Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1846/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 28 mart 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim A.R.Tağıyev) 1(009)-7/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmü ilə, 06 avqust 1987-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala şəhəri, məhəllə 7-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, ev 121, mənzil 11-də kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 235.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş əməli CM-in 234.1 -ci maddəsinə tövsif edilmiş, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 06 sentyabr 2020-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla həmin müddət hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılmış və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni 12 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri satış məqsədi ilə talayıb qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Elan olunmuş ittihama görə, o, 2020-ci ilin avqust ayının sonlarında dayısı X8 yaşadığı Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 42, mənzil 7-də olarkən satış məqsədi ilə gizli yolla şəxsi istehlak miqdarından artıq 26,173 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı talayıb əldə edərək özündə saxlamış, 06 sentyabr 2020-ci il tarixdə saat 16:30 radələrində Səbail RPİ-nin NMB və CAŞ-nin əməkdaşları tərəfindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 121 saylı binanın yaxınlığında saxlanılaraq şübhəli şəxs qismində Səbail RPİ-nə dəvət edilmiş və bölmənin inzibati binasında üstünə baxış keçirilən zamanı gələcəkdə satış məqsədi ilə saxladığı ümumi çəkisi 8,419 qram b itki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış “qurudulmuş marixuana”, əlində olan yaşıl rəngli parıltılı kisənin içərisində 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,385 və 4,034 qram olmaqla aşkar olunub götürülmüşdür. Bundan başqa 06 sentyabr 2020-ci il tarixdə saat 21:30 radələrində Məhkum kirayədə yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, mənzil 11-ə baxış keçirilən zamanı gələcəkdə satış məqsədi ilə saxladığı ümumi çəkisi 9,335 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış “qurudulmuş marixuana” həmin mənzilin yataq otağında paltar dolabının üstündə olan kağız qutunun içərisində ayrı-ayrılıqda bir ədəd corabın içərisi ndə sellofanda bir ədəd kağız bükülüdə təmiz çəkisi 1,382 qram, digər bir ədəd corabın içərisində salfet kağızına bükülmüş 02 (iki) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 3,763 qram və 4,190 qram olmaqla aşkar olunub götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyev) 28 mart 2023-ci il tarixli, 1(103)-279/2023 nömrəli hökmü ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-7/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı4 kassasiya protes ti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-ci il tarixli, 1(103)-279/2023 nömrəli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır, iş üzrə toplanmış sübutlar düzgün təhlil edilməməklə təqsirləndirilən şəxsə CM-in 235.1-ci maddəsi ilə bəraət verilmiş və onun digər əməli CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmələr öz qərarında hökmdə guya təqsirləndirilən şəxs Məhkum üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitənin Ağali Sadıqovdan gizli yolla t alaması işin müəyyən edilmiş hallarına uyğun olmamaqla ancaq mülahizədən ibarət olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Məhkum narkotik vasitəni tanımadığı şəxslərdən almışdır, lakin polis əməkdaşları ondan narkotikin mənbəyini deməyini tələb etdiklərinə görə məcbur qalıb dayısı Ağalinin narkotik vasitədən istifadə etdiyini bildiyinə görə yalandan ondan aldığını demişdir. Guya dayısı Ağali Sadıqovla onun münasibətləri soyuq olduğundan 2019-cu ildən evinə getməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Ağali Sadıqov və Nazpəri Sadıqova ifadələrində göstəriblər ki, Məhkum ilə 2019-cu ilin avqust ayından münasibətləri soyuq olduğuna görə gediş-gəlişləri olmamış və əlaqə saxlamamışlar. Məhkəmə Məhkum ibtidai istintaqda Nizami rayonu, Neftçilər qəsəbəsində yaşayan d ayısı Ağali Sadıqovdan bir-neçə dəfə əvəzsiz olaraq öz istifadəsi üçün narkotik vasitə olan marixuana götürməsi barədə verdiyi ifadəni deyil, sonradan məhkəmədə törətdiyi əməllərdən boyun qaçırmaqdan ötrü yəni, həmin qurudulmuş marixuananı tanımadığı şəxslərdən götürməsi, dayısı ilə qohumluq əlaqələrinin soyuq olduğundan münasibəti olmaması barədə verdiyi ifadəni əsas götürərək əsassız olaraq CM-in 235.1-ci maddəsinə Xanım Mustafayev, Ağali Sadıqov və Nazpəri Sadıqovanın ifadələri əsasında bəraət vermişdir. İbtidai istintaq zamanı barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xanımdan bir neçə dəfə ancaq çəkimlik üçün az miqdarda 4-5 dəfə marixuana almışdır. Xanımdan həmin marixuananı haradan əldə etməsi barədə bir neçə dəf ə soruşmuşdur. Xanım ona bildirmişdir ki, onun dayısı narkobarondur və dayısında narkotik maddə olan marixuana çoxdur. Göründüyü kimi, Şahid1 ifadəsində Məhkum narkotik vasitəni dayısı X6 əldə etməsi barədə göstərdiyi xüsusatlarla 06 sentyabr 2020-ci il tarixdə aparılmış baxışda sonuncunun yaşadığı ünvan 1 ünvanında ümumi təmiz çəkisi 24,119 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülməsi ilə də üst-üstə düşür. Həmçinin, diqqət yetirilməsi olan məqamlardan da biri də budur ki, Məhkum məhkəmədə ifadəsində bildirmişdir ki, guya polis əməkdaşları ondan narkotikin mənbəyini deməyini tələb etdiklərinə görə məcbur qalıb dayısı Ağalinin narkotik vasitədən istifadə etdiyini bildiyinə görə yalandan narkotik vasitəni ondan aldığını demişdir. Halbuki, əgər polis əməkdaşları ondan narkotik in mənbəyini deməyini tələb etdiklərinə görə məcbur qalıb dayısı Ağalidən narkotik vasitəni aldığım demişdirsə, Şahid1 nə üçün dayısı Ağalidən narkotik vasitəni aldığını bildirmişdir. Qeyd olunanlarla bir daha Məhkum törətdiyi əməllərdən boyun qaçırmaq istəməsi öz təsdiqini tapır. Təqsirləndirlən şəxs Məhkum ifadələrində onun narkotik vasitə talamadığını göstərməsi qeyri-səmimi, qeyri-obyektiv olduğundan və cinayət işinin materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməlidir. Məhkum dayısı Ağali Sadıqovun evinə getməməsi, narkotik vasitəni talamaması barədə verdiyi ifadə məhkəmə baxışı zamanı hər hansı bir sübutla təsdiqini tapmamışdır. Məhkəmə CMin 235.1-ci maddəsinə bəraət verərkən yalnız Ağali Sadıqov və Nazpəri Sadıqovanın ifadələrini əs as götürmüşdür. Ağali Sadıqov və X9 Mustafayevlə qohumluq əlaqələri nəzərə alınmalı və ifadələrinə tənqidi yanaşılmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı Məhkum ifadəsində narkotik vasitəni guya polis əməkdaşlarının hər hansı formada təzyiq və ya təsiri, eləcə də hüquqlarını pozan sair qanunsuz hərəkətlərə məruz qalmaqla dayısının evindən götürməsi barədə göstərdiyi xüsusatlarda öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından görünür ki, ilkin araşdırma zamanı şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr üst-üstə düşür, dolğun və həqiqəti əks etdirir, məhkəmə baxışında isə verdikləri ifadələrin həqiqətə uyğun olmamaqla təqsirləndirilən şəxsin müdafiəsinə yönəldiyini təsdiq edir. Lakin məhkəmələr yekun qərar qəbul edərkən X10 Sadıqov və Nazpəri Sadıqovanın qohumluq münasibətlərini nəzərə almamışdır. Belə olan halda məhkəmə tərəfindən X10 Sadıqov və Nazpəri Sadıqovanın ibtidai istintaq dövründə vermiş olduqları ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsi əsassız olmuş, onların məhkəmə istintaqı zamanı verdiyi ifadələri qeyri-səmimi, qeyriobyektiv olduğundan müdafiə xarakterli kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə hökmdə istintaq orqanının Məhkum əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, yəni satış məqsədilə narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi tövsif etməklə səhv nəticəyə gəldiyini, yəni əməlinin həmin maddəyə tövsif edilməsindən ötrü Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onun tərəfindən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlan ması üçün avadanlığın olması hallarının olmamasını əsas götürərək CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum əldə edərək üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından bir neçə dəfə artıq olmuşdur. Beləliklə də, məh kəmə hökm çıxararkən təqsirləndirilən şəxsin və Şahid1 məhkəmə istintaqı zamanı verdikləri məqsədyönlü təkzib ifadələrini əsas götürmüş, onların ifadələrini cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, sonda Məhkum narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair ibtidai istintaq zamanı toplanmış kifayət qədər sübutların məcmusuna düzgün hüquqi qiymət verməyərək yanlış nəticəyə gəlmişdir. Halbuki, cinayət işinin materiallarında ibtidai istintaq zamanı verilmiş şahid ifadələri, baxış protokolu, məhkəmə kimyəvi və narkoloji ekspertizalarının rəyləri və digər sənədlərlə Məhkum əməlində CM-in 234.2-ci maddəsinin tərkibi olması tam sübuta yetirilmişdir. Məhkəmə isə hazırki işə baxarkən cinayət qanunvericiliyinin yuxanda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Plenum qərarını nəzərə almamışdır. Məhkəmə yuxarıda göstərilən sübutları nəzərə almamaqla Azərbaycan Respublikası CPM-in 28-ci maddəsi ilə nəzərdə tutulmuş “cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi” prinsipinə riayət etməmişdir. Məhkəmələr cinayət-prosessual qanunvericiliyin həmin normalarının tələblərini pozaraq yuxarıda qeyd olunan işin obyektiv hallarına uyğun olan istintaqda əldə olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Məhkum şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni satış məqsədi ilə talayıb qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Ona istinad olunmuş cinayəti törətməsi işin faktiki halları ilə düzgün qiymətləndirilmiş və onun əməli CM-in 234.2 və 235.1-ci maddələri ilə düzgün tövsif edilmiş və işin faktiki hallarına uyğun olmuşdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hazırki iş üzrə təqsirləndirilən şəxsə CM-in 235.1-ci maddə ilə bəraət verərkən və əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmiş və şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolveri lməz sübutlar təşkil etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət veril mir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutlara düzgün qiymət verməyərək əsassız və qanunsuz olaraq Məhkum Azərbaycan Respublikası CM-in 235.1-ci maddəsi ilə bəraət vermiş və onun əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı h esab edərək aşağıdakıları qeyd edir. Kassator qeyd etmişdir ibtidai istintaq zamanı Məhkum Azərbaycan Respublikası CM-in 235.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi barədə etirafedici ifadə vermişdir. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-in 235.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yeganə sübut onun üzünün istintaq zamanı vermiş olduğu ilkin ifadələri olmuşdur. Çünki, digər şahidlər məhz təqsirləndirilən şəxsin dediklərinə istinadən bu barədə bildirmişlər. Azərbaycan Respublikası CPM -in 126.3-cü maddəsinin tələblərinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Həqiqətən Məhkum ibtidai araşdırma zamanı vermiş olduğu ilkin ifadəsindən görünür ki, o, şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamın məzmununa uyğun ifadələr vermişdir. Lakin, istintaqın sonrakı gedişində Məhkum dayısından narkotik vasitəni oğurlaması xüsusatını inkar etmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı da Məhkum dayısından narkotik vasitəni oğurlaması xüsusatını inkar etmişdir. Azərbayca n Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunu n motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkəmələr düzgün olaraq gəldiyi nəticələri təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmışlar. Çünki, Məhkum məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri istintaqın ilkin mərhələsində verdiyi ifadələrin əksinə olaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla uzlaşmışdır. Belə ki, şahidlər Ağali Sadıqov və Nazpəri Sadıqova ifadələrində Məhkum ilə 2019-cu ilin avqust ayından münasibətləri soyuq olduğuna görə gediş-gəlişləri olmadığını göstərmişlər. Şahid1 da ifadəsində Məhkum narkotik vasi təni dayısı Ağali Sadıqovdan oğurlaması ilə bağlı hər hansı xüsusat bildirməmişdir. Narkotik vasitəni Xanım X1rlaması ilə bağlı digər bir sübut olmamışdır. Ona görə də məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq Məhkum CM-in 235.1-ci maddəsi ilə bəraət verilməsi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kassasiya protestinin digər dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməli olması qənaətini Məhkum narkotik vasitələri qanunsuz satışı ilə məşğul olması Şahid1 ifadəsi ilə müəyyən edilməsi, istintaq zamanı Məhkum və Nərgiz Qadaşovun verdiyi ifadələrə qiymət verilməməsi, narkotik vasitənin dörd bükümdə olmaqla şəxsi istehlak miqdarından bir neçə dəfə artıq olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mə hkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni saxlama kimi verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tut ulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” A zərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkum ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə baxışı zamanı verdiyi ifadələrdə ardıcıl olaraq üzərində və evində narkotik vasitənin aşkar edilməsini etiraf etsə də, həmin vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını göstərmişdir. İstintaq orqanı Məhkum onda aşkar edilmiş marixuananın satış məqsədi ilə əldə edilməsi və saxlanması barədə gəldiyi nəticəni narkotik maddəsinin miqdarı və hazırki cinayət işindən ayrıca icraata ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxs Nərgiz Dadaşovanın ifadəsi ilə əsaslandırmışldır. Belə ki, istintaq orqanı Məhkum üzərində və onun yaşayış yerində aşkar edilmiş qurudulmuş marixuananın 26,178 qram miqdarında olmasını və Nərgiz Dadaşovanın əvvəl Məhkum marixunanın alınması barədə ifadəsinə istinad edərək Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif etmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən na rkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 12-ci bəndinə əsasən – 5 (beş) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. İşdən görünür ki, ittihamda Məhkum satış məqsədi ilə gizli yolla şəxsi istehlak miqdarından artıq 26,173 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı talayıb əldə edərək özündə saxlaması göstərilsə də, Məhkum üzərində və evində ümumilikdə (8,419 qram və 9,335 qram) 17,754 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildiyi halda 26,173 qramın hansı əsasla talanmasının göstərilməsi də anlaşılan olmamışdır. İbtidai araşdırma zamanı toplanmaqla və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdı rılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum 17,754 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək saxlamışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən sübutlara və cinayət işinin hallarına verilmiş qiymətlə razılaşaraq nəticəyə gəlir ki, çətənə bitkisini preparatlarından sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkmiş (məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən olunmuşdur) məhkumun üzərində və onun yaşadığı evdə 17,754 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi faktı özü-özlüyündə məhkumun həmin narkotik maddəni satmaq məqsədini müəyyən etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət iş ləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satışı məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, iste hlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Ali Məhkəmənin Plenumu yuxarıda qeyd edilən qərarda izah etmişdir ki, şəxsin üzərindən və evindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir. Məhkum - təmiz çəkisi 17,754 qram olan qurudulmuş marixuananı əldə etməsi, üzərində və evində saxlaması öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Çün ki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “işin digər halları” ilə yanaşı nəzərə alınması tövsiyə olunur. “İşin digər halları” dedikdə iş üçün əhəmiyyətli olan hallar, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 09 sentyabr 2020-ci il tarixli 2470 nömrəli rəyindən görünür ki, Məhkum çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseri ndə qeydiyyata alınması məsləhət görülmüşdür. İş üzrə dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı və sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. İş materiallarının təhlili göstərir ki, Məhkum onda aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə hər hansı mötəbər sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Məhkum kimdənsə və hə r hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış mötəbər sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Məhkum qeyd edilən çəkidə narkotik vasitə marixuananı öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. Şahid1 h azırki cinayət işi üzrə istintaqın ilkin mərhələsində verdiyi ifadədə Məhkum ona narkotik vasitə olan marixuananı satması barədə göstərmişdir. Lakin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı Şahid1 ifadələrində Məhkum ona narkotik vasitə satmaması barədə ifadələr vermişdir. Məhkum əməli qiymətləndirilərək Şahid1 istintaq zamanı verdiyi ifadəsinin əsas götürülməli olduğu barədə kassasiya protestinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Şahid1 və Məhkum ibtidai istintaq zamanı verdikləri ifadələrin ziddiyyətli olmasına baxmayaraq istintaq orqanı tərəfindən həmin ziddiyyətlərin aradan qaldırılması üçün Şahid1 və Məhkum arasında üzləşdirmə keçirilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Şahid1 ilkin ifadəsində onda aşkar edilə rək götürülmüş narkotik vasitə olan mətafetamin bir qismini satmaq, qalan hissəsini isə şəxsi istifadəsi üçün əldə edildiyini göstərsə də, istintaq orqanı onun özünün əməlini tövsif edərək bu ifadəsi əsas götürməmiş və Şahid1 əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edərək barəsində olan cinayət işini həmin maddə ilə məhkəmə göndərmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması cinayət işi üzrə toplanmış sübutlarla təsdiq etsə də, onun həmin narkotik maddəni satmaq məqsədini təsdiq edən hər hansı bir mötəbər sübut olmadığından məhkəmələr düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. İş materiallarından göründüyü kimi məhkəmələr tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarı lır. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmadığı üçün əsaslı olaraq Məhkum Azərbaycan Respublikası CM-in 235.1-ci maddəsi ilə bəraəti vermiş və onun əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tə rəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi əsaslı və ədalətli olduğundan razılaşır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hö km və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 28 mart 2023-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 28 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə də yişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1846/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1846/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver