Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-185/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1994-cü il tarixdə Sabirabad rayonunun Qaratəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.2.4, 221.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Abdullayev Samir Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim Abbas Rzayev) Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.4, 221.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 180.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxx 2018-ci ildən xx xxxx 2018-ci il tarixədək həbsdə saxlandığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (ha kimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talayaraq soyğunçuluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamış və daşımış, silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizliklə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanl ıq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə xx xxxx 2018-ci il tarixdə saat 21.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Xələfli küçəsində yetkinlik yaşına çatmayan xx xxxx 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 boğaz nahiyəsindən tutaraq sıxmaqla həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edərək, Zərərçəkmiş şəxs2 cibində olan 30 manat pulunu sonuncudan alaraq ələ keçirib oradan uzaqlaşaraq özgənin əmlakını açıq talamaqla zərərçəkmiş şəxsə 30 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,260 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamış və daşımış, xx xxxx 2018-ci il tarixdə saat 18:10-da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi "Azər" marketin qarşısında saxlanılaraq, Binəqədi RPİ-nin 40-cı PB-nin polis əməkdaşları tərəfindən üstünə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd şpris və 1 büküm gümüşü rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 0,260 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Məhkum, xx xxxx 2018-ci il tarixdə saat 13:40-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən "Bərəkət" marketdə olarkən həmin marketdə fəhlə işləyən Zərərçəkmiş şəxs1 ilə Mirröyalın onun qonşu uşağa pul borclu olması nı deməsini bəhanə edərək, əsaslı səbəb olmadan mübahisə etmiş, ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış və ictimai qaydaları kobud sürətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ictimai yer hesab edilən marketdə olan insanların gözü qarşısında Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir edərək vurmağa cəhd göstərsə də marketdə olan insanlar tərəfindən aralaşdırılaraq Məhkum marketdən bayıra çıxarılmış, buna baxmayaraq o, yenidən marketə daxil olmuş və xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan şüşə qırığı ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə xəsarət yetirməyə cəhd etmiş, lakin sonuncu sağ və sol əli ilə sifətini qoruduğuna görə silah qismində istifadə etdiyi şüşə parçası ilə Zərərçəkmiş şəxs1 hər iki qol nahiyəsindən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sağ dirsək oynağı və hər iki said nahiyələrinin kəsilmiş yaraları ilə nəticələnən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, Məhkum CM-nin 180.2.4-cü və 234.1-ci maddələrlə verilmiş ittihamlar üzrə bəraət verilməsi, CM-nin 221.3-cü maddəsi ilə olan ittiham üzrə isə cəzasını yüngülləşdirici hallar nəzərə alınmaqla, maddənin sanksiyası həddindən də az cəza verilməsi xahiş olunur. Şikayət müəllifi qey d edir ki, Məhkum səhhətində olan psixi xəstəliklə əlaqədar olaraq baş vermiş hadisələri arzulamamış, nə kimi hərəkətlər etməsini dərk etməmişdir. Müdafiəçinin fikrincə, məhkəmə-psixiatrik ekspertizasının Məhkum anlaqlı olmasına dair verdiyi rəy obyektiv deyil. Müdafiəçi hesab edir ki, Məhkum əməllərində CM-nin 180.2.4-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibi yoxdur və həmin maddələrlə ona bəraət verilməlidir. Məhkum CM-nin 221.3-cü maddəsi ilə olan ittihamı üzrə onun zərəçəkmiş şəxslə barışması, 2-ci qrup əlil olması, əməlindən səmimi peşman olması, ilk dəfə məhkum olması, məcburi köçkün olması nəzərə alınmaqla maddənin sanksiyası həddindən də az cəza verilməlidir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliy yə Nazirliyi Penitensiar Xidmətinin 05 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr et mək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-185/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-185/2020
12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver