Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-184/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Sabirabad rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci ma ddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi ilə) xx xxx 1977-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir azyaşlı uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sabirabad rayonu, Qəfərli kəndində yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 il müddətə azadlığın mə hdudlaşdırılması cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Sabirabad rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, cavabdeh kimi Sabirabad rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(056)-298/2018 saylı 2 qətnaməsinə əsasən ondan cəmi 9.530 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2, həmin məhkəmənin 04 may 2018-ci il tarixli 2(056)-490/2018 saylı qətnaməsinə əsasən isə 10.000 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 verilməsi qət edilsədə, Sabirabad rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(056)-298/2018 saylı qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 16 avqust 2018-ci il tarixli 3(056)-481/2018 saylı qərarına əsasən Azərbaycan R espublikası İXM-nın 528.1-ci maddəsilə təqsirli bilinərək 20 gün müddətə inzibati qaydada həbs, Sabirabad rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli 2(056)-490/2018 saylı qətnaməsini icra etmədiyi üçün isə həmin məhkəmənin 23.10.2018-ci il tarixli 3(056)-819/2018 saylı inzibati qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsilə təqsirli bilinərək 500 manat məbləğindəcərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 07 yanvar 2019-cu il tarixədək hər iki icra vərəqəsi üzrə cəmi 18.560 manat məbləğində borcunu tələbkarlara ödəməyərək məhkəmənin məlum qətnamələrini qərəzli ol araq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hökmdən Zərərçəkmiş şəxs2 və Məhkum müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əliyev Elşad İbiş oğlu, hakimlər Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 18 sentyabr 2019-cu il tarixli qərarı ilə Sabirabad rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2019-cu il tarixdən hesablanmaqla, 01 il müddətə azadlıqdan məhru m etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilmiş, müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2019-cu tarixli qərarından Məhkum müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv edərək cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ilə Zərərçəkmiş şəxs2 arasında 21 noyabr 2016-cı ildə mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqaqvilə bağlanmışdır. Müqaviləyə əsasən Məhkum Zərərçəkmiş şəxs2 10.000 manat borclu olmuşdur, müqavilə Sabira bad regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunun xüsusi norarisusu tərəfindən təsdiq edilmişdir. Sabirabad rayon məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(056)-298/2018 saylı qətnaməsi ilə Məhkum 9500 manat alınaraq Zərərçəkmiş şəxs2 verilməlidir, ona görə 9500 manat tələb qoyulmuşdur ki, Məhkum 500 manat əvvəlcədən Zərərçəkmiş şəxs2ə ödəmişdir, məhkəmənin qətnaməsi də yuxarıda qeyd olunan 21 noyabr 2016-cı il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanmışdır. Sabirabad rayon məhkəməsinuin 04 may 2018-ci il tarixli 2(056)- 490/2018 saylı qətnaməsi ilə Zərərçəkmiş şəxs1 Məhkum qarşı 10.000 manat pul tələbinə dair iddiası da təmin edilmişdir. Bu qətnamə də digər mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanmışdır. Məhkum Zərər çəkmiş şəxs2 qarşı mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız sayılması barədə Sabirabad rayon məhkəməsində qaldırdığı iddia da əsassız olaraq təmin edilməmişdir. Həmin qətnamədən də apellyasiya şikayəti verilmişdir. Şikayətdə həm də qeyd edilmişdir ki, “Məhkəmə Qərarlarının İcrası Haqqında Azərbaycan Respublikası Qanun”unun 23.1 və 23.1.3-cü maddələrinin tələbinə görə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə icraçısı qanunun bu tələbinə əməl etməyərək Məhkum məsuliyyətə cəlb edilməsinə nail olmuşdur. Bundan baş qa Məhkum apellyasya məhkəməsində etdiyi çıxış da məhkəmə tərəfindən təhrif edilmişdir. Belə ki, Məhkum çıxışında qeyd etmişdir ki, borclu olduğu 10.000 manatı ödəməyə razıdır, bir şərtlə ki, məhkəmə onun zərərçəkmişlərdən hansına 10.000 manat borclu olduğunu rəsmən bildirsin, məhkəmə isə hər iki zərərçəkənin hər birinə 5.000 manat ödəməyini şifahi olaraq təklif etdi, bu təklif də Məhkum borclu olduğu 10.000 manata görə sonda 20.000 manat ödəməsinə səbəb olacaqdır. Ona görə də Məhkum məhkəmənin həmin təklifi ilə razılaşmadı. Barəsində olan Sabirabad rayon məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını deyil, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. undan başqa apelyasiya məhkəməsinin qərarında Məhkum zərərçəkmişlərdən Zərərçəkmiş şəxs1 Sabirabad rayon məhkəməsində işə baxılar kən 1000 manat pul ödəməsinə münasibət bildirməmişdir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, məhkəmə qərarda Məhkum borcu ödəmədiyinə görə yalnız azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini asaslandırmış, həmin anda Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında olan azadlığın məhdudlaşdırılması cəzasının məhz Məhkum təyin edilməməsinin əsaslı səbəblərini qeyd etməmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxl anılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin d əlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və qərardan görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin tərkibini yaratdığı üçün düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticə iş materiallarına, işin fak tiki hallarına və qanun tələblərinə tam uyğundur, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, müdafiə tərəfinin kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar iş üzrə sübutları təhlil edərək onların məcmusuna əsaslanıb qərarında qeyd etmişdir ki, “...məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin, ittiham və müdfiə tərəfinin apelyasiya məhkəmə baxışında çıxışının dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də CPM-in 397.2- ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Məhkum törətmiş 4 olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hes ab edir ki, aşağıda qeyd olunanlara görə apelyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 1(056)-58/2019 №-li, 19 iyun 2019-cu il tarixli hökmü apelyasiya şikayətinə əsasən məhkum olunmuş şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər X3 və X5 ifadələri, Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 fevral 2018-ci il tarixli 2(056)-490/2018 və 04 may 2018-ci il tarixli 2(056)-490/2018saylı qətnaməsi, Sabirabad Rayon Məhkəməsinin 16 avqust 2018ci il tarixli 3(056)-48 1/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarı və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Məhkum CM-nin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad et miş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apelyasiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Cinayə t işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə zərərçəkmiş şəxsin apelyasiya şikayətinin məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngül olması barədə dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxsə təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzası iş üzrə müəyyən olunmuş faktiki və cəzanı yüngülləşdirən hallara uyğun olmayan açıq aşkar yüngül cəza olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyini məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdiyi əməldən səmimi peşman olmasınıcəzasını yüngülləşdirən hal kimi və onun cəzasını ağırlaşdıran halların müəyyən olunmamasını qeyd edərək, Məhkum azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması ilə cəzanın məqsədlərinə nail olunmasını mümkün saymışdır. 5 Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyini məsələsinin həlli zamanı CM-nin 2,8, 41.2 və 58-ci maddələrinin tələblərinə əməl etməyərək törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dər əcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almamış, əsassız olaraq törətdiyi əməldən səmimi peşman olmasını Məhkum cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Belə ki, CM-nin 2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayə tlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə tə yin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası AliMəhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. İşin hallarından isə görünür ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilməmiş, məhkəmə CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Məhkum azadlğın məhdudlaşdırlması növündə cəza təyin edərkən nəzərə almamışdır ki, sonuncu Azərbayca n Respubliaksının adından qəbul olunan və bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 fevral 2018-cı il tarixli 2(056)-298/2018 və 04 may 2018-cı il tarixli 2(056)-490/2018 saylı qətnaməsini üzrsüz səbəbdən qanunla müəyyən olunmuş müddətdə icra məmurunun qanuni tələblərini yerinə yetirmədən icra etmədiyindən Sabirabad Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 3(056)-819/2018 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzası tətbiq olunmasına, icra sənədindəki tələbi icra etməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması ilə bağlı təqdimat verilənədək, yəni 28 yanvar 2019-cu il tarixədək şəxsi maraqları naminə, cəmi 18560 (on səkkiz min beş yüz altmış) manat borcunu tələbkara ödəməməklə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarından görünür ki, məhkum olunmuş şəxs məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra keçən müddətdə də həmin qətnamə ilə müəyyən olunmuş borcunu qismən belə olsun icra etməmişdir. İş materiallarından müəyyən olunur ki, məhkum olunmuş şəxs məhkəmə qətnaməsini icra etmədiyinə görə 23 oktyabr 2018-ci il tarixdə inzibati qaydada cərimə tənbeh tədbirinə məruz qalsada, bundan hər hansı bur nəticə çıxartmayaraq qətnamənin icrasından qərəzli olaraq boyun qaçırmaqda davam etmişdir. 6 Digər tərəfdən məhkum olunmuş şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, o,10 000 manatı olduğunu, yaxın vaxtlarda zərərçəkmiş şəxslərə olan borcunu ödəmək üçün məhkəmədən ona vaxt verilməsini xahiş etsə də heç bir ödəniş etməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Yuxarıda qeyd edilən və məhkəmə istintaqı nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə də öz təsdiqini tapan işin həmin halları Məhkum tərəfindən törədilən cinayətlərin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək, nəticələrinin ağır olmasına dəlalət edərək müvafiq olaraq ona təyin edilmiş cəzanın yüngül deyil ağır olmasını, azadlığın məhdudlaşdırılması növündə cəzanın deyil, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunmasını şərtləndirməsinə baxmayaraq məhkəmə bunun əksinə olaraq təqsirləndirilən şəxs Məhkum azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsəd ə uyğun hesab etmişdir. Qeyd olunmalıdır ki, yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi məhkum olunmuş şəxs məhkəmə qətnamələrində göstərilmiş pulu zərərçəkmiş şəxslərə qaytarmamaqla onların hüquqlarına və ya qanuni mənafelərinə ziyan vu rmuşdur. İş materiallarından isə görünür ki, məhkum olunmuş şəxs cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması istiqamətində hər hansı bir hərəkət etməmişdir. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə məhkum olunmuş şəxs Məhkum cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verməmiş, cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələrini nəzərə almamışdır. Məhkəmə kollegiysı yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin mə hkum olunmuş şəxs Məhkum təyin etdiyi azadlığın məhdudlaşdırılması növündə cəza ilə sosial ədalət bərpa olunmadığından, habelə törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakterinə uyğun olmayan yüngül cəza olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, yəni cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum olunmuş şəxsin müdafiəçisi Musayev Ramiz Əzizulla oğlunun Məhkum barəsində bəraət hökmünün çıxarılması barədə apelyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxsin apelyasiya şikayətinin təyin edilmiş c əzanın yüngül olması barədə dəlilləri əsaslıdır və ona görə də apelyasiya şikayəti təmin olunaraq birinc instansiya məhkəməsinin hökmü dəyişdirilməli, Məhkum CM-nin 306.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2019-cu il tarixdən hesablanmalı, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarında göstərmiş, bunlara dair gəldiyi nəticəni toplanmış və tədqiq edilmiş sübutlara (onların məcmusuna), işin digər fa ktiki hallarına, qanunun normalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nə ticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası cəza təyini məsələsinə gəldikdə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə v ə ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum o lunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-184/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-184/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver