Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-185/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.9cu maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli 1(105)-234/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 1(124)-94/2024 nömrəli hökmünə əsasən (hakimlər: A.Şahid1 (sədrlik edən), F.Z.Hümbətov və H.S.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsin də çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 3 oktyabr 2022-ci ildən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli 1(105)-234/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 1(124)-94/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum taxta ustası kimi fəaliyyət göstərərək, tanışı 1941-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən sonuncunun yaşadığı Su mqayıt şəhəri, 21-ci mikrorayon, fərdi yaşayış evində pilləkən təmirini davam etdirmək üçün xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında həmin ünvana gəlmiş, həmin ünvanda təmir işi görərkən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaşı ilə əlaqədar olaraq müqavimət göstərmək imkanı olmadığını bildiyi halda taxta parçası ilə sonuncunun baş nahiyəsindən bir dəfə zərbə vurmuş, Zərərçəkmiş şəxs çeviklik göstərib, yıxılmağının qarşısını ala bilməyib müvazinətini itirərək, yaxınlıqda olan taxta materialdan hazırlanmış stulun söykənəcək hissəsinin üzərinə yıxılıb sol İİ, Vİ-Xİİ qabırğaların qoltuq xətti boyunca, sağ İİ-X qabırğaların məmə xətti boyunca yerdəyişən sınıqları, sol ağ ciyərin cırılmış yaraları ilə müşahidə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmuş, ardınca isə cinayətkar niyyətini davam etdirərək yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs kömək çağıra bilməməsi və almış olduğu xəsarətdən ölməsi üçün evin qapısını kilidləyib getmiş, yalnız səhəri gün xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında Zərərçəkmiş şəxs ölüb-ölməməsini aydınlaşdırmaq üçün yenidən həmin ünvana gələrək artıq Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər nəticəsində baş vermiş daxili qanitirmədən yerdə hərəkətsiz vəziyyətdə uzanaraq öldüyünü görüb, törətmiş olduğu cinayəti gizlətmək üçün sonuncunu sürüyərək çölə çıxartmış və evin həyətindəki yardımçı tikilinin torpaq zəminini qazıb meyiti orada basdırmaqla özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Z ərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi A.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdiri lməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə görə: “Qəsdən: 120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum tərəfindən verilmiş kassasiya şikayətində on un ittiham olunduğu cinayət əməlində təqsirli olması mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bununla əlaqədar sübutların geniş şərh olunmasını zəruri hesab etmir. Kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 61-ci maddəsinin tələblərinə əməl etməməklə ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etməmişdir. Belə ki: Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası CM-in 61.2-ci m addəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-in 61.3-cü maddəsinə əsasən “Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.” İş materiallarından görünür ki, Məhkum verilən ittihama görə o, tanışı 1941-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaşı ilə əlaqədar olaraq müqavimət göstərmək imkanı olmadığını bildiyi halda taxta parçası ilə sonuncunun baş nahiyəsindən bir dəfə zərbə vurmuş, ardınca isə yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs kömək çağı ra bilməməsi və almış olduğu xəsarətdən ölməsi üçün evin qapısını kilidləyib getmiş, yalnız səhəri gün xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında Zərərçəkmiş şəxs ölübölməməsini aydınlaşdırmaq üçün yenidən həmin ünvana gələrək artıq Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər nəticəsində baş vermiş daxili qanitirmədən yerdə hərəkətsiz vəziyyətdə uzanaraq öldüyünü görmüş və bununla da özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi, ittiham orqanı Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmasını onun 1941-ci ildə anadan olmaqla yaşı ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin hökmündə görünür ki, məhkəmə hesab etmişdir ki, “Təqsirləndirilən şəxs Məhkum öldürmüş olduğu Zərərçəkm iş şəxs təvəllüdü 1941ci il olduğundan 61.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə Azərbaycan Respublikası CM-in 61.3-cü maddəsi ilə müəyyən edilən “Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz” müddəasına ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin qanun pozuntusu aradan qaldırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum ittihamından “Zərərçəkmiş şəxs təvəllüdü 1941-ci il olduğundan 61.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal” kimi nəzərə alınmasına dair müddəalar xari c edilməli və ona görə də Məhkum CM-in 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilməklə müddəti 16 (on altı) ildən 15 (on beş) il 9 (doqquz) aya endirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə, həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarı mə hkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarından və onunla bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmündən “Zərərçəkmiş şəxs təvəllüdü 1941-ci il olduğundan 61.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal” kimi nəzərə alınmasına dair müddəalar xaric edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 1(124)-234/2024 nömrəli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 16 (on altı) ildən 15 (on beş) il 9 (doqquz) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən
Məhkəmə qərarları › İş №1(102)-185/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-185/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver