Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-184/2019 26.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)184-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 26 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2017-c iil tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2017-ci il tarixli hökmü ilə (hakimlər X9 (sədrlik edən), X15 və X4 ibarət tərkibdə) Məhkum – 2 sentyabr 1981-ci il tarixdə ********** şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, Əzizbəyov küçəsi ev 129-da qeydiyyatda olan, Xətai rayonu, İsmayılov küçəsi ev 13/14 C-də yaşamış, Azərbaycan Respublikas ı CM-nin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum tanışı X10 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, T6 gələcəkdə ona hər ay 200 manat pul verəcəyi barədə vədi əsasında sonuncunun keçmiş arvadı X2 üzünə yandırıcı maddə atmaq barədə sifarişi ilə onun əvvəlcədən təşkil etdiyi kimi hərəkət edərək 10 mart 2016-cı ildə, saat 22:15 radələrində T6 əvvəlcədən alıb gizlətdiyi “Sulfat” turşusunu götürüb Bakı şəhəri, *********** rayonu, ****************** saylı evin girişində T6 telefon zəngi ilə aldanıb evdən çıxan sonuncunun keçmiş arvadı, əvvəlcədən tanımadığı və heç bir münasibətdə olmadığı X2 üz nahiyəsinə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə aşındırıcı təsirə malik olan "Sulfat” kimyəvi turşusunu qəsdən ataraq ona yanıq şoku və sol gözün tam itirilməsi ilə müşayiət olunan üzün, sol gözün, sol qulaq seyvanının, boyunun, hər iki yuxarı ətrafın, gövdənin, döş qəfəsinin İllab-İV dərəcəli yanıq yaralarından ibarət xəsarətlər yetirərək zərərçəkmiş şəxs N8 sağlamlığına ümumilikdə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə əlaqədar olan, eləcə də sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan ağır zərər vurmuşdur. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X 14 və X6 ibarət tərkibdə) 22 iyun 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona verilmiş ittihamdan CM-nin 126.2.3 və 126.2.4-cü maddələrin xaric edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, CM-nin 126.2.3 və 126.2.4-cü maddələri üzrə əməli hökmdən xaric edilməli, CM-nin 126.2.1-ci maddəsindən CM-nin 221.2.1 və 128-ci maddələrinə tövsif edilərək həmin maddələrin sanksiyası həddində 4 il 6 ay müddətinə ona cəza təyin edilməlidir. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, ona vurduğu maddi və mənəvi ziyan ı aradan qaldırmış, səhhəti ilə bağlı ona dəyən ziyanlar yaxınları tərəfindən köməklik göstərilərək qismən yaxşılaşdırılmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və h üquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri xaric edilməli, cinayət əməli CM-nin 126.2.1-ci maddəsindən CM-nin 221.2.1 və 128-ci maddələrinə tövsif edilərək, Məhkum zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi, ona vurduğu maddi ziyanı aradan qaldırması, zərərçəkmişin ondan şikayət və tələbinin olmaması nəzərə alınaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respub likası CM-nin 126.2.3 və 126.2.4-cü maddələrində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətd ə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildkdə cinayət tərkibləri nəzərdə tutulmuşdur. Cinayət işi üzrə hər iki məhkumun birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş ifadələrindən müəyyən edilmişdir ki, Məhkum X10 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, T6 gələcəkdə ona hər ay 200 manat pul verəcəyi barədə vədi əsasında sonuncunun keçmiş arvadı X2 üzünə yandırıcı maddə atmaq barədə sifarişi ilə X2 üz nahiyəsinə aşındırıcı təsirə malik olan "Sulfat” kimyəvi turşusunu qəsdən atmışdır. Eyni zamanda sübut edilmişdir ki, 10 mart 2016-cı ildə, saat 22:15 radələrində Məhkum T6 telefon zəngi ilə aldanıb evdən çıxan sonuncunun keçmiş arvadı, əvvəlcədən tanımadığı və heç bir münasibətdə olmadığı X2 üz nahiyəsinə heç bir əsaslı səbəb olmadan, aralarında hər hansı münasibət olmadan, əvvəlcədən tanımadığı zərər çəkmiş şəxsin sifətinə xuliqanlıq niyyətilə aşındırıcı təsirə malik olan "Sulfat” kimyəvi turşusunu qəsdən atmışdır. Onun bu əməlləri nəticəsində zərərçəkmiş X5 yanıq şoku və sol gözün tam itirilməsi ilə müşayiət olunan üzün, sol gözün, sol qulaq seyvanının, boyunun, hər iki yuxarı ətrafın, gövdənin, döş qəfəsinin İll-İV dərəcəli yanıq yaralarından ibarət xəsarətlər yetirərək zərərçəkmiş şəxs N8 sağlamlığına ümumilikdə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə əlaqədar olan, eləcə də sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan ağır zərər vurmuşdur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərb aycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində izah edilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qa ydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Hazırkı cinayət işi üzrə Məhkum hərkətlərində ictimai qaydanı pozma əlamətləri olmamış, yalnız xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsə ağır xəsarət yetirmişdir. Eyni zamanda Məhkum tanışı X10 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, T6 gələcəkdə ona hər ay 200 manat pul verəcəyi barədə vədi əsasında sonuncunun keçmiş arvadı X2 üzünə yandırıcı maddə atmaq barədə sifarişi üzrə hərəkət edərək cinayət əməllərini törətmişdir. Kassasiya şikayətində cinayət işi üzrə toplanmış və Azərbayca n Respublikası CPM-nin 143-145-ci maddələrinə müvafiq tədqiq edilərək qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutları təkzib edəcək dəlillər göstərilməmişdir. Toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Məhkum cinayət əməllərinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif edilməsi barədə, eləcə də elan edilmiş ittihamdan CM-nin 126.2.3 və 126.2.4-cü maddələrinin xaric edilməsi barədə dəlillər əsassızdır. Bundan başqa cinayət işi üzrə məhkəmə-tibb ekspertizasının 07 iyun 2016-cı il tarixli rəyi ilə X2 almış olduğu yanıq şoku və sol gözün tam itirilməsi ilə müşayiət olunan üzün, sol gözün, sol qulaq seyvanının, boyunun, hər iki yuxarı ətrafın, göv dənin, döş qəfəsinin İll-İV dərəcəli yanıq yaralarından ibarət xəsarətlər sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri də əsassız hesab edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəzasının yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır və təmin edilməməlidir. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən görünür ki, zərərçəkmiş X2 təqsirləndirilən şəxs Məhkum şikayətinin və tələbinin olmaması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Məhkum valideynləri Nuran ə Hüseynovaya maddi və mənəvi yardım göstərdiklərindən ona qarşı şikayəti və tələbi yoxdur və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Bununla yanaşı cinayət işinin materiallarına əlavə edilmiş X2 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına ünvanladığı 01.07.2017-ci il tarixli ərizədə Məhkum əvvəllər razılaşdırdıqları məbləği ona ödəməkdən imtina etdiyinə görə ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 Ali Məhkəmənin Cinayət kollegiyasına göndərdiyi 07.01.2019cu il tarixli ərizədə də Məhkum şikayətçi olduğunu və ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum X7 ilə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqinə əsas verən qaydada barışıq əldə etməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin qaydaları tətbiq edilməməli, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58-ci maddələrində nəzərdə tutulmuş əsaslara uyğun olduğundan, cəzanın daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar olmadığından dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən Məhkum barəsindəki kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2017-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cə maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır Şərh edilənlərə əsasən və CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbayca n Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum və qeyrisinin məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2017-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-184/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-184/2019
26.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver