Məhkəmə qərarları › İş №1(102)-1855/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1855/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1855/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Xüsusi ittihamçı X1 nümayəndəsi və vəkili Əliyeva Aytən Şahəli qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarından xüsusi ittihamçı X1 nümayəndəsi və vəkili Əliyeva Aytən Şahəli qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi və Məhkum qızının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işi xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: Qurbanova Aygün Arzu qızı) xx.xx.2024-cü il tarixli 1(001)-33/2024 saylı saylı qərarı ilə xüsusi ittihamçı X1 vəkili Əliyeva Aytən Şahəli qızının vəsatətinin təmin edilməməsi, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi və Məhkum qızının Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin icraatından, Məhkum qızının barəsində onun AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət işinin ayrılması, 1(001)-33/2024 nömrəli cinayət işindən müvafiq sənədlərin surəti və əsillərinin ayrılaraq Məhkum qızı barəsində olan cinayət işinə əlavə edilməsi, təqsirləndirilən şəxs Məhkum qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ayrılmış cinayət işi üzrə icraatın Məhkum qızının xəstəliyinin sağalanadək dayandırılması qərara alınmışdır. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş X6 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-33/2024 saylı saylı qərarının ləğv edilməsi, Məhkum qızı barəsində cinayət təqibi üzrə icraatın davam etdirilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsilə, Əyyubov Fərid İlham oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 8 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CMin 147.1-ci maddəsi və Məhkum qızının Azərbaycan Respublikası CMin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin icraatından, Məhkum qızının barəsində onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət işi ayrılmasına, təqsirləndirilən şəxs Məhkum qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ayrılmış cinayət işi üzrə icraatın Məhkum qızının xəstəliyi sağalanadək dayandırılmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-33/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri və proses iştirakçısının çıxışı: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xüsusi ittiham tərəfi olaraq apellyasiya məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında olan mövqe ilə razılaşmır. Belə ki, Məhkum qoyulmuş diaqnoz qaraciyər venasının trombozu xəstəliyindən əziyyət çəkən xəstənin vəziyyətinin ağır olması barədə rəy vermək üçün stasionar şəraitdə, real vaxt rejimində verilmiş, əsasən Albumin göstəricisinin, Trombosit göstəricisinin, ALT və Bilrubin səviyyəsinin analizləri nəticələri nəzərdən keçirilməlidir. Hər iki məhkəmə instansiyasında tərəflərindən tibbi ekspertlərə xəstənin müayinə olunub olmadığı soruşulmuş, ekspert isə diaqnozun sırf gözəyarı, vizual təyin olunduğunu bildirmişdir ki, bu da tamamilə primitiv və elmdən uzaq yanaşmadır. Xəstənin özünün yataq vəziyyətində ağır xəstə olmasını simulyasiya etməsi istisna edilmir. Hazırki dövrdə bu xəstəlik müalicə oluna bilən, xəstənin umumi vəziyyətinin yaxşılaşması ilə müşayiət olunan bir xəstəlikdir. Hazırki vəziyyətdə ekspertizanın sadəcə keçmiş ambulator çıxarışlara baxaraq və kənardan müşahidə edərək rəy verməsi obyektiv sayıla bilməz və reallığı əks etdirə bilməz. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarınının ləğv edilməsi, bu mümkün o lmadıqda isə işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunmuşdur. Kassasiya instansiyası məhkəməsində xüsusi ittihamçının nümayəndəsi Əliyeva Aytən Şahəli qızı çıxış edərək, kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarınının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxla yır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı ə saslarla yekun nəticəyə gəlmişdir. Xüsusi ittihamçının nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayətində məhkəmə tərəfindən təqsirləndirilən şəxs Məhkum qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ayrılmış cinayət işi üzrə icraatın əsassız dayandırılması mübahisələndirilir. Kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayaraq, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə i craatın ayrılmasına yol verilir. CPM-in 50.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraatın ayrılması müstəntiqin, prokurorun və ya məhkəmənin qərarı ilə həyata keçirilir. CPM-in 53.1.4-cü təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda cinayət təqibi üzrə icraat dayandırıla bilər. CPM-in 53.3.3. bu Məcəllənin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda cinayət təqibi üzrə icraat aşağıdakılara riayət edilməklə dayandırıla bilər. CPM-in 53.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə iki və daha artıq təqsirləndirilən şəxs olarsa və icraatın dayandırılması əsasları onların hamısına aid deyilsə, müstəntiq, prokuror və ya məhkəmə bütün təqsirləndirilən şəxslərin iştirakı olmadan icraata obyektiv baxılması mümkün olmadıqda, icraatın bir hissəsini ayrıca icraata ayırmağa və onu dayandırmağa və ya bütün icraatı dayandırmağa haqlıdır. CPM-nin 53.3.4-cü maddəsinə görə bu Məcəllənin 53.1.4-53.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi, şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasını təsdiq edən təhqiqat orqanının arayışı, şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı olduqda. CPM-in 5 3.6-cı maddəsinə əsasən icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir. Cinayət təqibi üzrə icraat dayandırıldıqdan sonra ibtidai araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün prosessual hərəkətlərin həyata keçirilməsi zərurəti yarandıqda, cinayət təqibi üzrə icraat təzələnir və həmin prosessual hərəkətlər başa çatdırıldıqdan sonra yenidən dayandırılır. CPM-in 319.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğuna görə onun məhkəmə iclasına gəlməsi qeyrimümkün olduqda, məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı dayandırır, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə baxışını mümkün olduqda davam etdirir. Məhkəmə baxışının ayrıayrılıqda aparılması cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olduqda, məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraatı bu Məcəllənin 304.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla dayandırır. Aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş sübutlara və müəyyən olunmuş hallara əsasən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüq uqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 713/KEŞ saylı məhkəmətibbi ekspertiza rəyinin nəticə hissəsindən görünür ki,

1. Məhkum adına tərtib edilmiş tibbi sənəndlərdə göstərilənlərə əsasən, onun “Qaraciyər vena trombozu” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir.

2. Məhkum düçar olduğu xəstəlik xroniki gedişlidir.

3. Məhkum düçar olduğu xəstəliklə əlaqədar yataq rejimində olduğunu nəzərə alaraq hal-hazırda onun məhkəmə iclaslarında iştirakı məqsədəmüvafiq sayılmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 892/KEŞ saylı məhkəmətibbi ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, adına tərtib edilmiş tibbi sənəndlərdə göstərilənlərə əsasən, onun “Qaraciyər vena trombozu” xəstəli yindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Məhkum düçar olduğu xəstəlik ağır gedişlidir. Birinci instansiya məhkəməsinin iclasına dəvət edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin məhkəmə-tibbi eksperti X7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, xəstəliyin kliniki gedişatı, xəstənin ağır vəziyyətdə yataq rejimində olması, tibbi sənədləri, xəstəyə kənar şəxslər tərəfindən qulluq edilməsi xəstənin ağır xəstəlikdən əziyyət çəkdiyini deməyə əsas verir. Məhkum qızının əziyyət çəkdiyi xəstəliyin yüngülləşməsi və ya onun sağalması ehtimalı yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasına dəvət olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin şöbə rəisi X verilən suallara cavab olaraq bildirdi ki, xəstənin müalicəni evdə aparması xəstənin öz seçimindən ibarətdir. Müayinə zamanı xəstə Məhkum qızının qarnı və ayaqları şişkin vəziyyətdə olmuşdur. Xəstəlik sağalan xəstəlik deyil, xəstədə həmin xəstəlik artıq sonuncu mərhələsindədir, ağır xəstəlikdir, tibbi sənəddə həmin xəstəlik qeyd olunmuşdur. Ümumiyyətlə hansı mərhələsində olmasından asılı olmayaraq serroz sağalmayan xəstəlikdir. Hazırkı vəziyyətdə Məhkum xəstəliyi onun cinayət prosesində iştirakına imkan vermir. Bundan əlavə bildirir ki, məhkəmə-tibbi ekspertizasında stasionar tibbi rəy deyilən bölgü yoxdur. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 713/KEŞ saylı və xx.xx.2023-cü il tarixli, 892/KEŞ saylı rəyləri xəstənin tibbi sənədləri və məhkəmə tibbi müayinəsinin nəticəsində tərtib edilmişdir. Birinci instansiya məhkəməsində işdə olan sənədlərdən, o cümlədən ekspertin məhkəmə iclasında qeyd etdiklərindən Məhkum qızının əziyyət çəkdiyi xəstəliyə görə yataq rejimində olması və onun vəziyyətinin yüngülləşmə ehtimalının hazırki mərhələdə olmaması və iş üzrə ekspertlərin xəstənin vəziyyətini hərtərəfli qiymətləndirməsi müəyyən edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum qızının xəstəliyi ilə bağlı olaraq məhkəmə iclasına gəlmədiyindən, eləcə də cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olduğundan və onun xarakterinə görə ayrıca baxılması mümkün olduğundan cinayət işinin ayrılması və Məhkum qızının xəstəliyi sağalanadək cinayət işi üzrə icraatın dayandırılması qan unvericiliyin tələblərinə uyğundur və bu barədə aşağı instansiya məhkəmələri tərəfindən düzgün hüquqi nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinay ət Kollegiyası, Qərara aldı: Xüsusi ittihamçı X1 nümayəndəsi və vəkili Əliyeva Aytən Şahəli qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar