Məhkəmə qərarları › İş №1(102)-185/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-185/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-185/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Sahillər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bund an sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), A.T.Rzayeva və H.S.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 12 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), A.İ.İsmayılov və R.Ə.Ağayev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni ə ldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 883,781 qram çəkidə narkotik vasitə marixuana əldə edib qeyd edilən çəkidə narkotik vasitə olan marixuananın 875 qramını bir bağlamada qablaşdırıb yaşadığı ünvan 1 ünvanının mətbəx otağındakı dolabın içərisində, 8,781 qramını ayn-ayrılıqda 1,166 qram, 0,890 qram, 1,017 qram, 1,319 qram, 0,991 qram, 1,180 qram, 0,926 qram və 1,292 qram çəkidə olan hissələrə bölüb səkkiz ədəd bükümdə qablaşdırıb üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin in əməkdaşları tərəfindən 12 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum həmin gün saat 11:24-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda çəkiləri 1,166 qram, 0,890 qram, 1,017 qram, 1,319 qram, 0,991 qram, 1,180 qram, 0,926 qram və 1,292 qram olmaqla ümumi çəkisi 8,781 qram narkotik vasitə marixuana bir ədəd sellofan bağlamanın içindəki səkkiz ədəd bükümdə olmaqla əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 fevral 2022-ci il tarixdə saat 15:13-də Məhkum yaşadığı ünvan 1 ünvanına öz icazəsi və iştirakı ilə baxış keçirilərkən külli miqdarda 875 qram çəkidə narkotik vasitə olan marixuana bir ədəd sellofan torbada olmaqla mətbəx otağındakı dolabın içərisindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndiril ən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protestdə qeyd olunur ki, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın şəxsi istehlak məqsədi ilə deyil, şəxsi məqsədi üçün yaymaqda ifadə olunan satış məqsədi ilə həyata keçirməsinə dəlalət edir. Həmçinin, protestdə qeyd olunur ki, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum heç bir yerdə işləməmiş, müstəqil qazancı və ailəni dolandırmaq üçün kifayət qədər gəliri olmamışdır. Məhkəmə bu xüsusatlara da tənqidi yanaşmamış, sübutları bir-biri ilə müqayisə etməyərək təhlil etməmiş, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, narkotik vasitələri yaymaqla əhalinin sağlamlığının təhlükəsizliyinin təmin edən ictimai münasibətlərə xələl gətirən Məhkum əm əlini narkotik vasitəni satış məqsədi olmadan əldə etməklə daşıması və saxlaması nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Dövlət ittihamçısı hesab edir ki, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və heç bir əsaslandırma aparmadan təqsirləndirilən şəxsin əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protest i təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansi yası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasit ələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların preku rsorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına y önəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarix li Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün s eçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərli yi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 12 fevral 2022-ci ildə saat 11-12 radələrində Sumqayıt şəhərindən öz avtomaşını ilə B akı şəhərinə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt Bakıya həkimə gedərkən YPX maşını saxla komandası vermiş və o, maşını saxlamışdır. Sonra o, BMCMİ-nin binasına aparılmış və orada polislər maşının bardaçokunda olan nəşəni çıxarmışlar. Sonra polislər ondan əlavə narkotik olubolmamasını soruşmuşlar. O isə evində də narkotik vasitənin olmasını demişdir. Polislər də gedib evdən narkotik götürmüşlər. Lakin onda cəmi 300 qram marixuana olmuş və onun 50 qramını istifadə etmişdir. Polislər isə həmin narkotik vasitəni artırmaqla 800 qram etmişlər və ona təzyiq etmişlər ki, hamısını etiraf etsin. Daha sonra, o, göstərmişdir ki, 10 il Daxili Qoşunlarda MAHHXHQ vəzifəsində hərbi qulluqçu olaraq xidmət etmişdir. Bakıya onurğasını müalicə etmək üçün həkimə getmişdir. Bu zaman özü ilə bir həftəlik istifadə etmək üçün narkotik vasitə nəşə götürmüşdür. Çünki bir gündə 2-3 dəfə nəşə çəkmişdir. Lakin polis əməkdaşları onun özü ilə götürdüyü bir bükümdə olan narkotik vasitəni bir neçə bükümə qablaşdırmışlar, sonra isə onun üzərinə qoyub çəkiliş aparmışlar. Həmin narkotik vasitəni o, 500 manata şəxsi istifadəsi üçün almışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra narkotik vasitə istifadə etməyə başlamışdır. Heç bir vaxt heç kimə narkotik vasitə satmamışdır. Narkotik vasitəni istifadə etmək üçün qramla almamış və qramının hansı qiymətə olmasını da bilməmişdir. Tədricən istifadə etmək üçün özünə birdəfəlik həmin narkotiki almışdır. Həmin narkotik vasitə satışa da yararlı olmamışdır, tullantılardan və qırıntılardan ibarət olmuşdur. Daxili qoşunların hərbi qulluqçusu kimi arxa cəbhədə müharibə vaxtı da iştirak etmişdir. Narkotik vasitə istifadə etməsinə görə peşman olmuşdur. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 12 fevral 2022-ci ildə Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Məhkum həmin gün tərəflərindən saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində idarə etdiyi “Hyundai Sonata” markal ı, **-GX-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə onu üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən içərisində 08 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd büküm aşkar edilmişdir. Sorğu zamanı Məhkum idarə etdiyi “Hyundai Sonata” markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlamasa da, yaşadığı Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən evində narkotik vasitə qurudulmuş marixuana gizlədib saxladığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra onun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobilə çəkiliş aparılmaqla baxış keçirilmiş, lakin maş ından hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Məhkum razılığı və iştirakı ilə onun yaşadığı mənzildə baxış keçirilərkən mənzilin mətbəx otağında olan şkafdan 01 ədəd şəffaf rəngli sellofan torbada təxminə 500 qramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra, Şahid2 ifadəsində göstərdi ki, ilkin olaraq Məhkum narkotiklərin dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olsa da, sonradan onun narkotiklərin satışı ilə məşğul olmasına dair məlumat öz təsdiqini tapmamışdır. Məhkum yaşadığı evdə narkotik olmasını özü demiş, ona təzyiq edən və ona zor tətbiq edən olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Əhmədov X2 Emin Mehti oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlə r. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması”, eləcə də “Mənzilə baxış keçirilməsi barədə” 12 fevral 2022-ci il tarixli protokollardan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 11:24-də saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 08 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1, 166 qram, 0,890 qram, 1,017 qram, 1,319 qram, 0,991 qram, 1,180 qram, 0,926 qram və 1,292 qram olmaqla ümumi çəkisi 8,781 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq Məhkum icazəsi və razılığı ə sasında yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən mənzilin mətbəx otağında olan dolabın içindən bir ədəd sellofan torbada təmiz çəkisi 875 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Məhkum idarə etdiyi avtomaşına da baxış həyata keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya dəlil müəyyən edilməmişdir. (Cild 1, iş vərəqləri 34-35, 44- 46) Həmin istintaq hərəkətləri videoçəkilişlə aparılmış və istintaq hərəkətlərinin qeydə alındığı bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tərəflərin iştirakı ilə həmin videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, protokollarda qeyd olunan xüsusatlar videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məh kəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 13 fevral 2022-ci il tarixli 7/138 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Məhkum üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş 08 ədəd kağız bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə...” yazılar və imzalar olan ağ rəngli kağız paketdəki sellofan torbada 8 (səkkiz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,166 qram, 0,890 qram, 1,017 qram, 1,319 qram, 0,991 qram, 1,180 qram, 0,926 qram və 1,292 qram olmaqla ümumi çəkisi 8,781 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində: “...Məhkum yaşadığı...ünvanına baxış zamanı aşkar edildiyi 01 ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə” yazılar və imzalar olan bir ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada bir ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi -875,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. X3 üzərindən götürülmüş 8 (səkkiz) ədəd kağız bükülülərdə olan marixuana ilə onun yaşadığı ünvandan götürülmüş 1 ədəd sellofan torbada olan marixuana tərkiblərinə görə eynidir. (Cild 1, iş vərəqləri 54-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamanın 16 may 2022-ci il tarixli 2531 nömrəli rəyindən gör ünür ki, Məhkum kannabinoidlərdən istifadə etmə halları olub. Məhkum müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, həmin ekspert rəyinin anamnez hissəsində qeyd olunmuşdur ki, Məhkum deməsinə görə o, “arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir” (Cild 1, iş vərəqləri 148-149) Cinayət işinin materiallarında olan istintaq orqanının müvafiq vəsatəti və təqdimatı əsasında Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə Məhkum istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrinə gələn və gedən zənglər, “SMS” mətnləri, abonentlərin anket məlumatlarının və s. məlumatların “Azercell” mobil rabitə operatorundan götürülməsi təmin edilmişdir. Məhkum istifadəsində olan “Xiomi” markalı mobil telefona, o, cümlədən həmin telefonda olan “Watsapp” internet tətbiq etməsinə, eləcə də “Azercell” mobil rabitə operatorundan götürülmüş Məhkum istifadəsində olan ******-**-** və ***-***-**-** nömrələrinə aid məlumatlara baxış keçirilməsi haqqında 19 mart 2022-ci il tarixli və 25 mart 2022-ci il tarixli protokollardan görünür ki, həmin mobil telefon və mobil rabitə operatorundan əldə edilmiş məlumatlarda Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir dəlil və sübut aşkar olunmamışdır. Məhkum tutularkən mobil telefonunun dərhal götürülməsini, onun həmin telefona müdaxilə etmək imkanının olamaması nəzərə alınarsa Məhkum mobil telefonundan və istifadə etdiyi mobil nömrələrdə narkotik vasitələrin satışı ilə bağlı hər hansı bir dəlilin ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməməsi, onun narkotik vasitələrin satışı ilə məşğul olmamasının, eləcə də narkotik vasitənin satış məqsədi ilə deyil, şəxsi istehlak üçün əldə etməsinin aşkar təzahürüdür Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəm ə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar