Məhkəmə qərarları › İş №1(102)-1856/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1856/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1856/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamın ın müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.İ.Hüseynli) Məhkum (xx xxxxxx 1999-cu il tarixdə ünvan1ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər – yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli hökmünə əsasən (bu hökmün dəyişdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2018-ci il tarixli qərarı nəzərə alınmaqla) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 1 (bir) il müdd ətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 15 noyabr 2018-ci ildə cəzanın sona çatması ilə əlaqədar azad edilmiş, ünvan2-də qeydiyyatda olmaqla ünvan3, nömrəsiz fərdi tikilidə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 21 may 2020-ci il tarixdən 23 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün bir günə bir gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 9 (doqquz) ay sınaq müddəti müəyyən olunmaqla, ona tə yin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum davranışına nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, onun üzərinə sınaq müdətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.Ə.Mursaqulov, hakimlər M.Ə.Abbasov və R.A.Qaraqurbanlıdan ibarət məhkəmə tərkibi) Dövlət i ttihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.Ə.Rəcəbov, hakimlər İ.S.Qılıcov və N.R.Mövsümovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 03 iyun 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.M.Abdulov, hakimlər C.V.Hüseyn və Q.X.Babayevdən ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Hökmə əsasən xx xxxxxx 1999-cu il təvəllüdlü Məhkum 26 avqust 2019-cu il tarixdə, saat 02 radələrində yaşadığı ünvan4ndə yerləşən, nömrəsiz fərdi tikili olan evdə xx xxxxxxxx 2004-cü il təvəllüdlü 16 yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr əsassız olaraq cəzanı yüngülləşdirən halları müəyyən edib, onları Məhkum cəza çəkmədən islah oluna biləcəyinə inam yaradan hallar kimi qiymətləndirmiş, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan şərti məhkum etmə tətbiq etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərini pozmuşdur. Qeyd olunan pozuntuların mövcudluğunu təsdiq edən hal kimi, kassasiya protestində xüsusilə ona istinad edilmişdir ki, hazırki iş üzrə əvvəl çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qərarının dövlət ittihamçısının kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən cinayətprosessual qanunun 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilib, i şin yeni apellyasiya baxışına təyin edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışı zamanı kassasiya kollegiyasının qərarının müddəalarını nəzərə almamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların düzgün nəzərə alınmadığını, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Cinayət-Prosessual Məcəllənin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından biri kimi nəzərdə tutulmuş halla əsaslandırmışdır. Odur k i, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1.159.1.14-cü maddələrində sadalanan, eləcə də bu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (C M, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam i sə CM-in 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi bunu Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrinin tələblərini gözləməklə, şərti məhkum etmənin təyin edilməsində əhəmyyətli olan digər əsasla rla (cinayətin xarakteri və ictimai təhlükəliliyi; törədilmə halları; Məhkum cinayət əməlini səmimi etiraf edərək səmimi peşman olması, Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsi X1 ondan şikayət və tələblərinin olmaması, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi kimi təqsirkarın cəzanı yüngülləşdirən və şəxsiyyətini səciyyələndirən hallar; təyin olunan tədbirin onun islah olunmasına təsiri ilə) birlikdə götürməklə nəzərə almışdır. Şərti məhkum etmənin tətbiqini mümkün edən faktik əsaslar qismində nəzərə alınmış Məhkum şəxsiyyətini səciyyələndirən və onun cəzasını yüngülləşdirən hallar CPMin 139.0.5-ci maddəsi tələb etdiyi kimi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir. O cümlədən, apellyasiya in stansiyası məhkəməsi kassasiya protestində göstərilənlərin əksinə olaraq, hazırki iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarının müddəalarını nəzərindən qaçırmamış, həmin qərardan irəli gələn məsələləri həll etmişdir. Belə ki, Ali Məhkəmənin Cinayət kollegiyası dövlət ittihamçısının kassasiya protestinə əsasən hazırki iş üzrə əvvəl çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması haqqında 03 iyun 2021-ci il tarixli qərarını ləğv edib, cinayət işini yeni apellyasiya baxışına təyin edərkən xüsusilə ona istinad etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum barəsində CM-in 70-ci maddəsini tətbiq edərkən və apellyasiya instansiyası mə hkəməsi bununla razılaşarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 100.4 və 100.11.2-ci maddələrinin tələblərinin ziddinə olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə deyil, onun qanuni nümayəndəsi qismində cinayət prosesinə cəlb edilən anası Nigar Həsənova ilə barışığın əldə olunmasını təqsirkar barəsində şərti məhkum etmənin tətbiqinə imkan verən cəzanı yüngülləşdirən hal qismində nəzərə almışlar. Halbuki, qeyd olunan cinayət-prosessual normalara görə, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 yaşı 14-dən yuxarı olduğundan, məhz zərərçəkmiş şəxsin özünün qanuni nümayəndəsinin razılığı ilə təqsirkarla barışması barışığın əldə olunması kimi qəbul edilə və cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilərdi. Cinayət işi üzrə yeni apellyasiya baxışının gedişində - 21 aprel 2022-ci il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Nigar Həsənovanın iştirakı məhkəmə tərəfindən təmin edilmiş, Zərərçəkmiş şəxs1 Məhkumla barışdığını, zərərin ödənildiyini, Məhkum şikayət və tələbinin olmadığını bildirmiş, qanuni nümayəndə isə bunları təsdiq edərək barışığa razılığını vermiş və onlar həmin xüsusatlara dair ərizələrini məhkəməyə təqdim etmişlər. Göründüyü kimi, yeni apellyasiya baxışında zərərçəkmiş şəxslə barışığın əldə olunması cinayət-prosessual qanunun tələblərinə və həmin halın mövcudluğunu təsdiq edən materiallara əsasən düzgün müəyyən edilmiş və əsaslı olaraq CM-in 59.1.12-ci maddəsinə müvafiq surətdə, güzəştli şərtlərlə cəzanın təyin edilməsini təsbit edən CM-in 60.1-ci maddəsində xüsusilə göstərilmiş cəzanı yüngülləşdirən hal qismind ə nəzərə alınmışdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi cinayət qanununda birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verdiyindən, apellyasiya məhkəməsinin yuxarıda təsvir edilən digər halları Məhkum cəzasını yüngülləşdirən hallar kimi səciyyələndirməsi də əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz. Qeyd olunan səbəblərdən dövlət ittihamçısının Məhkum azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinin həddindən artıq yüngül tədbir olması və CM-in 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiya sı kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 27 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 27 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar