Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1844/2024 13.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 2 noyabr 2023-cü il tarixli 1(103)-2004/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sülhanə Hacıyeva) 11 avqust 2023cü il tarixli hökmü ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmuşməhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi ev 13də qeydiyyatda olan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Məhkum apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) 2023-cü il 2 noyabr tarixli 1(103)-2004/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2023-cü il 11 avqust tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, təkrarən gizli olaraq yaşayış yerinə və saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talamış, həmçinin təkrarən binaya daxil olmaqla özgənin əmla kını gizli olaraq talamağa cəhd etməklə oğurluq cinayətini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o dəymiş ziyanın çox hissəsini ödəmiş, çox az bir hissəsi qalmışdır. Bundan əlavə bildirmişdir ki onun himayəsində iki azyaşlı uşağı vardır və o, Cəzaçəkmə Müəssisəsi tərəfindən müsbət xarakterizə olunur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 2023-cü il 2 noyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraci ətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum ona ağır cəza təyin edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımı ndan səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətində məhkum ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkuma 4 epizod üzrə oğurluq cinayət əməlinin törədilməsinə görə ittiham elan edilmişdir. Bu cinayət əməllərindən üçü bitmiş cinayət əməli, biri isə cinayət törətməyə cəhddir. Eyni zamanda, məhkum tərəfindən vurulmuş maddi ziyan da tam ödənilməmiş və zərərçəkmiş şəxs "xxxx" MMC məh kumdan şikayətçidir. Göründüyü kimi, məhkum qısa müddət ərzində 4 dəfə ardıcıl oğurluq cinayət əməlləri törətmiş, maddi ziyanlar vurmuş və vurulmuş ziyanı tam ödəməmişlər. Məhkəmələr də işin bu hallarını, məhkumun şəxsiyyətini, əməllərin ictimai təhlükəlik dərəcəsini və xarakterini, eləcə də əvvəllər təyin edilmiş cəzaların islah təsirinin yetərli olmamasını nəzərə alaraq məhkuma azadlıdan məhrumetmə növündə cəza təyin etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun cinayət əməlləri düzgün tövsif edilmiş, ona qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətin təmin edilməsi və məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas tapa bilmir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün hər h ansı hüquqi və faktiki əsas mövcud deyil, bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 noyabr 2023-cü il tarixli 1(103)-2004/2023 nömrəli qərarı məhkumun kassasiya şika
Məhkəmə qərarları › İş №1(102)-1844/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1844/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver