Məhkəmə qərarları › İş №1(102)-1850/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1850/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1850/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Məhkum müdafiəçisi, “Femida” Vəkil Bürosunun vəkili zərərçəkmiş şəxsova Bəturə Xaqani qızının iştirakları ilə xx xxxx 1967-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ə vvəllər məhkum olunmamış, İmişli rayonu, Göbəktala kəndində qeydiyyatda olmaqla,ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2 və 264-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, “Femida” Vəkil Bürosunun vəkili zərərçəkmiş şəxsova Bəturə Xaqani qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(001)-196/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim V.A.Tağıyev) Məhkum - Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cina yət əməlinin törədilməsində təqsirli bilinib, CM-in 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzanın əvvəlinin 20 dekabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmən in həmin hökmündən məhkumun müdafiəçiləri və zərərçəkmiş şəxsi hüquqi varisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli 1(103)-1712/2023 nömrəli qərarı ilə (hakimlər: C.V.zərərçəkmiş şəxs (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi hökmünə görə Məhkum nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 13 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində X6 mülkiyyətində olan və özünün nəql iyyat vasitəsindən istifadə etmə hüququ verən yol vərəqəsi əsasında idarə etməklə 203 saylı şəhərdaxili marşrut xətti üzrə sərnişindaşımanı həyata keçirdiyi texniki cəhətdən saz vəziyyətdə olan “SAZ NP37” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi ilə şəhərin mərkəzindən yeni yaşayış massivi istiqamətində saatda 5-10 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və təhlükə yaratmamalı olduğu halda, öz əməlinin ictimai tə hlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib, cinayətkarcasına etinasızlıq göstərərək təhlükəsiz hərəkət üçün lazımi tədbirləri görməyib hərəkətini davam etdirdiyindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında onunla qarşı-qarşıya əks istiqamətdən yolun hərəkət hissəsinin sağ tərəfi ilə velosipedlə hərəkət edən 03 iyul 2011-ci il təvəllüdlü azyaşlı X4 avtobusun arxa sağ qanadı ilə vuraraq sonuncuya sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ lll-Vİİİ qabırğaların sınıqları, döş qəfəsinin sağ yarısının bayır-arxa səthinin sıyrıqları, sağ çiyin qurşağının ön səthindən sağ bazu nahiyəsini və sağ dirsək oynağını əhatə edən qançırlarından ibarət insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs ölümünə səbəb olmuş və hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməyib özünün şəxsiyyəti barədə məlumatları qarşı tərəfə bu və ya digər vasitə ilə çatdırmadan idarə etdiyi avtobusla hadisə yerini tərk etməklə törətdiyi yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edil məsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum elan edilmiş ittiham əsassızdır o, əməlində cinayət tərkibi olmadan, cinayət məsuliyyətinə cəlb edilərək məhkəməyə verilmiş və məhkəmə tərəfindən də əsassız olaraq məhkum edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi göstərir ki, o, hərəkəti zamanı onun görünüş dairəsində görə biləcəyi və görünüş zonasında onun hərəkəti üçün təhlükə törədə biləcək heç bir maneə o cümlədən piyada və yaxud da velosipedçi olmamışdır, bu isə onu göstərir ki, 5-6 kilometr saat sürətlə hərəkət edən avtobus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından keçərkən, avtobusun qarşı hissəsi keçdikdən sonra velosipedçi ona çataraq yandan özünü arxa təkərə çırpmışdır ki, bun u avtobusun sürücüsü istəsəydi belə görə bilməzdi, çünki nəqliyyat vasitəsini idarə edən hər bir sürücü yalnız irəliyə sağa və sola baxmaq imkanına malikdir. Hər hansı bir nəqliyyat vasitəsinin sürücüsü yalnız sağa və sola manevr edərkən arxa güzgüdən geriyə baxmalı və onun bu manevrinin hərəkətin digər iştirakçıları üçün təhlükə yaradıb yaratmamasına əmin olmalıdır, məhz bu halda sürücü güzgüdən geriyə baxmaq vəzifəsi vardır. Lakin, düz xətli hərəkət zamanı sürücü avtomobilə arxadan və yaxud yandan arxa hissəsinin yan tərəfinə çırpılan maneəyə görə məsuliyyət daşıya bilməz. Cinayət işinin materiallarından görünür ki, Məhkum avtobusda hərəkət edərkən onun görünüş zonasında velosipedçi olmamış və onu görmək imkanı olmamışdır. Ona görə də hesab edir ki, iş üzrə yol nəqliyyat hadisələri ekspe rtizası qeyri obyektiv, qeyri-real parametrlər üzərindən keçirilmişdir. Ona görə də müdafiəçi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi B.zərərçəkmiş şəxsovanın, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi M.Kərimovun və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum kifayət qədər araşdırılma aparılmadan əsassız məhkum olunduğu bildirilir və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərba ycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 264-cü maddəsinə əsasən “Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdu dlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuli yyətini yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün süb utların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayə t törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilmə sindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı pr inisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət i şləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında həmçinin qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi,məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspe rtizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir.Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddəl ərinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı madd əsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə b ağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə saat 17-18 radələrində işdə olarkən həyat yoldaşı zəng edib oğlu zərərçəkmiş şəxs Kərimovun avtobus tərəfindən vurulduğunu və zərərçəkmiş şəxsi xəstəxanaya apardıqlarını bildirmişdir. Bundan sonra dərhal 1 saylı Mərkəzi xəstəxanaya getmiş, xəstəxanaya çatdıqda isə oğlu artıq vəfat etmişdir. Hadisə vaxtı həmin yerdə qızı X o lmuş vəX ona demişdir ki, qardaşı zərərçəkmiş şəxslə velosipedlə Ordubadi küçəsi ilə evinə tərəf, yəni şəhər istiqamətində gəlmişlər, X özü yolun sağ tərəfi, qardaşı zərərçəkmiş şəxs isə sol tərəfi ilə hərəkət etmişlər, həmin vaxt əks istiqamətdən 203 saylı avtobusun gəldiyini görmüş və avtobus zərərçəkmiş şəxsə yaxınlaşan anda zərərçəkmiş şəxs velosipeddən yerə yıxılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə saat 17:30 radələrində övladları ondan icazə alıb velosiped sürmək üçün küçəyə çıxdıqdan təxminən 3-5 dəqiqə sonra o, evin qonaq otağında olarkən yanındakı pəncərə açıq olduğundan küçədən nəqliyyat vasitəsinin tormoz səsini, ardınca isə qızı Şahid2 “zərərçəkmiş şəxs” deyərək qışqırığını eşitmişdi r. O, dərhal evdən küçəyə çıxmış evin darvazasından təxminən 1.5-2 metr uzaqlıqda sağ tərəfdə yolun hərəkət hissəsində oğlu zərərçəkmiş şəxs arxası üstə yerə yıxılmış vəziyyətdə olduğunu, velosipedin isə oğlunun ayaqlarının üstünə aşdığını, oğlunun yıxıldığı yerdən təxminən 4-5 metr irəlidə yolun hərəkət hissəsində 203 saylı avtobusun dayandığını görmüşdür. Bu vaxt yolda həmin avtobusdan başqa heç bir nəqliyyat vasitəsi olmamışdır. Həmin vaxt avtobusdan çoxlu sayda sərnişin enərək dayanıb baxmışlar. O, dərhal yerdə yıxılmış vəziyyətdə olan oğlu zərərçəkmiş şəxs götürüb evinə aparmış və divanın üzərində uzandırmışdır. Bu vaxt oğlu zərərçəkmiş şəxs tərpənməz vəziyyətdə qıc olmuş, başının arxa hissəsi qanlı, dodaqlarının kənarı isə göyərmiş vəziyyətdə olmuşdur. Onun ardınca qızı Şahid2 da evə gəlmişdir. Bundan sonra o, yenidən çölə çıxmışdır. Oğlunu evə gətirib çölə çıxmağı bir neçə saniyə ərzində baş vermişdir. Küçəyə çıxdıqdan sonra o, evin darvazasının girişində dayanıb oraya toplaşmış şəxslərdən oğlunu kimin vurması ilə bağlı soruşduqda yolun hərəkət hissəsində, darvazanın yanında dayanmış markasını bilmədiyi, sovet istehsalı, ağ rəngli avtomobilin yanındakı tanımadığı cavan oğlan ona uşağı avtobusun vurduğunu demişdir. Bundan sonra o, avtobus tərəfə çevrilmiş, bu vaxt həmin avtobusun sürücüsü ona tərəf gələrək “uşaq özünü avtobusa çırpdı” demişdir. Həmin avtobus sürücüsünü o, 203 saylı marşrut avtobusundan tez-tez istifadə etdiyindən əvvəllər bir neçə dəfə avtobusu idarə edərkən görmüş, lakin şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. O, qızı Xlə birlikdə maşına əyləş ib zərərçəkmiş şəxsi əvvəlcə Rəsulzadə qəsəbəsində yerləşən Məlikov adına xəstəxanaya, oradan isə Kliniki Tibbi Mərkəzə aparmışlar. Xəstəxanaya çatdıqda isə oğlu zərərçəkmiş şəxs Kərimov artıq vəfat etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Binəqədi rayonu ərazisində “6468” çağırışlı avtopatrulda xidmətdə olarkən polis İdarəsinin növbətçi hissəsindən xüsusi rabitə vasitəsi ilə göstəriş verilmişdir ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 203 marşrut avtobusunun son dayanacağına yaxınlaşsın. O, xidmət yoldaşı polis baş serjantı Şahid5lə birlikdə xidməti avtomobillə avtobusların son dayanacağına gəlmişdir, lakin bu vaxt dayanacaqda h eç kim olmamışdır. Onlar 203 saylı avtobusun marşrut xətti üzrə hərəkət edib yol-nəqliyyat hadisəsinin baş vermə yerini müəyyən etmək qərarına gəlmişlər və Ordubadi küçəsi ilə üzü şəhər istiqamətində hərəkət etmişlər. Bu vaxt qarşıdan içərisində sərnişinlər olan 203 saylı ağ rəngli avtobusun onlara doğru hərəkət etdiyini görmüşlər. Avtobusu saxlayıb sürücüdən yol nəqliyyat hadisəsi ilə bağlı maraqlandıqda həmin şəxs bildirmişdir ki, hazırki dövriyyədən qabaq Ordubadi küçəsi yeni yaşayış massivi istiqamətində hərəkət edərkən sərnişinlər bir nəfər velosiped sürən uşağın avtobusun arxasına dəydiyini bildirmişlər, özü çıxıb baxdıqda isə avtobusda heç bir izin olmadığını görmüş, elə başa düşmüşdür ki, velosiped sürən həmin uşaq hansısa başqa bir maneəyə toxunmuşdur. Bundan başqa sürücü bildirmi şdir ki, əgər uşaq onun maşınına dəysəydi, ən azından avtobusa yerləşdirib xəstəxanaya aparardı. Daha sonra sürücüyə hadisə yerini göstərməsini bildirmişlər, sürücü isə onları yeni yaşayış massivi istiqamətində təxminən 200-300 metr irəliyə gətirib yolun sağ kənarını göstərərək həmin yerin hadisə yeri olduğunu onlara demişdir. Onlar hadisə yerini müəyyən etdikləri ilə bağlı növbətçi hissəyə məlumat vermişlər, avtobusu yolun kənarında saxlamışlar, bir neçə dəqiqədən sonra hadisə yerinə müstəntiq və yol-patrul xidmətinin əməkdaşları gəlmişlər. Müstəntiq hadisə yerində ölçü işləri aparmışdır, onun iştirakı ilə protokol tərtib edilmiş və o, öz imzası ilə protokolu oxuyub təsdiq etmişdir. Avtobusu yol-patrul xidməti əməkdaşları dayanacağa yerləşdirmişlər, sürücüsü isə müstəntiqlə ə birlikdə ifa də vermək üçün İdarəyə getmişdir. Onlar da öz xidmətlərinə davam etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində xidmət yoldaşı Şahid4 ilə birlikdə Binəqədi rayonu ərazisində “6468” çağırışlı avtopatrulda xidmətini davam etdirmişdir, bu vaxt rayon polis idarəsinin növbətçi hissəsindən xüsusi rabitə vasitəsi ilə məlumat verilmişdir ki, xidməti ərazidə avtobusun adam vurması ilə bağlı yol nəqliyyat hadisəsi baş vermişdir. Onlara Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, Ordubadi küçəsində yerləşən 203 avtobusunun son dayanacağına getmələri ilə bağlı göstəriş verilmişdir. Onlar dərhal xidməti avtomobillə avtobus dayanacağına gəlmişlər, lakin, dayanacaqda heç kim olmamışdır. Bundan sonra 2 03 saylı avtobusun marşrut xətti üzrə yeni yaşayış massivi boyunca hərəkət edib qarşıya çıxan avtobusların sürücülərindən hadisə barədə məlumat əldə etmək qərarına gəlmişlər. Beləliklə, onlar xidməti avtomobillə Ordubadi küçəsi ilə üzü şəhərin mərkəzi istiqamətində hərəkət etmişlər, bir neçə dəqiqə sonra yeni yaşayış massivində qarşıdan 203 saylı ağ rəngli avtobusun onlara doğru gəldiyini görmüşdür. Onlar avtobusu saxlayıb hadisə ilə bağlı sürücüsündən soruşmaq qərarına gəlmişlər. Onlar avtobusu saxlamışlar, bu vaxt o, avtobusda sərnişinlər olduğunu görmüşdür. Sürücüdən həmin ərazidə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı soruşduqda sürücü söhbət əsnasında hazırki dövriyyədən qabaq idarə etdiyi avtobusla Ordubadi küçəsi ilə hərəkətdə olarkən avtobusdan tıqqıltı səsinin gəldiyini, daha sonra avtobusu saxlayıb ərtafına baxdığını, lakin heç nə aşkar etməyib yoluna davam etdiyini demişdir. Həmçinin bildirmişdir ki, heç kimi vurmamış, hadisə yerində özünə də kimsə demişdir ki, velosiped sürən uşaq avtobusa dəymişdir. Sürücü onları görüb çox qorxmuş və verdiyi sualları çətinliklə fasilələr verərək cavablandırmışdır. Onlar sürücüdən hadisə yerini göstərməsini xahiş etmişlər, adının “məhkum” olduğunu bildirən həmin sürücü onları yeni yaşayış massivi istiqamətində bir qədər irəliyə gətirib yolun sağ kənarını göstərərək oranın hadisə yeri olduğunu demişdir. Onlar isə növbətçi hissəyə ünvanı deyib hadisə yerini müəyyən etdikləri ilə bağlı məlumat vermişlər. Göstəriş əsasında avtobusu yolun kənarında saxladıb əlavə qüvvə gözləməyə başlamışlar. Bu vaxt o, sürücüyə demişdir ki, hadi sə ilə bağlı həqiqəti ona bildirsin. Lakin, məhkum yenə də dediyinin üstündə duraraq hərəkətdə olarkən avtobusdan tıqqıltı səsinin gəldiyini, saxlayıb avtobusa baxdıqda isə heç nə aşkar etmədiyi üçün yoluna davam etdiyini ona demişdir. Eyni zamanda özünün də hadisədən xəbərinin olmadığını, hadisə yerində kiminsə ona velosiped sürən bir nəfər uşağın onun idarə etdiyi avtobusa dəydiyini bildirməsini qeyd etmişdir. Həmin vaxt hadisə yerində azyaşlı uşaqlar dayanmış, o, həmin uşaqlardan hadisə ilə bağlı soruşduqda eşitdiklərinə görə velosipedin avtobusa dəydiyini demişlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə müstəntiq və yol-patrul xidmətinin əməkdaşları gəlmişlər. Müstəntiq hadisə yerində ölçmə işləri aparmışdır. Avtobus yol-patrul xidməti əməkdaşları tərəfindən dayanacağa yerləşdirilmiş dir. Sürücüsü isə müstəntiqlə birlikdə çıxıb getmişdir. Daha sonra o, xidmət yoldaşı Şahid4la rayon ərazisində xidmətini davam etdirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 13 sentyabr 2021-ci ildə saat 20 radələrində o, “Azadlıq” metrosunun yaxınlığında 203 saylı avtobusu gözləmişdir. Həmin ərazidə, o cümlədən yeni yaşayış massivində yaşayan sakinlərin əksəriyyəti bir-birini tanımışlar. O, duracaqda olarkən həmin yerdə toplaşmış insanların avtobus sürücüsü olan məhkumın qəza törətdiyi barədə aralarında danışdıqlarını eşitmişdir. O, məhkumı tanıdığı üçün bu məsələ ona da maraqlı gəlmiş və yaxınlaşıb bir neçə nəfərdən qəza ilə bağlı soruşmuşdur. Həmin vaxt ona demişlər ki, yeni yaşayış massivində məhkum avtobus idarə edərkən ve losiped sürən uşaqla qəza törətmişdir. O, məhkuma zəng edib qəza ilə bağlı özündən soruşmaq qərarına gəlmişdir. O, istifadəsində olan mobil nömrəsindən məhkumın mobil nömrəsinə zəng edib, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı soruşmuş, həmin telefon danışığı zamanı məhkum ona demişdir ki, 203 saylı avtobusla yeni yaşayış massivi ilə hərəkət edərkən bir nəfər velosiped sürən oğlan uşağı onun idarə etdiyi avtobusa çırpılmışdır. məhkumın dediyinə görə heç uşağın haradan gəldiyini, haradan çıxdığını görməmiş və vurduğunu belə hiss etməmişdir. Bir müddət sonra 41 saylı avtobusa əyləşərkən məhkumın həmin avtobusu idarə etdiyini görmüşdür. Həmin yol-nəqliyyat hadisəsindən uzun müddət keçdiyi üçün düşünmüşdür ki, artıq məhkumın işi həll olunub və qəza ilə bağlı məhkumdan heç bir söz soruşmam ış, bundan sonra məhkumla ünsiyyəti olmamışdır. Birinci instansiya məhkəməsində mütəxəssisin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, X7 onun qardaşı olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində o, yaşadığı evdə olarkən qardaşı ilə birlikdə velosiped sürmək üçün anası Şahid1 icazə alıb, velosipedlərini götürüb küçəyə çıxmışlar. Onlar avtomobil yoluna çıxaraq əvvəlcə üzü şəhərin mərkəzi istiqamətində velosipedlə hərəkət etmiş, daha sonra isə qayıdaraq şəhərin mərkəzindən yeni yaşayış massivi istiqamətində bir qədər hərəkət etmişlər. Bundan sonra yenidən üzü şəhərin mərkəzi istiqamətində velosipedlə o, yolun sağ, qardaşı zərərçəkmiş şəxs isə yolun sol tərəfi ilə hərəkət edərkən qarşıdan əks istiqamətdən ağ rəngli avtobusun gəldiyini görm üşdür. Avtobus onun sol tərəfindən keçəndən sonra evlərinə tərəfə boylananda qardaşı zərərçəkmiş şəxs sürdüyü velosipedlə birlikdə yolun hərəkət hissəsinin sağ kənarında yerə yıxılmış vəziyyətdə olduğunu, avtobusun isə qardaşının yanında dayandığını görmüşdür. O, qardaşı zərərçəkmiş şəxs hansı şəraitdə yıxıldığını görə bilməmişdir, çünki, qardaşı da velosipedlə Ordubadi küçəsi ilə yeni yaşayış massivindən üzü şəhərin mərkəzi istiqamətində onunla paralel olaraq, yəni qardaşı yolun sol, o, özü isə yolun sağ kənarı ilə hərəkət etmişdir, avtobusda onun sol tərəfindən keçdiyi üçün qardaşı zərərçəkmiş şəxs konkret hansı şəraitdə yıxıldığını o, görməmişdir. O, qardaşı zərərçəkmiş şəxs yerdə gördükdə qışqıraraq sonuncuya tərəf getmiş, bu vaxt avtobusdan çoxlu sayda insan enib həmin yerə toplaşmışl ar. Sonra yaşadığı evdən anası Şahid1 gələrək qardaşını evə aparmışdır. Bundan sonra isə qardaşını həmin yerdə olan şəxslərin köməkliyi ilə yol maşını ilə xəstəxanaya aparmışlar. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli, 608/MEŞ nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi rəyindən görünür ki, 2011-ci il təvəllüdlü X2 meyitinin 171 saylı ekspertizası rəyində yazılanlara, meyitdə aşkar edilmiş xəsarətlərin lokalizasiyasına, xarakterinə və mexanizminə, cinayət işi materiallarındakı məlumatlara, nəqliyyat vasitələrinin qarşılıqlı təmas nöqtələrinin dinamikasını və qərarda göstərilənləri nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: X2 meyitini n məhkəmə-tibbi ekspertizasına əsasən aşağıdakı bədən xəsarətləri aşkar edilmişdir: - sağ gicgah nahiyəsinin dərialtı hematoması. Sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə, toxumasına qansızmaları; döş qəfəsinin sağ yarısının bayır-arxa səthini əhatə edən geniş sahədə fasiləli sıyrıqları və sağ lll-Vİİİ qabırğaların sınıqları; sağ çiyin qurşağı - bazu nahiyəsinin ön səthini və sağ dirsək oynağını əhatə edən geniş ölçüdə qançırı. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən ölümündən az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, ölümlə bilavasitə sə bəbli əlaqələri vardır. X2 meyitində aşkar edilmiş xəsarətlərin lokalizasiyasını, xarakterini və onların velosipedçidə yaranma xarakteristikasını nəzərə alaraq demək olar ki, o velosipedi idarə edərkən oturaq və ya yarımoturaq vəziyyətdə olmuş və ona qarşı hərəkətdə olan vaqon tipli nəqliyyat vasitəsinin, ola bilsin avtobusun yan-arxa qanadının ilkin kontakt zərbəsi onun başının, döş qəfəsinin və yuxarı ətraflarının sağ yarısı ilə təması nəticəsində baş vermişdir. Hadisənin dinamikasına uyğun olaraq velosipedçinin meyitində aşkar edilmiş xəsarətlərlə ön qarşılıqlı istiqamətdə hərəkətdə olan avtobusun sağ yan-arxa qanadı ilə zərbə trayektoriyası mütənasiblik təşkil edir. Hadisə gedişinin bərpasında situasiyadan asılı olaraq X2 meyitində olan bədən xəsarətləri velosipedçi ilə avtobusun üzbəü z yan qarşılıqlı toqquşma vəziyyətində yaranmasına daha uyğundur və perpendikulyar toqquşma inkar olunur. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli, 8/1806 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “SAZ NP37” markalı, 99- VS-264 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeid edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 11-ci bəndinin tələblərinə əsasən mexaniki nəqliy yat vasitəsinin sürücüsü yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının — uşaqların, əlilliyi olan şəxslərin, qocaların, velosipedçilərin və kiçik elektrik nəqliyyat vasitələri sürücülərinin təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən görmə qabiliyyəti tam məhdud olan piyadanın siqnalı ilə (siqnal — ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış b ütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxs X8 məhkəmə iclaslarında özünü təqsirli bilməməsi barədə verdiyi ifadələr cinayət işi materialları ilə də təkzib olunur və özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından da göründüyü kimi Məhkum ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında Azərbaycan Respublikası CPM-nin 125, 143146-cı maddələrinin tələblərinə uyğun ola raq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, həmçinin işdə olan digər sübutlarla tam təsdiq olunmuş və Məhkum tərəfindən ittiham olunan cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən cəza təyin edilərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakterini, məhkumun şəxsiyyəti düzgü n nəzərə alınmış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin edilmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli q ərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpa sı, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunark ən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədal ət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayətlərinin tərkibinin mövcud olması nəticəsinə gəlinərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar