Məhkəmə qərarları › İş №1(102)-1852/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1852/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1852/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum və onun müdafiəçisi Müdafiəçi1, Məhkum qanuni nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-883/2023 nömrəli, 12 may 2023-cü il ta rixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Zavağzal küçəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki olaraq yaşamışdır. 2. 19 avqust 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 sentyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sür ülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2019-cu ilin avqust ayında anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona baxarkən “Tik-tok” və digər sosial şəbəkələrdə anasının müxtəlif kişi cinsli şəxslərlə intim əlaqədə olması barədə yazışmalar aparmasını görüb bu barədə atası Qanuni nümayəndə məlumat verməklə anasının bu hərəkətlərinə görə valideynləri Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 23 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında boşandıqdan sonra atası ilə birlikdə yaşayarkən 2020-ci ilin yay aylarından etibarən anasının yüngül həyat tərzinə görə təhsil aldığı məktəbdə və qonşuluqda yaşayan həmyaşıdlarının ona mütəmadi irad bildirməl əri ilə əlaqədar anasının əxlaqsızlığı namusuna, həmyaşıdları və qohumları arasında nüfuzuna ləkə gətirdiyini hesab edib qisas almaq niyyəti ilə anası Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə o, 19 aprel 2022-ci il tarixdə, saat 20:05də özünə məxsus ***-***-**-** nömrəli mobil telefondan anası Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəli mobil telefona mesaj yazaraq növbəti gün, yəni 20 aprel 2022-ci il tarixdə, saat 12 radələrində sonuncunu ünvan 2 ünvanında yerləşən Kapital Bankın yaxınlığına görüşə çağırmış və niyyətini həyata keçirmək üçün 20 aprel 2022-ci il tarixdə, saat 11 radələrində babası Şahid7 Vaqif oğlunun yaşadığı mənzilin mətbəxindən dəstəyi qəhvəyi, tiyəsi gümüşü rəngli mətbəx bıçağını götürərək məktəbli çantasına qoyub anası ilə görüşə getmişdir. H əmin gün saat 12 radələrində ünvan 2 ünvanının yaxınlığında anası Zərərçəkmiş şəxs ona yaxınlaşan zaman o, əvvəlcədən özü ilə götürdüyü mətbəx bıçağını çantasından çıxarıb anası Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi qarın nahiyəsinə qəsdən zərbələr endirərək daxili qanaxma ilə müşayiət olunmaqla ölümünə səbəb olan qarnın sol yarısının yan divarının sol boşluğuna nüfuz edən 2 ədəd, mədə böyük piylik və bağırsaqları zədələyən qarın divarının 1 ədəd, ümumilikdə 3 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları və yetirildiyi anda həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-245/2023 nömrəli, 14 fevral 2023cü il tar ixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 20 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə təqsirli bilinməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum ed ilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cinayət hadisəsi Məhkum qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində baş vermişdir. Məhkum dəfələrlə həm ibtidai istintaqında, həm məhkəmə istintaqında anası Sevinc Məmmədovanı öldürmək niyyətində olmadığını, anasının müxtəlif şəxslərlə intim xarakterli yazışmalar aparmasını bildiyindən və həmyaşıdlarının ona bu barədə mütəmadi irad tutduğundan, nəticədə mənəvi işgəncəyə məruz qaldığından anasına xəsarət yetirməklə cəzalandırmaq qərarına gəlmişdir. Hətta anası Sevinc Məmmədovanı vurduqdan sonra o, anasına köməklik göstərilməsi üçün dərhal yaxınlıqda yaşayan babasının evinə gedib anasına tibbi yardım göstərilməsini ailə üzvlərindən xahiş etmişdir. Həmin vaxt atası polis əməkdaşları ilə əlaqə saxlamış, təqsirlən dirilən şəxs Məhkum polis bölməsinə gətirmək istədiyini bildirdikdə, polis əməkdaşları özləri mənzilə gəlib sonuncunu götürmüş və polis bölməsinə aparmışlar. Məhkəmə baxışı zamanı ifadəsi alınmış ailə üzvlərinin, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsindən də göründüyü kimi Məhkum hələ uşaq vaxtından psixoloji və nevroloji xəstəliklərdən əziyyət çəkmiş, həmin xəstəliklərdən yaranan situasiyada anasının hərəkətlərini və həmyaşıdlarının ona mütəmadi iradlarını qəbul etmək iqtidarında olmadığı üçün anasını cəzalandırmaq qərarında gəlmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-883/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-245/2023 nömrəli, 14 fevral 2023-cü il tarix li hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçisi onları olduğu kimi təkrarlamaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-883/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegi yası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməs i yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yax ud dəyişdirilə bilər.

15. Müdafiəçi1 kassasiya şikayətində Məhkum əməlinin tövsifini və cəzasını mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-883/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələ rkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İ nsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

19. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, bu dəlillər bütövlükdə həmin şik ayətin araşdırması nəticəsində qəbul etdiyi apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.

20. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.

21. Hazırki kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

22. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

24. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.

25. Odur ki, məhkəmə kollegiy ası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-883/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-883/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar