Məhkəmə qərarları › İş №1(102)-1848/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1848/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1848/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin (sədrlik edən hakim: T.Ş.Qocayev) 11 fevral 2021-ci İl tarixli hökmü ilə, Məhkum - xx xxxxxx 1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il (06) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 25 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd kustar üsulla hazırlanmış 9 mm kalibirli, revolver sistemi, yivsiz, atəşə yararlı odlu silah və zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibirli olmaqla, həmin kalibrə malik “Makarov”, “PA-63”, “P64”, “P61”, “RK59” konstruksiyalı tapançalarda, “Steçka” (APS) konstrunsiyalı avtomatik tapançalarda və sairə yivli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş 04 ədəd döyüş sursatı hesab edilən, atəşə yararlı patronu əldə etmək lə üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər Kəpəz RPİ-nə daxil olmuş məlumat əsasında 25 avqust 2020-ci il tarixdə saat 11 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Gəncə Asan Xidmət Mərkəzinin qarşısındakı çay evində saxlanılaraq Gəncə şəhəri Kəpəz RPİ-yə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın arxa hissəsində kəmərə taxılmış həmin odlu silah və həmin silahın barabanından döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş 04 ədəd patron aşkar edilərək götürülmüşdür. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən ver ilmiş apellyasiya protestinə və məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Rəşad Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısının kassasiya protestini məhkuma t əyin edilmiş cəzanın yüngüllüyü barədə dəlillərlə əsaslandırmışdır. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallan - himayəsində 1 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi həmin mövqe ilə eynilə razılaşaraq, qərarda ona uyğun əsaslandırma aparmışdır. Məhkəmə cəza təyin edərkən Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Lakin Məhkum hansı cəhətlərinə görə müsbət xarakterizə olunması və bunun nədə ifadə olunması, şəxsiyyətinin əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Göründüyü kimi, CPM-nin 139.0.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sübutlara əsasən müəyyən edildiyi halda, məhkəmə bu maddənin tələbini pozaraq Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, subyektiv mülahizələrə əsaslanmışdır. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tövsiyələrini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cinayət qanunu normasını düzgün tətbiq etməyərək, törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcə llənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş, kassasiya protestinin dəlilləri məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngüllüyü barədədir. Cinayət i şinin materiallarından müəyyən edilir ki, məhkumun cinayət əməlinin hüquqi tövsifi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış, məhkəmə iclasında tədqiq edilmiş, həqiqiliyi və mötəbərliyi yoxlanılıb qiyətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə təsdiq edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmündən müəyyən edilir ki, məhkəmə iş materiallarında olan sənədlərdən, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli hökmündən müəyyən etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 6 (altl) ay azadlıqdan məhrumetmə cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış və Məhkum üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qərarı ilə təyin olunmuş 09 (doqquz) ay 04 (dörd) gün müddətinə cəzanı 15.04.2020ci il tarixdə çəkib qurtarmışdır. AZ-İİ ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 mart 2011-ci ildə doğulmuş X1 atası Məhkum, anası X2r. Gəncə Şəhər İcra Hakimiyyəti MKTB 9 saylı Mənzil İstismar Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Məhkum yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əs asən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan iki il keçmədən hazırkı cinayət əməlini törətmişdir. Buna görə də Azərbaycan Respublikası CMin 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayət lərin residivi cəzanı ağırlaşdıran haldır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residiv ə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işi üzrə cəzanı ağırlaşdıran başqa hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza olan 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayan həddə məhkuma azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cəzanın həddinin ağırlaşdırılması üçün cinayət işinin materiallarından başqa qanuni əsaslar müəyyən edilməmişdir. O na görə də kassasiya protestinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsas ən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar