Məhkəmə qərarları › İş №1(102)-1849/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1849/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1849/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X7 (məruzəçi hakim) və X4 ibarət tərkibdə) 13 aprel 2022-ci il tarixli hökmü ilə 2 sentyabr 1977-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri 18-ci mikrorayon, ev 31, mənzil 18-də qeydiyyatda olub Sumqayıt şəhəri, Corat bağları ərazisində nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmə kdə təqsirli bilinmiş və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 1 may 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) 6 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-43/2022 saylı, 13 aprel 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Məhkum və Müdafiəçi1 apellyasiya şikayətləri təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” A zərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ siyahısı ilə müəyyən edilmiş külli miqdarda 1 ədəd şəffaf rəngli plastik qutunun içərisində 1ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 40,272 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib və səthində heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd 6x12 sm ölçüdə markası olmayan gümüşü rəngli elektron tərəzini daşıyaraq üzərində saxlamış, 01 may 2021-ci il tarixdə saat 11:10-da Sumqayıt şəhər polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaş ları tərəfindən Sumqayıt şəhəri Corat bağları ərazisində yaşadığı ünvanın yaxınlığında saxlanılıb Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən səthində heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd 6x12 sm ölçüdə markası olmayan gümüşü rəngli elektron tərəzi və idman gödəkçəsinin üstündən geyindiyi göy rəngli gödəkçənin sol iç cibindən satış məqsədi ilə 1 ədəd şəffaf rəngli plastik qutunun içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 40,272 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, məh kəmələrdə aparılan icraat zamanı onun narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən heç bir sübut, hal şahidi ifadəsi müəyyən olunmur. Polis işçilərinin yalan ifadələri əsas götürülmüş, onun və müdafiəçisinin vəsatətləri təmin edilməmiş, təqsirsizliyini sübuta yetirə biləcək hallar araşdırılmamışdır. Ailəlidir, himayəsində iki övladı var, qazancının çox hissəsini ailənin güzaranına sərf edir. Aradabir narkotik vasitədən istifadə edir, heç vaxt cinayət işində göstərildiyi kimi, 40 qram narkotik vasitəni 500 manata almamışdır. Əməliyyat axtarış tədbirinin iştirakçıları gecə vaxtı evinə daxil olmuş, yaşadığı evdə bütün əşyaları alt-üst etmiş, özü isə polis şöbəsinə aparılmışdır. Cibindən cüzi miqdarda 0,002 qram narkotik vasitə kokos aşkar edilsə də, ağır işgəncələrə məruz qaldığı ndan saxtalaşdırılmış sənədlərə imza etmişdir. Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir, əməlindən peşimandır. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək ədalətli qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetiril miş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkan ının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü madd əsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində cinayət işi üzrə sübutların düzgün araşdırılmamasını, əməlin düzgün tövsif edilməməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının lə ğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmasına dəla lət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etmiş hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkum istintaqa vermiş olduğu ilkin ifadəsində törətdiyi cinayət əməlini səmimi etiraf edərək göstərmişdir ki, o, narkotik vasitə olan heroindən istifadə edir. Tutulmamışdan təxminən 1 ay əvvəl, 2021-ci ilin mart ayının sonlarında o, Bakı şəhəri ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu Rüstəm adlı soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 500 manat pul ödəməklə 50 qram narkotik vasitə olan heroin almışdır ki, uzun müddət öz tələbatını ödəsin. Aldığı heroindən gündəlik istifadə etmiş, həmçinin dostları, tanışları ondan narkotik vasitə istədikdə onlara da pay vermişdir. Qalan heroini isə üzərində gəzdirmişdir ki, heç kəsin bundan xəbəri olm asın. Həmçinin o, Sumqayıt şəhəri 2 saylı tam orta məktəbin həyətindən elektron tərəzi tapmış, həmin tərəzi ilə də o, istifadə etdiyi narkotik vasitəni ölçmüşdür ki, artıq istifadə etməsin. 01 may 2021ci il tarixdə saat 11:10-də Sumqayıt şəhəri Corat bağları ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirirək onu aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət etmiş, o, da tabe olmuşdur. Həmin vaxt onun üzərində Rüstəm adlı şəxsdən aldığı heroinin qalan hissəsi və elektron tərəzi olmuş, polis bölməsində onun hüquq və vəzifələri izah edilərək vəkil dəvət edilmiş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində olan qadağan edilmiş əşyaları təq dim etmək təklifindən sonra o, əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibində narkotik vasitə çəkmək üçün saxladığı 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini, idman gödəkçəsinin üzərindən geyindiyi göy rəngli digər gödəkçənin iç tərəf sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli plastik qutunu təqdim etmişdir. Həmin plastik qutu açılmış, içərisində qutuda 1 ədəd şəffaf rəngli sellofan büküm olmuşdur. Həmin büküm də açılan zaman sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar olunmuşdur. Sorğu zamanı o bildirmişdir ki, ondan aşkar olunan maddə kütləsi narkotik vasitə olan "kakos"dur, aşkar olunmuş həmin maddəni təxminən 1 ay bundan əvvəl Bakı şəhəri ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, Rüstəm adlı şəxsdən 500 manat pul öd əməklə almış, şəxsi istifadəsi üçün üzərində saxlamış, üzərindən aşkar edilmiş tərəzini isə Sumqayıt şəhəri 2 saylı tam orta məktəbin həyətindən tapmış, onu evinə aparıb orada aldığı narkotik vasitənin çəkisini müəyyən etmək üçün üzərində gəzdirmişdir. Həmin vaxt üzərində aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin isə 44,30 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin maddə və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, qeyd etmişdir ki, onun istifadəsində ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri olmuş, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş və o, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır; Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-n in NMBnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdi ki, 01 may 2021-ci il tarixdə Sumqayıt şəhər sakini Ramil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupunun üzvləri tərəfindən həmin gün saat 11 radələrində anket məlumatları bəlli olan Məhkum Sumqayıt şəhəri, Corat bağları ərazisində saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət edildi. Polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən Məhkum üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı ona üzərində olan qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməsi təklif edildikdən sonra o, əyn ində olan qara rəngli idman gödəkçəsinin sol yan cibində 1 ədəd elektron tərəzini və həmin gödəkcənin üzərindən geyindiyi göy rəngli digər gödəkcənin iç tərəf sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli plastik qutunu təqdim etmişdir. Həmin plastik qutu açılaraq içərisinə baxıldıqda 1 ədəd şəffaf rəngli sellofan büküm olmuş və onun içərisində sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar edilmişdir. Sorğu zamanı Məhkum aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni təxminən 1 ay əvvəl Bakı şəhəri ərazisində tanımadığı Rüstəm adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik vasitənin çəkisi təxminən 44 qram olmuşdur. Aşkar edilən maddi sübutlar qablaşdırılaraq götürülmüş və bununla bağlı tərtib edilmiş protokol iştirakşı lar tərəfindən imzalanmışdır. O, həmçinin qeyd etmişdir ki, Məhkum özü ifadəsində göstərdiyi kimi gecə vaxtı evində deyil, gündüz vaxtə küçədə saxlanılmış, saxlanılarkən o, tək olmuş, bu zaman ona qarşı hər hansı bir təzyiq göstərilməmişdir; Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkilləri X11, Şahid3 və kiçik əməliyyat müvəkkilləri Şahid5 və X1 Qasımovla oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları, yəni Məhkum 01 may 2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, Corat bağları ərazisində saxlanılaraq 4-cü polis bölməsinə gətirilməsini, üzərində şəxsi axtarış aparılarkən bir ədəd elektron tərəzinin və 40,272 qram çəkidə narkotik vasitə heroinin aşkar edildiyini bir daha təsdiq etmişlər; "Şəxsi axta rış keçirilməsi barədə” 01 may 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum həmin tarixdə saat 11:10-da Sumqayıt şəhəri, Corat bağları ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nə gətirilmiş və üzərində xidməti otaqların birində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Onun hüquq və vəzifləri izah olunub müvafiq bildiriş verilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra, Məhkum üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibində narkotik vasitənin çəkisini müəyyən etmək üçün saxladığı 1 ədəd markası olmayan gümüşü rəngli el ektron tərəzini, idman gödəkçəsinin üzərindən geyindiyi göy rəngli digər gödəkçənin iç tərəf sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli plastik qutunu təqdim etmişdir. Həmin plastik qutu açıldıqda içərisində qutuda 1 ədəd şəffaf rəngli sellofan büküm olmuşdur. Həmin büküm də açılan zaman sellofan bükümdə qəhvəyi Məhkum bildirmişdir ki, ondan aşkar olunan maddə kütləsi narkotik vasitə olan “kakosdur”, aşkar olunmuş həmin maddəni təxminən 1 ay əvvəl Bakı şəhəri ərazisində 500 manat pul ödəməklə Rüstəm adlı şəxsdən almış, üzərindən aşkar edilmiş tərəzini isə Sumqayıt şəhəri 2 saylı tam orta məktəbin həyətindən tapmışdır. Aşkar olunmuş heroinə bənzər kütlə tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin çəkisinin isə 44,30 qram olduğu müəyyən edilmiş, sonra tərəzi və narkotik vasitə qablaşdı rılaraq götürülmüşdür. Həmçinin Məhkum üzərinə keçirilən axtarış zamanı 02 ədəd «Keno» markalı siqaretlər, 01 ədəd alışqan, şəxsiyyət vəsiqəsi, 13 manat pul, 02 ədəd «Samsung» markalı, 01 ədəd «Mi» markalı mobil telefonlar da aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 2728) “Şəxsi axtarış keçirilməsi barədə” 01 may 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd DVD formatlı disk istintaq materiallarına əlavə edilmişdir; Məhkəmə-kimyəvi ekspertizasının 01 may 2021-ci il tarixli, 6/1753 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 128” möhür əksi, “Vət.Məhkum üzərindən...” və s. yazılar olan zərfdəki 01 ədəd plastik qutuda 01 ədəd bükümdə təmiz çəkisi 40,272 qra m olan qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd 6x12 sm ölçüdə gümüşü rəngli elektron tərəzini səthində heroinin izləri müəyyən edilmişdir. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Məhkəmə- narkoloji ekspertizasının 27 may 2021-ci il tarixli, 1619 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui- istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməs i tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özü etiraf etməsə də, “Şəxsi axtarış keçirilməsi barədə” 01 may 2021-ci il tarixli protokolu, videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 10 may 2021-ci il tarixli protokolu, «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli protokolu, “şübhəli şəxsin dindirilməsi barədə” 01 may 2021-ci il tarixli protokolu, «diskə baxış keçirilməsi barədə» 24 iyun 2021-ci il tarixli protokolu, həmçinin iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 may 2021-ci il tarixli, 6/1753 №li rəyi, məhkəmə narkoloji ekspertizasının 27 may 2021- ci il tarixli, 1619 saylı rəyi və s. sənədləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq Məhkum üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin az olması, ittihamda göstərilən həcmdə narkotik vasitənin onda olmaması, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlara və gətirdiyi dəlillərə tənqidi yanaşmış və onun bu göstərdiklərini məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla, işin halları ilə uzlaşmadığından obyektiv ifadə kimi qəbul etməmiş və onu məsuliyyətdən yayınmaq üçün verilən qeyri- səmimi ifadə kimi qiymətləndirmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Məhkum polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaqa məlum olmayan mənbədən külli miqdarda 1 ədəd şəffaf rəngli plastik qutunun içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 40,272 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib və səthində heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd 6x12 sm ölçüdə markası olmayan gümüşü rəngli elektron tərəzinin də aşkar edilməsi Məhkum narkotik vasitəni satış məqsədi ilə saxladığını təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərk ibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə ə vvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin m üəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmişdir. Kassasiya şikayətini n cinayət işi üzrə sübutların araşdırılmaması barədə dəlilləri əsası olmayan və öz təsdiqini tapmayan subyektiv mülahizələrdən ibarətdir. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci m addəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkumun əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bi r sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədi lmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımı ndan, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddə sində nəzərdə tutulan hallar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar