Məhkəmə qərarları › İş №1(102)-1856/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1856/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1856/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2023-c ü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən), Nahid Mirzəyev və Bilal Məmmədov) 13 oktyabr 2022-ci il tarixli 1(091)-142/2022 nömrəli hökmü ilə xx xxxxxxxx 1990-cı il tarixdə Ucar rayonunun, Yuxarı Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Dövlət yanğından mühafizə hissəsinin 131 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin sürücü vəzifəsində işləyən, Ucar rayonunun Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum Azərbaycan Respublikası CM -in 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən Məhkum edilmişdir ona görə ki, o, 01 fevral 2022-ci il tarixdə saat 16 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü Məhkum hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasa zlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunlara əməl etməyərək Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 259-cu km-də Ağdaş rayonunun Yenicə kəndi ərazisində idarə etdiyi içərisində FHN-nin əməkdaşları olan qırmızı rəngli “Kamaz 65111” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı yanğınsöndürən avtomobili ilə Qazax rayonu istiqamətində sağ zolaqla 60-65 km/saat sürətlə hərəkət edərkən qarşıda hərəkət edən traktor nəqliyyat vasitəsini ötmək üçün avtomobilin sürətini azaldıb sol hərəkət zolağına doğru istiqamətlənərək hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunlara əməl etməyərək ötmə əməliyyatını icra edib həmin hərəkətin davamı olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət etdiyi yolda məcburi hərəkət istiqaməti nişanı 4.1.1“Düzünə hərəkət” olduğu halda buna əməl etməyərək geriyə dönmənin qadağan olduğu yerdən dönmə əməliyyatını icra etməyə başlamışdır ki, həmin vaxt arxadan sol zolaqla hərəkətdə olan sürücü Şamaxı rayonunun Qaravəlli kənd sakini xx.xx.1992-ci il təvəllüdlü X8 toqquşmamaq üçün idarə etdiyi qara rəngli “Daewoo Gentra” markalı **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili sola istiqamətləndirmiş, bu zaman “Daewoo Gentra” markalı avtomobil beton arakəsməyə dəyərək “Kamaz 65111” markalı yanğınsöndürən avtomobilin qabaq sol təkərin arxa qanad altı hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində “Daewoo Gentra” m arkalı avtomobil idarə etməni itirərək əks istiqamətli hərəkət yolunun sağ zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Təzəkənd kənd sakini xx.xx.1987-ci il təvəllüdlü X2 zolaqla 40-50 km/saat sürətlə idarə etdiyi “Kamaz-55111” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin ön sol hissəsi ilə toqquşmuş və nəticədə “Daewoo Gentra” markalı avtomobilin sürücüsü X3 qapalı kəllə beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, ənsə təpə nahiyəsinin hematoması (şişkinliyi), alt çənə sümüyünün sınığı, sol çiyin nahiyəsinin, sol oma nahiyəsinin sıyrıqları kimi sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, avtomobilin qabaq hissəsində əy ləşmiş sərnişin Şamaxı rayonunun Qaravəlli kənd sakini xx.xx.1992-ci il təvəllüdlü X1 qapalı kəllə beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, təpə nahiyəsinin hematoması (şişkinliyi), sağ diz oynağının bayır səthinin sol dizaltı nahiyənin sıyrıqları kimi ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Şamaxı rayonunun Adnalı kənd sakini xx.xx.1991-ci il təvəllüdlü X6 qapalı kəllə beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, ənsə nahiyəsinin hematoması (şişkinliyi), sol said sümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, sağ çiyin nahiyəsinin, sağ kürək altı nahiyənin, sol əlin üst səthinin sıyrıqları kimi sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, yəni, ehtiyatsızlıqdan üç şəxsin ölümünə səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Akif Eyvazov, hakimlər Xəqani Səmədov və İmanverdi Şükürovdan ibarət tərkibdə) 1(107)17/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 20 23-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi ədalət prinsipinə riayət etmədən hökmü dəyişdirmədən qüvvədə saxlamışdır. Belə ki, ekspertizanın birinci rəyində ötmə əməliyyatı düzgün qiymətləndirilməmiş, ikinci ekspertiza rəyində isə ötmə əməliyyatının qanunsuz olması göstərilmişdir. Kassator qeyd etmişdir ki, FHN-in yanğınsöndürən avtomobilləri və təcili təxirə salınmaz tibb maşınları hadisə yerinə çatmaq üçün hər növ qərar verərək, hadisə yerinə çatmağa borcludur. O hesab edir ki, yuxarıda göstərilən hallar əsasında hökm ləğv edilməli və ədalət li qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət v erilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qərarı ədalətsiz və işin hallarını nəzərə almadan qəbul edilmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkum kassasiya şikayətinin digər dəlili özünün hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmünün çıxarılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). İş materiallarından görün ür ki, Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla – təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat və məhkəmə-tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri iş üzrə toplanmış sübutlara və işin hallarına uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum kassasiya şikayətini ona elan edilmiş ittihamda təqsirsiz olmasını, ekspertiza rəylərinin düzgün qiymətləndirilmədiyi, həmçinin şahidlərin hadisə yerində onunla birlikdə dindirilməsini və buna FHN əməkdaşlarının da şahidlik etməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya insta nsiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Həmçinin məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6-cı maddəsinə əsasən məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi nin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 15 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 15 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar