Məhkəmə qərarları › İş №1(102)-1842/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1842/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1842/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum3 və onun müdafiəçisi – XXX25” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət itt ihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum3 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci tarixli hökmü ilə (sədrlik edən hakim T.Q.Hüseynov, hakimlər F.A.Qəribov və Ə.İ.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum3 (xx xxx 1992-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Məhkum3 həbsdə saxlanıldığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 4 noyabr 2021-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Həmin hökmlə Məhkum1 və Məhkum2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 -cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.H.Əkbərov, hakimlər E.E.Rəhimov və F.A.Qasımovdan ibarət məhkəmə tərkibi) Məhkum3 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci tarixli hökmü dəyişdirilmiş, Məhkum3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum3 həbsdə saxlanıldığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4 və 30-cu bəndlərinə əsasən Məhkum3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum3 müdafiəçisi M üdafiəçi4 isə kassasiya şikayəti vermişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum3 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum2 və sonuncunun vasitəsilə tanış olduğu Məhkum1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşib qrupun üzvü Məhkum1 naməlum şəraitdə və vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 2,2 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitənin satışını həyata keçirmək məqsədi ilə qrupun digər üzvü Məhkum2 07 aprel 2021-ci il tarixdə, saat 21:30 radələrində ünvan4 ərazisində yerləşən “XXX30” otelin qarşısında onunla görüşüb 70 manat pulun müqabilində Məhkum1lə birlikdə əvvəlcədən gümüşü rəngli elektron tərəzidən istifadə etməklə 03 ədəd şəffaf sellofan bükümdə qablaşdırdıqları ayrı-ayrılıqda təmiz çəkiləri 0,735 qram, 0,720 qram, 0,745 qram, ümumi təmiz çəkisi 2,2 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satışını həyata keçirməsi üçün ona vermiş, o, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin çəkidə narkotik vasitəni əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibində saxlamaqla ünvan 2 ünvanadək daşımış, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı ş əhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı o, 07 aprel 2021-ci il tarixdə, saat 23:00 radələrində ünvan 2 ünvanda saxlanılmış, ünvan 3ən Nizami Rayon Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində onun üzərində aparılan axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,735 qram, 0,720 qram, 0,745 qram, ümumi təmiz çəkisi 2,2 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, onun verdiyi məlumatlar əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbi rləri nəticəsində Məhkum2 və Məhkum1 08 aprel 2021-ci il tarixdə saat 10:00 radələrində ünvan 5 ünvanda saxlanılmış, ünvan 3ən Nizami Rayon Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində Məhkum1 üzərində aparılan axtarış zamanı əlində olan qara rəngli əl çantasının içərisindən səthində narkotik vasitə heroinin izləri olan 12x6 sm. ölçüdə gümüşü rəngli elektron tərəzi və əynində olan boz rəngli cins şalvarının sol yan cibindən narkotik vasitənin satışından əldə edilən 03 ədəd 20 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 70 manat pul vəsaiti aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Məhkum3 Məhkum2 və Məhkum1 ilə qabaqcdan əlbir olmadığı, onlardan əldə etdiyi, onun üzərindən aşkar edilib götürülmüş təmiz çəkis i 2,2 qram olan heroin narkotik vasitəsini satış məqsədi olmadan əldə edib daşıması və saxlaması haqqında nəticəyə gələrək Məhkum3 əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələblərinə əməl olunmaqla tədqiq olunmuş sübutlarla Məhkum3 cinayətin digər iştirakçıları Məhkum2 və Məhkum1 ilə qabaqcdan əlbir olduğu, onun üzərindən aşkar edilərək götürülmüş 3 bükümdə 2,2 qram - külli miqdar təşkil etməklə şəxsi istehlak miqdarından dəfələrlə çox olan heroin narkotik vasitəsini satış məqsədi ilə qa nunsuz olaraq əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum3 əməlininin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə dəyişmişdir. Həmçinin, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən hal kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibindən istisna etdiyi etdiyi halda, cinayətin digər iştirakçıları – Məhkum2 və Məhkum1 əməllərinin təsvirində bunu əks etdirməmiş, onlara münasibətdə hökmdə dəyişiklik etməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum3 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, o cümlədən, Məhkum3 polis əməkdaşları tərəfindən saxlanıldıqda ona zor tətbiq edilməsi və təzyiq göstərilməsi, bunun təsiri ilə məhkəməyədək icra atda etirafedici izahat və ifadələr verməsi, məhkəmədə isə həmin həqiqətə uyğun olmayan məlumatları inkar edərək müstəsna olaraq 1 bükümdə 1 qram heroini dostu Şahid1 xahişi ilə sonuncu üçün almasını bildirməsi və Şahid1 da ifadəsində bunu təsdiq etməsi nəzərə alınmamış, nəticədə polis orqanının ondan götürülmüş narkotik vasitə kimi rəsmiləşdirdiyi 3 bükümdə 2,2 qram çəkidə heroin narkotik vasitəsinə aidiyyatı olmadığı, həmin narkotik vasitənin onun tərəfindən əldə edilib, üzərində saxlanılması sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum3 barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə bax araq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları düzgün qiymətləndirmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum3 cinayətin digər iştirakçıları M əhkum2 və Məhkum1 ilə qabaqcdan əlbir olmaması, onun üzərindən aşkar edilərək götürülmüş 3 bükümdə 2,2 qram heroin narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması haqqında nəticəyə gəlib təqsirkarın əməlinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə dəyişdirdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkum3 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prose ssual qaydaların pozulduğunu, nəticədə Məhkum3 əməlində cinayət tərkibi olmadığı və onun təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum3 barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş halla əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və Məhkum3 müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid ola n kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Dövlət ittihamçısının Məhkum3 Məhkum2lə və Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində birləşib 3 bükümdə 2,2 qram heroin narkotik vasitəsini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşımasının məhkəmədə baxılmış sübutlarla təsdiq olunması, apellyasiya instansiyası məhkəməsinin həmin sübutlara düzgün qiymət verməyib Məhkum3 əməlinin hüquqi tövsifini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə dəyişməsi, eləcə də müdafiəçinin Məhkum3 müstəsna olaraq dost u Şahid1 üçün 1 bükümdə 1 qram heroin narkotik vasitəsini əldə edib Şahid1 verməsi, üzərindən götürülmüş kimi rəsmiləşdirilmiş 3 bükümdə 2,2 qram heroinə isə onun aidiyyətinin olmaması, sübutlarla həmin faktın və nəticə etibarı ilə Məhkum3 hərəkətlərində cinayət tərkibinin əlamətlərinin inkar olunması haqqında müvafiq olaraq kassasiya protestində və kassasiya şikayətində irəli sürdükləri iddiaların əksinə olaraq, birinci və apellyasiya instansiyası məhkəmələrində baxılmış sübutlarla, bu sübutların məzmununa uyğun olaraq müəyyən edilərək apellyasiya instansiyası məhkəməsinin qərarında təsvir edilmiş hallarla Məhkum3 Məhkum2 və Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində birləşməməsi, satış məqsədi olmadan və Şahid1 1 qram deyil, özü üçün 3 bükümdə 2,2 qram heroin narkotik vas itəsini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlaması təsdiq olunur. Belə ki, təqsirləndirlən şəxs Məhkum3 birinci və apellyasiya instansiyası məhkəmələrində 7 aprel 2021-ci ildə Məhkum2 və Məhkum1 35 manat pulun müqabilində 1 bükümdə 1 qram heroini dostu Şahid1 üçün əldə edib sonuncuya verdiyini göstərsə də və Məhkum2 birinci instansiya məhkəməsində dindirilərkən bunu təsdiq etsə də, ibtidai istintaqda Məhkum3 70 manat pulun müqabilində Məhkum2 və Məhkum1 3 bükümdə 2,2 qram heroini aldığını, Məhkum2 isə Məhkum1lə birlikdə Məhkum3 70 manata 3 bükümdə 2,2 qram heroini satdıqlarını etiraf etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, əməliyyat məlumatı ilə əlaqədar 7 aprel 2021-ci ildə Məhkum3, eləcə də onun yanında olmuş Şahid1 saxlayıb Nizami Rayon Polis İd arəsinə gətirmiş polis əməkdaşları Şahid3 və Şahid2 da ifadələrində polis idarəsinə gətirildikdən sonra keçirilən şəxsi axtarış zamanı Şahid1 deyil, məhz Məhkum3 üzərindən 3 bükümdə narkotik vasitənin aşkarlandığını təsdiq etməklə yanaşı onu da göstərmişlər ki, şəxsi axtarış zamanı Məhkum3 narkotik vasitəni 70 manat pulun müqabilində Məhkum2 və digər şəxsdən aldığını bildirmişdir. Həmçinin, şahidlər Şahid3 və Şahid2 ifadələrində 8 aprel 2021-ci ildə Məhkum2 və Məhkum1 də saxlanıldığını, onların üzərində aparılan şəxsi axtarışın gedişində Məhkum2 Məhkum1lə birlikdə Məhkum3 70 manata heroin satdıqlarını etiraf etdiyini, Məhkum1 üzərindən isə elektron tərəzi ilə yanaşı 70 manat pulun aşkar edilib götürüldüyünü göstərmişlər. Şahid1 da birinci instansiya məhkəməsində dindirilərkən Məhkum3 onu n xahişi ilə 7 aprel 2021-ci ildə 35 manat pulun müqabilində 1 bükümdə 1 qram heroin narkotik vasitəsini 2 nəfər tanımadığı şəxsdən əldə etdiyini göstərsə də, məhkəməyədək icraatda bildirmişdir ki, o, 7 aprel 2021-ci ildə Məhkum3la bir yerdə olmuş, sonuncu onun tanımadığı 2 nəfər şəxslə görüşərkən avtomobildən düşməyərək Məhkum3 qayıtmasını gözləmiş və Məhkum3 həmin şəxslərlə görüşməsinin səbəbini bilməmişdir. Özü də heç vaxt Məhkum3 narkotik vasitə əldə etməyi xahiş etməmiş, Məhkum3 ona narkotik vasitə verməmiş və onun üzərində şəxsi axtarış aparılarkən hər hansı qanunsuz predmet aşkarlanmamışdır (ibtidai istintaqda müstəntiqin sübutların qiymətləndirilməsi haqqında 30 iyul 2021-ci il tarixli qərarı ilə Şahid1 barəsində cinayət işinin başlanması onun əməlində CM-in 234.1-ci maddəsində nəz ərdə tutulmuş cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir). Məhkum3 barəsində olan 7 aprel 2021-ci il tarixli, Şahid1 barəsində olan 8 aprel 2021-ci il tarixli, Məhkum2 barəsində olan 8 aprel 2021-ci il tarixli və Məhkum1 barəsində olan 8 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolları, Məhkum3 götürülmüş 3 bükümdə narkotik vasitənin eyni tərkibli heroin olması və ümumi təmiz çəkisinin 2,2 qram təşkil etməsi barədə məhkəmə ekspertizasının 8 aprel 2021-ci il tarixli 6/1391 saylı rəyi Məhkum3 və Məhkum2, eləcə də Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələr, o cümlədən Məhkum3 70 manat pulun müqabilində Məhkum2 və Məhkum1 3 bükümdə heroin narkotik vasitəsini əldə etməsi kimi məlumatlarla uzlaşır. Göründüyü kimi, təsvir edilən sübutlarda Məhkum3 Məhkum2lə və Məh kum1lə eyni bir cinayətin törədilməsi üçün qabaqcadan əlbir olmaları və qrupda birləşmələri haqqında hər hansı məlumat yoxdur. Əksinə, həmin sübutlar bir tərəfdən 70 manat pul verməklə narkotik vasitəni alan Məhkum3, digər tərəfdən isə həmin pulun müqabilində ona narkotik vasitəni verən Məhkum2 və Məhkum1 cinayət tərkibinin obyektiv cəhəti baxmından tamamilə fərqli cinayət əməllərini törətdiklərinə dəlalət edir. Əgər birincinin cinayətkar hərəkətləri narkotik vasitənin qanunsuz olaraq əldə edilməsindən və daha sonra müstəqil surətdə həmin narkotik vasitə barəsində həyata keçirdiyi hərəkətlərdən ibarətdirsə, ikincilərin əməli Məhkum3 narkotik vasitəni satmaqda ifadə olunmuşdur. Subyektiv cəhətdən də qeyd olunan hərəkətlər fərqli niyyət və məqsədlərlə şərtləndirilmiş, eyni bir cinayətin törə dilməsinə yönəlməmişdir. Başqa sözlə, bir tərəfdən Məhkum2lə Məhkum1, digər tərəfdən Məhkum3 arasında cinayət-hüquqi anlamda birgəlik olmamışdır. Cinayət Məcəlləsinin 31-ci maddəsi isə iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakını iştirakçılıq kimi qəbul edir, o cümlədən CM-in 34.2-ci maddəsində təsbit edilmiş iştirakçılığın formalarından olan “qabaqcadan əlbir olan bir qrup şəxs”in mütləq əlaməti kimi göstərir. Təsvir edilənlər dövlət ittihamçısının Məhkum3 Məhkum2 və Məhkum1lə qabaqcadan əlbir olması haqqında dəlilini təkzib etməklə, Məhkum2 və Məhkum1 güddükləri məqsədin (narkotik vasitəni satmaq məqsədinin) mexaniki surətdə Məhkum3 da şamil edilməsini istisna edir. Yuxarıda qeyd edilən sübutlar Məhkum3 2,2 qram (3 bükümdə) heroini satmaq kimi müstəqil (M əhkum2 və Məhkum1 əməllərindən asılı olmayaraq yaranmış) məqsədin olduğunu da təsdiq etmir. Belə ki, dindirilmiş şahidlərdən heç kim, o cümlədən polis əməkdaşları Məhkum3 narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dair nəticə ilə uzlaşdırıla biləcək məlumat verməmişlər. İfadələrə, eləcə də şəxsi axtarış və götürmə protokollarındakı məlumatlara görə Məhkum3 elə 3 bükümdə heroini əldə etmiş, özü onları bükümlərə ayırmamış, elektron tərəzi də onda deyil, Məhkum2lə birgə ona narkotik vasitəni satmış Məhkum1 aşkar edilmişdir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2021-ci il tarixli 2070 saylı rəyi ilə Məhkum3 tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə - metamfatemindən sui-istifadə etməsi nəticəsində narkomaniya xəstəliy i aşkar edilmiş, yəni onun rəydə qeyd olunan narkotik maddələr qrupuna daxil olan heroinin istehlakçısı olduğu müəyyən olunmuşdur. Bu halların fonunda kassasiya protestində istinad olunan xüsusat – heroinin çəkisinin (2,2 qramın) şəxsi istehlak miqdarından (0,15 qramdan) dəfələrlə çox olması da Məhkum3 narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticənin çıxarılması üçün kifayət edən əsas kimi nəzərdən keçirilə bilməz. Çünki, kassasiya protestində “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarından gətirilmiş iqtibasda belə (9-cu bəndinin 2-ci abzasında) narkotik vasitənin miqdarını n ayrıca olaraq deyil, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallarla, onları təsdiq edən sübutlarla yanaşı nəzərə alınması tövsiyə olunur. Bu cür hallar isə, artıq qeyd olunduğu kimi Məhkum3 münasibətdə nə birinci və nə də ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən müəyyən edilməmiş, bu halların mövcud olduğunu əks etdirən sübutlar kassasiya protestində də göstərilməmişdir. Yuxarıda qeyd olunan, apellyasiya instansiyası məhkəməsinin qərarından irəli gələn hallar eyni zamanda müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü Məhkum3 3 bükümdə 2,2 qram deyil, 1 bükümdə 1 qram heroini dostu Şahid1 üçün əldə edib sonuncuya verməsi, onun özündən narkotik va sitənin aşkar edilməməsi, beləliklə də onun əməlində cinayət tərkibinin əlamətlərinin müəyyən edilməməsi, əsassız olaraq təqsirli bilinməsi haqqında dəlilləri də təkzib edir. Müdafiəçinin məhkəmələrin ibtidai istintaqda əldə olunmuş sübutlara istinad etmələrini mübahisələndirməsi, o cümlədən Məhkum3 etirafedici ifadələrinin zor tətbiq edilməklə alındığı üçün yolverilməz olması barədə iddiası da əsaslı sayıla bilməz. Çünki, məhkəmələrin təqsirləndirilən şəxslər Məhkum3 və Məhkum2, eləcə də Şahid1 məhkəmədə deyil, ibtidai istintaqda verdikləri ifadələrinə əsaslanması özüözlüyündə cinayət-prosessual qanunun tələblərini pozmur. Belə ki, Cinayət-Prosessual Məcəllənin 124.2-ci maddəsi cinayət prosesində qəbul olunan sübutlar sırasında şübhəli, təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini də göstərməklə onların mümkünlüyünü, faktların təsdiq və yaxud inkar olunmasında əhəmiyyətini həmin ifadələrin cinayət-prosesinin hansı mərhələsində (məhkəməyədək icraatda və yaxud məhkəmə icraatında) əldə olunmasından asılı etməmişdir. Bundan başqa, Cinayət-Prosessual Məcəllənin 327.1 və 327.1.3-cü maddələri ilə də təqsirləndirilən şəxsin müxtəlif ifadələri arasında ziddiyyətlər olduqda, onun əvvəllər, o cümlədən, məhkəməyədək icraatda verdiyi ifadələrinin elan edilməsinə, yəni məhkəmə istintaqının gedişində tədqiq edilib hökmün, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının əsaslandırılmasında istifadə olunmasına yol verir (eynilə şahidlərə münasibətdə CPM-in 329 və 327.1-ci maddələri yol verdiyi kimi). Həmçinin, apellyasiya məhkəməsinin təqsirləndirilən şəxslər Məhkum3, Məhkum2, Şahid1 məhkəmədə deyil, ibtidai istintaqda verdikləri ifadələrinin doğru olması (həqiqəti əks etdirməsi) barədə qənaəti bu ifadələrin yoxlanılması və qiymətləndirilməsi üçün əhəmiyyətli olan (istər apellyasiya instansiyası, istərsə də birinci instansiya məhkəməsində müəyyən edilmiş) işin bütün hallarının obyektiv araşdırılmasına əsaslandığından, şübhələrə yer qoymur. O cümlədən, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum3 ibtidai istintaqda etirafedici ifadələri polis əməkdaşlarının zorakılığının təsiri altında verməsinə dair iddiası da lazımınca araşdırılmış, iddianın əsassız olduğu müəyyən edilmiş, bu nəticə apellyasiya qaydasında işə baxılarkən də təkzib edilməmişdir. Belə ki, müəyyən edilmişdir ki, həmin iddia üzrə Nizami Rayon Prokurorluğunda ayrıca araşdırma ap arılmış, Məhkum3 Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi və xəsarətlərin yetirilməsi öz təsdiqini tapmadığından, onların əməllərində cinayət tərkibinin olmaması əsası ilə 16 iyun 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, cinayət işinin materialarından qeyd olunan qərarın məhkəmə nəzarəti qaydasında mübahisələndirilmədiyi, ləğv edilmədiyi, eyni zamanda məhkəməyədək icraatının ilk günündən (şübhəli şəxs qismində tutulduğu vaxtdan) Məhkum3 müdafiəçinin hüquqi yardımı ilə təmin olunduğu müəyyən edilir. Beləliklə, təsvir olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin materiallarının sübutlar və və sübutetməyə dair cinayət-prosessual qaydaların, o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilibqiymətləndirildiyini, məhkəmənin işin faktiki halları barədə nəticələrinin birinci və apellyasiya instansiyası məhkəməsində baxılmış sübutlara, Məhkum3 əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsifinin isə həmin hallara uyğun olduğunu, Məhkum3 CM-in 234.1-ci maddəsi ilə cəza təyin edilərkən CM-in 8, 58.3, 59, 61-ci və digər maddələrinin tələblərinə əməl olunduğunu, kassasiya şikayətinə və kassasiya protestinə baxılması nəticəsində həmin müraciətlərdə yol verilməsi iddia edilən CPM-in 416.1.2, 416.1.6, 416.1.11, 416.1.15-ci maddələrində göstərilən (məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən) pozuntuların müəyyən edilmədiyini, yəni istər kassasiya protestinin, istərsə də kassasiya şikayətinin təmin edilməsi üçün əsasların olmadığını göstərir. Məhkəmə heyəti birinci instansiya məhkəməsinin hökmündən Məhkum3 müdafiəçisi ilə yanaşı Məhkum3 özünün də apellyasiya şikayəti verməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin yekun qərarda müstəsna olaraq müdafiəçinin apellyasiya şikayətinə münasibətini bildirməsini prosessual qanun pozuntusu kimi qəbul etsə də, bu pozuntunu apellyasiya instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxşına təyin edilməsini zəruri edən əsas kimi qiymətləndirmir. Bu zaman məhkəmə kollegiyası xüsusilə onu nəzərə alır ki, məzmun etibarı ilə həmin apellyasiya müraciətləri əsasən üst-üstə düşməklə, oxşar dəlilləri əks etdirmiş və apellyasiya instansiyası məhkəməsi qarşısında eyni tələ bləri irəli sürmüşlər. Nəticədə apellyasiya instansiyası məhkəməsi yekun qərarında bilavasitə müdafiəçinin apellyasiya şikayətinə münasibətini bildirməklə faktiki olaraq, həm də Məhkum3 apellyasiya şikayətində göstərdiklərinə münasibətini ifadə etmişdir. Məhkəmə kollegiyası Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibindən çıxarıldığı halda digər məhkular – Məhkum2 və Məhkum1 cinayət əməllərinin təsvirində buna müvafiq dəyişikliyin edilməməsini də kassasiya protestində şərh olunan qaydada, yəni mübahisələndirilən qərarının ləğv edilməsini tələb edən pozuntu kimi qiymələndirmir. Çünki, Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxsin üzvü və bu qrupun törətdiyi cinayətin iştirakçısı kimi qəbul edilməməsi Məhkum2lə Məhkum1 birlikdə (Məhkum3 iştirakı olmadan da) qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrini istisna etmir və onların əməllərinin həmin əlamət üzrə hüquqi tövsifinə təsir göstərmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə, Məhkum3 və onun müdafiəçisi Müdafiəçi4 isə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum3 barəsində olan 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya p rotesti və Məhkum3 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum3 barəsində olan 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar