əsasən tələbin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Sabirabad Rayon Məhkəməsinə 18 iyul 2023-cü il tarixli vəsatətlə ( apellyasiya məhkəməsinə 02 avqust 2023-cü il t arixdə daxil olmuşdur) müraciət edərək apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 17 avqust 2023-cü il tarixli 1(056)-157/2022 nömrəli qərarla zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(056)157/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən Sabirabad Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi) Məhəmməd Bağırov və İsmayıl Əhməd ov) 05 oktyabr 2023-cü il tarixli 1(106)-483/2023 nömrəli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(056)157/2022 nömrəli hökmündən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilmiş və baxılmamış saxlanılmışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarını aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququ na malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 391.4-cü maddəsinə əsasən, bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edi lir və baxılmamış saxlanılır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs apellyasiya şikayətinin hərəkətsiz saxlanılması barədə qərar qəbul edilməsi qanun normalarının tələblərinə uyğun olmuşdur. Belə ki, Məhkum barəsində olan hökmdən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs qanunla müəyyən edilmiş müddət keçdikdən sonra apellyasiya şikayəti versə də, apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatət qaldırmamışdır. Apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar kassasiya şikayətinin hərəkətsiz saxlanılması və belə vəsatətin qaldırılması üçün 20 gün müddət müəyyən edilməsi barədə qərar qəbul etmişdir. Cinayət işinin materiallarından isə görünür ki, zərərçəkmiş şəxsin qanu ni nümayəndəsi Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətlə birinci apellyasiya məhkəməsinə müəyyən etməmiş, həmin müddət keçdikdən sonra bu barədə vəsatət vermiş, lakin birinci instansiya məhkəməsi həmin vəsatəti əsassız olduğundan təmin etməmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs onun vəsatətinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs apellyasiya şikayətinin verilməmiş hesab edilməsi və baxılmamış saxlanılması barədə qərar qəbul edilməsi Azərbaycan Respublik ası CPMin 391.4-cü maddəsinin tələblərinə uyğun gəlir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs apellyasiya şikayətinin verilməmiş hesab edilməsi və baxılmamış saxlanılması barədə qərarını əsaslı hesab edir, kassatorun həmin qərarın qanunsuz olması barədə dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs apellyasiya şikayətinin verilməmiş hesab edilməsi və baxılmamış saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar