Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1840/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum Səfadil oğlunun, Müdafiəçi - Bakı şəhər 37 saylı Vəkil Bürosunun vəkili Məmmədov Hüseynxan Paşa oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Hüseynxan Paşa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 1(005)160/2022 nömrəli (hakim: Qurbanov Vüsal Rafiq oğlu) hökmü ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 192.3.2-ci maddəsi ilə nəzə rdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 9 (doqquz) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum cəzası saxlanılmış, Məhkum üzərində saxla nılan 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmış, sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmış, Məhkum üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi hökm edilmişdir. Hökmlə həmçinin, xüsusi müsadirə, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, təqsirləndirilən şəxs tərəfindən verillmiş apellyasiya şikayətinə, təqsirləndirilən şəxs və müdafiəçisi Məmmədov Hüseynxan Paşa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində) 18 noyabr 2022-ci il tarixli 1(103)-1575/2022 nömrəli qərarı ilə verilmiş apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayəti və ona əlavə qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayəti, ona əlavəyə və apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi CM-in 192.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aya endirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 9 (doqquz) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum cəzası saxlanılmış, hökmdən CM-in 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilmiş, o, məhkəmə iclas zalından dərhal həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixindən hesablanması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Hüseynxan Paşa oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli iclasına təyin edilmişdir. İşə k assasiya instansiyası məhkəməsində baxılan zaman Məhkum 17 oktyabr 2023-cü il tarixində keçirilən məhkəmə iclasında vəsatətlə məhkəməyə müraciət edərək, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protest inə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Hüseynxan Paşa oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1840/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1840/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver