Məhkəmə qərarları › İş №1(102)-1843/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1843/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1843/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü il ə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər: İ.A.Mahmudov (sədrlik edən və məruzəçi), M.A.Xankişiyev və F.Ə.Qəniyevdən ibarət tərkibdə) Təqsirləndirilən şəxs – xx xxxx 1983-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejmli cəzaçəkmə müssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 6 mart 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: M.Ə.Rzayev (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və E.M.Əhmədovdan ibarət tərkibdə) 29 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021- ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil Məhərrəmov Polad Müseyib oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2021-ci il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Təqsirləndirilən şəxs cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən ərizə göndərərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əl avələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilsin, onun Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinay ət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar