Məhkəmə qərarları › İş №1(102)-1853/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1853/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1853/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyu l 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Süleyman Ağayev) 1(008)17/2022 nömrəli, 31 mart 2022-ci il tarixli hökmü ilə 31 avqust 1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək o, CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3cü maddəsinə əsasən məhkəmə baxışınadək tutulduğu 1(bir) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 31 mart 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 mart 2021-ci il tarixdə saat 02:30 radələrində ünvan 3 ünva nında yerləşən Zərərçəkmiş şəxs1 məxsus meyvə-tərəvəz mağazasının plastik materialdan olan qapısını dəmir alətlə açıb saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq mağazada yerləşən dolabdakı bankanın içərisindən ümumilikdə 500 manat olan 50 qəpiklərdən ibarət pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 mart 2021-ci il tarixdə saat 22 radələrində ünvan 4 ünvanında yerləşən X1 məxsus yaşayış sahəsinin yanında yerləşən saxlanc yeri hesab olunan yardımçı tikilinin qapısının üzərində olan asma qıfılı dəmir alətlə sındırıb saxlanc yerinə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində “Samsung” markalı monitoru, dəyəri 100 manat olan 40 metr uzunluğunda el ektrik naqilini, ümumilikdə dəyəri 132 manat olan və hər birinin dəyəri 22 manat olmaqla 06 ədəd çay qutusunu, dəyəri 200 manat olan divan örtüyü dəstini, ümumilikdə dəyəri 40 manat olan və hər birinin dəyəri 10 manat olmaqla 04 ədəd vedrəni gizli olaraq talayıb zərərçəkmiş şəxs X1 672 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,111 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 02 aprel 2021- ci il tarixdə, saat 08:30 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 14 saylı binanın qarşısında saxlanılaraq 13-c ü PB-nə gətirilmiş və bölmədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 1,111 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının sədrlik edən və məruzəçi hakim Kamran Əkbərov, hakimlər Elmar Rəhimov və Faiq Qasımovdan ibarət tərkibdə) 1(103)-986/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2022-ci il tarixli qərarı ləğv edilməsi və onun barəsində cinayət işini n icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Rəşad Hüseynov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və mülahizələrə əsaslanmışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq birinci instansiya məhkəmənin hökmünü qüvvədə saxlamışdır. Zərərçəkmiş şəxs1 məxsus meyvə-tərəvəz dükanının qapısını dəmir alətlə açıb mağazaya daxil olmaqla, oradan oğurluq etməsini sübut edəcək hər hansı dəlil yoxdur və qeyd edilən oğurluq hadisələrinin məhkum tərəfindən törədildiyini təsdiq edəcə k video görüntülər də mövcud deyildir. İttihamda əksini tapan narkotik maddənin ona heç bir aidiyyəti yoxdur, müstəntiqin xəyal görüntüsünün nəticəsidir. Zərərçəkmiş şəxslərin göstərdikləri obyektlərdən onun tərəfindən oğurluq edilməsi mümkün deyil, çünki bu dövrdə həbsdə olmuş və qeyd olunan cinayətləri törədə bilməzdi. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3. o cümlədən 234.1-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl etmədən məhkumun ittiham olunduğu cinayətdə təqsirli hesab olunması barədə mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamamı ş və mövcud sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyini qiymətləndirmədən işin faktiki hallarına uyğun olmayan məhkəmə qərarı qəbul edilmişdir. Bununla da, Azərbaycan Respublikası CPM-in 351 və 353-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, onun təqsiri sübuta yetirilmədiyinə baxmayaraq o, əsassız olaraq məhkum edilmişdir. Məhkəmə kollegiyası kassa siya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təq ibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun həmin cinayət əməllərini törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi ifadə, zərərçəkmiş və şahidlərin ifadələri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutla və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayis əli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, kassator şikayətində 2021-ci ildə oğurluq hadisələri vaxtı həbsdə olduğunu bildirmişdir. Lakin, hazırki cinayət işinin materiallarından görünür ki, Məhkum 02 aprel 2021-ci ildə tutulmuş və bundan sonra onun barəsində həbs qətimkan tədbiri tətbiq edilmişdir. Oğurluq cinayətləri törədildiyi vaxt – 2021-ci ilin mart ayının 10 və 16-da Məhkum həbsdə olması barədə cinayət işinə heç bir sənəd və sübut əlavə edilməmiş, bu halı təsdiq etmək üçün müdafiə tərəfi heç bir vəsatət də verm əmişdir. Məhkum kassasiya şikayətindən görünür ki, dəlillərindən biri də apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İş materiall arından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X3 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Beləliklə də, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, onun CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi birinci instansiyası məhkəməsində tədqiq edilmiş sübutlarla tam təsdiq olunur, kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun tə qsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində tam sübuta yetirildiyindən barəsində cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsində məhkumun apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgü n nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya şıkayətinə baxaraq kassasiya şikayətinin dəlillərinin əsasını təşkil edən məsələləri, yəni məhkumun cinayət törətməkdə təqsirinin sübuta yetirilib-yetirilməməsini obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəti cələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar