Məhkəmə qərarları › İş №1(102)-1839/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1839/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1839/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinən Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 de kabr 2024-cü il tarixli, 1(103)-2241/2024 nömrəli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Nigar İmanova) 13 sentyabr 2024-cü il tarixli, 1(008)-355/2024 nömrəli hökmü ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonu, Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Öyləqulu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 46.2-ci maddəsinə əsasən 01 il müddətə qida və qeyri-qida məhsullarının satış ı ilə məşğul olma hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, CM-in 69.3cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə, o cümlədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq saxlandığı 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 06 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Məhkum qəti olaraq 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Məhkum üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəy işdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin Məhkum yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməsi, cəzasının əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 1(103)-2241/2025 nömrəli qərarı ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi və məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair xx.xx.2024-cü il tarixli, 1(008)-355/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 1(103)-2241/2025 nömrəli qərarından Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: Məhkəmələrin gəldiyi nəticəyə əsasən Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamışdır. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dö vlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN**********) ərzaq və qeyri-ərzaq məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-də 01 aprel 2020-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək olan müddətdə ekspeditor (satış təmsilçisi) vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 01 aprel 2020-ci il tarixli əmək və tam maddi-məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlakı qəbul etmək, satmaq və vaxtında müştəriyə çatdırmaq, satışdan əldə olunmuş məbləği toplayıb xəzinəyə təhvil vermək, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunu aparmaqla hesabat vermək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla öz qulluq mövqeyind ən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə davamlı olaraq mənimsəməklə talamaq məqsədilə 01,03.2021-ci il tarixə olan qalıq 25.673.14 (iyirmi beş min altı yüz yetmiş üç manat on dörd qəpik) olmaqla 01 mart 2021-ci il tarixdən 02 iyul 2021 -ci il tarixədək Cəmiyyətin ünvan 2 ünvanında yerləşən anbarından rəsmi sənədlər xx.xx.2021-ci il tarixli 22300 nömrəli, 02 mart 2021-ci il tarixli 22406 nömrəli, xx.xx.2021-ci il tarixli 22409 nömrəli, xx.xx.2021-ci il tarixli 22455 nömrəli, xx.xx.2021-ci il tarixli 22456 nömrəli, xx.xx.2021-ci il tarixli 22524 nömrəli, xx.xx.2021-ci il tarixli 22525 nömrəli, xx.xx.2021-ci il tarixli 22545 nömrəli, 04 mart 2021-ci il tarixli 22576 nömrəli, xx.xx.2021-ci il tarixli 22578 nömrəli, xx.xx.2021-ci il tarixli 22579 nömrəli, xx.xx.2021- ci il tarixli 22668 nömrəli, xx.xx.2021-ci il tarixli 22685 nömrəli, xx.xx.2021-ci il tarixli 22837 nömrəli, xx.xx.2021-ci il tarixli 22838 nömrəli, 09 mart 2021-ci il tarixli 22861 nömrəli, xx.xx.2021-ci il tarixli 22871 nömrəli, xx.xx.2021-ci il tarixli 22872 nömrəli, xx.xx.2021-ci il tarixli 22932 nömrəli, xx.xx.2021-ci il tarixli 22943 nömrəli, xx.xx.2021-ci il tarixli 23037 nömrəli, xx.xx.2021-ci il tarixli 23073 nömrəli, 11 mart 2021-ci il tarixli 23104 nömrəli, xx.xx.2021-ci il tarixli 23106 nömrəli, xx.xx.2021-ci il tarixli 23118 nömrəli, xx.xx.2021-ci il tarixli 23122 nömrəli, xx.xx.2021-ci il tarixli 23172 nömrəli, xx.xx.2021-ci il tarixli, 23257 nömrəli, xx.xx.2021-ci il tarixli 23292 nömrəli, 12 mart 2021-ci il tarixli 23302 nömrəli, xx.xx.2021-ci il tarixli 23344 nömrəli, xx.x x.2021-ci il tarixli 23374 nömrəli, xx.xx.2021-ci il tarixli 23391 nömrəli, xx.xx.2021-ci il tarixli 23446 nömrəli, xx.xx.2021-ci il tarixli 23451 nömrəli, xx.xx.2021-ci il tarixli, 23500 nömrəli, 15 mart 2021-ci il tarixli 23509 nömrəli, xx.xx.2021-ci il tarixli 23530 nömrəli, xx.xx.2021-ci il tarixli 23464 nömrəli, xx.xx.2021-ci il tarixli 23548 nömrəli, xx.xx.2021-ci il tarixli 23550 nömrəli, xx.xx.2021-ci il tarixli 23583 nömrəli, xx.xx.2021-ci il tarixli 23592nömrəli, 16 mart 2021-ci il tarixli 23599 nömrəli, xx.xx.2021-ci il tarixli 23635 nömrəli, xx.xx.2021-ci il tarixli 23655 nömrəli, xx.xx.2021-ci il tarixli 23665 nömrəli, xx.xx.2021-ci il tarixli 23691 nömrəli, xx.xx.2021-ci il tarixli 23742 nömrəli, xx.xx.2021-ci il tarixli 23915 nömrəli, 25 mart 2021-ci il tarixli 23951 nömrə li, xx.xx.2021-ci il tarixli 23990 nömrəli, xx.xx.2021-ci il tarixli 24020 nömrəli, xx.xx.2021-ci il tarixli 24144 nömrəli, xx.xx.2021-ci il tarixli 24237 nömrəli, xx.xx.2021-ci il tarixli 24479 nömrəli, xx.xx.2021-ci il tarixli 24481 nömrəli, 05 aprel 2021-ci il tarixli 24485 nömrəli, xx.xx.2021-ci il tarixli 24568 nömrəli, xx.xx.2021-ci il tarixli 24600 nömrəli, xx.xx.2021-ci il tarixli 24606 nömrəli, xx.xx.2021-ci il tarixli 24644 nömrəli, xx.xx.2021-ci il tarixli 24658 nömrəli, xx.xx.2021-ci il tarixli 24671 nömrəli, 07 aprel 2021-ci il tarixli 24675 nömrəli, xx.xx.2021-ci il tarixli 24678 nömrəli, xx.xx.2021-ci il tarixli 24735 nömrəli, xx.xx.2021-ci il tarixli 24744 nömrəli, xx.xx.2021-ci il tarixli 24768 nömrəli, xx.xx.2021-ci il tarixli 24819 nömrəli, xx.xx.2021 24820 nömrəli, xx.x x.2021 24824 nömrəli, xx.xx.2021 24843 nömrəli, xx.xx.2021-ci il tarixli 24859 nömrəli, 09 aprel 2021-ci il tarixli 24860 nömrəli, xx.xx.2021-ci il tarixli 24870 nömrəli, xx.xx.2021-ci il tarixli 24967 nömrəli, xx.xx.2021-ci il tarixli 24969 nömrəli, xx.xx.2021-ci il tarixli 24992 nömrəli, xx.xx.2021-ci il tarixli 24997 nömrəli, xx.xx.2021-ci il tarixli 25050 nömrəli, 13 aprel 2021-ci il tarixli 25073 nömrəli, xx.xx.2021-ci il tarixli 25082 nömrəli, xx.xx.2021-ci il tarixli 25163 nömrəli, xx.xx.2021-ci il tarixli 25178 nömrəli, xx.xx.2021-ci il tarixli 25191 nömrəli, xx.xx.2021-ci il tarixli, 25212 nömrəli, xx.xx.2021-ci il tarixli 25222 nömrəli, 15 aprel 2021-ci il tarixli 25293 nömrəli, xx.xx.2021-ci il tarixli 25352 nömrəli, xx.xx.2021-ci il tarixli 25356 nömrəli, xx.xx.2021-ci il tarix li 25393 nömrəli, xx.xx.2021-ci il tarixli 25395 nömrəli, xx.xx.2021-ci il tarixli 25410 nömrəli, xx.xx.2021-ci il tarixli 25413 nömrəli, 19 aprel 2021-ci il tarixli 25466 nömrəli, xx.xx.2021-ci il tarixli 25470 nömrəli, xx.xx.2021-ci il tarixli 25475 nömrəli, xx.xx.2021-ci il tarixli 25513 nömrəli, xx.xx.2021-ci il tarixli 25523 nömrəli, xx.xx.2021-ci il tarixli 25528 nömrəli, xx.xx.2021-ci il tarixli 25545 nömrəli, 21 aprel 2021-ci il tarixli 25640 nömrəli, xx.xx.2021-ci il tarixli 25641 nömrəli, xx.xx.2021-ci il tarixli 25732 nömrəli, xx.xx.2021-ci il tarixli 25783 nömrəli, xx.xx.2021-ci il tarixli 25921 nömrəli, xx.xx.2021-ci il tarixli 25869 nömrəli,xx.xx.2021-ci il tarixli 26061 nömrəli, 03 may 2021-ci il tarixli 26157 nömrəli, xx.xx.2021-ci il tarixli 26197 nömrəli, xx.xx.2021-ci il tarixli 26204 nömrəli, xx.xx.2021-ci il tarixli 26268 nömrəli, xx.xx.2021-ci il tarixli 26289 nömrəli, xx.xx.2021-ci il tarixli 26290 nömrəli, xx.xx.2021-ci il tarixli 26366 nömrəli, 05 may 2021-ci il tarixli 26371 nömrəli, xx.xx.2021-ci il tarixli 26373 nömrəli, xx.xx.2021-ci il tarixli 26392 nömrəli, xx.xx.2021-ci il tarixli 26414 nömrəli, xx.xx.2021-ci il tarixli 26419 nömrəli, xx.xx.2021-ci il tarixli 26427 nömrəli, xx.xx.2021-ci il tarixli 26463 nömrəli, 07 may 2021-ci il tarixli 26509 nömrəli, xx.xx.2021-ci il tarixli 26698 nömrəli, xx.xx.2021-ci il tarixli 26699 nömrəli, xx.xx.2021-ci il tarixli 26703 nömrəli, xx.xx.2021-ci il tarixli 26705 nömrəli, xx.xx.2021 -ci il tarixli 26782 nömrəli, xx.xx.2021 -ci il tarixli 26786 nömrəli, 11 may 2021-ci il tarixli 26813 nömrəli, xx.xx.2021- ci il tarixli 26929 nömrəli, xx.xx.2021-ci il tarixli 26930 nömrəli, xx.xx.2021-ci il tarixli 26951 nömrəli, xx.xx.2021-ci il tarixli 27051 nömrəli, xx.xx.2021 -ci il tarixli 27148 nömrəli, xx.xx.2021-ci il tarixli 27151 nömrəli, 17 may 2021-ci il tarixli 27152 nömrəli, xx.xx.2021-ci il tarixli 27184 nömrəli, xx.xx.2021-ci il tarixli 27204 nömrəli, xx.xx.2021-ci il tarixli 27205 nömrəli, xx.xx.2021 -ci il tarixli 27268 nömrəli, xx.xx.2021-ci il tarixli 27282 nömrəli, xx.xx.2021 -ci il tarixli 27292 nömrəli, 18 may 2021-ci il tarixli 27294 nömrəli, xx.xx.2021-ci il tarixli 27417 nömrəli, xx.xx.2021-ci il tarixli 27427 nömrəli, xx.xx.2021-ci il tarixli 27429 nömrəli, xx.xx.2021-ci il tarixli 27465 nömrəli, 21,05.2021-ci il tarixli 27468 nömrəli, xx.xx.2021-ci il tarixli 27471 nömrəli, 24 may 2021-ci il tarixli 27631 nömrəli, xx.xx.2021-ci il tarixli 27743 nömrəli, xx.xx.2021 -ci il tarixli 27873 nömrəli, xx.xx.2021 -ci il tarixli 27876 nömrəli, xx.xx.2021 -ci il tarixli 27930 nömrəli, xx.xx.2021 -ci il tarixli 27931 nömrəli, xx.xx.2021-ci il tarixli 27933 nömrəli, 01 iyun 2021-ci il tarixli 27934 nömrəli, 01,06.2021-ci il tarixli 27936 nömrəli, xx.xx.2021-ci il tarixli 27971 nömrəli, xx.xx.2021-ci il tarixli 27972 nömrəli, xx.xx.2021-ci il tarixli 28006 nömrəli, xx.xx.2021-ci il tarixli 28008 nömrəli, xx.xx.2021-ci il tarixli 28009 nömrəli, 03 iyun 2021-ci il tarixli 28083 nömrəli, xx.xx.2021-ci il tarixli 28084 nömrəli, xx.xx.2021-ci il tarixli 28092 nömrəli, xx.xx.2021-ci il tarixli 28098 nömrəli, xx.xx.2021-ci il tarixli 28178 nömrəli, xx.xx.2021-ci il tarixli 28188 nömr əli, xx.xx.2021-ci il tarixli 28287 nömrəli, 07 iyun 2021-ci il tarixli 28299 nömrəli, xx.xx.2021-ci il tarixli 28301 nömrəli, xx.xx.2021-ci il tarixli 28305 nömrəli, xx.xx.2021-ci il tarixli 28381 nömrəli, xx.xx.2021-ci il tarixli 28411 nömrəli, xx.xx.2021-ci il tarixli 28496 nömrəli, xx.xx.2021 -ci il tarixli 28502 nömrəli, 10 iyun 2021-ci il tarixli 28518 nömrəli, xx.xx.2021-ci il tarixli 28519 nömrəli, xx.xx.2021 -ci il tarixli 28538 nömrəli, xx.xx.2021 -ci il tarixli 28590 nömrəli, xx.xx.2021 -ci il tarixli 28606 nömrəli, xx.xx.2021-ci il tarixli 28778 nömrəli, xx.xx.2021-ci il tarixli 28779 nömrəli, 14 iyun 2021-ci il tarixli 28780 nömrəli, xx.xx.2021-ci il tarixli 28781 nömrəli, xx.xx.2021-ci il tarixli 28782 nömrəli, xx.xx.2021-ci il tarixli 28783 nömrəli, xx.xx.2021-ci il tarixli 28871 nömrəli, xx.xx.2021-ci il tarixli 28949 nömrəli, xx.xx.2021 -ci il tarixli 28957nömrəli, 16 iyun 2021-ci il tarixli 28974 nömrəli, xx.xx.2021-ci il tarixli 29015 nömrəli, xx.xx.2021 -ci il tarixli 29020 nömrəli, xx.xx.2021-ci il tarixli 29023 nömrəli, xx.xx.2021-ci il tarixli 29026 nömrəli, xx.xx.2021 -ci il tarixli 29190 nömrəli, 21,06.2021-ci il tarixli 29196 nömrəli, 21 iyun 2021-ci il tarixli 29230 nömrəli, xx.xx.2021-ci il tarixli 29309 nömrəli, xx.xx.2021-ci il tarixli 29487 nömrəli, xx.xx.2021-ci il tarixli 29510 nömrəli, 01,07.2021-ci il tarixli 29724 nömrəli, 01,07.2021-ci il tarixli 29725 nömrəli, xx.xx.2021-ci il tarixli 29807 nömrəli cəmi 207 ədəd qaimə-faktura əsasında maddi məsuliyyətinə götürdüyü 46847.77 manat (qırx altı min səkkiz yüz qırx yeddi manat yetmiş yeddi qə pik) dəyərində şirniyyat məhsulları daşıyıcılar tərəfindən onun sifarişi əsasında Bakı şəhərinin Xətai, Suraxanı və Nizami rayonları ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verilsə də, həmin şirniyyat məhsullarının 4421.63 manat (dörd min dörd yüz iyirmi bir manat altmış üç qəpik) dəyərində olan hissəsini tələbata cavab verməyən məhsul kimi Cəmiyyətin anbarına qaytarmaqla, 9434.15 manat (doqquz min dörd yüz otuz dörd) mal qalığı təhvil verilməklə, 46 ticarət obyektində qalmış 10.627.11 manat (on min altı yüz iyirmi yeddi manat on bir qəpik) mal qalığı hesabından silinməklə, şirniyyat məhsullarının satışından əldə etdiyi cəmi 48.038.02 manat (qırx səkkiz min sıfır otuz səkkiz manat sıfır iki qəpik) məbləğdə pul vəsaitini təhkim olunduğu Bakı şəhərinin Xətai, Suraxanı və Nizami rayonlarında yerləşən ticarət obyektlərindən nağd şəkildə təhvil aldıqdan sonra 31.062.27 manatını (otuz bir min sıfır altmış iki manat sıfır iyirmi yeddi) Cəmiyyətin kassasına ödəməsinə baxmayaraq, ticarət obyektlərindən nağd şəkildə təhvil aldığı pul vəsaiti, eləcə də şirniyyat məhsullarını onun xidməti ərazisinə aid olmayan başqa ticarət obyektlərində satdırması hesabına əldə etdiyi cəmi 16.975.75 manat (on altı min doqquz yetmiş beş manat yetmiş beş qəpik) məbləğində pul vəsaitini Cəmiyyətin ünvan 2 yerləşən xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləməklə ona etibar olunmuş özgəyə, yəni "xxxx" MMC-yə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurub mənimsəməklə qəsdən talamışdır. Kassasiya protestinin dəlill əri və proses iştirakçılarının çıxışları: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı cəza təyini ilə bağlı hissədə yüngüllüyünə görə ədalətsiz və əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkum barəsində təyin edilmiş cəzanın yüngüllüyünə arxayın olaraq, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə laqeydlik göstərmiş və ümumilikdə 16975,75 manat maddi ziyandan zərərçəkmiş şəxsin şikayətçi olmasına baxmayaraq həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı cəmi 1000 manat pul ödəmişdir. Digər tərəfdən məhkəmə hökmündə və qərarında Məhkum yüngül cəza təyin edilməsini əsaslandırarkən onun şəxsiyyətini nəzərə aldığını qeyd etsə də, onun şəxsiyyətində yüngül cəza təyin edilməsi üçün hansı halların müəyyən edildiyini qeyd etməmişdir. Əksinə apellyasiya baxışı zamanı Məhkum vurulmuş ziyanın ödənilibödənilməməsi ilə bağlı sualları cavablandırarkən həmin suallara aqressiv formada, özünə arxayın şəkildə cavablandıraraq "maddi imkanım yoxdur, həmin pulları mən mənimsəməmişəm" formasında cavablar vermişdir. Belə olan halda məhkəmələrin yüngül cəza təyin edərkən və həmin cəzanı qüvvədə saxlayarkən şəxsiyyətində hansı müsbət halları nəzərə aldığını göstərməmişdir. Məhkum elan edilmiş ittiham toplanmış və təkzibedilmiş sübutlarla tam təsdiq edilməsinə baxmayaraq, o özünü ona elan edilmiş ittihamda təqsirli bilməmişdir. Məhkəmə isə belə olan halda ona yüngül cəza təyin edərkən onun şəxsiyyətini yüngülləşdirən hal qis mində nəzərə almışdır. Məhkum vurduğu ümumilikdə 16.975.75 manat məbləğində maddi ziyandan yalnız məhkəməyədək icraat dövründə 500 manat ödəmiş, lakin məhkəmə baxışı dövründə isə hər hansı məbləğdə zərərçəkmiş hüquqi şəxsə heç bir ödəniş etməmişdir. Məhkum barəsində olan hökmdən apellyasiya protesti və apellyasiya şikayəti verildiyindən apellyasiya baxışı zamanı ümumilikdə 500 manat ödəmişdir. Lakin buna baxmayaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi vurulmuş ziyanı tam olaraq tələb etdiyini bildirmiş və şirkətin təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş əmrin surətindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən Məhkum ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum tərəfindən vurulmuş maddi ziyandan cüzi məbləğdə ödəniş edildiyi halda, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla ona əsassız olaraq humanist mövqedən yanaşılmış, zərərçəkmiş hüquqi şəxsin vurulmuş maddi ziyanın ödənilməsini tələb etməsini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olmasını nəzərə almadan ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət nəticəsində vurulmuş zərərin qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona yüngül cəza təyin etməkdə haqlı olmamış, bununla da ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız təqsirləndirilən şəxsin maraqları ilə tamamlamışdır. Həmçinin, hökmdən görünür ki, öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayətini törədərək işlədiyi şirkətin əmlakını taladığını nəzərə alaraq, onun tərəfindən müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxsə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab etmişdir. Lakin, məhkəmə əlavə cəzanın təyin olunmasının mühümlüyünü qeyd etsə də, qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanı da aşağı həddə təyin etmişdir. Məhkəmə Məhkum təyin edilmiş cəzanın məqsədini təmin etməyən ədalətsiz yüngül cəzasını ədalətli cəza hesab edərək apellyasiya protestini və şikayətini təmin etməyərək işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini nəzərə almayaraq gəldiyi nəticəni qərarında kifayət qədər əsaslandırmamış və təyin etmişdir Yuxarıda qeyd edilənləri nəzərə alaraq, dövlət ittihamçısı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üz rə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 1(103)-2241/2024 nömrəli qərarının ləğv edilərək, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən veri lmiş kassasiya protestini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hə r bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidi r. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxsə təyi n edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 408, 409, 410, 412 və 416-cı maddəslərində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum X1 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində tə yin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəx siyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsi, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarını n təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyya tı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Ko nstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 179-cu maddəsinə əsasən: 179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.2. Eyni əməllər: 179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 179.2.2. təkrar törədildikdə; 179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə; dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 179.3.2. külli miqdarda törədildikdə; beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.4. Bu Məcəllənin 179.1—179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqda n məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 179.2.3 və 179.2.4-cü maddələrinin müəyyən etdiyi məhrumiyyət dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Məhkum cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2011 və 2013-cü il təvəllüdlü iki azyaşlı uşaqlarının olmasını, cinayət nəticəsində vurulmuş zərərin qismən ödənilməsini) və cəzanı ağırlaşdı ran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 179.2.3 və 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını ən yuxarı həddə təyin etmiş, eyni zamanda CM-in 46.2-ci maddəsinə əsasən ona bir il müddətinə müəyyən vəzifə tutma hüququnda məhrum etmə növündə əlavə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qanuni və əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşmışdır. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha ağır cəza ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi t əcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. Qeyd edilənlərə əsasən, Məhkum tə yin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitnə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısının kassasiya protestinin bu dəlilləri ilə məhkəmə kollegiyası razılaşmayaraq o qənaətə gəlir ki, apelyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən və apelyasiya instansiya məhkəməsi həmin hökmü dəyişdirilmədən qüvvədə saxlayarkən Cinayə t Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi haqlı olaraq Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəzanın təyin edilməsi mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apelyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bil əcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respubli kası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 1(103)-2241/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar