Məhkəmə qərarları › İş №1(102)-1855/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1855/2022

02.11.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1855/2022 02.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Məhkum – Məhkum1, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Abasov Zaur Vaqif oğlunun iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından məhkumların müdafiəçisi Abbasov Zaur Vaqif oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü ilə (hakim Vusal Qurbanov) xx.xx.1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən, əlavə cəzanı isə tamamilə toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan mə hrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 03 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. xx.xx.1971-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 2 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2 (iki) il mü ddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən, əlavə cəzanı isə tamamilə toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 03 avqust 2021-ci il tarixdən hesablanması, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Müt əşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 14.000 manat pul vəsaitinin Məhkum2 qaytarılması, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd “İPhone” markalı mobil telefonun Məhkum1 qaytarılması hökm edilmişdir. Hökmdən Məhkum1 müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlu və Məhkum2 müdafiəçisi Abasov Zaur Vaqif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, Mirzəli Əbdüləli oğlu Abbasov və Ramin Afad oğlu Qaraqurbanlıdan ibarət tərkibdə) 08 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından məhkumların müdafiəçisi Abbasov Zaur Vaqif oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmünə əsasən, Məhkum1 ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək gəlir və sai r üstünlük əldə etmək məqsədi və tamah niyyəti ilə karantin rejimi dövründə ünvan 3 ünvanında yerləşən «İnfiniti Pub» adlı kluba müxtəlif şəxsləri mühafizəçi, xidmətçi, barmen qismində işə götürməklə həmin klubun qanunsuz fəaliyyət göstərməsinə şərait yaratmış, həmin klubda müxtəlif sayda müştərilərin gecə saat 00.00dan gecə saat 04.00 radələrində qədər sosial məsafə gözləmədən mütəmadi qarşılıqlı ünsiyyətdə olmalarına və çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə etmələrinə şərait yaratmış, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli, 120 nömrəli Qərarının, Nazirlər Kabine tinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» 15 may 2020-ci il tarixli, 176 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» 16 yanvar 2021-ci il tarixli, 09 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə» 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərarının və Naz irlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə» 22 iyul 2021-ci il tarixli, 220 nömrəli Qərarının tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 avqust 2021-ci il ta rixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanında yerləşən «İnfiniti Pub» adlı kluba baxış keçirilmiş, baxış zamanı həmin klubun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarını pozmaqla gecə saat 24.00-dan sonra fəaliyyət göstərməsini təsdiq edən kassa qəbzləri, eləcə də çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqları aşkar edilib götürülmüşdür. Həmçinin, Məhkum2 ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək gəlir və sair üstünlük əldə etmək məqsədi və tamah niyyəti ilə karantin rejimi dövründə ünvan 3 ünvanında yerləşən «İnfiniti Pub» adlı kluba müxtəlif şəxsləri mühafizəçi, xidmətçi, barmen qismində işə götürməklə həmin klubun qanunsuz fəaliyyət göstərməsinə şərait yaratmış, həmin klubda müxtəlif sayda müştərilərin gecə saat 00.00-dan gecə saat 04.00 radələrində qədər sosial məsafə gözləmədən mütəmadi qarşılıqlı ünsiyyətdə olmalarına və çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə etmələrinə şərait yaratmış, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli, 120 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Azərbaycan Re spublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» 15 may 2020-ci il tarixli, 176 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» 16 yanvar 2021-ci il tarixli, 09 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə» 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərarının və Nazirlər Kabinetinin «A zərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə» 22 iyul 2021-ci il tarixli, 220 nömrəli Qərarının tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 02 avqust 2021-ci il tarixdə həyata keçiril miş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanında yerləşən «İnfiniti Pub» adlı kluba baxış keçirilmiş, baxış zamanı həmin klubun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarını pozmaqla gecə saat 24.00-dan sonra fəaliyyət göstərməsini təsdiq edən kassa qəbzləri, eləcə də çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqları aşkar edilib götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum1 müdafiəçisi Zaur Abbasov tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir və bunun nəticəsi olaraq Məhkum1 əsassız olaraq ittiham edilmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi məhkumun əməlinin tövsifi düzgün edilməmiş, ona aidiyyəti olmayan maddələrlə ittiham elan olunmuş və əsassız şəkildə həmin ittiham üzrə ədalətsiz cəzaya məhkum edilmişdir. Məhkum edilmiş Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələrinin tərkib əlamətləri mövcud deyil. Birinci və apellyasiya instansiya məhkəmələri hökm və qərarında ona qeyd edilən maddələrlə elan olunan ittihamın hansı dəlillərlə sübuta yetirildiyini göstərə bilməmişlər. Yalnızca elan olunan ittihamda Məhkum1 adına olan ********** nömrəli VÖEN-i qeyd etməklə qeyd olunan maddələrin tərkib əlamətlərinin mövcudluğunu əsaslandırmağa çalışmışlar. Lakin iş materiallarından görünür ki, ********** nömrəli VÖEN-in, ümumiyyətlə, ünvan 3 ünvanında yerləşən «İnfiniti Pub» adlı kluba, həmin klubda həyata keçirilən sahibkarlıq fəaliyyətinə, o cümlədən klubda çalışan personala heç bir aidiyyəti yoxdur. Digər tərəfdən hökm və qərarda Məhkum1 ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə «İnfiniti Pub» adlı həmin kluba müxtəlif şəxsləri mühafizəçi, xidmətçi və barmen qismində işə götürdüyü vurğulanır. Bunun ziddinə olaraq, məhkəmə elə eyni hökmdə cinayət işinin İİ cildinin 120-127ci vərəqələrində olan “Əmək müqaviləsinin bağlanması” ilə bağlı əmək müqaviləsi bildirişlərinə istinad edərək X1, Şahid12, Şahid15 oğlunun, Şahid17, Şahid14, Şahid6 və Şahid7 digər təqsirləndirilən şəxs Məhkum2 ilə əmək müqaviləsi bağladıqlarını və işəgötürən qi smində Məhkum2 olmaqla müxtəlif vəzifələrə işə qəbul edildiklərini göstərmişdir. Həmçinin, ünvan 3 ünvanında yerləşən «İnfiniti Pub» adlı klubun Məhkum1 ilə heç bir hüquqi və ya xidməti bağlılığı yoxdur. İş materiallarından da görünür ki, haqqında söz açılan ictimai iaşə obyekti ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məhkum2 tərəfindən tamam başqa şəxsdən icarəyə götürülmüş, yəni, icarə müqaviləsi Məhkum1 ilə deyil, obyektin əsl sahibi ilə bağlanmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin qərarının Məhkum1 mənafelərinə aid hissədə qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməsini, ona CM-nin 139-1.1 və 308.1-ci maddələri ilə elan olunmuş ittihamlarla bağlı əməlində cinayət tərkibi olmadığından, CPM-nin 39.1.2-ci madd əsində göstərilən əsaslarla bəraət verilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Zaur Abbasov tərəfindən verilmiş digər kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum2 tərəfindən CM-nin 308.1-ci maddəsinin dispozisiyasında mətnində göstərilən əməli törətməmiş və bu əməlin onun tərəfindən törədilməsi sübut edilməmişdir. Belə ki, Məhkum2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, gecə saat 23:30dan sonra içəri müştəri buraxılmamış və çox zaman mühafizəçilər, həmçinin ofisiantlar içəridə içkili vəziyyətdə olan müştərilərin son ödənişlərinin həyata keçirilməsi və onların obyektdən çıxarılması ilə məşğul olduqlarından yuxarıda qeyd olunduğu kimi kassaya ödənişləri bəzi hallarda gecə saat 00:00-dan sonra aparılmışdır. Jamal X3 işləyən xidmətçi, barmen, mühafizəçilərin həmin saatlard a təhvil-təslimlə bağlı klubda olmalarını da qanun pozuntusu hesab etməmişdir. Lakin, məhkəmə iclası zamanı bu əməllərin CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan qanun pozuntusu kimi qiymətləndirildiyini görüdükdə, artıq Məhkum2 məhkəmədən azadlıqdan məhrum edilməsi ilə bağlı olmayan cəzanın ona təyin edilməsini xahiş etmişdir. Digər tərəfdən, Məhkum2 CM-nin 308.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi də tam əsassız olmuşdur. Belə ki, Məhkum2 vəzifəli şəxs olmamış, o hansısa səlahiyyətlərindən sui-istifadə etməmiş, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmamışdır. Ona bu maddə ilə ittiham irəli sürülməsi əsassızdır. Məhz bu səbəbdən də, bu maddə irəli sürülmüş ittihama xitam verilməli dir. Odur ki, göstərilənləri nəzərə alaraq, kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin qərarının Məhkum2 aid hissədə ləğv edilməsini, CM-nin 308.1ci maddəsinin ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməsi və həmin hissədə işə bəraətverici əsaslarla xitam edilməsini, CM-nin 139-1.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının cərimə cəzası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Z.V.Abasov çıxış edərək, hər iki kassasiya şikayətini müdafiə etdiyini, hüquqlarını müdafiə etdiyi Məhkum1 ümumiyyətlə ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini, həmin ünvanda fəaliyyət göstərməməsini, həmin obyektin ona heç bir aidiyyəti olmadığını, hüquqlarını müd afiə etdiyi digər şəxs Məhkum2 məhkəmələrdə ona qarşı heç ifadənin olmadığını, hər iki şəxsin himayəsində azyaşlı uşaqlarının olduğunu, onların 2-ci Qarabağ müharibəsində həm hərbçilərin ailələrinə, həm də şəhid ailələrinə çoxlu yardımlar etdiyini bildirib, kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum1 çıxış edərək, əməlində pandemiya qaydalarının pozulması halının olmadığını, qeyd olunan obyektlə bağlı ümumiyyətlə VÖEN hesabının olmadığını, bu səbəbdən ona qarşı CM-nin 308-ci maddəsi ilə bağlı ittiham irəli sürülməsini əsassız hesab etdiyini, obyektdə qəlyandan istifadə edilməsi ilə bağlı ittihama münasibətdə dəfələrlə qəlyan avadanlıqlarının ekspertiza olunmasını təklif etməsinə baxmayaraq ekspertiza edilmədiyini, qeyd olunan kassa qəbz lərinin hər zaman obyekt bağlandıqdan sonra, yəni saat 24:00-dan sonra sistemə vurulduğunu, beşi azyaşlı olmaqla altı övladının olduğunu, atasının yaşlı olduğunu bildirib, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələri ilə təqsirliliyinin cinayət işinin materialları ilə sübuta yetirildiyini, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, kassasiya şikayətlərinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 08 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qər arını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətlərində məhkumlar N.C.Jamal və Məhkum1 təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyinə, şəxslərin təqsirliliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, ziddiyyətli sübutlara istinad olunmasına, müdafiə tərəfinin qaldırığı çoxsaylı vəsatətlərə məhkəmələr tərəfindən baxılmamasına, bununla da, məhkumlar barəsində qeyri-qan uni və əsassız ittiham hökmü çıxarılmasına istinad edərək, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1 (məhkəmənin sübutların tətqiqindən əsassız imtina etməsi), 416.1.2 (məhkəmənin bu Məcəllənin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsi) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən tələblər baxımından müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən ləğv edilərək, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Ümumilikdə Cinayət Məclləsinin 139-1.1-ci maddəsinin tətbiqi ilə əlaqədar məhkəmə təcrübəsində fərqli yanaşmaların mövcud olmasını nəzərə alaraq, kassasiya məhkəmə kollegiyası hesab edir ki, vahid məhkəmə təcrübəsi fomalaşdırılması məqsədilə həmin normanın tərkib əlamətlərinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müv afiq oxşar norma ilə müqayisəli şəkildə şərh edilməsi məqsədə müvafiq olar. Belə ki, Məhkum2 və Məhkum1 təqsirli bilindiyi, “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” cinayətinin əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məclləsinin 139-1.1-ci maddəsinin dispozisiyası aşağıdakı məzmundadır: “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda – Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində də “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” inzibati məsuliyyətə səbəb olan inzibati xəta kimi təsbit edilmişdir. Həmin maddə aşağıdakı məzmun dadır: “Maddə

211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması 211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması..... 211.2. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması... İnzibati Xətalar Məcəlləsinin inzibati xətanın əsas tərkibini təsbit edən 211.1-ci maddəsinin dispozisiyasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin dispoziyası ilə müqayisəsindən görünür ki, hər iki norma blanket quruluşa malikdir və istər cinayət məsuliyyətinin, istərsə də, i nzibati xətaya görə məsuliyyətin yaranması üçün şəxsin epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena, karantin rejimlərini tənzimləyən konkret hüquqi aktın tələbini pozması müəyyən edilməlidir. Lakin, həmin maddələrin müqayisəsindən o da aydın olur ki, normaların yuxarıda qeyd edilən cəhət nöqteyi-nəzərindən oxşar olmasına baxmayaraq, qanunverici “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması”na görə cinayət məsuliyyətinin və inzibati məsuliyyətin yaranmasının əsaslarını dəqiqliklə fərqləndirmişdir. Belə ki, cinayət xarakterli “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” ilə inzibati xətanı fərqləndirən əsas əlamət birinci halda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena, karantin rejimi qaydalarının pozuntusunun xəstəliklərin yayılmasına səbəb olması və yaxud onların yayılması üçün real təhlükə yaratması, ikinci halda isə bu cür nəticənin və yaxud belə nəticənin yaranması təhlükəsinin istisna olunmasıdır. Göründüyü kimi, “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması”na yol vermiş şəxsin Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsi üzrə işlərdə pozuntunun xəstəliklərin yayılmasına səbəb olması və yaxud xəstəliklərin yayılması üçün real təhlükə yaratması cinayət tərkibinin obyektiv cəhətinə aid zəruri (tərkibyaradıcı) əlamət kimi çıxış edir. “Real təhlükə yaradan” əməl dedikdə, şəxsin epidemiya, sanitariya-gigiyena, karantin rejimləri qaydalarının pozuntusunu təşkil edən elə hərəkəti və yaxud hərəkətsizliyi başa düşülür ki, həm in hərəkət və yaxud hərəkətsizlik özü-özlüyündə xəstəliyin yayılmasına səbəb ola bilsin (belə potensiala malik olsun), lakin xəstəliyin yayılması şəxsin özündən asılı olmayan bu və ya digər səbəbdən, o cümlədən təsadüfi amillərə görə baş verməsin. Eyni zamanda, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin dispozisiyasından görünür ki, qeyd edilən cinayət qəsdən törədilən cinayətdir. Odur ki, şəxsin həmin maddə ilə təqsirləndirilməsi üçün onun öz əməlinin ictimai təhlükəli xarakterini (o cümlədən, öz hərəkət və yaxud hərəkətsizliyi ilə xəstəliklərin yayılması üçün real təhlükə yaratmasını) dərk etməsi, buna baxmayaraq qəsdən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozması (cinayətin subyektiv cəhətinə aid olan zəruri əlamət olaraq) müəyyən edilməlidir. Bir sö zlə, cinayət təqibi orqanı tərəfindən Məhkum2 və Məhkum1 qarşı CM-nin 139-1.1-ci maddəsi ilə hazırki qərarın “İşin halları” bölməsində göstərilən məzmunda ittiham irəli sürüldüyündən və məhkəmələr ittihamı təsdiq etdiyindən, Məhkum2 və Məhkum1 yol verdikləri karantin rejimi qaydalarının pozuntusunun xəstəliklərin yayılması üçün real təhlükə yaratması və onların bunu dərk edərək karantin rejimi qaydalarını pozmaları hazırki işin sübutetmə predmetini təşkil edən hallardır və bu səbəbdən həmin halların faktiki mövcudluğu inandırıcı şəkildə sübuta yetirilməli idi. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkumlar karantin rejimi qaydalarının pozuntusuna yol versələr də, həmin pozuntunun xəstəliklərin yayılması üçün real təhlükə yaratması müəyyən edilməmiş, nə Məhkum2, nə Mə hkum1, nə də ki, «İnfiniti Pub» adlı kluba işə götürdükləri müxtəlif şəxslərdə (mühafizəçi, xidmətçi, barmendə) “Covid-19” infeksiyasına yoluxmaları, virus daşıyıcısı olmamaları barədə iş materiallarında heç bir tibbi arayış və yaxud digər məlumat aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Məhkum2 və Məhkum1 «İnfiniti Pub» adlı klubun qanunsuz fəaliyyət göstərməsinə, həmin klubda müxtəlif sayda müştərilərin gecə saat 00.00-dan, gecə saat 04.00 radələrində qədər sosial məsafə gözləmədən mütəmadi qarşılıqlı ünsiyyətdə olmalarına və çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə etmələrinə şərait yaratsalar da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Resp ublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair müvafiq qərarlarının tələblərinə əməl etməsələr də, onların əməlləri nəticəsində hər hansı kənar şəxsi yoluxdurmaq təhlükəsi yaranmasını müəyyən etmək mümkün deyil. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də, bu maddə ilə cinayət məsuliyyətinə xəstəlik daşıyıcısı olmayan şəxslər də cəlb oluna bilərlər. Məsələn, xəstəlik daşıyıcısı olmayan kafe sahibi karantin dövründə iaşə obyektlərinin fəaliyyətinə qoyulmuş qadağanı pozmaqla xəstəliyə yoluxduğunu bildiyi şəxsin digər müştərilərlə birlikdə kafedə olmalarına icazə verərsə və yaxud sərnişin daşımaya qoyulmuş qadağanı pozan özü virus daşıyıcısı olmayan sürücü “Covid-19” infeksiyasına yoluxduğunu bildiyi sərnişini digər sərnişinlərlə birlikdə avtomobilində d aşıyarsa, mübahisəsizdir ki, onlar da, Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Lakin, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin dispozisiyasından və gətirilən misallardan da göründüyü kimi, istənilən halda məsuliyyət məsələsi həll edilən şəxsin hərəkətlərinin və yaxud hərəkətsizliyinin obyektiv cəhətdən kiminsə xəstəliyə tutulmasına səbəb olması və yaxud kiminsə xəstəliyə tutulma riskini real olaraq yaradan xarakterdə olması, subyektiv cəhətdən isə öz hərəkətinin (hərəkətsizliyinin) ictimai – təhlükəli (başqaları üçün xəstəliyə yoluxma təhlükəsi yaradan) xarakterdə olmasının dərk edilməsi tələb olunur. Hazırki iş üzrə isə müəyyən edilən hallara görə Məhkum2 və Məhkum1 əməllərində yuxarıda qeyd olunan cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan əlamətlər (məhkumların xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları və bunu dərk edərək karantin rejimini pozmaları kimi halları) mövcud olması iddia edilsə də, məhkəmələrin bu məsələlər üzrə qənaəti işin faktiki halları ilə uzlaşan nəticə kimi görsənmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən, təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1 - 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetiril məməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPMdə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziy yətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin Məhkum2 və Məhkum1 xəstəliklərin yayılmasına səbəb olmaqla və xəstəliklərin yayılması üçün real təhlükə yar atmaqla karantin rejimini pozması bağlı gəldiyi nəticə sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən kifayət qədər yoxlanılmış, qiymətləndirilmiş və əsaslandırılmış nəticə hesab edilə bilməz. Məhkumlara irəli sürülmüş CM-nin 308.1-ci maddəsinə gəldikdə isə, müdafiəçi kassasiya şikayətində hər iki məhkuma aid hissədə məhkumların təqsirliliyinə dəlalət edən sübutları (VÖEN-nin məhkum edilmiş şəxsə aid olmaması, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması (və yaxud qeyri qanuni məşğul olmaması), işçilər ilə rəsmi əmək mqaviləsi bağlanması və s.) mübahisələndirdiyi və həmin məsələləri apellyasiya məhkəməsi qarşısında da qaldırıldığı, lakin apelyasiya məhkəməsində həmin dəlillər araşdırılaraq qiymət verilmədiyi üçün məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hes ab edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələri nin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkə məsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumlara bəraətin verilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Mübahisəsizdir ki, qeyd edilən tələblrə cavab verməyən bu formada qəbul edilən apellyasiya məhkəməsinin qərarı da qanuni və əsaslı hesab edilə bilməz, bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, cinayət işinə həmin hissədə də (CMnin 308.1-ci mad.) təkrarən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddəsində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumların müdafiəçisi Abbasov Zaur Vaq if oğlunun kassasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar