Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1848/2023 19.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X9 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkum, məhkumun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-9 3/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Nümayəndə2 Hacıbala oğlu və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1963-cü il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 17 iyun 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 07 iyul 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırl ıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 17 avqust 2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”nin 2.3.4, 2.3.6.1, “Qazdan istifadə qaydaları”nın 3.3.7, 3.3.9, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18- ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməməsi, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-nin balansında və istismarında olan yeraltı 40 mm-lik polad qaz borusunu saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaması, qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməməsi səbəbindən həmin 40 mm-lik polad qaz borusunun üzərində yaranmış korroziya nəticəsində xətdə əmələ gəlmiş dəliklərdən sızan qaz borunun üstünə keçirilmiş 108 mm-lik futlyar vasitəsi ilə satış s ahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolduğu üçün partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı əmələ gəlmiş, 19 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində satış sahəsində olan X8 işığı söndürən zaman elektrik açarında yaranmış qığılcımın təsirindən alışması səbəbindən baş vermiş partlayış zamanı X8 yuxarı tənəffüs yollarının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən, baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyələrinin, ümumi bədən səthinin təxminən 70-75 faizini əhatə edən İİ-İİİ dərəcəli yanığı ilə müşahidə olunan sağlamlığına ağır xəsarət vuru lmasına xarakterik xəsarətlər alaraq 27 noyabr 2020-ci il tarixdə, saat 07:30-da müalicə olunduğu xəstəxanada ağır yanıq şokundan ölmüş, X2 baldırın orta 1/3-nin yanması ilə müşahidə olunan sağlamlığına yüngül dərəcəli zərər vurulmasına xarakterik xəsarət almış, eyni zamanda satış və sərgi salonu partlayışın təsirinə məruz qaldığı üçün digər ağır nəticə hesab edilən "xxxx" MMC-yə 204000 manat məbləğində tikinti üzrə maddi ziyan dəymiş, bununla da, Məhkum üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur.
5. Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsin də nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi ilə 03 (üç) il sınaq müddətinin təyin edilməsi hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Nümayəndə2 Hacıbala oğlu apellyasiya şikayəti verib, mülki iddianın baxılmamış saxlanılmasına aid hissəsində hökmün ləğv edilməsini və mülki tələbin təmin edilməsi barədə yeni qərar qəbul edi lməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hadisə baş verən vaxtdan iki ilə yaxın müddət keçsə və mövcud qanunlar əsasında maddi təzminatlar nəzərdə tutulsa da, mülki iddianın baxılmamış saxlamaqla məhkəmə zərərçəkmişin ailəsinin vəziyyətini nəzərə almamışdır.
7. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib hökmünün ləğv edilməsini, cinayətin törədilməsinə aidiyyəti olmadığından təqsirləndirilən şəxs Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum 17 avqust 2020-ci il tarixdə "xxxx" MMC-nin təsisçisi X1 əmrinə əsasən, 28 avqust 2020-ci il tarixdə isə "xxxx" MMC adından təsisçi X4 və digər təsisçi Nümayəndə1 birgə imzaladıqları qərara əsasən "xxxx" MM C-yə direktor təyin olunsa da, qeyd edilən əmr və qərarlarla tanış olmamış və təyin olunmuş direktor kimi kollektivə təqdim edilməmişdir. Zavodu qəbul etməyi ilə bağlı heç bir təhvil-təslim aktı imzalanmamışdır. Həmçinin zavodda yanğın təhlükəsizliyi ilə bağlı maddi məsul şəxs olması ilə əlaqədar heç bir əmr verilməmişdir. Məhkum direktor vəzifəsinə təyin olunduqdan sonra məlum olmuşdur ki, zavoda çəkilmiş kommunikasiya xətlərinin - suyun və qaz təchizatı üçün texniki şərt və layihələr zavodda olmamışdır. 2017-ci ilin iyul ayında Binəqdi-Novxanı yolu eni 7 metrdən 12,5 metrə qədər genişləndirilmişdir. Ən böyük nöqsanlar bu an baş vermişdir - yol sol sahilə 5,5 metr genişləndiyindən, yolun sol hissəsində hava, qaz, su ötürücüsü 830 mm-lik metal boru futlyarın ağzı 2,5-3 metr uzunluğunda 2 m etr hündürlükdə torpaqla doldurulmuşdur. Bu da sonra 830 mm-lik borudan axan kanalizasiya və qrunt suların axımının qarşısını almış, qaz xəttinin tez bir zamanda korroziyaya uğramasına səbəb olmuşdur. Qara metal bu cür hallarda ildə 0,1-0,5 mm-ə qədər korroziyaya uğrayır. "xxxx" MMC-yə qaz xətti texniki şərt və layihəyə uyğun olmayaraq lisenziyası olmayan təşkilat tərəfindən çəkilmiş və quraşdırılmışdır. İstintaq orqanı bu halları tam, hərtərəfli və obyektiv araşdırmamış, qərəzli mövqe seçərək birtərəfli qaydada istintaq apararaq, əsassız olaraq Məhkum qarşı ittiham irəli sürmüşdür. Hökmdə ekspert rəylərinə heç bir münasibət bildirilməmiş, yalnız iş materiallarında olan digər sənədlərlə bərabər sadalamışdır. Ekspert rəylərindən açıq aydın görünür ki, "xxxx" MMC-nin Nizamnaməsinin tələbləri ndə «Direktor»un üzərinə bilavasitə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsinin qoyulması görünmədiyi və Binəqədi-Novxanı 2017-ci ildə aparılmış yolun genişləndirilməsi ilə bağlı qaz xəttinin üstü və futlyar torpaqla qapanması ilə "xxxx" MMC baş vermiş yanğınla birbaşa texniki səbəbli əlaqənin mövcuddur. Bununla belə, məhkəmə qanunsuz və əsassız olaraq bəraət hökmü çıxarmalı olduğu halda təqsirləndirilən şəxs Məhkum barəsində ittiham hökmü çıxarmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-93/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apel lyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Nümayəndə2 Hacıbala oğlu və Məhkum müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Nümayəndə2 Hacıbala oğlunun kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, nümayəndə onları olduğu kimi təkrarlamaqla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-93/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarının tərəflərindən verilmiş mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilməsi və həmin hissədə mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
11. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayət inin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçi həmçinin onları təkrarlamaqla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-93/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayətin törədilməsinə aidiyyəti olmadığından Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir.
12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-e dilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Nümayəndə2 Hacıbala oğlu mülki iddiasının əsassız olaraq baxılmamış saxlanıldığını iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi tə sbit olunmuş hallarla əlaqələndirmişdir.
18. Məhkumun müdafiəçisi Müdafiəçi2 Məhkum cinayətin törədilməsinə aidiyyətinin olmamasını iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-93/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
20. B elə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
21. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
22. Məhkəmə kollegiyası hər iki kassasiya şikayətində təsvir edilən, Məhkum müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Nümayəndə2 Hacıbala oğlunun birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərind ə istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, bu dəlillər bütövlükdə həmin şikayətlərin araşdırması nəticəsində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.
23. Kassasiya şikayətlərinin müəllifləri hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
24. Hazırki kassasiya şikayətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə həmin nəticələri təkzib etməd iyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
25. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçı larına müdafiəsinin əlverişli qaydada təşkil etmələri və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
27. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə ehtiva olunan pozuntulara yo l verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Nümayəndə2 Hacıbala oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)93/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Nümayəndə2 Hacıbala oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri təm in edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-93/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.