Məhkəmə qərarları › İş №1(102)-185/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-185/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-185/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim X9) 11 aprel 2022-ci il tarixli hökmü ilə xx xxxxxxx 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Uğur 2 yaşayış kompleksi ev 3, mənzil 94-də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulm uş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 21 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi höm edilmiş, həmçinin məhkəmə xərcləri məsələləri və maddi sübutların taleyi həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə) 26 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-69/2022 saylı, 11 aprel 2022-ci il tarixli hökmü Müdafiəçi2 və təqsirləndirilən şəxs Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,835 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 1,273 qram olan psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış, 21 iyul 2021 -ci il tarixdə, saat 22:30-da Sabunçu RPİnin 13-cü PB-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvanı yaxınlığında özünü şübhəli apardığından saxlanılaraq 13-c ü Polis Bölməsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sonuncunun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı Davudov markalı siqaret qutusunun içərisində, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,433 qram, 0,294 qram, 0,546 qram, ümumi təmiz çəkisi 1,273 qram psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,452 qram, 0,383 qram, ümumi təmiz çəkisi 0,835 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini törətməkdə təqsirləndirilməsi əsassızdır. Müdafiəçisi oldu ğu Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini törətməyə görə ittiham verilə və hökmlə təqsirli bilinə bilməzdi. Məhkəmələrin araşdırılmış sübutların məcmu halda qiymətləndirməklə Məhkum elan edilmiş satış məqsədilə narkotik vasitələrini qanunsuz əldə edib və həmin narkotik vasitələri satmasına dair ittihamların təsdiq olunması qənaətinə gəlməsi qanunsuzdur. Belə ki, ibtidai araşdırma orqanı və məhkəmələr hansı mötəbər subutlara əsaslanaraq Məhkum aşkar olunmuş narkotik vasitələrin məhz satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməsini ümümiyyətlə əsaslandırmamış və cinayət işinin materiallarına əsasən belə nəticəyə gəlmək üçün hər hansı bir əsas olmamışdır. Apellyasiya məhkəməsinin qərarının Məhkum aşkar olunmuş narkotik vasi tələrin məhz satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməsinin əsası kimi onun istintaq zamanı narkotik satışı ilə məşğul olması barədə verdiyi ifadə olmuşdur və bu ifadə ona CM-nin 234.2-ci maddəsi ilə ittiham verilərək təqsirli bilinməsinin yeganə sübutudur. İbtidai istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Məhkum narkotik maddə istifadəçisi olduğunu etiraf etmişdir. Lakin onun narkotik satışı ilə məşğul olması nə ibtidai istintaq, nə də məhkəmə baxışında heç bir faktla təsdiqini tapmamışdır. İbtidai araşdırma zamanı ona əməliyyat işçiləri tərəfindən olan fiziki təziyiqlər nəticəsində ilkin dindirmədə özünə qarşı ifadə vermək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyasına təqsirləndirilən şəxs Məhkum ilkin izahat və İfadələrin ona Polis Bölməsin də fiziki və psixoloji təsir nəticəsində alındığını, buna görə vəkil İlqar Qədirovdan imtina edilərək, müqavilə üzrə vəkil Müdafiəçi1 prossesə qoşulduqda onun fiziki təsir altında özünə qarşı ilkin ifadə vermək məcburiyyətində qalmasını bildirdikdən sonra bu barədə rayon Prokurorluğuna şikayət olunduğunu və verilmiş tibbi ekspert rəyinə əsasən onun üzərində xəsarət izlərinin olmasının müəyyən edilməsi, lakin həmin xəsarətlərin onun yıxılması zamanı əmələ gəlməsinin mümkünlüyünə dair rəylə əlaqədar olaraq əlavə araşdırılmalı faktların olduğu bildirilsə də məhkəmə bu halları araşdırmaq istəməmişdir. Apellyasiya məhkəməsinin diqqətini müdafiə etdiyi şəxsə CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittihamın əsasını təşkil edən yolverilməz və qanunsuz subutlar və ziddiyyətli şahid ifadələrini nəzə rinizə çatdirmaqla qanunsuzluqlarm olduğuna cəlb etsə də məhkəmə bu qanunsuzluqları adi hal hesab edərək qərarında həmin hallara münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən mötəbər sübutlar toplanmamışdır, məhkəmə yalnız ittiham mövqeyi tutmuş, onu məsuliyyətdən azad edən və ya onun vəziyyətini yüngülləşdirən sübutları əsassız olaraq rədd etmiş, işin faktiki hallarını digər sübutlarla yanaşı məcmu halında qiymətləndirilməmiş, bununla da prosessual və maddi hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya Məhkəməsi eyni qanun pozuntularını təkrar etmişdir. Müdafiəçisi olduğu Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzə rdə tutulan cinayət əməlini törətməmişdir, o, əsassız olaraq həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Onun əməlində ittiham edilən cinayət tərkibi yoxdur. Birinci instansiyası məhkəməsi prosessual qanunvericiliyin həmin tələblərinə əməl etməmiş, Məhkum əməlinin CM-nın 234.1-ci maddəsi ilə tövsüf edilməli olmasını nəzərə almamış, onun əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif etməmiş, nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və Məhkum törətmədiyi cinayət əməlinin törədilməsində təqsirli bilərək ağır cəzaya məhkum etmişdir. Məhkum ilk dəfə cinayət məsuliyyətinə alınmış, əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Yaşayış yerindən müsbət xarekterizə olunur. Şəxsiyyəti cəmiyyət üçün təhlükəli deyildir, gəncdir, subaydır, atası vaxtsı z vəfat edib, evin tək oğludur, anası ilə yaşayır. Narkotik vasitələrdən istifadə etməsinin onun həyatinin məhvinə səbəb olduğunu dərk edib və peşmançılıq hissləri keçirir. Heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Birinci instansiyası məhkəməsi cəza təyin edərkən yuxarıda şərh olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, cəzanı yüngülləşdirən halları sadalasa da, həmin halları kifayət qədər nəzərə almamışdır. Hesab edir ki, hökm əməlin tövsifində olduğu kimi, törədilmiş əmələ görə cəza təyini hissəsində də əsassızdır, Məhkum şəxsiyyətinə və təqsirləndirildiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə və cinayətin xarakterinə uyğun deyildir. Təyin edilmiş cəza verilən ittiham kimi ədalətli hesab oluna bilməz. Müdafiəçi kassasiya şikayətində Məhkum bar əsində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin l(008)-69/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1467/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilməsi və onun cinayət əməlini CM-nin 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsüf edilməklə həbsdə olduğu müddət nəzərə alınmaqla həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquq i məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məh kəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzg ün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsin ə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirs iz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərk ibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Şərh edilən qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci insta nsiya məhkəməsinin hökmünü və həmin hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi baxımından uyğun olmadığı müəyyən olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara d üzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab edir. Özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilməyən Məhkum məhkəmə baxışı zamanı verdiyi ifadəsindən görünür ki,0, xx.xx.2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Uğur 2 yaşayış kompleksi 3 saylı evin yaxınlığında olarkən Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları ona yaxınlaşaraq heç bir səbəb demədən Sabunçu RPİ-nin 13-cü PB-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 13-cü PB-yə getmişdir. Polis Bölməsində olarkən polis əməkdaşları ona narkotik vasitələrinin istifadəçisi olması barədə məlumatlarının olduğunu bildirərək onu sərbəst buraxmaları üçün pul tələb etmiş, verməyəcəyi təqdirdə barəs ində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə sənədləşmə işləri aparacaqlarını bildirmişlər. O, pulunun olmadığını bildirərək buna etiraz etmiş, bundan sonra narkotik vasitələrin satışı ilə məşğul olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb edilmişdir. Polis əməkdaşları tərəfindən dəfələrlə döyüldüyü və işgəncələrə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman həmin maddələrin satışı ilə məşğul olmamışdır. Nakotik vasitələri qəbul etmək üçün onlayn qaydada bunun satışı ilə məşğul şəxslərin kartına pul vurmaq yolu ilə əldə etmişdir. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəməd ən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantıdır. 21 iyul 2021-ci il tarixdə Məhkum qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 13-cü PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin q rupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün saat 22:30 radələrində ünvan 4 ünvanının qarşısında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Qaçqın şəhərciyi-810 yaşayış kompleksində yerləşən 10 saylı binanın qarşısında Məhkum saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlamada və dövriyyəsində şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 13-cü PB-yə dəvət edilmişdir. 13-cü Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub- olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaret qutusunun içərisindən beş ədəd büküm çıxararaq təqdim edilmişdir. Həmin bükümlər açıldıqda üç ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kristalşəkilli, iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş açıq qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı Məhkum aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikası vətəndaşından satış məqsədi ilə onlayn şəkildə aldığını bildirmişdir. Bundan sonra Məhkum üzərindən aşkar olunan bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Məhkum məxsus telefona baxış keçirilən zaman "whatsapp” mobil tətbiqində onun İran vətəndaşı ilə yazışmaları müəyyən edilmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələrində tədqiq edilmiş: 21 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Məhkum üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Məhkum əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret içərisindən 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kristalşəkilli və 2 ədəd büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş açıq qəhvə yi rəngli maddə aşkar olunuraq götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 6/3018 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Məhkum» yazısı olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,452 qram, 0,383 qram, ümumi təmiz çəkisi 0,835 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,433 qram, 0,294 qram, 0,546 qram, ümumi təmiz çəkisi 1,273 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 13 avqust 2021-ci il ta rixli, 2842 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 6/3776 saylı ekspert rəyindən görünür ki, "Vət. Məhkum üzərindən” qeydli zərfdəki 02 ədəd bükümdə olan heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və həmçinin 03 ədəd bükümdə olan metamfetamin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmə lərinin məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifinə dair mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmələrin Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun hesab edilə bilməz. Belə ki, Apellyasiya məhkəməsi hesab etmişdir ki, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,433 qram, 0,294 qram, 0,546 qram, ümumi təmiz çəkisi 1,273 qram psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,452 qram, 0,383 qram, ümumi təmiz çəkisi 0,835 qram narkotik vasitə olan heroinin şəxsin üzərində, özü də bükülü halında (satmaq üçün çəkilib xırda bağlamaya ayrılmış vəziyyətdə) aşkar edilməsi, təqsirləndirilən şəxs Məhkum qeyd edilən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmiş və satm aq üçün üzərində gəzdirməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlə rdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri t örətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun " Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və araşdırılan sübutların müqayisəli təhlilindən göründüyü kimi, məhkum edilmiş şəxs Məhkum narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı hər hansı niyyəti müəyyən olunmamış və ibtidai istintaq orqanı qeyd edilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən sırf narkotik vasitənin miqdarına və ayrı-ayrı bükülülərdə olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən raz ılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə nəticəyə gəlməyə əsas verir. Məhkum istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitəni və psixotrop maddələri özünün istifadəsi üçün əldə etdiyini və yalnız bir hissəsini satdığını bildirmişdir. Məhkəmə iclasında isə özünü təqsirli bilməmiş, istintaq zamanı ifadələrini təzyiq altında verdiyini bildirmişdir. Onun məhkəmə iclasında verdiyi ifadəsi aşağı instansiya məhkəmələri tərəfindən özünü müdafiə kimi qiymətləndirilmişdir. Apellyasiya məhkəməsi Məhkum işgəncə verilməklə ifa dələrin alınması ilə bağlı ibtidai istintaqın sonrakı dövründə və məhkəmə istintaqı zamanı səmimi ifadə vermədiyini, bu cür ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa, istintaqı və məhkəməni həqiqətin aşkara çıxarılmasından yayındırmağa çalışdığı nəticəsinə gəlməklə onun ifadələrini müdafiə xarakterli ifadə kimi qəbul etmiş və qeyd etmişdir ki, Məhkum Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyülərək xəsarət alması barədə rayon prokurorluğunda araşdırılan 358-C-21 saylı material üzrə əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 01 sentyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum ibtidai ist intaq zamanı təqsirini etiraf etməsi barədə ifadəsi ilə bağlı olmadığını qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət prosessual qanunvericilik təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı təqsirini boynuna alması və ya almaması ilə bağlı olmadığını təsbit edir (CPM-in 324.3.4-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinin və CPM-in 90.9 və 91.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə ifadə verməmək, yaxud digər şəxslərin hüquqlarını pozmadan qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edi r ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasınd a müəyyən etməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri, Məhkum ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli olmasını kifayət qədər sübuta yetirilmiş hesab edilməsi barədə əsassız qənaətə gəlmiş və onun əməlini səhvən həmin maddə ilə tövsif etmişlər. Məhkum narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı hüquq mühafizə orqanlarına hər hansı əməliyyat məlumatı daxil olmamış, onun iş materialları ilə narkotik maddələrin satışı ilə məşğul olması müəyyən ediləmişdir. Məhkum sadəcə özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılmışdır, Narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrı bükümlərdə olması həmin maddələrin satış məqsədi ilə əldə etməsini təsdiq etmir. Məhkum edilmiş şəxs Məhkum narkotik vasitənin satışı ilə bağlı hər hansı niyyəti müəyyən olunmamış, əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsini tsdiq edən mötəbər sübutlar mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunması barədə mövqeyini əsassız sayaraq qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin və psixotrop ma ddənin ayrı-ayrı bükümlərdə olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüqu qi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübut ların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normal ar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məhkəmə göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Kassasiya şikayətinin məhkumun narkotik vasitə və psixotrop maddələri satış məqsədi olmadan əldə edib daşıması barədə dəlilləri əsaslı olmaqla cinayət işi üzrə tədqiq olmuş sübutlararın məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun cinayət əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməli, Məhk um həmin maddənin sanksiyası çərçivəsində cəzanı yüngülləşdirən halları (əvvəllər məhkum olunmamasını və ailəni dolandıran yeganə şəxs olmasını) və ağırlaşdıran halların olmaması nəzərə alınaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1.15-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kas sasiya şikayəti qismən təmin edilməli və hökm dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar