Məhkəmə qərarları › İş №1(102)-1845/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1845/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1845/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Həsənov Samir Əlisoltan oğlunun iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi S.Ə.Həsənov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyeva Sevinc Məhəmməd qızı) Məhkum, xx xxxxxxx 2001-ci il tarixdə Xaçmaz rayonunun Tikanoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, tələbə olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Krasnı Xutor (Şıxlı) kəndində qeydiyyatda olan, faktiki ola raq ünvan 1 ünvanında yaşamış, CM-in 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərini törətməkdə təqsirli bilinərək, CM-in 263-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.2-ci maddəsinə əsasən isə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhk um 8 iyun 2023-cü il tarixdən 10 iyun 2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, avtomobili idarə edərək, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma və yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməlini törətmişdir. Belə ki, Məhkum «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Chery M Suv T11SQR7” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, 20 aprel 2023cü il tarixdə saat 20:30 radələrində Abşeron rayonu, AAAF park yaşayış kompleksi istiqamətində 10 km/saat sürətlə hərəkətdə olarkən, Heydər Əliyev prospektində Xırdalan şəhəri istiqamətinə sağ tərəfdən birləşən dalandan idarə etdiyi avtomobili yola daxil edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətdə olduğu dalanda 2.4 «Yol verin» yol nişanının olmasını nəzərə alaraq, üstünlük nişanları yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir kimi tələbinə riayət etməklə, baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməyərək, avtomobilin qabaq hissəsi ilə, AAAF park istiqamətindən Xırdalan şəhəri istiqamətinə 40km/saat sürətlə İ zolaqda əsas yol ilə hərəkət edən Şahid etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Tofaş Şahin minik” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapı hissəsi ilə toqquşmuş, nəticədə “Tofaş Şahin minik” markalı avtomobilin sürücüsü idarəetməni itirərək hərəkət hissəsinin kənarında H eydər Əliyev prospekti «Bazar Store» marketin qarşısında dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq, sonuncuya baş-beyin silkələnməsi ilə müşayiət olunan çanaq sümüklərindən sağ qasıq sümüyün yerdəyişməyən xətti sınığı, sol böyrək kapsulasının hematoması ilə nəticələnən ehtiyatsızlıqdan sağlamlığına Az Ağır zərərvurmaya aid xəsarətləri almasına səbəb olmuş və hadisədən sonra idarə etdiyi avtomobili hadisə yerinin yaxınlığında saxlayaraq hadisə yerinə qayıtsa da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən nəqliyyat vasitəsini hadisə yerindən tərpətməməli, zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zər ərçəkmiş şəxsə çatdırmaq öhdəliyi daşıdığı halda həmin öhdəlikləri yerinə yetirməyərək oradan uzaqlaşmaqla yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi S.Ə.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli oğlundan ibarət tərkibdə) 17 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi S.Ə.Həsənov kassasiya şikay əti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasına, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarına və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi S.Ə.Həsənov həmin şikayət ini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən biləcək, müdafiə tərəfinin aşkar etdiyi sübutların tədqiqindən apellyasiya instansiyası məhkəməsi əsassız olaraq imtina etmiş, iş üzrə toplanmış bu sübutlar natamam tədqiq edilmiş, bir sıra sübutlar yolverilməz olmaqla onların sübut edici qüvvəsi olmamış, iş üçün əhəmiyyətli olan hallar məhkəmə tərəfindən ətraflı araşdırılmamış, cinayət işi üzrə ibtidai araşdırmanı aparan orqan kobud qanun pozuntularına yol vermiş, qanunsuz əldə etdiyi sənədləri sübut kimi işə əlavə etmiş, qanunu pozmaqla əldə edilən yolverilməz sübutlar məhkum edilmiş şəxsin təqsirliliyi barədə hökmün əsasının təşkil etmiş, istintaq orqanının ittihamının və şa hid hesab etdikləri Şahid ifadəsinin hadisənin video görüntüsü və digər sübutlarla müqayisəsində yaranmış açıq-aşkar ziddiyyətli hallar məhkəmə tərəfindən ətraflı araşdırılmamış, Şahid hadisə baş verdiyi anda sərxoşluq vəziyyətində olub-olmaması halını müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş, bununla da Məhkum baş verən hadisədə təqsirli olmasına əsaslı şübhələr yaranmış, yaranmış şübhələrlə bağlı isə ekspertizalar, müayinələr keçirilməmiş və müvafiq sorğular göndərilməmişdir. Belə ki, cinayət işi üzrə toplanmış materialların tədqiqi göstərir ki, Məhkum CM-in 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsində əsaslı şübhələr mövcuddur. Şikayət müəllifi eyni zamanda hesab edir ki, hətta hüquqlarını müdafiə etdiyi şəxs ona istinad olunan cinayətləri törətmək də təqsirli hesab edildiyi halda həmin şübhələrin mövcudluğu səbəbindən, habelə, Məhkum ilk dəfə ictimai təhlükəli əməl törətməsi, onun hüquq fakultəsinin 4-cü kursunda təhsil alması, təhsilinin baş vermış məlum hadisələr (RusiyaUkrayna müharibəsi) səbəbindən yarımçıq qalması, notarial qaydada imzaladığı ərizə ilə zərərçəkmiş şəxsin onu bağışlaması, sonuncuya dəymiş ziyanı ödəməsi, cəmiyyətdə və qonşular arasında əxlaqı, mədəni səviyyəsi ilə müsbət xarakterizə olunması kimi hallar onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə almalıdır. Kassasiya şikayətində işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirsə də sonda müdafiəçi S.Ə.Həsənov Məhkum təyin olunmuş cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçi rilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin sonunda irəli sürdüyü tələbdən göründüyü kimi müdafiəçi S.Ə.Həsənov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarın qəbul olunması barədə tələb irəli sürmüş və bu tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qa ydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi S.Ə.Həsənovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərlil iyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasi ya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kass asiya şikayətinin məzmunundan görünür ki, müdafiəçi S.Ə.Həsənov həmin şikayətində iş üzrə sübutların natamam araşdırılmasını, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsirli bilindiyi ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsini mübahisələndirsə də, həmin müraciətinin sonunda apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cəza təyini ilə bağlı qeyri-humanist və ədalətsiz qərarın qəbul edilməsini iddia etmişdir. Əvvəla, kassasiya şikayəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Zərərçəkm iş şəxs, şahid X1 ifadələrinə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollara, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin tam sübuta yetirilməsi və onun həmin əməllərinin CM-in 263-1.1 və 264-cü maddələri ilə tövsif edilməsi barədə əsaslı və qanuni nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd olunan məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələri düzgün hesab edir, bu nəticələrin şüb hə altına alınması üçün heç bir əsas görmür və eyni zamanda qeyd edir ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gələrkən əhəmiyyətli sübutların tədqiqindən imtina etməmiş, müdafiə tərəfi də ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan başqa digər, özünün təqdim etdiyi sübutların araşdırılması barədə vəsatətlərlə məhkəmələrə müraciət etməmişdir. Odur ki, məhkəmə kollegiyası təhlil olunan məsələlərlə bağlı kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır, həmin şikayətdə Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar kassasiya tələbinə cavab olaraq isə ilk növbədə qeyd edir ki, məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-in 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 264-cü maddələrinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, həmin cinayətlər də CM-in 15.2 və 15.3-cü maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən (CM-in 264-cü maddəsində nəzərdə tutulmuş) və az ağır cinayətlər (CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş) kateqoriyasına aiddirlər. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə gör ə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməli nin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinin tələbindən görünür ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunu r və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmu ş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinin tələblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, tör ədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Sübutların araşdırılması və qiymətləndirilməsi haqqında prosessual normalar (CPMin 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlə dən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edilərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə isə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-in 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, fak tların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, təsvir olunan tələblər apellyasiya müraciətlərinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestinin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalı dır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humani zm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittih am hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qə bul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nət icələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşd irən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktın da bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində və CPM-in 14.1-ci maddəsində də nəzərdə tutulmuş və qanunvericiliyin tələblərinə, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, məhkəmələr bu hüququn təmin ed ilib-edilməməsi məsələsini nəinki təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi, həm də onun barəsində ittiham hökmü çıxararkən müzakirə etməli və bütün halları nəzərə almaqla qanuni və ədalətli nəticəyə gəlməlidirlər. Çünki, CPM-in 12.1-ci maddəsi də tələb edir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Bu zaman məhkəmələrin cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərinə də əməl etmələri xüsusi əhəmiyyət kəsb edir. Əvvəla məhkəmə kollegiyası iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi çıxardığı 16 yanvar 2024-cü il tarixli hökmdə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən sonuncunun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı cinayətlərdən birinin ehtiyatsızlıqdan, digərinin isə qəsdən törədilən cinayət olmasının, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın onun ailə şəraitinə təsirini, onun Zərərçəkmiş şəxs dəymiş ziyandan 500 manat ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib, habelə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə aldığını göstərərək Məhkum təqsirli bilindiyi CM-in 263-1.1 və 264-cü maddələrinin sanksiyası həddində və CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və bu cəzanı real olaraq çəkməli olmasını məqsədə uyğun hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşaraq mübahisələndirilən 17 aprel 2024-cü il tarixli qərarında cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilə bilən başqa halların müəyyən olunmamasını qeyd etmişdir. Lakin, məhkəmə kollegiyası cinayət işinin materiallarına və işə əlavə olunmuş sənədlərə əsaslanaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, Məhkum törətdiyi cinayətlər nəticəsində Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəmiş, sonuncu ilə barışıq əldə etmiş, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur (bu hallar zərərçəkmişin notarial qaydada təsdiq olunmuş əriz əsi ilə təsdiq olunur), habelə Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuş, o, natamam ali hüquq təhsillidir (Ukrayna DİN-in Xarkov Milli Daxili İşlər Universitetinin hüquq fakultəsində əyani formada 3 il 6 ay təhsil almış, RusiyaUkrayna müharibəsi başladığından Xarkov şəhərindən evakuasiya edilmiş və Azərbaycana qayıtmışdır), məhkum olunmuş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə təsdiq olunmuş sübutların məzmunundan və cinayət qanunvericiliyi normalarının tələblərindən çıxış edərək hesab edir ki, təhlil edilən sübutlar hazırki iş üzrə CM-in 59.1.12, 59.1.13 və 59.2-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir və Məhkum barəsində cəza tədbirinin seçilməsinə münasibət bildirilərkən, yəni kassasiya şikayətində irəli sürülmüş tələbə cavab verilərkən bu hallar digər hallarla birlikdə məcmu şəklində nəzərə alınmalıdır. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, CM-in 59.1.13-cü maddəsində isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması birbaşa cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuş, CM-in 59.2-ci maddəsində isə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması mümkünlüyü təsbit edilmişdir Məhkəmə kollegiya sı CM-in 58.3 və 59.2-ci maddələrinin tələblərindən çıxış edərək Məhkum şəxsiyyətini səciyyələndirən halları da cəzanı yüngülləşdirən hallar kimi hesab edilməsini mümkün bilir və həm özünün, həm də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, həmçinin Məhkum cinayət törətməyə meyilli şəxs olmamasını və onun cəmiyyətdən təcrid olunmadan islah oluna biləcəyi mümkünlüyünü, habelə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, müdafiəçi S.Ə.Həsənovun kassasiya şikayətinin təmin edilməsini və CM-in 70-ci maddəsinə əsasən Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edir. Bu qənaətə gələrkən isə məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına, bu halların arxasında duran təkzib edilməz sübutlara, habelə cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanır. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında vurğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və h əmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin, qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum et mə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Res publikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni, bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunvericilik, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumları şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu müəyyən etmişlər ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hes ab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipi təsbit edilmiş 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum CMin 263-1.1 və 264-cü maddələri ilə təyin olunmuş əsas cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab etməklə yanaşı onu da nəzərə alır ki, CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. CM-in 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aş ağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-in 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkum un yaşayış yeri üzrə icra məmuru həyata keçirir. CPM-in 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Cinayət qanunu normalarının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsində şərti məhkum etmə tətbiq edərkən onun islah olunması üçün 1 (bir) il sınaq müddətinin müəyyən edilməsini və onun üzərinə həmin müddətdə məhkumun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını da zəruri bilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alıb kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi S.Ə.Həsənovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi S.Ə.Həsənovun kassasiya şikayəti təmin edilməli və Məhkum təqsirli bilindiyi CM-in 263-1.1 və 264-cü maddələri ilə CM-in 66.2-ci maddəsinin tələbinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70.1-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməli, buna görə o, dərhal cəzaçəkmə müəssisəsindən azad olunmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşadığı Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, məhkum olu nmuş şəxsin üzərinə isə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsi vəzifəsi qoyulmalı, bu əsaslarla da sonuncunun barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası C inayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Məhkum CM-in 263-1.1 və 264-cü maddələri ilə CM-in 66.2-ci maddəsinin tələbinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin. Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsi Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkum onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar