Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1842/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Əliyev Mehman Qardaşxan oğlunun, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Muradov Əsgəran Əmir oğlunun iştirakları ilə xx xxxxxx 1992-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Astara rayonun Səncərədi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, x xxxxxxx 1992-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Nərimanabad kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilm ələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Əliyev Mehman Qardaşxan oğlu tərəfindən birgə və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: M.H.Əkbərov (sədrlik edən), İ.A.Mahmudov və F.Ə.Qəniyev) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə c əzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.M.Murğuzov və A.V.Tanrıverdiyev) verilmiş apellyasiya şikayətləri qismən təmin olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (o n) il azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) il 6 (altı) aya endirilmiş, Təqsirləndirilən şəxs hazırkı qərarla CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunan və ona hökmlə CM-in 240.3.2-ci maddəsi ilə təyin olunmuş cəzaları həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 6 (altı) azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) il 6 (altı) aya endirilmiş, Məhkum hazırki qərarla Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunan və ona hökmlə CM-in 240.3.2-ci maddəsi ilə təyin olunmuş cəzaları həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təxminən 2022ci ilin yanvar ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və güclü təsir edən maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə dostu Məhkum və tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Rizvan” adlı İran İslam Respublikası (bundan sonra – İİR) vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxt da əldə edərək istintaqla müəyyən olmayan qaydada Azərbaycan Respublikası Bakı-Salyan avtomaqistral yolunda Salyan şəhərinin girişinə yaxın olan hissəsində yolun kənarına yerləşdirdiyi təmiz halda ümumi çəkisi 2861,014 qram (2 kq. 861,014 qram) təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini və təmiz halda ümumi çəkisi 698,4 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə olan narkotik vasitə hesab olunan külli miqdarda tiryəki, eləcə də metadon təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edən “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda, ümumilikdə 70 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblərdə narkotik vasitə hesab olunan külli miqdarda metadonu və təsir edici maddəsinin ümumi miqdarı 560,25 qram təşkil edən “Preqabalin 150” markalanma göstəricisi olan konvalyutlarda, ümumilikdə 3735 ədəd narıncı-göy rəngli kapsullarda güclü təsir edən maddə hesab olunan külli miqdarda preqabalini həmin gün götürüb əldə etməklə daşıyaraq Məhkum yaşadığı Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsindəki 71A saylı binada yerləşən 132 saylı mənzilə gətirdikdən sonra, içərisində 2845,2 qram (2 kq. 845,2 qram) çəkidə heroin olan 1 ədəd bağlamanı, 698,4 qram çəkidə tiryək olan 1 ədəd bağlamanı, 50 ədəd həb metadon və 3735 ədəd kapsul preqabalin dərman preparatlarını həmin mənzilin yataq otağında gizlətməklə orada saxlamış və 20 yanvar 2022-ci il tarixdə gecə saatlarında həmin narkotik vasitə hesab olunan heroinin 10,287 qram təşkil edən hissəsini 1 ədəd bükümdə və həmin narkotik vasitə hesab olunan metadonun 10 ədəd həbini bir ədəd konvalyutda ayırmaqla özü, həmçinin, həmin heroinin 5,527 qram təşkil edən hissəsini 1 ədəd bükümdə və həmin metadonun 10 ədəd həbini bir ədəd konvalyutda ayırmaqla Məhkum götürüb, “Rizvan” adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq məqsədi ilə üstlərində daşıyaraq Yasamal rayonu H.Zərdabi küçəsindəki 71A saylı binanın qarşısına gətirmiş və həmin gün saat 00:35 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda piyada hərəkət edən zaman saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qısa qol gödəkçəsinin sol y an cibindən polietilen parçasına bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 10,287 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin və “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər narkotik vasitə hesab olunan metadon, eləcə də Məhkum əynindəki göy rəngli “cins” şalvarının sağ yan cibindən polietilen parçasına bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 5,527 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin və “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər narkotik vasitə hesab olunan metadon aşkar ol unaraq götürüldükdən sonra, keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 03:30 dəqiqədə Məhkum yaşadığı yuxarıda göstərilən mənzilə keçirilmiş baxış zamanı yataq otağındakı çarpayının altından 1 ədəd qara rəngli idman əl çantasının içindən 1 ədəd polietilen bağlamada təmiz çəkisi 2845,2 qram (2kq. 845,2 qram) təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda eyni tərkibli heroin, 1 ədəd polietilen bağlamada təmiz çəkisi 698,4 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə olan narkotik vasitə hesab olunan tiryək, “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutlarda 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblərdə təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadon və “Preqabalin 150” markalanma göstəricisi olan 249 ədəd konvalyutlarda 3735 ədəd narıncı-göy rəngli kapsullarda təsiredici maddəsinin ümumi miqdarı 560,25 qram təşkil edən güclü təsir edən maddə hesab olunan külli miqdarda preqabalin aşkar olunaraq götürülmüşdür. Məhkum təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və güclü təsir edən maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə dostu Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan “Rizvan” adlı İİR vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olmayan qaydada Azərbaycan Respublikası Bakı-Salyan avtomaqistral yolunda Salyan şəhərinin girişinə yaxın olan hissəsində yolun kənarına yerləşdirdiyi təmiz halda ümumi çəkisi 2861,014 qram (2kq. 861,014 qram) təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini və təmiz halda ümumi çəkisi 698,4 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə olan narkotik vasitə hesab olunan külli miqdarda tiryəki, eləcə də metadon təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edən “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 70 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəh vəyi rəngli həblərdə narkotik vasitə hesab olunan külli miqdarda metadonu və təsiredici maddəsinin ümumi miqdarı 560,25 qram təşkil edən “Preqabalin 150” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 3735 ədəd narıncı-göy rəngli kapsullarda güclü təsir edən maddə hesab olunan külli miqdarda preqabalini həmin gün götürüb əldə etməklə daşıyaraq yaşadığı Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsindəki 71A saylı binada yerləşən 132 saylı mənzilə gətirdikdən sonra, içərisində 2845,2 qram (2kq. 845,2 qram) çəkidə heroin olan 1 ədəd bağlamanı,698,4 qram çəkidə tiryək olan 1 ədəd bağlamanı, 50 ədəd həb metadon və 3735 ədəd kapsul preqabalin dərman preparatlarını 1 ədəd qara rəngli idman əl çantasının içinə yerləşdirib həmin mənzilin yataq otağındakı çarpayının altında gizlətməklə orada s axlamış və 20 yanvar 2022-ci il tarixdə gecə saatlarında həmin narkotik vasitə hesab olunan heroinin 5,527 qram təşkil edən hissəsini 1 ədəd bükümdə və həmin metadonun 10 ədəd həbini bir ədəd konvalyutda ayırmaqla ayırmaqla özü, həmçinin, həmin heroinin 10,287 qram təşkil edən hissəsini 1 ədəd bükümdə və həmin narkotik vasitə hesab olunan metadonun 10 ədəd həbini bir ədəd konvalyutda Təqsirləndirilən şəxs götürüb, “Rizvan” adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq məqsədi ilə üstlərində daşıyaraq Yasamal rayonu H.Zərdabi küçəsindəki 71A saylı binanın qarşısına gətirmiş və həmin gün saat 00:35 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda pi yada hərəkət edən zaman saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki göy rəngli “cins” şalvarının sağ yan cibindən polietilen parçasına bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 5,527 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin və “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər narkotik vasitə hesab olunan metadon, eləcə də Təqsirləndirilən şəxs əynindəki qısa qol gödəkçəsinin sol yan cibindən polietilen parçasına bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 10,287 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda hero in və “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər narkotik vasitə hesab olunan metadon aşkar olunaraq götürüldükdən sonra, keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 03:30 dəqiqədə onun yaşadığı yuxarıda göstərilən mənzilə keçirilmiş baxış zamanı yataq otağındakı çarpayının altından 1 ədəd qara rəngli idman əl çantasının içindən 1 ədəd polietilen bağlamada təmiz çəkisi 2845,2 qram (2kq. 845,2 qram) təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda eyni tərkibli heroin, 1 ədəd polietilen bağlamada təmiz çəkisi 698,4 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə olan narkotik vasitə hesab olunan tiryək, “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutlarda 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblərdə təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadon və “Preqabalin 150” markalanma göstəricisi olan 249 ədəd konvalyutlarda 3735 ədəd narıncı-göy rəngli kapsullarda təsiredici maddəsinin ümumi miqdarı 560,25 qram təşkil edən güclü təsir edən maddə hesab olunan külli miqdarda preqabalin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum törətmiş olduğu cinayət əməlinin Azərbaycan Raspublikası CM-ni n 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona ədalətli cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, Məhkum iş üzrə məhkum olunmuş digər şəxs Təqsirləndirilən şəxslə dost olmuş, sonuncunun xahişi ilə ona verdiyi çantasını qısa müddətdə Bakı şəhərində qaldığı mənzildə saxlamışdır. Ona görə də, Məhkum əməli törədilmiş cinayət haqqında xəbər verməməyə görə Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi və əməlindən səmimi peşman olması, himayəsində 2 azyaşlı uşağının, 2-ci qrup əlil olan 63 yaşlı atasının və 60 yaşlı anasının olması, vətənin müdafiəsində iştirak etməsi nəzərə alınaraq cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs, müdafiəçilər M.Əliyevin və Ə.Muradovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları a raşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs və Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Məhkum törətmiş olduğu cinayət əməlinin Azərbaycan Raspublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona ədalətli cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM- in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsində “Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur Azərbaycan Respublikası CM-in 240.3-cü maddəsinə görə “Bu Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 240.3.2. güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 307-ci maddəsində “Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası ilkin olaraq Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlillərini təhlil edərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayə tin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qan unvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar o lmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6 -cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum H.Məmmdəzadənin əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutla rla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum H.Məmmdəzadə tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhk əmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə bağı iş üzrə toplanmış sübutlara istinad edilməklə ətraflı şərh verildiyindən məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilsə də, özünün ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi etirafedici ifadələri, digər Təqsirləndirilən şəxs, şahidlər – Şahid2, Şahid1, Şahid4 və X3 ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2022-c i il tarixli protokol, “baxış keçirilməsi haqqında” 20 yanvar 2022-ci il tarixli protokol, “mobil telefonlara baxış keçirilməsi haqqında” 5 aprel 2022-ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2022-ci il tarixli 6/281 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının 9 mart 2022-ci il tarixli 1189 nömrəli rəyi, habelə toplanmış digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq məhkum edilmiş şəxs Məhkum verilmiş ittiham üzrə tam təqsirli bilərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dai r cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələ rin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Odur ki, onun əməlinin CM-in 307-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Məhkum еdilmiş şəх slər Məhkum və Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini təhlil edərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla himayəsində bir azyaşlı övladının olmasını onların cəzalarını yüngülləşdirən hallar kimi və cəzalarını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, onlara tö rətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbay can Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunması na və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zama nı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respubl ikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatla rı həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı o lan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Odur ki, məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul e dilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəld ilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 2 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətləritəmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kasassiya şikayətləri təmin edilməsin. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1842/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1842/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver