Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-184/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-393/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 09 iyun 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 20 aprel 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 may 2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinay ət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 13 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Məryam adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun 200 manat müqabilində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,803 qram çəkidə yerləşdirdiyi narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, 14 yanvar 2022-ci il tarixdə, saat 01:15-də Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Dədə Qorqud” adlı şadl ıq sarayının yaxınlığında Sumqayıt şəhər polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin inzibati binasına aparılıb orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 11,803 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-316/2022 nömrəli, 27 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaç əkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-393/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-316/2022 nömrəli, 27 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə əlavə vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-393/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, məhkum barəsində bəraətverici əsaslarla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə və ona əlavəyə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətləri nin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, k assasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir.
17. Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan 416.1.6-cı maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən hala əsaslanır.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kim i görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-393/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk növbədə kassasiya şikayətinə əlavə ilə bağlı aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamə tlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yön əlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
23. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının təl əblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
24. Belə ki, müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü ma ddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törətməsinin təsdiqi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri, eləcə də iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hi ssəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə müdafiəçinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə koll egiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
27. Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
28. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
29. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
30. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törəd ilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
31. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
32. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayəthüquqi xarakterli tədbirin ədalət prin sipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
33. Şərh edilənlərə əsaslanmaqla Məhkum cəz a təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşmır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə ümumilikdə götürülməklə maddi hüquq normalarına uyğun qəbul edilsə də, bununla belə məhkumun cəzasını yüngülləşdirən hallın mövcudluğu kifayət qədər nəzərə alınmamış, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmişdir.
34. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, Məhkum himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respub likası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilsə də, hər iki aşağı instansiya məhkəməsi bu halı məhkumun cəzasının həddini müəyyən edərkən kifayət qədər nəzərə almamışlar.
35. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında göstərilən hüquqi mövqeyə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
37. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarı).
38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsuliyyəti yüngülləşdirici halın mövcud olması və hökmlə müəyyən edilmiş cəzanı ağırlaşdıran hər hansı halın olmaması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)316/2022 nömrə li, 27 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, ona təyin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-393/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il müddətinə azaldılmalı və ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
39. Məhkəmə kollegiyası hesab edir ki, bu cəza vasitəsi ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
40. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əs aslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-393/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməli, məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-393/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-316/2022 nömrəli, 27 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-393/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il müddətinə azaldılsın və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-393/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.