Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1848/2022 02.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Dadaşov İlqar Ağababaş oğlundan oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Məhkum1 Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X4 (sədrlik edən), X6 və X5 ibarət tərkibdə) 29 oktyabr 2019-cu il tarixli hökmü ilə xx xxxxxxxx 1974-cü il tarixdə Qazax rayonu, Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri 12 saylı Vəkil Bürosu nda vəkil işləmiş və hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 22, mənzil 76-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 12A, mən 58-də yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat miqdarında cəri mə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 2 (iki) il müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8600 (səkkiz min altı yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir, barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanı lmışdır. Həmin hökmlə həmçinin Məhkum2 da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, X8 və X3 ibarət tərkibdə) 09 iyun 2020-ci il tarixli qərarı ilə Məhkum2 tərəfindən verilmiş və Məhkum1 və müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.1, 29, 17 8.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 02 (iki) il müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 03 (üç) il müddətinə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququ ndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 09 iyun 2020-ci il tarixdən hesablanması, məhkəmə zalından həbs edilməsi, cəzaçəkmə müəssisəsinə etap olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 23 dekabr 2017-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olaraq Bakı şəhəri 12 saylı Vəkil Bürosunda vəkil işləməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında məhkəmə aktlarından şikayət vermək və qanunla ona verilmiş sair hüquqlara malik şəxs kimi öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan razılaşaraq cinayət əlaqəsinə girməklə "xxxx" Mənzil-Tikinti Koope rativi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş binadan 3 otaqlı, 119 m2 sahəli 14 №-li mənzilin satılmasına dair həmin kooperativin rəhbərliyi ilə Şahid3 arasında bağlanmış 23 fevral 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin əvvəlki sahibi X2 təhvil verilməsi haqqında sonuncunun iddia ərizəsi əsasında 2017-ci ilin fevral-dekabr aylarında mülki qaydada məhkəmə instansiyalarında iddiaçının xeyrinə qərarlar qəbul olunduqdan sonra müqavilə əsasında kooperativə ödənilmiş 90.000 manat vəsaitin qaytarılması haqqında "xxxx" MTKya və Fənarə Ələkbərovanın əri Şahid5 qarşı Bakı şəhəri Binəqədi rayon məhkəməsində iddia qaldırmış Şahid3 adından çıxış edən övladı Şahid1 2018-ci ilin aprel ayında iddianın təmin olunmasına köməklik göstərilməsinə dair Məhkum2 vasitəsilə özünə mür aciətindən sonra əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə əsasən sonuncu ilə birlikdə Şahid1 qeyd olunan məsələnin mülki işə baxacaq məhkəmələrdə sonuncunun xeyrinə həll olunması üçün səlahiyyətli vəzifəli şəxslərə, yəni Binəqədi rayon məhkəməsinin hakiminə 8.000 manat, daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin hakiminə 8.000 manat və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakiminə 8.000 manat - cəmi 24.000 manat pulun həmin vəzifəli şəxslərin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar hərəkətin edilməsi, yəni Şahid3 xeyrinə qərar qəbul olunması müqabilində özü vasitəsilə birbaşa yolla verilməsinin, habelə 700 manat pulun özünün göstərəcəyi hüquqi xidmət haqqına görə ödənilməsinin vacib olduğunu yalandan bildirməklə Şahid1 inandırıb, 2018-ci ilin may ayının sonlarında Məh kum2la birlikdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən «LEO» kafesində 8.160 (səkkiz min bir yüz altmış) manata bərabər olan 4.800 aBş dolları, 1 iyun 2018-ci ildə YanaLuşpaya hüquqi yardım haqqında müqavilə bağlamaqla həmingün hüquqi yardım adı ilə 12 saylı Vəkil Bürosunun ünvan 3 ünvanında yerləşən binasında əlavə olaraq 700 manat məbləğində pul vəsaitini EminƏləkbərovdan alaraq, həmin vəsaitin 200 manat hissəsini eyni tarixli kassa mədaxil orderi ilə qeyd olunan vəkil bürosunun xəzinəsinə ödəyib, qalan 8.660 manat pul vəsaitini isə Məhkum2la aralarında bölüb özlərinin şəxsi məqsədlərinə sərf etməklə, həmçinin, eyni niyyətlə, 6 iyun 2018-ci il tarixdə Binəqədi rayon məhkəməsi tərəfindən Şahid3 iddiasının təmin olunmaması barədə qərar qəbul olunduqdan sonra guya hakimə ver dikləri 8.660 manatı geri aldıqlarını və həmin pulla Bakı Apellyasiya Məhkəməsində mülki iş üzrə müsbət qərar qəbul olunmasına nail olacaqlarını, 2018-ci ilin avqust ayında isə mülki işə baxan hakimlə danışıqların çətin olduğunu və əlavə pul vəsaitinin verilməsinin zəruri olduğunu Şahid1 bildirib, ondan həmin tarixdə MisirƏmirovlabirlikdə qeyd olunan kafedə 8.000 (səkkiz min) manat və əlavə olaraq hüquqi yardım göstərilməsi adı ilə 700 manat məbləğində pul vəsaitlərini alaraq, 18 sentyabr 2018-ciil tarixdə hüquqi yardım haqqında müqavilə bağlamaqla həmin vəsaitin 100 manat hissəsini eyni tarixli kassa mədaxil orderi ilə qeyd olunan vəkil bürosunun xəzinəsinə ödəməklə, qalan 8.600 manat pul vəsaitini isə Məhkum2la aralarında bölüb özlərinin şəxsi məqsədlərinə sərf etməklə, həmçinin, eyni ni yyətlə, Fənarə Ələkbərova və Şahid5 cavabdeh Şahid3 28.305 manat pul vəsaitinin alınaraq onlara verilməsi ilə bağlı iddiaları üzrə Bakı şəhəri Xətai rayon məhkəməsi tərəfindən qəbul edilmiş 7 iyun 2018-ci il tarixli qətnamənin ləğv olunmasına köməklik göstərilməsinə dair Məhkum2 vasitəsilə özünə 2018-ci ilin sentyabr ayının əvvəllərində müraciət olunduqdan sonra əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə əsasən sonuncu ilə birlikdə Şahid1 qeyd olunan məsələnin mülki işə baxacaq yuxarı instansiya məhkəməsində Şahid3 xeyrinə həll olunması üçün səlahiyyətli vəzifəli şəxsə, yəni Bakı Apellyasiya Məhkəməsinin hakiminə 5.000 manat pulun həmin vəzifəli şəxsin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar hərəkətin edilməsi, yəni Şahid3 xeyrinə qərar qəbul olunması müqabilində özü vasitəsi lə birbaşa yolla verilməsinin vacib olduğunu yalandan bildirməklə Şahid1 inandırıb, sonuncudan 2018-ci ilin sentyabr ayının əvvəllərində Məhkum2la birlikdə göstərilən «LEO» kafesində 5.100 (beş min bir yüz) manata bərabər olan 3.000 ABŞ dolları məbləğində pulu alaraq, 18 sentyabr 2018-ciil tarixdə hüquqi yardım haqqında müqavilə bağlamaqla həmin vəsaitin 100 manat hissəsini eyni tarixli kassa mədaxil orderi ilə qeyd olunan vəkil bürosunun xəzinəsinə ödəməklə, qalan 5.000 manat pul vəsaitini isə Məhkum2la aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, vahid niyyətlə Şahid1 məxsus ümumilikdə 22.260 (iyirmi iki min iki yüz altmış) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin əməli ilə Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxslərə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid3 və Şahid1 xeyrinə ediləcək hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan 29.160 manat pul vəsaitini rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə təhrik etmiş, Şahid1 2018-ci ilin noyabr ayının əvvəllərində Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin qətnaməsindən verdikləri şikayətin təmin olunmadığını öyrəndikdən sonra aldadıldığını başa düşərək qalan vəsaiti verməkdən imtina etdiyinə görə, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən baş a çatdıra bilməyərək sonuncunun 30.260 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, 23 dekabr 2017-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olaraq Bakı şəhəri 12 saylı Vəkil Bürosunda vəkil işləməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən yuxarıda qeyd edilən hüquqlara malik şəxs kimi öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ünvan 4 ünvanında inşa edilmiş binadan 3 otaqlı, 155,6 metr2 sahəli mənzilə sahiblik hüququnun tanınması və mənzilin təhvil verilməsinə dair Şahid2 iddiasının rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və sonuncunun xeyrinə qərar qəbul edilməsinə köməklik göstərilməsi barədə xahişinə əsasən 31 iyul 2018-ci il tarixdə ünvan 5 ünvanında yerləşən «Xan qızı» restoranında sonuncu ilə görüşərək, qeyd olunan məsələnin sonuncunun xeyrinə həll olunması üçün xidməti vəzifələrinin icrası ilə əlaqədar ediləcək hərəkət müqabilində birbaşa yolla özü vasitəsilə səlahiyyətli vəzifəli şəxslərə, yəni mülki işə baxacaq Azərbaycan Respublikası Ali Məhkəməsinin hakiminə maddi nemət olan 4.000 manat, sonuncunun xeyrinə yekun məhkəmə qərarı çıxarıldıqdan sonra həmin qərarın icra olunmasını təmin etmək üçün səlahiyyətli icra məmuruna maddi nemət olan 2.000 manat, işlədiyi vəkil bürosunun müdirinə guya onun vasitəsilə hakimlərlə danışıqların aparılması üçün maddi nemət olan 4.000 manat, habelə hüquqi yardım göstərilməsi adı ilə özünə 2.000 manat-cəmi 12.000 manat verilməsinin vacib olduğunu bildirib, Şahid2 həmin gün qeyd olunan kafedə 500 manat, 1 avqust 2018-ci il tarixdə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağladıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən eyni adlı parkda 4.000 manat məbləğində pulu alaraq, həmin vəsaitin 200 manat hissəsini eyni tarixli kassa mədaxil orderi ilə qeyd olunan vəkil bürosunun xəzinəsinə ödəməklə, eyni niyyətlə, 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Ali Məhkəməsində mülki işin baxışa təyin olunduğunu və hakimə çatdırılmasının zəruri olmasını bildirib 30 noyabr 2018-ci il tarixdə qeyd olunan H.Cavid parkında Şahid2 əlavə olaraq 4.000 manat məbləğində pulu alaraq, vahid niyyətlə sonuncuya məxsus ümumilikdə 8.300 (səkkiz min üç yüz) manat məbləğində pulu özünün şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə, etibardan suiistifadə etmə və aldatma yolu ilə Şahid2 məxsus əmlakı ələ ona keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin əməli ilə təkrarən, vəzifəli şəxslərə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə ediləcək hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 manat pul vəsaitini rüşvət qismində verməyə Şahid2 təhrik etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 7 yanvar 2019-cu il tarixli qərarı ilə Şahid2 kassasiya şikayəti təmin olunmadığından o, aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyinə görə, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək sonuncunun 12.000 (on iki min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində qeyd edir ki, təqsirləndirilən Məhkum1 verilmiş ittihamlarla razılaşmasa da, məhkəmənin yekun qərarındakı cəza hissəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum1 müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını əsaslı hesab etməmiş və bu halın müstəsnalığını əsaslandırmamasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilənin müsbət xarakterizə olunmasını müstəsna hal kimi deyil, cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Əlbəttə, bir şəxs cəmiyyətdə nümunəvi davranışı ilə seçilirsə, hər hansı hüquq pozuntusuna yol verməmişsə, ailəsi, qonşuları və ətrafında olan şəxslərlə sağlam ünsiyyət yaradırsa, onlara ehtiramla yanaşırsa, ailəsinə və insanlara qayğı göstərirsə, həmçinin cinayət törətməyə meyilli deyilsə və ya digər qanun pozuntularına yol vermirsə bu təqdirə layiq hərəkətlərdir. Bu xüsusatlar onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Həmçinin, Məhkum1 əvvəllər məhkum ol unmaması, onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına vicdanlı munasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqətəlayiq cizgiləridir. Hesab edir ki, mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan belə şəxsin cəmiyyətdən təcrid edilərək, barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etmir. Məhkəmələr Məhkum1 himayəsində azyaşlı uşaqlarının olmasını ümumiyyətlə nəzərə almamışdır. İttihamlardan məlum olur ki, CM-nin 178.1-ci maddəsinin dispozisiyasından irəli gələn tələblərin ziddinə olaraq Məhkum1 Şahid1 və Şahid2 onl arın mülki mühakimə qaydasında baxılan işlərində hüquqlarının müdafiəsini həyata keçirmək üçün pul almasına, cinayət tərkibinin subyektiv cəhətinə əhəmiyyət vermədən, özü-özlüyündə təqsirləndirilən şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasını şərtləndirən hal kimi qəbul etmiş və müvafiq olaraq sübutların tədqiqinə və qiymətləndirilməsinə də bu yanlış mövqedən çıxış etməklə yanaşmışdır. Bu isə cinayət işinin faktiki halları ilə uyğun gəlmir və özündə real həqiqəti əks etdirmir. Məhkum1 vəkil kimi Şahid1 və Şahid2 onların mülki mühakimə qaydasında baxılan işlərində hüquqlarının müdafiəsini həyata keçirmək məqsədilə danışıqlar aparmaqla razılığa gəlmişdir. Vəkil göstərdiyi xidmət, hüquqi yardımın müqabilində qonorar da almış, lakin, Məhkum1 aldığı qonorarların hamısını hüquqi ya rdım göstərilməsinə dair müqavilələrdə rəsmiləşdirməmişdir. Təqsirləndirilən şəxsin bu hərəkətləri onun dələduzluq cinayəti törətməsinə dəlalət etmir. Vəkilin göstərdiyi hüquqi yardıma görə qonorarının həddini və ya son həddini Azərbaycan Respublikasında hər hansı bir normativ akt müəyyən etmir. Hüquqi yardıma görə qonorarın həddi vəkillə hüquqlarının müdafiəsini vəkilə həvalə edən şəxsin arasında olan razılaşmadan asılıdır. Birinci halda, Şahid1 münasibətdə Bakı şəhəri Binəqədi Rayon məhkəməsində baxılan mülki iş üzrə tərəfin hüquqlarının müdafiəsi üçün qonorar almış, bunun müqabilində ona vəkillik xidmətini göstərmişdir. Şahid1 alınmış pulun cəmi barədə ittihamda göstərilənlər həqiqəti əks etdirmir. Burada ittihamın özü də ziddiyyətli olmaqla inandırıcı deyildir. İttihamda ziddiyyətlər həddən artıq çoxdur və iş materialları ilə uyğun gəlmir. Belə ki, ittihamın bir hissəsində vahid niyyətlə Şahid1 məxsus ümumilikdə 22.260 (iyirmi iki min iki yüz altmış) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmələri göstərilir. Halbuki, Şahid1 ifadələrinə əsasən ona 21.000 manat zərər vurulmuşdur. Lakin, ittihamda “zərər çəkmiş” şəxsin zərəri 1.260 manat artırmaqla göstərilir. Bu hal ittiham tərəfinin təqsirləndirilən şəxslərə qarşı qərəzli mövqe göstərməsini nümayiş etdirir. Məhkəmə də ittihama eyni məzmunda saxlamaqla eyni mövqedə olduğunu bəyan etmişdir. Bu xüsusatlar qanunvericiliyin tələbləri baxı mından yolverilməzdir. İttihamın Şahid2 qarşı dələduzluq cinayəti ilə əlaqədar bildirir ki, yuxarıda Şahid1 aid hissə ilə eynilik təşkil etdiyində geniş müzakirə etməyə ehtiyac görmür. Məhkəmə hökmündə təqsirləndirilən şəxslərə verilmiş ittiham əsaslandırılmamışdır. Məhkum1 vəkil kimi, fəaliyyəti üçün vətəndaşlardan qonorar alır. Bu onun təbii haqqı və qanunla ona verilən səlahiyyətdir. Məhkum1 vəkillik fəaliyyəti ilə əlaqədar gördüyü işlərin müqabilində onu qane edəcək məbləğdə qonorar istəyir. Məhkum1 məhz vəkillik fəliyyəti üçün özünü qane edəcək həddə qonorar istəmişdir. Lakin, onun fəaliyyəti vətəndaşları qane etmədiyinə görə vəkillik fəaliyyəti üçün verdikləri pulları geri tələb etmək üçün ona qarşı böhtan xarakterli ifadələr verirlər. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarının ləğv edilərək təqsirləndirilən Məhkum1 ittiham olunduğu əməllərə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayətini eyni dəlillərlə əsaslandıraraq eyni tələblə məhkəmə kollegiyasına müraciət etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və ona əlavənin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətinin və ona əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və ci nayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və ona əlavə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və y a apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Belə ki, kassasiya şikayətində və ona əlavədə Məhkum1 təqsirlilik məsələsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzif ə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamət lərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq h üququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmi ş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri elan edilmiş ittihamla bağlı bütün sübutlar işə baxan aşağı instansiya məhkəmələri tərəfində n tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmələrdə heç bir şübhə doğurmayan bu sübutlar əsasında məhkumun əməli Azərbaycan Respublikası CM-in göstərilən maddələri ilə düzgün tövsif edilmiş və işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə t oplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum1 ona istinad olunan cinayət əməllərini törətməsi özünü hər-hansı bir cinayət əməli törətməkdə təqsirli bilməməsinə baxmayaraq işin faktiki hallarına uyğun olmaqla məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, sənədlər və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: CM-in 178.2.1, 178.2.2., 178.2.3 və 178.2.4-cü maddələri dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, xeyli miqdarda ziyan vurmaqla və öz qulluq mövqeyindən ist ifadə etməklə törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxs in dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbin dən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Sözügedən qərarın 23-cü bəndində qeyd edilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5- ci madələrinə istinad edilməklə CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilir. Cinayət Məcəlləsinin 312.2-ci maddəsi vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, rüşvət vermə (aktiv rüşvətxorluq) korrupsiya cinayətləri sırasına aid olan geniş yayılmış cinayətlərdən biridir. Rüşvət vermənin ictimai təhlükəliliyi onda ifadə olunur ki, bu əməlin törədilməsi ilə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə kommersiya və qeyrikommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiya larını yerinə yetirən vəzifəli şəxslərin korrupsiyaya qurşanmasına münbit zəmin yaradılır, vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyin mümkünlüyünə meyl yaranır, insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədalət prinsipləri ciddi surətdə pozulur. Obyektiv cəhətdən bu cinayət xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə, onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunmasında, vəd edilməsində və ya verilməsində ifadə olunur. Rüşvət vermə (aktiv rüşvətxorluq) formal tərkibli cinayətdir. Rüşvət vermə rüşv ətin (maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin) heç olmazsa bir hissəsinin təklif olunduğu, vəd edildiyi, verildiyi və vəzifəli şəxsin təklifi və ya vədi qəbul etdiyi (buna razılıq verdiyi), yaxud rüşvətin heç olmazsa bir hissəsini aldığı (qəbul etdiyi) andan başa çatmış hesab edilir. Cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhri k etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şə xs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Məhkəmə video-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 15465 saylı rəyindən görünür ki, ekspertizayatəqdimedilmiş 1 ədəd “Siliconpower” markalı yaddaş kartında aşkar edilmiş MPEG-4 formatlı 4 ədəd video görüntləri əks etdirən fayllarda real hadisələri təhrif edən video effektlər, kadrlararas ında kəsilmələr, kəskin səhnə keçidləri, həqiətə uyğun olmayan məntiqi rabitəni pozan kənar obyektlərin əlavəsi və digər montaj əlamətlər müəyyən edilməmişdir. Məhkəmə portret ekspertizasının xx.xx.2019-cu il tarixli 15467 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yaddaşkartındaolan 4 ədədvideo görüntülərdə 2 nəfər kişi cinsli şəxs vardır. Yaddaş kartında olan “video-**********”, “video-**********” və “video**********” adlı video görüntülərdən çıxarılmış fotoşəkildə və üzərində ******* №-li şəxsiyyət vəsiqəsinin surətindəki fotoşəkildə kişi cinsinə mənsub müxtəlif şəxslər əks olunmuşdur. Tədqiqata təqdim edilmiş yaddaş kartında olan “video-**********”, “video-**********” və “video-**********” adlı videogörüntülərdən çıxarılmış fotoşəkildə və üzərində ******** №-li şəxsiyyət vəsiq əsi A4 formatlı vərəqdəki fotoşəkildə kişi cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur. Təqdim olunmuş yaddaş kartında olan “video-**********” və “video-**********” adlı videogörüntülərdən çıxarılmış fotoşəkillərdəki şəxsin xarici görünüş element və əlamətləri profildə əks olunduğundan, müqayisəli, material qismində təqdim olunmuş üzərində ******* №-lipasport məlumatları əks olunmuş A4 formatlı vərəqdə olan fotoşəkildəki, üzərində ******** №-li şəxsiyyət vəsiqəsi məlumatları əks olunmuş A4 formatlı vərəqdə olan fotoşəkildəki, ******** №-li şəxsiyyət vəsiqəsinin surətində əks olunmuş fotoşəkildəki və diskin daxilində olan video görüntülərdən çıxarılmış fotoşəkildəki şəxsin xarici görünüş element və əlamətləri isə fasda əks olunduğundan onların müqayisəli tədqiqatı aparılmadı. Məhkəmə-fono skopik ekspertizasının xx.xx.2019-cu il tarixli 15467 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında və 1 ədəd “ARİTA” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında və 1 ədəd "ARİTA” markalı CD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında və 1 ədəd "ARİTA” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində "K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Məhkum1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında və 1 ədəd "ARİTA” markalı CD diskdə olan mübahisəli fonoqr amlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində "K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Məhkum2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında və 1 ədəd "ARİTA” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində "K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında və 1 ədəd "ARİTA” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində "K4” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid2 məxsusdur. Cinayət işi üzrə müəyyən edilər hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olaraq Bakı şəhəri 12 saylı Vəkil Bürosunda vəkil işləməklə, özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan razılaşaraq cinayət əlaqəsinə girməklə müdafiə etdiyi şəxslərin (hazırki iş üzrə zərərçəkmiş şəxslərin) öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etməklə məhkəmələrdə baxılan mülki işlərin qeyri-qanuni yolla həll edilməsini vəd etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməsi və vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etməsi öz təsdiqini tapmışdir və bu barədə aşağı instansiya məhkəmələrin gəldiyi nəticə əsaslıdır. Beləlik lə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkumun və müdafiəçisinin ona istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edi lmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Məhkəmələr tərəfindən sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət verilmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzi fələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hallarla əlaqədar məhkumların və şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini və əsaslılığı heç bir şübhə doğur mayan digər sübut əhəmiyyətli sənədləri ayrıayrılıqda tədqiq edərək həmin sübutlarla Məhkum1 tərəfindən CM-in qeyd edilən maddələrinin dispozisiyasında əks olunmuş əməllərin törədilməsinin tam təsdiq olunması barədə əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Kasssasiya şikayətinin və ona əlavənin iş üzrə icraata bəraətverici əsaslarla xitam olunması barədə dəlilləri heç bir əsası olmayan dəlillərdir. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsir sizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və y a toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin və ona əlavənin bu barədə dəlilləri tam əsassızdır. Lakin, məhkəmə kollegiyası işin hallarını təhlil edib hesab edir ki, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd cinayət əməlinə, yəni, Şahid1 onlar tərəfindən aldadılığını başa düşərək razılaşdıqları 30.260 manat məbləğındə pul vəsaitini verməkdən imtina etmə si, eyni zamanda Şahid2la razılaşdığı 12.000 manat pulu ala bilməməsi, bunun nəticəsində Məhkum1 öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməllərini başa çatdıra bilməməsinə görə (Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29, 178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə ittiham edilməsi), məhkəmələr tərəfindən işin faktiki hallarına görə düzgün qiymət verilmədən əməlin tövsifində səhfə yol vermişlər. Məhkəmə kollegiyası belə qənaətə gələrkən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının izahını nəzərə alır. Belə ki, Cinayət qanunvericiliyinin tələblərinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən as ılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur (CM29 mad.). Cinayət qanunvericiliyi nəzəriyyəsinə görə əməlin cinayət etməyə cəhd kimi qiymətləndirilməsi törədilmiş əməlin obyektiv və subyektiv əlamətləri əsasında müəyyən olunur və cinayət etməyə cəhdin obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur, yəni qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərardan deyil, şəxsin iradəsindən asılı olmayaraq yaranan amillərlə bağlı olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 33-cü bəndində göstərilmi şdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Cinayət işi üzrə Məhkum1 Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.2, 29.178.2.3 və 29,178.2.4-cü maddələri ilə verilən ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla və öz qulluq mövqeyindən istifadə etməklə yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Şahid1 30.260 manat, təkrarən Şahid2 12.000 manat pulunu əmlakını ələ keçirməyə cəhd etmiş, sonuncular qalan məbləği verməkdən imtina etdikləri üçün müvafiq olaraq 22.260 manat və 300 manat pulu dələduzluq yolu ilə ələ keçirmiş və onun CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri başa çatmış əməllərdir. Yəni Məhkum1 xeyli miqdarda əmlakı ələ keçirmək niyyətində olub istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli miqdar təşkil edən əmlakı ələ keçirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məhkum1 əməlinin Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.2, 29.178.2.3 və 29,178.2.4-cü maddələri ilə tövsif olunması ilə razılaşmır və bununla bağlı vurğulayır ki, işin hallarından göründüyü kimi Məhkum1 dələduzluq cinayəti başa çatmış əməllərdir, bu səbəbdən onun əməlinin CM-in göstərilən maddələri ilə tövsif edilməsi əsassız olmuş və nəticədə aşağı instansiya məhkəmələri tərəfindən Məhkum1 törətdiyi dələduzluq cinayət əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında vurğulayır ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğ un gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsini n "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "X7rşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan v erməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 dələduzluq cinayət əməlinin işin faktiki ha llarına uyğun olmayan hüquqi tövsifinə dair (CM-29, 178.2.1, 29,178.2.2, 29.178.2.3 və 29,178.2.4 mad.) gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi məhkumun hərəkətlərində məhz başa çatmış dələduzluq cinayət əməli mövcud olmasına baxmayaraq, əməlin tövsifində səhvə yol verərək onun əməlini eyni zamanda başa çatmamış əməl kimi (CM29, 178.2.1, 29, 178.2.2, 29.178.2.3 və 29,178.2.4 mad.) yanlış tövsif etmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müz akirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnı z məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti və ona əlavə qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, Bakı Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarından Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29,178.2.2, 29.178.2.3 və 29,178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilməli, apellyasiya instansiyasının qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə məhkum edilmiş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarı ona aid hissədə dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarından ona aid hissədə xaric edilsin. Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza Məhkum1 CM-in 32.4,312.2-ci maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 03 (üç) il müddətə vəkillik fəaliyyəti və dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (alt ı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1848/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1848/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver