Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1841/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Xüsusi ittihamçı Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının və onun nümayəndəsi Şahid11, Bəraət almış şəxs X8 nümayəndəsi və eyni zamanda iş üzrə bəraət almış şəxs Məhərrəmov Ələskər Qəmət oğlunun Bəraət almış şəxs Məhərrəmov Ramil Ələsgər oğlunun, X1 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət M əcəlləsinin (bundan sonra CM-in) 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə, X9, Məhərrəmov Ramil Ələsgər oğluna və Məhərrəmov Ələskər Qəmət oğluna CM-in 148-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli, 1(103)-627/2024 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X19 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. X5 xx.xx.1963-cü il tarixdə Çembərək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. X11 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulm uş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır.
3. Məhərrəmov Ramil Ələsgər oğlu xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
4. Məhərrəmov Ələskər Qəmət oğlu xx.xx.1952-ci il tarixdə Krasnoselo rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır.
5. X13 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş həyat yoldaşı X11, onun qardaşı Məhərrəmov Ramil Ələsgər oğlu, qaynatası Məhərrəmov Ələskər Qəmət oğlu və qaynanası X3 CM-in 148-ci maddəsi ilə c inayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması və əlavə olaraq keçmiş həyat yoldaşı X6, onun qardaşı Məhərrəmov Ramil Ələsgər oğlundan, qaynatası Məhərrəmov Ələskər Qəmət oğlundan və qaynanası X2 onun şəxsi həyatına aid olan intim xarakterli fotoşəkilləri yaymaqla onu təhqir etməsi nəticəsində işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyanla əlaqədar olaraq hər birindən 10000 (on min) manat, cəmi 40000 (qırx min) manat məbləğində olmaqla mənəvi təzminatın (mənəvi zərərə görə) alınaraq ona verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim: X21) 19 yanvar 2024-cü il tarixli, 1(011)-10/2024 nömrəli hökmü ilə X3 CM-in 148-ci maddəsi ilə təqsirli bilinməsi və ona 100 0 (min) manat cərimə cəzasının təyin edilməsi, X9 CM-in 148-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi, Məhərrəmov Ramil Ələsgər oğluna CM-in 148-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, Məhərrəmov Ələskər Qəmət oğluna CM-in 148-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının mülki iddia ərizəsinin baxılmamış saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi məsələsi də həll edilmişdir.
7. Birinci instansiya məhkəməsinin həmin qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X19 apellyasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hаkimlər: X22 (sədrlik edən və məruzəçi), X16 və X4 ibarət məhkəmə tərkibində) 16 aprel 2024-cü il tarixli, 1(103)627/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, X3 CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə, X9, Məhərrəmov Ramil Ələsgər oğluna və Məhərrəmov Ələskər Qəmət oğluna CM-in 148-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli, 1(103)-627/2024 nömrəli qərarından xüsusi ittihamçı X19 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
10. Kassasiya şikayətində bir sıra qanunvericilik aktlarına istinadlar edilərək, məhkəmələr tərəfindən onun işinə əlqləri şəkildə qanuni və ədalətli baxılmadığını qeyd edərək göstərmişdir ki, onun şəkillərini gizlin əldə edərək, fotomontaj edərək əvvəlcə öz ailəsinə, daha sonra isə onun ailə üzvlərinə və onun yaxından və uzaqdan tandığı hər kəsə göstərən və yayan ilk şəxs X10r. Ona görə də o, cəzanın ən ağır həddi ilə məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır.
11. Qeyd etdiklərinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, X3, X8, Məhərrəmov Ramil Ələsgər oğlunun və Məhərrəmov Ələskər Qəmət oğlunun CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək ən ağır h əddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
12. Kassasiya şikayətinə qarşı məhkum X5 etiraz verərək, xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
13. Kassasiya şikayətinə qarşı bəraət almış şəxslər tərəfindən etiraz verilməmişdir.
14. Qərardan məhkum və bəraət almış şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X19 və onun nümayəndəsi kassasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi.
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs X8 nümayəndəsi və eyni zamanda iş üzrə bəraət a lmış şəxs Məhərrəmov Ələskər Qəmət oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etdi.
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs Məhərrəmov Ramil Ələsgər oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etdi.
18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən X1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərinə etiraz edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
20. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
21. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hal lara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
22. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
23. Xüsusi ittihamçı kassasiya şikayətində barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslərin təqsirli bilinərək, barələrində ən ağır həddə cəza təyin edilməsini iddia etsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edi lməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
24. Bununla belə məhkəmə kollegiyası xüsusi ittihamçının kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
26. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
27. Azərbaycan Respublikası Cinayət-Prosessul Məcəllənin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir.
28. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
29. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair material lara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
30. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
31. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kif ayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
32. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
33. Cinayət-Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri əsaslandırıcı hissəsində göstərsin.
34. Xüsusi ittihamçının kassasiya şikayətində X9, Məhərrəmov Ramil Ələsgər oğluna və Məhərrəmov Ələskər Qəmət oğluna Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə bəraət verilməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
35. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
36. Odur ki, kassasiya kollegiyası kassasiya müraciətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (X9, Məhərrəmov Ramil Ələsgər oğluna və Məhərrəmov Ələskər Qəmət oğluna Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə əsassız o laraq bəraət verilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və kassasiya müraciətinin müəllifinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.
37. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya müraciəti müəllifinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasın da qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
38. Məhkəmələr hesab etmişdir ki, Məhərrəmov Ələskər Qəmət oğlu və Məhərrəmov Ramil Ələsgər oğluna münasibətdə iddia edilən cinayəti törətməli ilə bağlı hər hansı sübut olmamış, eyni zamanda xüsusi ittihamçının iddia etdiyi məlumatlar X11 t ərəfindən yayılmasında kütləvilik əlaməti olmamışdır. Xüsusi ittihamçı nəzərə almamışdır ki, təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.
39. Bu və digər hallar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya müraciətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür.
40. X8, Məhərrəmov Ələskər Qəmət oğlunun və Məhərrəmov Ramil Ələsgər oğlunun (onlara isnad edilən cinayət tərkiblərinin subyektiv cəhətinin zəruri əlamətlərinin mövcudluğunu inkar edən) dəlilləri kifayət qədər təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin X9 CM-in 148-ci maddəsi ilə cinayət-prosessual qanunun 42.1.2-ci maddəsində göstərilən əsasla (əməlində cinayət tərkibinin olmamasına görə) bəraət verməsi, həmçinin Məhərrəmov Ələskər Qəmət oğluna və Məhərrəmov Ramil Ələsgər oğluna CM-in 148-ci maddəsi ilə cinayət-prosessual qanunun 42.1.4-ci maddəsində göstərilən əsasla (təqsirliliyinin sübuta yetirilməməsi əsas ına görə) bəraət verməsi, həmçinin X3 CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə cəzasına məhkum edilməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticə ilə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir.
41. Belə olan halda, X9, Məhərrəmov Ələskər Qəmət oğluna və Məhərrəmov Ramil Ələsgər oğluna bəraət verilməsinə dair, həmçinin X3 CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə cəzasına məhkum edilməsi birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair a pellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz.
42. Odur ki, məhkəmə kollegiyası baxılan işdə apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən pozuntulardan hər hansısa birini müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsini mümkün saymır.
43. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli, 1(103)-327/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci mad dəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli, 1(103)-627/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Xüsusi ittihamçı X19 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.