Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1847/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-428/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 24 avqust 1995-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsidə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3aşamışdır. 2. 07 yanvar 2023-cü il tarixli ittiham aktına görə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 23 4.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 14 fevral 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmişlər və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmək üçün “Simka” ləqəbi ilə adlandırdığı Təqsirləndirilən şəxs vasitəsi ilə istintaqla şəxsiyyəti müəyyən edilməmiş “Araş” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qru p şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs ilə mənfəət olaraq maddi gəlir əldə etmək müqabilində “Araş” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəkləri barədə razılığa gəlib bunun icrası üçün Təqsirləndirilən şəxs “Araş” adlı şəxs tərəfindən ona verilmiş məlumata əsasən 15 sentyabr 2022-ci il tarixdə sonuncunun təşkili ilə istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində Bakı Metropoliteninin “Nəsimi” metrostansiyasının yaxınlığında qoyulmuş yerdən külli miqdarda ümumi təmiz çəkisi 26,513 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 2,195 q ram olan ağ rəngli kristalşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb əldə edərək elektron tərəzidən istifadə etməklə ayrı-ayrı bükümlərə bölüb satış üçün hazırladıqları 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 6,103 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmaq üçün ona vermiş, 12 (on iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,741 qram, 0,390 qram, 0,410 qram, 0,401 qram, 0,751 qram, 0,760 qram, 0,367 qram, 0,409 qram, 0,380 qram, 0,391 qram, 0,475 qram, 0,430 qram külli miqdarda ümumi təmiz çəkisi 5,905 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 05 (beş) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,400 qram, 0,435 qram, 0,460 qram, 0,445 qram, 0,455 qram külli miqdarda ümumi təmiz çəkisi 2,195 qram ağ rəngli kristalşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini “Sobranie” siqaret qutusunda yerləşdirib üzərində saxlayaraq daşımış, 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 14,505 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd gümüşü rəngli, üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzisini idarə etdiyi “Chevrolet Cruze” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilində sürücünün qolunun qoyması üçün nəzərdə tutulmuş yerdə saxlayaraq daşımış, bundan sonra, 17 sentyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, 10-cu korpusda yerləşən “Şəki” kafesinin yaxınlığında o, Təqsirləndirilən şəxs ilə birlikdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən Təqsirləndirilən şəxs tərəfindən ona satmaq üçün verilmiş həmin 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 6,103 qram qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə yuxarıda göstərilən bükümlərdəki vasitələrlə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla yanaşı, həmin tarixdə Təq sirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli uzun qol, üst idman geyiminin sol yan cibindən həmin “Sobranie” siqaret qutusunun içərisindən 12 (on iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,741 qram, 0,390 qram, 0,410 qram, 0,401 qram, 0,751 qram, 0,760 qram, 0,367 qram, 0,409 qram, 0,380 qram, 0,391 qram, 0,475 qram, 0,430 qram külli miqdarda, ümumi təmiz çəkisi 5,905 qram qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 05 (beş) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,400 qram, 0,435 qram, 0,460 qram, 0,445 qram, 0,455 qram olan külli miqdarda, ümumi təmiz çəkisi 2,195 qram kristalşəkilli maddə kütləsi xarici əlam ətlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman sürücünün qolunun qoyması üçün nəzərdə tutulmuş yerdə saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 14,505 qram olan qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə yuxarıda göstərilən bükümlərdəki narkotik vasitə heroinlə eyni olan kustar üsulla hazırlanmış, narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-800/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli hökmü ilə: Məhkum Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2022-ci il tarixdən hesablanması; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edi lmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Nəsirov Hikmət Nəsir oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib hökmün ləğv edilməsini, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.
7. Hökmdən Təqsirləndirilən şəxs və müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu ayrıayrılıqda apellyasiya şikayətləri verib, müdafiəçi hökmün dəyişdirilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini, Təqsirləndirilən şəxs hökmün dəyişdiri lərək cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-428/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-800/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamış, narkotik vasitə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. İbtidai istintaq zamanı döyüldüyünə görə məcbur qalıb cibində yerləşdirilmiş 1 bükümdə olan heroinin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona edilmiş zorakılıq nəticəsində gözündən xəsarət almışdır. Ona qarşı edilmiş zorakılıq cinayət işində olan məhkəmə-tibbi ekspertizasının rəyi və tibbi sənədlərlə tam təsdiqini tapmışdır. Lakin apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)428/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
11. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində narkomaniya xəstəliyindən əziyyət çəkməsini, ilk dəfə məhkum olunmasını, əməlindən səmimi peşm an olmasını, oğlunun da həbsdə olmasını nəzərə alaraq, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, b aşqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlah iyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum əməlində cinayət tərkibi olmadığını, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyini iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-428/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərki binin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” his səsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
24. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibi olmadığına dair dəlillərini əsassız hesab edir.
25. Belə ki, məhkumların və onların müdafiəçilərinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə top lanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, “mobil telefona baxış keçirilməsi haqqında” protokol, istintaq hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
26. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəti cələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
27. Ape llyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
28. Məhkəmə kollegiyası həmçinin Məhkum ibtidai istintaq dövründə saxlanılarkən polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalaraq, xəsarətlər alması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bununla bağlı məhkəmələr tərəfindən ətraflı araşdırma aparılmış, şahi dlər dindirilmiş, sübutlar əldə edilmiş, mövcud sübutlar proses iştirakçıları ilə birgə tədqiq edilmiş, həmin sübutların məcmusu ilə məhkumun saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiqə məruz qalması öz təsdiqini tapmamışdır.
29. Belə ki, cinayət işi materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Abasova Simuzər Camal qızı və Məhkum polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilməsi ilə bağlı araşdırma nəticəsində fakt öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
30. Həmin araşdırma ilə bağlı Məhkum barəsində keçirilmiş 20 sentyabr 2022-ci il tarixli, 2003 nömrəli məhkəmə- tibbi ekspertizasının ekspert rəyindən görünür ki, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər, yəni sol gicgah nahiyəsinin sıyrığı və sağ üst göz qapağının bayır bucağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə, törənmə müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitdə əmələ gələ bilərdi və hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri müəyyən edilmir.
31. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının 15 may 2023-cü il tarixli, 3-16-17/38/2-3326/2023 nömrəli məktubundan görünür ki, həbs edilmiş şəxs Məhkum 20 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərkən ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamış, sol saidin ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə Məhkum bir dəfə polisin müvəqqəti saxlama yerində istintaqa etiraz olaraq sol saidin ön səthini və qarının ön divarını səthi kəsməklə özü-özünə xəsarət yetirmişdir. Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə 13 oktyabr 2022-ci il tarixdə “OD (sağ gözün) yetişmiş fəsadlaşmış katarakta” diaqnozu ilə Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərilmişdir. O, Müalicə müəssisəsində müayinə olunmuş, “OD (sağ gözün) yetişmiş fəsadlaşmış katarakta” diaqnozu təsdiqlənmiş və ona cərrahiyyə əməliyyatı təklif olunmuşdur. Lakin o, cərrahiyyə əməliyyatdan imtina etmiş və 02 noyabr 2022-ci il tarixdə Bakı istintaq təcridxanasına qaytarılmışdır. Həbs edilmiş şəxs Məhkum növbəti dəfə 06 aprel 2023-cü il tarixdə eyni diaqnozla Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərilmişdir. Hazırda Müalicə müəssisəsində müalicəsi davam etdirilir. Həbs edilmiş şəxs Məhkum tibb sanitar hissəsinin həkimi tibb xidməti baş leytenantı Tamerlan Abdullayev tərəfindən ilkin tibbi müayinədən keçirilmişdir.
32. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 12 iyun 2023-cü il tarixli, 20-04/632 nömrəli məktubundan görünür ki, 1995ci il təvəllüdlü həbs edilmiş şəxs Məhkum 06 aprel 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborator instrumental müayinələrdən keçirildikdən sonra həkim tərəfind ən konsultasiya edilmişdir. Nəticədə "xxxx" dianozu müəyyən edilmiş, xəstə üzərində “Kataraktanın ləğvi. İOL implantasiya” cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyat və sonrakı dövr fəsadsız keçmişdir. Məhkum kafi vəziyyətdə 18 may 2023-cü il tarixdə saxlanıldığı müəssisəyə göndərilmişdir.
33. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Məhkum adına olan 8377/2022 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə aldığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Sol saidin ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur” yazısı, “Obyektiv müayinə” adlı 14- cü qrafasında “Şikayəti görmə zəifliyidir” yazısı qeyd edilmişdir.
34. Yuxarıda göstərilən sübutlara istinadən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum 17 sentyabr 2022-ci il tarixdə tutulması və bədəni üzərində aşkar edilmiş xəsarətlərin törənmə müddətinin müayinədən (20 sentyabr müayinə olunmuşdur) 5-7 gün əvvələ uyğun gəlməsi nəzərə alındıqda həmin xəsarətlərin 13-15 sentyabrda alınması mümkün idi ki, həmin vaxt da Məhkum azadlıqda olmuşdur. Bu xüsusat onun müvvəqqəti saxlama yerinə daxil olarkən qeydə alınmış məlumatlarla da uzlaşmışdır. Həmin məlumatlarda Məhkum xəsarəti tutulmazdan əvvəl aldığını göstərmişdir. Məhkum gözündə yaranmış “katarakta” xəstəliyi ilə də bağlı da araşdırma lazımı qaydada olmuşdur. Dindirilmiş həkimin və ekspertin qənaətləri isə h əmin xəstəliyin sürətlə inkişaf edə bilmədiyini, müəyyən müddət ərzində yaranıb inkişaf etdiyini deməyə əsas vermişdir.
35. Məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti Məhkum göndərilməklə ona həmin qərardan narazı qaldığı halda prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir. Lakin həmin qərardan Məhkum özü və ya müdafiəçisi prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verməmişlər.
36. Halbuki, Azərbaycan Respublikası CPM-nin 449.2 və 449.2.1-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər.
37. H əmin Məcəllənin 449.3 və 449.3.5-ci maddələrinə əsasən Cinayət Prosessual Məcəlləsinin 449.2-ci maddəsində göstərilən şəxslərin cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər.
38. Nəticə etibarilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qüvvədə olduğundan, məhkəmə kollegiyası həmin qərar üzrə müəyyən edilmiş hallara kassasiya şikayətinin dəlilləri qismində münasibət bildirməsini yolverilməz hesab edir.
39. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansi yası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə yuxarıda təsvir edilmiş maddi cinayət-hüquqi normalara və onların şərhinə dair yanaşmanın məzmununa uyğundur.
40. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumu n islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalar ının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
41. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
42. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai tə hlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
43. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
45. Təsv ir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur.
46. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüqu qi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
47. Məhkəmə kollegiyası yuxarıda istinad edilənlərə əsaslanmaqla qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli – Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
48. Məhkəmələr Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiy yətini səciyyələndirən halları, ailə vəziyyətini, cəzasını yüngülləşdirən hal olaraq ilk dəfə cinayət törətməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri sanksiyası həddində 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
49. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün yetərli əsas müəyyən etmir.
50. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilməmiş, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yaranmamışdır.
51. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 1(103)-428/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-428/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.