Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1851/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əfqan Hacıyev (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Telman Hüseynov) 1(102)-438/2022 nömrəli 02 mart 2022-ci il tarixli hökmü ilə xx xxxx 1976-cı il tarixdə Ermənistan SSR-in Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-in 46-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 7 (yedd i) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmış, xx xxxxxx 1978-ci il tarixdə Ermənistan SSR-in Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-in 46-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkm ə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin “cia.az” xəbər portalının (VÖEN № **********) 100 faiz payla təsisçisi, eyni zamanda, həmin Cəmiyyətin direktoru olmaqla, faktiki redaktor vəzifələrini icra edən Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin mart ayının ortalarında Qusar Dövlət Ləzgi Dram Teatrın direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar törətməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək, qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı özü və Məhkum2 tərəfindən edilən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edi lməməsi barədə özünə, habelə Məhkum2 müraciət etmiş Zərərçəkmiş şəxs5la istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Məhkum2la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs5 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 3.000 (üç min) manat məbləğində pul vəsaitinin verilməli olmasını deyib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam etdirməklə, həmin məbləği 500 (beş yüz) manata razılaşıb, 2020-ci ilin mart ayının ortalarında müə yyən edilməyən gündə Zərərçəkmiş şəxs5 Bakı şəhərində yaşayan qardaşı X2 ilə Bakı metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında görüşüb Zərərçəkmiş şəxs5 məxsus 500 (beş yüz) manat pulu ondan almaqla Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq, 2020-ci ilin avqust ayında Bakı şəhər Təcili Tibbi Yardım stansiyasının 15 saylı TTY bölməsinin müdiri vəzifəsində işləyən X3 xidməti istifadəsində olan ***-***-**-** saylı telefonuna zəng edərək rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, işçilərdən qanunsuz pullar toplaması, özbaşınalıqlar törətməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmaçı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək, bu məsələlərin aydınlaşdırılması üçün onu “cia.az” xəbər portalının Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4-cü mərtəbəsindəki ofisinə dəvət edib Məhkum2la birlikdə qəbul edərək əllərində onu qəsdən hörmətdən salan rüsvayedici məlumatların olmasını və həmin məlumatları yayacağı hədəsini sonuncu ilə birlikdə təkrarən bildirdikdən sonra “ci a.az” internet səhifəsində barəsində heç bir məqalənin yazılmamasına dair özünə və Məhkum2 müraciət edən Arif Yusifova həmin görüş zamanı qeyd edilən məqalənin mətbuatda yazılmamasından ötrü 1.000 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan hədə-qorxu ilə tələb edib, 2020-ci ilin avqust ayında müəyyən edilməyən gündə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4- cü mərtəbəsindəki ofisində Arif Yusifova məxsus 1.000 (bir min) manat pulu almaqla Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 1.000 (bir min) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olduğu Məhkum2 vasitəsi ilə sonuncunun istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, ayrıayrı şəxslərdən rüşvət alması barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bild irərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı Məhkum2 tərəfindən edilən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə Məhkum2 müraciət etmiş Zərərçəkmiş şəxs3la ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Məhkum2la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs3 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 300 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam etdirməklə, həmin məbləği 200 manata razılaşdırıb, 2020-ci ilin yay aylarında ünvan 5 ünvanında yerləşən Kliniki Tibbi Mərkəzin girişində olan gözətçi otağından xəstəxananın gözətçisinə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş sonuncuya məxsus 200 (iki yüz) manat pulu almaqla Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəs aitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar törətməsi barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı aralarındakı bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifə li şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs6la telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Məhkum2la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs6 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 500 (beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən hədə- qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstə rən Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin mart ayınınəvvəlində Xızı rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya rayonun Sitalçay kənd sakinlərinin Təhsil şöbəsinin müdiri kimi dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, həmin pulların hesabına nikahdan kənar münasibətdə olduğu qadın üçün qeyd edilən kənd ərazisində fərdi yaşayış evi tikdirməsi və dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşd ırmacı jurnalist kimi bu barədə cia.az xəbər portalında məqalə dərc edəcəyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən bir neçə gün sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1lə istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Məhkum2la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs1 barəsində olan məlumatları cia.az xəbər portalında dərc edilməməsindən ötrü 1.000 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə həmin məbləği 500 (beş yüz) manata razılaşdırıb, xx.xx.2021-ci il tarixdə, saat 17:46-da zəng etdiyi ***-***-**-** nömrəsindən sms vasitəsi ilə istifadəsində olan plastik bank kartının 16 rəqəmli nömrəsini (4169 7579 1225 3717) göndərib pulun həmin kart hesaba göndərilməsini tələb edib həmin gün Oktay Səfərli tərəfindən 500 (beş yüz) manat pulun həmin hesaba göndərilməsinə nail olmaqla Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Məhkum2 ilə cinayət əl aqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayında Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, işçilərdən qanunsuz pullar tələb etməsi və bu pullar hesabına dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc edəcəyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini de dikdən sonra və bu barədə aralarındakı bir neçə telefon danışıqlarından sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs4la istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Məhkum2la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs4 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 200 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə- qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, b ir neçə gündən sonra Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4-cü mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs4 qardaşı Şahid 200 (iki yüz) manat almaqla Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs4 məxsus 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Məhkəmə hökmünə əsasən Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgə əmlakını təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Belə ki, o, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin – “c ia.az” xəbər portalının (VÖEN № **********) faktiki redaktoru olmaqla həmin Cəmiyyətin təsisçisi və direktoru olan Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin mart ayının ortalarında Qusar Dövlət Ləzgi Dram Teatrın direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 Məhkum1la birlikdə sonuncunun istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib işlədiyi mətbuat qurumunun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar tö rətməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı özü və Məhkum1 tərəfindən edilən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə, habelə Məhkum1 müraciət etmiş Zərərçəkmiş şəxs5la ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Məhkum1la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs5 barəsində olan məlumatları “cia.az” xəbər por talında dərc edilməməsindən ötrü 3.000 (üç min) manat məbləğində pul vəsaitinin verilməli olmasını deyib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam etdirməklə, həmin məbləği 500 (beş yüz) manata razılaşıb, 2020-ci ilin mart ayının ortalarında müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs5 Bakı şəhərində yaşayan qardaşı X2 ilə Bakı metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında görüşüb Zərərçəkmiş şəxs5 məxsus 500 (beş yüz) manat pulu ondan almaqla Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Məhkum1 ilə cinayə t əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib işlədiyi mətbuat qurumun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, ayrı-ayrı şəxslərdən rüşvət alması barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı tərəfindən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs3la ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Məhkum1la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs3 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 300 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam et dirməklə, həmin məbləği 200 manata razılaşdırıb, 2020-ci ilin yay aylarında ünvan 5 ünvanında yerləşən Kliniki Tibbi Mərkəzin girişində olan gözətçi otağından xəstəxananın gözətçisinə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş sonuncuya məxsus 200 (iki yüz) manat pulu almaqla Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında Lənkəran Dövlət Dram Teatrının dire ktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs6 Məhkum1 tərəfindən istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar törətməsi barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı aralarındakı bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə və Məhkum1 müraciət etmiş Zərərçəkmiş şəx s6la telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Məhkum1la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs6 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 500 (beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin mart ayının əvvəlində Xızı rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olduğu Məhkum1 tərəfindən istifadəsində olan ******-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya rayonun Sitalçay kənd sakinlərinin Təhsil şöbəsinin müdiri kimi dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, həmin pulların hesabına nikahdan kənar münasibətdə olduğu qadın üçün qeyd edilən kənd ərazisində fərdi yaşayış evi tikdirməsi və dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə cia.az xəbər portalında məqalə dərc bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini Məhkum1la birlikdə dedikdən bir neçə gün sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə və Məhkum1 müraciət etmiş Zərərçəkmiş şəxs1lə ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Məhkum1la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs1 barəsində olan məlumatları cia.az xəbər portalında dərc edilməməsindən ötrü 1.000 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, sonuncu həmin məbləğə maddi c əhətdən imkanı çatmadığını bildirdikdə isə həmin məbləği 500 (beş yüz) manata razılaşdırıb, Məhkum1 tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 17:46-da 050- ***-**-** nömrəsindən sms vasitəsi ilə istifadəsində olan plastik bank kartının 16 rəqəmli nömrəsini (4169 7579 1225 3717) göndərib pulun həmin kart hesaba göndərilməsini tələb edib həmin gün Oktay Səfərli tərəfindən 500 (beş yüz) manat pulun həmin hesaba göndərilməsinə nail olmaqla Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi il ə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayında Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 qabaqcandan əlbir olduğu Məhkum1 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, işçilərdən qanunsuz pullar tələb etməsi və bu pullar hesabına dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc edəcəyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra və bu barədə aralarındakı bir neçə telefon danışıqlarından sonra dövlət qurumunun vəzifəli ş əxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə və Məhkum1 müraciət etmiş Zərərçəkmiş şəxs4la ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Məhkum1la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs4 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 200 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, bir neçə gündən sonra Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4-cü m ərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs4 qardaşı Şahid 200 (iki yüz) manat almaqla Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs4 məxsus 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi) Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 1(103)-844/2022 nömrəli 26 may 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)-438/2022 saylı hökmü dəyişdirilmiş, hökmü ilə Məhkum1 əsas cəza kimi təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum2 əsas cəza kimi təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan m əhrum etmə cəzası 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum1 müdafiəçisi Müdafiəçi1 Məhərrəm oğlu və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardan narazı qalan Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarın ləğv edilməsini və barələrində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini, yaxud barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti olaraq hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi Məsələlər: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş ayrı-ayrılıqda kassasiya şikayətləri üzrə işə baxılması 06 dekabr 2022ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək məhkumlar Məhkum1 və Məhkum2 ərizələri daxil olmuşlar. Hər iki məhkum ərizələrində müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin geri götürmələrini bildirmişlər. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malik dir. Məhkəmə kollegiyası məhkumların ərizələri ilə əlaqədar dövlət ittihamçısının fikrini dinləyib kassasiya şikayətləri yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1 və Məhkum2 ərizələri təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1851/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1851/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver