Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1844/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi i lə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər X7 və X3 ibarət tərkibdə) 5 dekabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, "həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalından həbsə alınması və barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi vaxtdan, yəni, 05 dekabr 2022-ci il tarixdən hesablanması, tərəfindən ödənilmiş, saxlanılması üçün Bakı şəhəri BPİ-nin X8 təhvil verilmiş 7500 manat pulun Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmiş, Zərərçəkmiş ş əxs adına poçt vasitəsilə 17.500 (on yeddi min beş yüz) manat məbləğində pulun göndərilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə) 14 fevral 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-in 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair 1(101)1185/2022 saylı, 05 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-in 178.2.4-cü maddəsi ilə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, o cümlədən 5 dekabr 2022-ci il tarixdən 14 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gün, cəmi 2 (iki) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 4 (dörd) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 1 (bir) il 7 (yeddi) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum barəsində seçilm iş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış massivi, Elmar marketin yerləşdiyi yerin arxasındakı torpaq sahəsində sonuncunun verəcəyi pulun müqabilində inşa edəcəkləri 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini 63000 manata sataraq əldə olunan gəlirin 70 faizini Zərərçəkmiş şəxs verəcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2021 -ci ildə Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi 1-də yerləşə n Bakı Neftayırma zavodundakı xidməti otağında 13000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 11500 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 10000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 3000 ABŞ dolları yəni 5100 manat, xx.xx.2021 -ci il tarixdə həmin ünvanda 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 3000 ABŞ dolları yəni 5100 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 2000 ABŞ dolları yəni 3400 manat, xx.xx.2021-ci il tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1.7 manat olan 1150 ABŞ dolları yəni 1950 manat və sonuncu dəfə isə 2021-ci ildə tarixi istintaqa məlum olmayan vaxtda ünvan 4 ünvanında yerləşən «Təfəkkür» universitetinin qarşısında 5000 manatı, yəni ümumilikdə 5 5050 manat pulu aldıqdan sonra həmin pulun müqabilində tikilmiş fərdi yaşayış evini sonuncunun məlumatı olmadan 2021-ci ilin avqust ayının sonunadək hissə-hissə ödəmək şərti ilə ümumilikdə 48000 manata Şahid1 satmaqla, Zərərçəkmiş şəxs 63000 manat dəyərində olan əmlakını ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, məhkəmə Məhkum Zərərçəkmiş şəxs 63.000 manat dəyərində əmlakını deyil, zərərçəkmiş şəxsin faktiki olaraq ona verdiyi 55050 manat pulun (25.000 manat pulun Şahid1 tərəfindən Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmaqla) 30.050 manat hissəsini dələduzluq edərək, yəni onun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, ələ keçirməklə zərərçəkmişə xeyli miqdarda ziyan vurm ası qənaətinə gəlmiş, ittihamın həcmini 30050 manatadək azaltmış, lakin qərarın təsviri hissəsində ittihamın həcminin 30050 manatadək azaldığını qeyd etsə də, nəticə hissəsində həmin məsələ ilə bağlı hər hansı xüsusat qeyd etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun, cinayət nəticəsində vurulmuş ziyanın qismən, ümumilikdə 25.000 manat məbləğində ödənilməsi, himayəsində 2 azyaşlı uşağının olması, müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni onun şəxsiyyətini, o cümlədən, barəsində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, həmçinin M əhkum təyin edilən cəzanın diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Məhkəmə proseslərində iştirak etmiş zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini, bu halda təqsirləndirilən şəxslə barışacağını və ona qarşı şikayət və tələbinin olmayacağını qeyd etmişdir. Cinayət işinin materiallarından da görünür ki, tərəflər arasında barışıq əldə edilməmiş, vurulmuş ziyan tam şəkildə ödənməmişdir. Apellyasiya məhkəməsi cinayət qanunvericiliyin əsas prinsipi olan ədalət prinsipinə əməl etmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi, xarakterini, işin hallarını nəzərə almadan Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasını yüngülləşdirərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini ləğv etmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi İlə təqsirləndirilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarının ləğv olunması və cinayət işinin yeni apeilyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci m addəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və ci nayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya protestinin Məhkum elan edilmiş ittihamın həcminin azaldılması ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən 178.2.4-cü maddəsinə tövsif edərkən düzgün nəticəyə gəlsə də, ittihamın həcmini düzgün müəyyənləşdirməmişdir. Belə ki, verilən ittihamdan görünür ki, Məhkum özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış massivi, Elmar marketin yerləşdiyi yerin arxasındakı torpaq sahəsində sonuncunun verəcəyi pulun müqabilində inşa edəcəkləri 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini 63000 manata sataraq əldə olunan gəlirin 70 faizini Zərərçəkmiş şəxs verəcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək hissə-hissə ümumilikdə 55050 manat pulu aldıqdan sonra həmin pulun müqabilində tikilmiş fərdi yaşayış evini sonuncunun məlumatı olmadan 2021-ci ilin avqust ayının sonunadək hissə-hissə ödəmək şərti ilə ümumilikdə 48000 manata Şahid1 satmaqla, Zərərçəkmiş şəxs 63000 manat dəyərində olan əmlakını ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən iş materiallarında olan sübutlarla evin dəyərinin 63000 manat ol ması müəyyən edilməmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə evin tikintisi ilə bağlı 55050 manat pul vermiş, evin 63000 manata satılması ilə bağlı razılaşma olsa da, 55050 manatdan artıq məbləğ fayda (qazanc) olmuş, həmin faydanın (qazanc) 30 % hissəsinin təqsirləndirilən şəxsə, 70 % hissəsinin isə zərərçəkmiş şəxsə çatması ilə bağlı tərəflərin iradə ifadələri olmuşdur. Buna baxmayaraq, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsə dəymiş zərəri müəyyən edərkən faktiki olaraq əldə çıxmış faydanı da ələ keçirilmiş məbləğ kimi qiymətləndirmiş və bununla da düzgün nəticəyə gəlməmişlər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikay ətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun "CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, Məhkum Zərərçəkmiş şəxs 63.000 manat dəyərində əmlakını deyil, zərərçəkmiş şəxsin faktiki olaraq ona verdiyi 55050 manat pulun (25.000 manat pulun Şahid1 tərəfindən Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmaqla) 30.050 manat his səsini dələduzluq edərək, yəni onun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, ələ keçirməklə zərərçəkmişə xeyli miqdarda ziyan vurmuşdur. Bu səbəbdən ittihamın həcmi 30050 manatadək azaldılmalı, məbləğin azaldılması birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən azadlığın məhdudlaşdırılması cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əs asən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfində n yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, tə qsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinay ət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum təyin olunmuş cəza növü ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun, cinayət nəticəsində vurulmuş ziyanın qismən, ümumilikdə 25.000 manat məbləğində ödənilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni onun şəxsiyyətini, o cümlədən, barəsində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, həmçinin Məhkum təyin edilən cəzanın diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. Birinci instansiya məhkəməsi azadlıqdan məhrum etmə cəzası cəzası təyin etməkdə haqlı olmamış, məhkəmənin bu qərarı cinayət qanunun normasına, cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də, Məhkum CM-in təqsirli bilindiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir ki, həmin cəza islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzan ı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısının həmin protestdə bu məsələlərlə bağlı irəli sürdüyü dəlillər subyektiv mülahizələrdən ibarət olan əsassız dəlillərdir. Apellyasiya məhkəməsi düzgün olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli və adekvat hesab etmiş dir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini şərtləndirən hallar mövcud deyil. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Belə ki, Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğundur, dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü dəlillər isə işin faktiki hallarına uyğun olmadığından əsassızdır. Yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsini n Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il t arixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə tə siri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il t arixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1844/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1844/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver