Məhkəmə qərarları › İş №1(102)-1850/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1850/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1850/2022 02.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Xəlilov Hikmət Əjdər oğlunun iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsin in 11 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmü ilə (hakim M.Hacıyeva) xx Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum1 Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlığın məhd udlaşdırılması cəzası təyin edilmiş, Məhkum1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Məhkum1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, Məhkum1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Məhkum1 üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə e dilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, Mirzəli Əbdüləli oğlu Abbasov və Ramin Afad oğlu Qaraqurbanlıdan ibarət tərkibdə) 07 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nın 178.2.1 və 178.2.4-cü maddələri üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Məhkum1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə icl as zalında dərhal həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 07 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, Məhkum2 Azərbaycan Respublikası CM-nın 178.2.1 və 178.2.4-cü maddələri üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində cəza çəkməsi üçün 02 (iki) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM- nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)62/2022 saylı hökmü ilə təyin edilmiş 1(bir) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından 05 mart 2022-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək çəkdiyi 4(dörd) ay 02(iki) gün azadlığın məhdudlaşdırılması cəzası çıxılmaqla üzərində qalan 1(bir) il 1(bir) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutmaq şərti ilə hazırkı qərarla təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qə timkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə iclas zalından həbsə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmünə əsasən, Məhkum1 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Məhkum2 və şəxsiyyətləri istintaqa məlum olmayan “Sərxan” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılığa əsasən istintaqa məlum olmayan mənbədə qanunsuz hazırlanmış guya hərbi qulluqçu olmaları barədə hüquq verən və vəzifədən azad edən adına olan 23 yanvar 2019-cu il tarixli, MN № 00080977 seriyalı, Məhkum2 isə öz adına olan 24 iyun 2016-cı il tarixli, MN № ******* seriyalı rəsmi sənəd hesab edilən saxta şəxsi vəsiqələri “Sərxan” adlı qrup üzvündən əldə edərək 10 may 2019-cu il tarixdə Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs ASC-nin ünvan 3 ünvanında yerləşən filialına gedərək hərbi qulluqçu olmadıqları halda bilə-bilə öz adına olan saxta şəxsi vəsiqəni banka təqdim etməklə istifadə edib kredit götürmək istəyini bəyan etmiş, eyni zamanda aralarında olan razılığa əsasən qrup üzvü Məhkum2 də bilə-bilə öz adına olan saxta şəxsi vəsiqəni banka təqdim etməklə istifadə edib kreditin götürülməsi üçün özünü ona zamin olan şəxs kimi təqdim etməklə yaranmış etibardan sui-istifadə edərək kredit adı ilə aldadıb bankdan 7000 manat nağd pul vəsaitini ələ keçirərək cinayətkar qrupun üzvləri ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs ASC-yə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir və bunun nəticəsi olaraq Məhkum1 əsassız olaraq ittiham edilmişdir. Belə ki, Məhkum1 hərəkətlərində saxta sənəd tərtib etməkdə iştirakçı olsa da, bankdan kredit çəkmək üçün deyil daha yuxarı məbləğdə pul krediti əldə etmək üçün olmuşdur və ən baştan şəxs pulu geri ödəmək niyyətindədir. İş materiallarından da göründüyü kimi, bank krediti ödənişi üzrə ilk ayın ödəniş i 150 manat ödənilmiş daha sonra isə ümumilikdə 1100 manat pul məbləği Məhkum1 tərəfindən bankın, hesabına köçürülmüşdür. Ən baştan istintaqa məlum olmayan şəxs Sərxanla öz aralarında olan razılığa əsasən pulun müəyyən hissəsini Sərxan digər hissəsini də Məhkum1 ödəyəcəkdi. Lakin Sərxan öz öhdəliklərini yerinə yetirmədiyindən Məhkum1 pulu tam şəkildə ödəməkdə çətinlik çəkmiş və bunun kifayət olmuyacağını anlamışdır. Odur ki, şəxsin əmlakı qarşılıqsız olaraq ələ keçirmək kimi bir niyyəti ən baştan bəri mövcud olmamışdır. Eyni zamanda, məhkumun özünə və ailə üzvlərinə aid telefon nömrələrini banka təqdim etməsi ünvanın düzgün qeyd etməsi və digər hallar sübut edir ki, şəxs dələduzluq hərəkətləri etməmiş sadəcə saxta sənədlər əldə edərək sonradan ödəmək niyyəti ilə daha çox pul vəsaitini kred it olaraq bankdan götürmək niyyətində olmuşdur. Əlavə olaraq, Bakı Apellvasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə təyin etdiyi cəza Məhkum1 şəxsiyyətinə uyğun gəlmir və ona təyin edilmiş cəza şəxsə törətmədiyi cinayət əməlinə görə cəza verilməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan, Bakı Apellyasiva Məhkəməsi, çıxardığı qərarla ədalət prinsipini, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipini və Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi, tamamilə mülahizələrə əsaslanılmış, Məhkum1 əməlləri Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə tərkib yaratmadığı halda cəza ağırlaşdırmaqla əsassız qərar çıxarılmışdır. Odur ki, göstərilənləri nəzərə al araq, işə ədalətli baxılmasını və Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarını ləğv edərək Məhkum1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan, minimum həddə cəza təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi H.Ə.Xəlilov çıxış edərək, Bakı Apellyasiya Məhkəməsinin cəza siyasətini düzgün hesab etmədiyini, cinayətin törədilməsində əsas səbəbin maddi zərurətdən doğduğunu, bu cür cəzanın təyin edilməsindənsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə şəxsin üzərinə vəzifə olaraq həmin borcun hissə-hissə ödəməsinin qoyulmasının daha ədalətlı olacağını hesab etdiyini bildirib, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanunun un və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində, məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum1 ona verilmiş ittiham - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, saxta hüquq verən sənədi istifadə etmə ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində q urmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə a id edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinə (o cümlədən Məhkum1 təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndi rən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmü ş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum1 təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Bundan başqa, iş materiallarından görünür ki, Məhkum1 məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Sərxanla Penitensiar Xidmətin hospitalında müalicə alan zaman tanış olmuşdur. Sərxanla “Neftçilər” metrostansiyasının yaxınlığında görüşüb danışan zaman Sərxan bankdan kredit götürmək işi olduğunu, onun şəxsiyyət vəsiqəsinin lazım olduğunu bildirmiş, o, razılaşmışdır. Səhərisi gün bankla üzbəüz kafedə Sərxanla görüşmüşlər. Sərxan ona sənədləri vermişdir. Sərxan Ülvinin də sənədlərini ona verərək banka getməyini, Ülvinin işdə olduğunu, gəlib çatacağını demişdir. O, banka daxil olmuş, kredit şöbəsinə yaxınlaşaraq sənədləri təqdim et miş, sonra ona təqdim olunan sənədləri imzalamışdır. Ülvi də gələrək sənədləri imzalamış, sonra çıxıb getmişdir. O, bankdan 7000 manat pul götürmüşdür. Bankdan çıxdıqdan sonra 7000 manat pulun 3000 manatını və Sərxandan aldığı sənədləri Sərxana vermiş, 4000 manatını isə özünə götürmüşdür. Bankdan götürülmüş pulun 3000 manatının aylıq kreditini Sərxanın, 4000 manatın aylıq kreditini isə onun ödəyəcəyi ilə bağlı razılığa gəlmişlər. Bankdan onunla əlaqə saxlayıb götürülmüş kreditin aylıq ödənişini ödəməsini tələb etdikdə o, Sərxanla əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Sərxan ona narahat olmamasını bildirmişdir. Sonra o, Sərxanla əlaqə saxlaya bilməmişdir. Banka təqdim etdiyi sənədin saxta olduğunu bilmişdir. Bankla razılığa gələ bilməyi üçün ona bir həftə vaxt verilməsini xahiş etmişd ir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla dələduzluq və saxta hüquq verən sənədi istifadə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum1 əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olun duğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi əsaslı olaraq Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməsi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinin icraatına həmin hissədə xitam verilməsini qərara almışdır. Məhkumun müdafiəçisinin kassasiya şikayətinə həmçinin, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu dəlilləridə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dər əcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə u yğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmas ı başa düşülür. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (əməli etiraf etməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyandan qismən ödəməsini) habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hal lara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrl ə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ic timai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum1a aid hissədə dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisinin kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRAR A ALDİ: Məhkumun müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar