Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1847/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (sədrlik edən və məruzəçi), Nizami Quliyev və Aqil Musayev) 1(099)-84/2021 nömrəli 15 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxxx 1989-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonunun Ağalıkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4 və 182.2.2-ci maddələri təqsirli bilinərək, CM-in 178.2.2 və 178.2.4 maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 182.2.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, təkrarən aldatma yolu ilə, xeyli miqdarda özgənin əmlakını ələ keçirmiş və təkrarən hədə- qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 Fövqəladə Hallar Nazirli yinin Salyan rayon yanğından mühafizə şöbəsinə işçi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, 03 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində dəniz limanının qarşısında Zərərçəkmiş şəxs9 onun dələduzluq niyyətindən xəbərsiz olan Şahid7 vasitəsilə göndərdiyi 8500 (səkkiz min beş yüz) manat pulu sonuncudan alıb ələ keçirməklə zərərçəkmiş şəxsə həmin məbləğdə-xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 onun oğlu X4 Hallar Nazirliyinin Dib Dərinləşdirmə İdarəsinə çilingər vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, 04 fevral 2019-cu il tarixdə Biləsuvar rayonunun ərazisində bazarın qarşısında ondan 2900 (iki min doqquz yüz) manat pu l alıb ələ keçirməklə zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 onun oğlu X3 Hallar Nazirliyinin Dib Dərinləşdirmə İdarəsində müddətli müqavilə ilə işlədiyi dispetçer vəzifəsinə müddətsiz müqavilə əsasında işə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, 20 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs7 və oğlu Dəyanət Həziyevlə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən dəniz limanının qarşısında görüşüb ondan 2800 (iki min səkkiz yüz) manat pul alıb ələ keçirməklə zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 oğlu X5 Hallar Nazirliyinin Dib Də rinləşdirmə İdarəsinə 2200 (iki min iki yüz) manat müqabilində fəhlə kimi işə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, 2019-cu ilin yanvar ayının əvvəllərində Neftçala rayonunun 2-ci Qaralı kəndinin ərazisində Dib Dərinləşdirmə İdarəsinin qarşısında Şahmar Dadaşovdan 1000 (bir min) manat, bundan 10-15 gün sonra 2019-cu ilin yanvar ayının sonlarında Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən dəniz limanının qarşısında Şahmar Dadaşovdan 1000 (bir min) manat, 2019-cu ilin fevral ayının sonlarında Neftçala rayonunun 2-ci Qaralı kəndinin ərazisində Dib Dərinləşdirmə İdarəsinin qarşısında Şahmar Dadaşovdan 200 (iki yüz) manat pul alıb ələ keçirməklə, ümumilikdə zərərçəkmiş şəxsə 2200 (iki min iki yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Fövqəladə Hallar Nazirliyinin Dib Dərinləşdirmə İdarəsinə işə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq 04 mart 2019-cu il tarixdə Salyan şəhəri dairəsi ərazisində 2500 (iki min beş yüz) manat pulu sonuncudan alıb ələ keçirməklə zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 oğlu Mirmazan Ağalarovu 5000 (beş min) manat pul müqabilində Fövqəladə Hallar Nazirliyinin Neftçala rayonu yanğından mühafizə şöbəsinə işə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq 22 mart 2019-cu il tarixdə Salyan rayonunun Noxudlu kəndinin ərazisində yerləşən Ələt-Astara yolundakı körpünün altında əri Şahin Ağalarovdan 2500 (iki min beş yüz) manat, 29 mart 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən dəniz limanının qarşısında Zərərçəkmiş şəxs4 oğlu Ağamir Ağalarovdan qalan 2500 (iki min beş yüz) manat pul alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs4 5000 (beş min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 may 2019cu il tarixdə Biləsuvar rayonunun Ağalıkənd kəndində yaşadığı evdə Zərərçəkmiş şəxs2 onun oğlu Mövlud Dadaşovu Bakı şəhər Xəzər Gəmiçiliyi zavodunda çilingər vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, bu adla ondan 5000 (beş min) manat pul alıb ələ keçirməklə zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 may 2019cu il tarixdə Biləsuvar rayonunun Ağalıkənd kəndində Zərərçəkmiş şəxs3 onun oğlu X6 Hallar Nazirliyinin Biləsuvar yanğından mühafizə xidmətinə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, bu adla ondan 6500 (altı min beş yüz) manat pul alıb ələ keçirməklə zərərçəkmiş şəxsə həmin məbləğdə-xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 iyun 2020-ci il tarixdə, saat 09 radələrində Biləsuvar rayonunun Ağalıkənd kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 onun barəsində olan rüsvayedici videogörüntüləri internetdə sosial şəbəkələrdə yerləşdirməklə onu rüsvay edəcəyini bildirib hədə-qorxu gəlməklə, həmin məlumatları yaymamaq üçün sonuncudan 3000 (üç min) ma nat pul tələb etmiş, tələb etdiyi pulu almaqdan ötrü həmin tarixdə saat 11 radələrində Biləsuvar rayonunun Ağalıkənd kəndinin ərazisində yerləşən «Çıraqparaq» adlanan yerdə qabaqcadan şərtləşib razılaşdıqları kimi görüşüb Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-2107 markalı, **MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Cəlilabad rayonu istiqamətində hərəkət etmiş, həmin tarixdə saat 11:30 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində 1000 (bir min) manat pulu sonuncudan aldıqdan sonra Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı həmin 1000 (bir min) manat puldan 785 (yeddi yüz səksən beş) manat pul əynindəki şalvarın sol cibindən aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 1(106)-397/2022 nömrəli 28 aprel 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin tarixli 1(099)-84/2021 nömrəli 15 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, o, onun barəsində Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə aparılmış ittiham tam sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılması mühüm əhəmiyyət kəsb edən hallar və iş üzrə vacib vəsatətlər təmin edilməmişdir. Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə təqsirsizliyini təsdiq edən sübutlar, şahid ifadələrinin məhkəmə istintaqı zamanı alınmamışdır. Kassator ibtidai istintaq zamanı özünü qismən təsirli bildiyini, yəni özünü Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə tam günahsız hesab etdiyini bildirir. Bundan başqa ibtidai istintaq zamanı o, CM-in 182.2.2-ci maddəsi ilə əlaqədar təhqir olunduğunu, işgəncələrə məruz qaldığını və fiziki və psixi iztirablara məruz qaldığını bildirir. Məhkəmə kollegiyası işin materiallarını öyrə nib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başq a sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları tam və hərtərəfli yoxlamamış, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə ittihamı məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq olunmadığı üçün birinci instansiya məhkəməsinin onun Azərbaycan Respublikası CM-in həmin maddə ilə ittiham olunmasına dair hökmü və həmin hökmün qüvvədə saxlanması barədə sonuncu apelyasiya instansiyası mə hkəməsinin qərarı əsassızdır. Göründüyü kimi Məhkum kassasiya şikayətində hökm və qərarının onun Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair hissəsini mübahisələndirmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayə t qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum məhkəmə istintaqı zam anı ona elan olunmuş ittihamda özünü CM-in 182.2.2-ci maddəsi ilə təqsirli bilməsə də, onun həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. Hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir yəni, hədə-qorxu ilə bağlı tələblərin irəli sürüldüyü andan cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil qismində çıxış edən digər əmlak münasibətlərinə qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyriqanuni əmlak tələbləri əldə etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqa zidd müdaxilədən ibarətdir. İstənilən hədə-qorxu real olmalı və zərər çəkmiş şəxs tərəfindən icra edilə bilən hədə kimi qəbul edilməlidir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsin in dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, hədəqorxu ilə tələb edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi zamanı məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahid ifadələrindən, habelə iş üzrə digər sübutlardan görünür ki, Məhkum hədəqorxu ilə tələb etmə cinayət əməli tam sübuta yetirilmişdir. Beləliklə cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməllərinin Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yanaşı CM-in 182.2.2-ci maddəsi ilə də tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət işi üzrə toplanmış sübutlara və işin hallarına uyğun olduğundan həmin nəticələrlə razılaşmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çər çivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlləri CM-in 178.2.2, 178.2.4 və 182.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara ə saslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassator şikayətində ona ibtidai istintaq zamanı Biləsuvar RPŞ-də işgəncələrə məruz qaldığını, polis əməkdaşları tərəfindən döyülərək törətmədiyi (hədə-qorxu ilə tələb etmə) cinayət əməllərini boynuna götürməyə məcbur edildiyini göstərsə də, işin materialları ilə belə halların baş verməsi öz təsdiqini tapmamış və məhkumun bu hallar barədə hər hansı bir orqana şikayət etməsi müəyyən edilməmişdir. Bundan əlavə, işin materiallarında ibtidai istintaq həyata keçirilərkən Məhkum müdafiə hüququnun pozuntusu barədə də heç bir hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna m alikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 182.2.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1847/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1847/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver