Məhkəmə qərarları › İş №1(102)-1843/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1843/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1843/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli 1(001)672/2022 nömrəli (hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə) hökmü ilə xx.xx.1984-cı il tarixdə Şamaxı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, X-də qeydiyyatda olmaqla XXX nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət ə məlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli 14 iyul 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilmiş, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli qərarı ilə Məhkum əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 134-cü maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-in 73.2ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə zərərçəkmiş şəxslərlə barışıb və onlara dəymiş ziyanı tamamilə öd ədiyindən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmündən və qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət məhkəmə tərkibində) 18 aprel 2023-cü tarixli 1(103)-441/2023 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 134-cü maddəsinə tövsif edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və ci nayət işi üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli qərarı və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarından narazı qalan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, nömrəsiz fərdi evin qarşısına gələrək, orada yaşayan həyat yoldaşı Zərərçəkmiş şəxs1 öz evinə qayıtmamasını bəhan ə edərək heç bir əsaslı səbəb olmadan digərlərinin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edəcəyi ilə hədələyib, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq gəzdirdiyi 41283 №-li, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1966-cı ildə istehsal olunmuş 20 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi, yivsiz odlu silah hesab edilən, lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsildiyindən, öz təyinatını itirərək, 16 kalibrli ov tüfənginin kəsiyi, texniki cəhətdən saz olan və hər iki lüləsi atəş üçün yararlı hesab edilən ov tüfəngindən silah qismində istifadə edib evin divarına 2 (iki) dəfə atəş açaraq ətrafdakı insanların dincliyini pozub, evin divarının zədələməsi nəticəsində Zərərçəkmiş şəxs2 60 manat maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq gəzdirdiyi 41283 №-li, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1966-cı ildə istehsal olunmuş 20 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi, yivsiz odlu silah hesab edilən, lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsildiyindən, öz təyinatını itirərək, 16 kalibrli ov tüfənginin kəsiyi, texniki cəhətdən saz olan və hər iki lüləsi atəş üçün yararlı hesab edilən ov tüfəngindən silah qismində istifadə edib evin divarına 2 (iki) dəfə atəş açaraq evin divarın ın zədələməsi nəticəsində Zərərçəkmiş şəxs2 60 (altmış) manat maddi ziyan vurmuşdur. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, birinci növbədə təqsirləndirilən şəxs Məhkum ifadəsinə diqqət yetirildikdə aydın olur ki, o hadisədən 10 il öncə cinayətin aləti olan ov tüfəngini əldə etmişdir. İş materiallarına əsasən Məhkum ovçu deyil və heç vaxtı ovla məşğul olmamışdır. Bununla da onun həmin tüfəngi təyinatı üzrə istifadə etməsi istisna olunur. Məhkum sonrad an həmin tüfəngin qundağ və lüləsinin kəsilməsi bunu bir daha dəlalət edir. Bu amilə diqqət yetirməkdə məqsəd odur ki, Məhkum cinayət törədilməsinə meyilli olmuşdur. İkinci faktor ondan ibarətdir ki, iş materiallarından göründüyü kimi, Məhkum arvadı Zərərçəkmiş şəxs1 ərinin evindən küsülü çıxmış və Məhkum dəfələrlə onun evə qayıtmağa xahişlərinə baxmayaraq ata evində yaşamaqda davam etmişdir. Hadisə günü, Məhkum onun yanına getməkdə məqsədini ailəni bərpa etmək istəməsi ilə izah etsə də, qayınanasının evinə “gül və şirniyyatla deyil döyüş vəziyyətə gətirilmiş silah və əlavə patronlarla gedir (hətta iki dəfə atəş açdıqdan sonra, silahı yenidən döyüş vəziyyətinə gətirir). Bu hərəkətlərdən sonra, məhkəmənin qərarındakı "... Məhkum hərəkətləri xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, ailəsini geri qaytarmaq üçün edilmiş hədələrdən ibarətdir” sözləri nə dərəcədə əsaslıdır? Nəhayət üçüncü faktor ondan ibarətdir ki, Məhkum qayınanası X-nın evində atəş açır. Məhkum ibtidai istintaq zamanı atəşi divara, məhkəmədə isə yerə açdığını göstərmişdir. Bunun heç bir prinsipial rolu yoxdur. İttiham tərəfi razılaşmışdır ki, Məhkum zərərçəkmiş şəxslərə fiziki ziyan yetirmək niyyəti olmamış, əks təqdirdə sonuncuya CM-nin 29,120.2.2 və s. maddələri ilə ittiham elan olunacaqdır. Lakin Məhkum xuliqanlıq etmək niyyəti açıq-aşkar görsənir. İş materiallarından göründüyü kimi, X-nın yaşadığı həyət iki hissədən ibarətdir və digər hissədə onun oğlunun ailəsi yaşayır. Məhkum atəş açması nəticəsində X-nın gəlini Şahid da qonşu həyətdən gəlmiş və sonda X- və Zərərçəkmiş şəxs1 məh z Şahid həyətinə qaçaraq orada gizlənmişlər. Məhkəmələr öz yekun qərarlarında qeyd etmişlər ki, hadisə ailə daxilində baş vermişdir. Hadisənin ilkin iştirakçısı Zərərçəkmiş şəxs1, hətta X- belə təqsirləndirilən şəxsin ailə üzvləridirlər. Amma məhkəmələr nədənsə Şahid da bu ailəyə daxil etmişdir. Məhkum hərəkətlərində xuliqanlığın bütün elementləri mövcud olmuşdur. Belə ki, məhkəmələr qeyd edilən qanuni və əsaslı, iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsin barəsində ona ibtidai istintaq zamanı verilmiş ittihamda göstərilən maddə üzrə yekun qərarının çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda, hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarı ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan R espublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə u yğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum cinayət əməlinin CM-nin 134-cü maddəsi ilə tövsif edilməsi haqqında nəticəyə gəlib, əsassız və qanunsuz olaraq cinayət təqibinə xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxardığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əm əlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə nəzər yetirirkən müəyyən edir ki, dövlət ittihamçısı Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməsini və həmin maddə ilə təqsirli bilinərək məhkum olunmasını mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tut ulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmuşdur. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr düzgün olaraq Məhkum hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar həmin maddə üzrə verilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, şəxsin təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirmişlər. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, CM-in 221.3-cü maddəsində isə həmin əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmasını” kimi təsbit edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edi r, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiya sı hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübuta yetirilmişdir. Belə ki, Məhkum təqsirləndirilməsinə dair Azərbaycan Respublikası CM-nin 134cü maddəsinin dispozisiyası öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsasların olması kimi müəyyən edilmişdir. İstər məhkəmə araşdırması zamanı, istərsə də cinayət işinin materiallarına nəzər yetirərkən müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum ilə zərərçəkmiş şəxslər həyat yoldaşı Zərərçəkmiş şəxs1 və qaynanası Zərərçəkmiş şəxs2 ilə aralarında əvvəllər heç bir ciddi ədavət olmamış, o həyat yoldaşı ilə görüşüb yenidən ona evə qayıtmasını bildirmiş, qaynanası Xonların söhbətlərinə müdaxilə etdiyi üçün aralarında sözlü mübahisə yaranmış və bu səbəbdən də cinayət əməlini törətmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan Məhkum özünün etirafına, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinə, ekspert rəyinə, istintaq və məhkəmə hərəkətlərinin protokollarına və digər sənədlərə münasibət bildirərək bunu yekun qəra rında kifayət qədər əsaslandırmış və haqlı olaraq düzgün nəticəyə gəlmişdir. Hazırki halda Məhkum Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri hər hansı digər növdən əlavə mötəbər sübutla təsdiqlənmir, yalnız ittiham tərəfinin təqdim etdiyi zərərçəkmiş şəxslərin ibtidai istintaq dövründəki ifadələri əsasında müəyyən edilmişdir ki, Məhkum həyat yoldaşı İLƏ görüşüb yenidən ona evə qayıtmasını bildirməsi, qaynanası X onların söhbətlərinə müdaxilə etdiyi üçün aralarında sözlü mübahisənin yaranması, daha sonra onlar içəri daxil olduqdan sonra onun, üzərində olan silahı çıxararaq bir neçə dəfə yerə atəş açması və çıxıb getməsi barədə ifadələri Məhkum əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Göstərilənlərə, birinci instansiya məhkəməsinin və apellyasiya instansiya məhkəməsinin qərarlarında ətraflı şəkildə sadalananlara əsasən, kassasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya məhkəmə kollegiyası düzgün olaraq belə qənaətə gəlmişdir ki, Məhkum barəsində Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və onun, cinayət məsuliyyətindən azad olunmalı olduğundan ibtidai istintaq orqanının verilmiş ittiham üzrə (CM-nin 221.3-cü maddəyə aid hissədə) gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işi n digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə olan cinayət işi üzrə ilə təqsirli bilinərək məhkum edilməsinin, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual q aydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya baxışının, onun yekununda çıxarılmış qərarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışı qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum barəsində Azərbaycan Respublikasının CM-nin 134-c ü maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun, cinayət məsuliyyətindən azad olunmasına dair yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq apellyasiya məhkəmə kollegiyası tərəfindən baxılan iş üzrə ətraflı, hərtərəfli və obyektiv araşdırmalar aparıldığından apellyasiya məhkəmə kollegiyasının qərarını şübhə altına almaq üçün əsas görmür və belə nəticəyə gəlir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar