Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1856/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum1 və onun müdafiəçisi Həsənov Allahverən Məhərr əm oğlunun iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərarı ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 32.5, 186.2.2-ci maddəsi ilə və Məhkum2 CM-in 186.2.2-ci maddəsi ilə təqsirləndirilmələri haqqında cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 39.1.3-cü maddəsinə əsasən, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsinə və onların cinayət məsuliyyətindən azad edilmələrinə dair həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Səfiyeva Cəmilə İbrahim qızı) Məhkum1, xx xxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanda yaşayan, CM-in 32.5, 186.2.2-ci maddəsi ilə və Məhkum2, 19 avqust 1986-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməmiş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 mart 2018ci il tarixli hökmü ilə CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) il müddətə, Abşeron Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CMin 66.5 və 69.3-cü maddələrinə əsasən cin ayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, CM-in 186.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət təqibinə CPM-in 39.1.3-cü maddəsinə əsasən, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilərək onlar cinayət məsuliyyətindən azad edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs mülki iddia ərizəsi isə baxılmamış saxlanılmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum1 qarşı CM-in 32.5, 186.2.2-ci maddəsi ilə, Məhkum2 qarşı isə CM-in 186.2.2-ci maddəsi ilə ittihamlar irəli sürülmüşdür ona görə ki, Məhkum1 dostluq münasibətində olduğu X5 təşkilatçılığı ilə sonuncunun bacısının əri Zərərçəkmiş şəxs bacısına xəyanət etməsi səbəbindən qisas almaq üçün əmlakını yandırmaqla qəsdən məhv etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili yandırmaq qərarına gəlmiş, bunun üçün özünə məxsus idarə etdiyi “Opel Zafira” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə X5 ilə birlikdə 12 mart 2016-cı il tarixdə saat 14 radələrində həmin hadisəni törədə biləcək Məhkum2 tanışlarının vasitəsi ilə taparaq Sumqayıt şəhəri BTZ klubu adlanan ərazidə X5 ilə görüşüb birlikdə danışaraq Məhkum2lə həmin işi 2000 (iki min) manat müqabilində görəcəyi barədə razılığa gəldikdən sonra sonuncunu birlikdə Abşeron rayonu nun Saray qəsəbəsinə aparıb Zərərçəkmiş şəxs yeni məhəllədə yerləşən evini göstərmiş,17 mart 2016-cı il tarixdə saat 03:40 radələrində Məhkum2 Zərərçəkmiş şəxs Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinin hasarından aşaraq həyətə daxil olub sonuncuya məxsus evin həyətində saxlanılan “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə özü ilə gətirdiyi benzini tökərək yandırmaqla qəsdən zədələmiş, avtomobil tam yanmadığına görə X5nın göstərişi ilə hadisədən sonra Məhkum2 istintaqla müəyyən olunmamış Y və Z adlı şəxslərlə 23 mart 2016-cı il tarixdə saat 3 radələrində yenidən Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən evinə gəlib hasardan aşaraq evin həyətinə daxil olmuş və sonuncunun evin həyətində saxladığı “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili özləri ilə butulkalarda gətirdikləri benzini avtomobilin üzərinə və salonuna töküb qəsdən yandıraraq Zərərçəkmiş şəxs 21.955 (iyirmi bir min doqquz yüz əlli beş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə əmlakının qəsdən məhv etməsinə yardım etmiş şəxs kimi kömək etmişdir. Məhkum2 dostlarının vasitəsi ilə tanış olduğu X5 təşkilatçılığı və sonuncunun dostu Məhkum1 köməkliyi ilə X5nın yeznəsi Zərərçəkmiş şəxs bacısına xəyanət etdiyinə görə qisas almaq məqsədi ilə avtomobilini yandırması barədə təklifinə 2000 (iki min) manat müqabilində razılıq verdikdən və pulun yarısını-1000 (min) manatı aldıqdan sonra X5 və Məhkum1 Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsində yeni məhlədə yerləşən evini ona göstərmiş, o, da bu məqsədlə 17 mart 2016-cı il tari xdə saat 03:40 radələrində Zərərçəkmiş şəxs qeyd edilən ünvanda yerləşən evinin hasarından aşaraq həyətinə daxil olub Zərərçəkmiş şəxs evin həyətində saxladığı “Toyota Prado” markalı **CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə özü ilə gətirdiyi benzini tökərək yandırmaqla qəsdən zədələmiş, avtomobil tam yanmadığına görə pul müqabilində üzərinə götürdüyü öhdəliyi tam icra etmək üçün X5nın göstərişi ilə 23 mart 2016-cı il tarixdə saat 3 radələrində yenidən Z və Y adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə birlikdə Zərərçəkmiş şəxs Abşeron rayonunun Saray qəsəbəsində yerləşən evinin hasarından aşaraq həyətinə daxil olub evin zədələnmiş vəziyyətdə həyətində saxlanılan sonuncuya məxsus “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə və salonuna özl əri ilə butulkalarda gətirdikləri benzini töküb qəsdən yandıraraq Zərərçəkmiş şəxs 21.955 (iyirmi bir min doqquz yüz əlli beş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə qəsdən məhv etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 13 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dek abr 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, həmin qərarın dəyişdirilməsi, Məhkum2 və Məhkum1 təqsirləndirilərək cəzalandırılmaları və onun mülki iddiasının qəbul edilərək, onun mülki iddiaçı qismində tanınması haqda yeni ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-in və CPM-in bir sıra maddələrinə, Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihamlara, birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticələrə və həmin məhkəmələr tərəfindən qəbul edilmiş qərarlara istinad edən Zərərçəkmiş şəxs kassasiya şikayətini belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxslərin onlara elan olunmuş ittihamlar üzrə cinayət törətmələri tam sübuta yetirilsə də, ona vurulmuş ziyanın məbləği ibti dai araşdırma orqanı tərəfindən düzgün müəyyən edilməmişdir, çünki o, yandırma nəticəsində məhv olmuş “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşını kreditlə almış və bu kredit borcunun tam ödənilməsi üçün 2014-cü ilin yanvar ayından 2018-ci ilin dekabr ayına kimi "xxxx" ASC-yə 35.629 ABŞ dolları məbləğində pul ödəmiş, faizlərlə birlikdə ödənilən məbləğ isə 45.629 ABŞ dolları, yəni 77.569 manat təşkil etmişdir. Bundan başqa, ibtidai araşdırma orqanı və məhkəmələr nəzərə almamışlar ki, hadisə yerinin müayinə edilməsi zamanı onun yaşadığı evin yaxınlığında içərisində benzin olan 2 litrlik plasmass “bonaqua” su qabı da aşkar edilmişdir ki, bu da təqsirkarların onun 110.000 dəyərində evini də yandırmaq niyyətində olmalarına, lakin öz əməllərini başa çatdıra bilməmələrinə dəlalət edir. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, törədilmiş cinayət nəticəsində ona maddi ziyanla yanaşı eyni zamanda mənəvi ziyan da vurulmuş, hadisədən sonra o, və ailə üzvləri mənəvi iztirablar keçirərək onlara məxsus evdə yaşamaqdan belə qorxmuş və buna görə o, iddia ərizəsində ona bu ziyanın vurulmasına görə də təqsirkardan 50.000 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə tələb irəli sürmüşdür. Bundan başqa, məhkəmələr Məhkum1 və Məhkum2 barələrindəki cinayət təqibinə xitam verilməsi və onların cinayət məsuliyyətindən azad edilmələri barədə qərarlar qəbul etməkdə də haqlı olmamışlar, çünki hələ 11 oktyabr 2017-ci il tarixdə Məhkum2 hazırki iş üzrə cinayət əməlini törətdiyinə görə CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin vaxt artıq onun cinayəti bir qrup şəxs şəklində törətməsi ibtidai araşdırma orqanına bəlli olmuşdur. Məhkəmələr nəzərə almamışlar ki, bu cinayətin təşkilatçısı olan X5 da təqsirliliyi hələ o vaxt müəyyən edilmiş, lakin sonuncu istintaqdan qaçıb gizləndiyinə görə onun axtarışı elan olunaraq barəsində cinayət işinin icraatı bu əsasla dayandırılmışdır. Belə olan halda isə qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı da dayandırılır və şəxsin istintaqdan yayınması müddətləri cinayət məsuliyyətinə cəlb etmə müddətlərinə hesablanmır. Göründüyü kimi, məhkəmələr həm maddi, həm də prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişlər və bu hal apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişd irilməsi üçün əsas kimi çıxış edir. Qeyd olunan dəlillərə əsaslanaraq, Zərərçəkmiş şəxs onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı Ali Məhkəmənin Cinayət Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli iclasına təyin olunmuş, bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək, bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə cinayət məsuliyyətindən azad e dilmiş şəxs Məhkum2 və Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Zərərçəkmiş şəxs kassasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncu həmin şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini və bu səbəbdən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsini iddia edərək həmin məhkəmənin qərarının dəyişdirilməsi haqqında tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntu ilə əlaqələndirmişdir. CPM-in 416.1.2-ci maddəsinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qər arının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edi lməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxış ın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kas sasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilmiş əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutla ra hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilm əsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Şərh edilən tələblərdən çıxış edərək məhkəmə kollegiyası vurğulamağı zəruri bilir ki, bu tələblərə görə kassasiya instansiyası məhkəməsi yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini yoxlayan məhkəmə kimi faktları araşdırmaq, işin faktiki hallarını başqa cür müəyyən etmək səlahiyyətinə malik deyil və buna görə, hətta kassasiya müraciətində belə tələb irəli sürülsə belə, həmin məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmü və ya qərarı ləğv edərək iş üzrə yeni hökm çıxara bilməz. Bu baxımdan məhkəmə kollegiyası Zərərçəkmiş şəxs kassasiya şikayətində irəli sürdüyü tələbi – Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi və iş üzrə yeni hökmün çıxarılması haqqında tələbi qəbul edilməz sayaraq bu tələbin müzakirə edilərək onun təmin edilməsini mümkün bilmir və eyni zamanda bununla bağlı zərərçəkmişin iddiasına cavab olaraq qeyd edir ki, işə kassasiya instansiyası məhkəməsində baxılması nəticəsində məhkəmənin ümumiyyətlə məhkum olunmuş, yaxud bu və ya digər əsasla cinayət məsuliyyətindən azad edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərar qəbul etmək səlahiyyəti qanunvericiliklə qadağan o lunduğundan, bunun qanuni əsasları müəyyən edildikdə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək, iş baxılması üçün yeni apellyasiya baxışına göndərilir. Kassasiya şikayətinin məzmununa görə, Zərərçəkmiş şəxs həmin müraciətində belə tələb irəli sürməmiş və onun kassasiya şikayətində əsaslandığı dəlillərin iş materialları ilə müqayisəli şəkildə təhlili göstərir ki, aşağıda göstərilənlərə görə, həmin şikayətə baxılması nəticəsində belə qərarın da qəbul edilməsi üçün heç bir əsas müəyyən edilmir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı ma ddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəs ində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə cinayətkar qəsdlərdən zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsini, o cümlədən, belə qəsdlər nəticəsində onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün cinayət təqibini həyata keçirən orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlar ının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qər arlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün pr oses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzala rın növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ic timai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsul iyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və c inayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət ə lamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında gö stərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub -olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətm iş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyekt ivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə ic laslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından verilmiş kassasiya müraciətlərinə əsasən cinayət işinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə toplanmış materiallara baxan kassasiya kollegiyasının üzərinə, sübutların toplanması, onların yenidən tədqiq edilməsi və qiymətləndirilməsi, habelə müstəsna olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid olan digər məsələlərin həlli deyil, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən bu məsələlərin həlli zamanı maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunub-olunmamasını, o cümlədən törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə cinayət qanunvericiliyi normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə sonuncular tərəfindən 11 oktyabr 2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilmiş cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də araşdırılmış sübutların belə qənaətə gəlmək üçün kifayət etməsini hesab edərək həm bu nəticə ilə, həm də Məhkum1 əməlinin CM-in 32.5, 186.2.2-ci maddəsi ilə, Məhkum2 əməlinin isə CM-in 186.2.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmışdır. Zərərçəkmiş şəxs kassasiya şikayətinin məzmunundan görünür ki, o, adları çəkilən şəxslərin təqsirliliyi və onların əməllərinin tövsif barədə məhkəmələrin gəldikləri nəticəni düzgün sayır, lakin eyni zamanda ona vurulmuş ziyanın M əhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihamlarda göstərilən məbləğdən daha çox olmasını mübahisələndirir, eyni zamanda sonuncuların cinayət məsuliyyətinə cəlb etmə müddətinin bitməməsini iddia edərək, onların barəsində cinayət təqibinə xitam verilməsini düzgün hesab etmir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum1 və Məhkum2, hər birisi ayrı-ayrılıqda özlərini onlara qarşı irəli sürülmüş ittihamlar üzrə tam təqsirli bilərək həmin ittihamlar üzrə müəyyən edilmiş işin faktiki hallarına uyğun ifadələr vermiş və eyni zamanda CM-in 75.1.2-ci maddəsinə əsasən onların təqsirləndirildikləri cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barələrindəki cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş et miş, birinci instansiya məhkəməsi də bu müraciətləri, işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən qüvvədə saxladığı qərarı qəbul etmişdir. Kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarını öyrənən məhkəmə kollegiyası həmin materiallara əsaslanaraq daha sonra qeyd edir ki, Məhkum1 və Məhkum2 ittiham olunduqları cinayət əməllərini 17 mart və 23 mart 2016-cı il tarixlərdə törətmələri işin mübahisəsiz halıdır, zərərçəkmiş şəxs ona qarşı törədilmiş əməllərlə, yəni ona məxsus olan əmlakın - “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşının yandırmaqla qəsdən məhv edilməsi ilə bağlı həmin dövrdə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək təqsirkarların müəyyə n edilməsi və onların barəsində qanuni tədbirlərin görülməsini xahiş etmiş və bu ərizəyə əsasən göstərilən İdarənin İstintaq şöbəsinin müstəntiqi tərəfindən fakta görə CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə cinayət işi başlanmış, lakin cinayət törətmiş şəxslər müəyyən edilmədiyindən cinayət işi üzrə icraat CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (CPM-in 53.1.1-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda cinayət təqibi üzrə icraat dayandırıla bilər). İlk dəfə 11 iyul 2016-cı il tarixdə bu haqda qəbul edilmiş qərar Abşeron rayon prokurorunun 21 noyabr 2016-cı il tarixli qərarı ilə ləğv edilsə də, sonradan da, yəni 30 noyabr 2016-cı il tarixdən başlayaraq 2016-2022-ci illər ərzində hazırki iş üzrə icraat dəfələrlə eyni əsasla dayandırılmış və yalnız 15 dekabr 2022-ci il tarixdə həmin iş üzrə icraat təzələnərək ibtidai araşdırma davam etdirilmişdir. Bu müddət ərzində cinayət törətmiş şəxslərdən birinin Məhkum2 olması müəyyən edilərək 23 oktyabr 2017-ci il tarixdə ona qarşı CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə ittiham irəli sürülmüş, lakin ibtidai araşdırma orqanının 12 dekabr 2017-ci il tarixli qərarı ilə həmin ittiham üzrə cinayət təqibinə xitam verilmiş və yalnız Sumqayıt şəhər prokurorunun 15 dekabr 2022-ci il tarixli qərarı ilə bu qərar ləğv edildikdən və iş üzrə icraat təzələndikdən sonra həm Məhkum2, həm də Məhkum1 cinayət məsuliyyətinə cəlb edilərək Məhkum1 CM-in 32.5, 186.2.2-ci maddəsi ilə, Məhkum2 isə CM-in 186.2.2-ci maddəsi ilə ittiham elan olunmuş, lakin 2023-cü ilin fevral-mart aylarınd a da onların barəsində cinayət təqibi üzrə icraat dayandırılmış və 1 may 2023-cü il tarixli qərarla həmin icraat yenidən təzələnmişdir. Eyni zamanda, istintaq materiallarına görə, iş üzrə toplanmış sübutlarla Məhkum1 və Məhkum2 istinad olunan cinayətin təşkilatçısının X5 olması müəyyən edilmiş, lakin sonuncunun istintaqdan qaçıb gizlənməsi nəzərə alınaraq ibtidai araşdırma orqanının 3 may 2023-cü il tarixli qərarı ilə onun axtarış elan olunmaqla barəsində cinayət işi başqa icraata ayrılmış və həmin iş üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, Məhkum1 və Məhkum2 barələrində 27 may 2023-cü il tarixdə təsdiq edilmiş ittiham aktı tərtib edilərək, hazırki cinayət işi təqsirləndirilən şəxslərin də həmin dövrdə verdikləri ərizələri nəzərə alınmaqla, mahiyyəti üzrə baxılması üçü n Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəla, Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihamlara görə, toplanmış və araşdırılmış sübutlarla onların törətdikləri cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxsə xeyli miqdarda – 21.955 (iyirmi bir min doqquz yüz əlli beş manat) manat məbləğində maddi ziyan vurulmuşdur ki, bu hal da ibtidai araşdırma zamanı təyin olunaraq keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyun 2016-cı il tarixli 7775 saylı rəyi ilə təsdiq edilir. Həmin rəyə görə, iş materiallarında olan “Universal Servisin” 23 aprel 2016-cı il tarixli qüsur aktına əsasən təzə avtomobillərin qiymətləri nəzərə alınmaqla nəzəri hesablama yolu ilə yandırılmaqla məhv edilmiş “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin cəmi qiyməti 18435,0 manat, təmirbərpa işlərinin dəyəri isə ümumilikdə 3520,0 manat, cəmisi vurulmuş zərərin miqdarı isə 21.955 manat təşkil edir. Həmin məbləğ, habelə yuxarıda göstərilən avtomaşının yandırmaqla məhv edilməsi nəzərə alınaraq ibtidai araşdırma orqanı tərəfindən cinayətin törədilməsində köməkçi qismində iştirak etmiş Məhkum1 əməlləri CM-in 32.5, 186.2.2-ci maddəsi ilə, Məhkum2 əməlləri isə CM-in 186.2.2-ci maddəsi ilə tövsif edilmiş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs də ibtidai araşdırma başa çatdıqdan sonra cinayət işinin materialları ilə tanış olarkən bu nəticə ilə razılaşaraq hər hansı ərizə və vəsatətinin olmamasını bildirmiş, eyni zamanda ona vurulmuş ziyanın müəyyən edilməsinə əsas olmuş yuxarıda göstərilən rəyi də mübahisələndirməmiş və əlavə və ya təkrar ekspertizaları n keçirilməsi barədə vəsatət qaldırmamışdır. Zərərçəkmiş şəxs öz kassasiya şikayətində avtomaşını kreditlə almasını, bunun üçün isə "xxxx" ASC-yə 45.629 ABŞ dolları, yəni 77.569 manat ödəməsini və ona məhz bu məbləğdə ziyan vurulmasını iddia etsə də, məhkəmə kollegiyası bu dəlilə münasibətdə bildirir ki, mülkiyyət əleyhinə, o cümlədən CM-in 186-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin, törədilməsi nəticəsində özgənin əmlakı talandıqda və ya qəsdən zədələndikdə, yaxud da məhv edildikdə vurulmuş ziyanın dəyəri həmin əmlakın ilkin dəyəri həcmində və ya onun əldə edilməsi üçün xərclənmiş vəsait əsasında deyil, cinayət törədilərkən real olan qiymətlərə əsasən, bu zaman talanmış, zədələnmiş və ya məhv edilmiş əmlak aşkar edildikdə isə - iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilir. Qeyd olunmalıdır ki, bununla bağlı müvafiq izah həmçinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarın 27-ci bəndinin 5-ci abzasına görə, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, bu izah həmçinin özgə əmlakının qəsdən zədələnməsinə və ya məhv edilməsinə dair cinayət işləri üzrə ibtidai araşdırma aparılarkən və həmin işlərə məhkəmələrdə baxılarkən də nəzərə alınmalıdır. Buna görə, məhk əmə kollegiyası ibtidai araşdırma orqanı tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyanın miqdarının məhz məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında müəyyən edilməsində heç bir pozuntu görmür və belə olan halda zərərçəkmiş şəxsin kassasiya şikayətinin təhlil olunan məsələ ilə bağlı dəlillərini qəbuledilməz sayır. Bundan başqa, Məhkum1 və Məhkum2 əməllərinin yuxarıda göstərilən qaydada tövsifi ilə razılaşan məhkəmə kollegiyası onu da qeyd edir ki, bu tövsif işin halları ilə yanaşı, həm də cinayət qanunvericiliyinin tələblərinə də uyğundur. Belə ki, özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, bu əməli törətmiş şəxs CM-in 186.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə isə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. CM-in 186.2.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edildiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət CM-in 15.3-cü maddəsinin tələbinə uyğun olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir. CM-in 15.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Lakin, zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərdiyi kimi, yandırma yolu ilə məhv ə edilmiş avtomaşını əldə etməsi üçün daha çox məbləğdə vəsait sərf etdiyini bildirərək, bu hala görə Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittiham üzrə deyil, daha ağır cinayət əməlləri törətməsini iddia edir və bu əsasla da onların məhz belə cinayət törətdiklərinə görə təqsirli bilinərək cəzalandırılmalarını xahiş edir. Bununla bağlı dəlillərə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə kassasiya instansiyası məhkəməsinin cinayət törətmiş şəxsin barəsində onun vəziyyətinin ağırlaşdırılması haqqında qərar qəbul etmək səlahiyyətinin olmamasına dair yuxarıda göstərilən qaydada təhlil aparmasını qeydə edərək eyni zamanda vurğulayır ki, cinayət işinin materiallarına əsasən həmin işə birinci instansiya məhkəməsində baxılarkən zərər çəkmiş şəxs CPM-in 318.2-ci maddəsində nəzərdə tutul muş hüququndan istifadə etməklə göstərilən dəlilə uyğun olan vəsatətlə həmçinin birinci instansiya məhkəməsinə də müraciət edərək işə baxılmasına xitam verilməsini və həmin işin təqsirləndirilən şəxslərə daha ağır ittihamın irəli sürülməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Həmin vəsatət məhkəmə tərəfindən 11 oktyabr 2023-cü il tarixdə keçirilən iclasda müzakirə edilmiş və proses iştirakçılarının rəyləri dinlədildikdən sonra məhkəmə həmin vəsatətin baxılmamış saxlanılması haqqında qərar qəbul etmişdir. Buna baxmayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs eyni dəlillərlə və tələblə birinci instansiya məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətində də çıxış etmiş, lakin apellyasiya instansiyası məhkəməsi tam haqlı olaraq bu tələbin təmin edilməsini mümkün bilməyərək iş üzrə kassasiya qaydasında mübahisələndirən qərarı qəbul etmiş və məhkəmə kollegiyasının qənaətinə görə, bu zaman həmin məhkəmə də qanunvericiliyin aşağıdakı tələblərinə əməl edərək eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə almışdır. Belə ki, CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır (hazırki iş üzrə ibtidai araşdırma orqanı tərəfindən Məhkum1 CM-in 32.5,186.2.2-ci maddəsi ilə, Məhkum2 isə CM-nin 186.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur-m.k.). M əhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 318.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsir ləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi, təqsirkarın hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısı bununla bağlı cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət qaldırmaq hüququna malikdir və belə vəsatət məhz dövlət ittihamçısı tərəfindən qaldırıldıqda məhkəmə həmin vəsatətin təmin olunması barədə əsaslandırılmış qərar çıxarır. Bu norma imperativ xarakter daşısa da, eyni vəsatət zərərçəkmiş şəxs tərəfindən qaldırıldığı halda həmin vəsatətin təmin edilib-edilməməsi məsələsini qanunverici məhkəmənin mülahizəsinə buraxır və həmin vəsatət təmin edildikdə və ya təmin edilmədikdə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi tələb olunur. Həmçinin, qeyd olunmalıdır ki, şərh olunan normaların tələbinə və mənasına görə təhlil edilən vəsatətlərin qaldırılması yalnız sadələşdirilmiş icraat materiallarına və ya cinayət işinə birinci instansiya məhkəməsində baxılması zamanı mümkündür və həmin vəsatətlərə baxılması üzrə qərarlar da yalnız həmin məhkəmə tərəfindən qəbul edilir. Apellyasiya icraatı zamanı təqsirkar şəxsə daha ağır cinayət əməlini və ya əməllərini törə tməsinə görə sadələşdirilmiş icraat materiallarının və ya cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi isə CPM-in 391.8-1-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qəra r çıxarır. Bu normanın tələblərindən görünür ki, zərərçəkmiş şəxsin və ya onun nümayəndəsinin həmin normada göstərilən əsaslarla apellyasiya şikayəti vermək hüququ ümumiyyətlə nəzərdə tutulmamışdır. Digər tərəfdən, Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, əvvəla işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən dövlət ittihamçısı onlara müvafiq olaraq CM-in 32.5, 186.2.2-ci maddəsi və CM-in 186.2.2-ci maddəsi ilə elan olunmuş ittihamlarla razılaşaraq həmin ittihamları müdafiə etmiş, onların əməllərində daha ağır cinayətin tərkibinin olmasına görə cinayət işinə baxılmasına xitam verilərək işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət qaldırmamış və iş üzrə cinayət təqibinə cinayət məsuliyyətin ə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsi haqqında qərar qəbul olunduqdan sonra da Azərbaycan Respublikasının Baş Prokuroru CPM-in 391.8-1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla bu qərardan apellyasiya protesti verməyərək həmin qərarın ləğv edilməsi tələbini irəli sürməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməməsi barədə qanuni qərar qəbul etmiş və bu zaman prosessual qanunvericiliyinin yuxarıda göstərilən normalarına, habelə “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 7 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 20 12-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyi də nəzərə alaraq öz nəticəsini kifayət qədər əsaslandırmışdır. Adı çəkilən Qərarında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə ba xışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericil ikdə nəzərdə tutulmamışdır. Məhkum1 və Məhkum2 törətdikləri cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə onların barələrindəki cinayət təqibinə düzgün olmayaraq xitam verilməsi barədə Zərərçəkmiş şəxs kassasiya şikayətində irəli sürdüyü dəlillərə cavab olaraq, məhkəmə kollegiyası yuxarıda təsvir olunanlara əsaslanıb cinayət qanunu normalarının tələblərindən çıxış edərək təkrarən xatırladır ki, təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayətlər az ağır cinayətlər kateqoriyasına aiddir və belə cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti CM-in 75.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.3-cü maddəsində isə təsbit edilmişdir ki, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. CPM-in 39.1.3-cü maddəsinin tələblərindən görünür ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlarla təkzib edilməz şəkildə müəyyən edilir ki, Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihamlar üzrə cinayət əməllərini sonuncular 23 mart 2016-cı il ta rixdə törətmiş və belə olan halda onların cinayət məsuliyyətinə cəlb etmə müddəti, yəni yeddi il müddət 23 mart 2023-cü il tarixdə bitmişdir. Cinayət işinin materiallarından görünür ki, həmin iş fakta görə 3 may 2016-cı il tarixdə başlandıqdan sonra Məhkum1 və Məhkum2 cinayət məsuliyyətinə cəlb edilənədək istintaqdan qaçıb gizlənməmiş və ya başqa yolla cinayət təqibindən yayınmamışlar və buna görə məhz bu əsasla cinayət təqibi üzrə icraatın dayandırılması, onların axtarışının elan olunması, nəticə etibarı ilə isə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayandırılması üçün əsaslar olmamışdır. O, ki qaldı ibtidai araşdırma orqanı tərəfindən təhlil edilən cinayətin təşkilatçısı hesab edilmiş X5in istintaqdan qaçıb gizlənməsi və bu hala görə Məhkum1 və Məhkum2 də cinayət məsuliyyət inə cəlb etmə müddətinin axımının dayandırılmalı olması barədə kassasiya şikayətinin dəlilinə məhkəmə kollegiyası bu dəlili də tamamilə əsassız hesab edir ona görə ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ya cəlb edilməli olan şəxsin istintaqdan gizlənməsi halı heç bir halda digər – istintaqdan gizlənməmiş şəxsə və ya şəxslərə şamil edilə və sonuncular barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətləri hesablanarkən nəzərə alına bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bütün təsvir edilənləri nəzərə alaraq az ağır cinayət əməlləri törətmiş Məhkum1 və Məhkum2 barələrindəki cinayət təqibinə xitam verməklə onların cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar qəbul edərkən həm maddi, həm də prosessual hüquq normalarının tətbiqində heç bir səhvə yol verməmişdir. Hadisə yerinin müayinə edilməsi zamanı Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında içərisində benzin olan plastmass qabın aşkar edilərək götürülməsi, bu halın isə təqsirkarlar tərəfindən həmçinin onun 110.000 manat dəyərində evinin də yandırılmasına cəhd etmələrinə dəlalət etməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil yalnız sonuncunun ehtimallarına əsaslanmış, iş üzrə toplanmış və araşdırılmış hər hansı sübutla təsdiq edilmir və buna görə Məhkum1 və Məhkum2 qarşı belə əməli də törətmələrinə, yəni zərər çəkmiş şəxsə məxsus evi yandırmağa cəhd etmələrinə görə ittiham da irəli sürülməmişdir. Qanunvericiliyin tələbinə görə isə (CPM-in 318.1-ci maddəsi) şəxsə qarşı irəli sürülməmiş ittiham üzrə hök m çıxarmaq və ya digər yekun qərar qəbul etmək səlahiyyəti istər birinci, istərsə də apellyasiya və kassasiya instansiyası məhkəmələrinə verilməmişdir. Odur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bu dəlili də əsassız hesab edilməli və bu dəlil üzərində qurulmuş tələb təmin olunmamalıdır. Zərərçəkmiş şəxs iş üzrə mülki iddia ərizəsi verdiyinə görə onun mülki iddiaçı qismində tanınması barədə də qərar qəbul edilməsi haqqında kassasiya şikayətində irəli sürdüyü tələbə cavab olaraq iş materiallarına müraciət edən məhkəmə kollegiyası daha sonra qeyd edir ki, sonuncu hələ ibtidai araşdırma zamanı mülki iddia ərizəsini istintaq orqanına təqdim edərək ona vurulmuş maddi ziyana görə 100.000 manat, mənəvi zərərə görə isə 50.000 manat məbləğində pulun təqsirləndirilən şəxslərdən tutularaq onun xeyrinə ödən ilməsini xahiş etmiş və ibtidai araşdırma orqanının 7 mart 2023-cü il tarixli qərarı ilə o, iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Həmin iddia ərizəsinə isə o, naməlum məqsədlər üçün "xxxx" ASC-dən əldə etdiyi pul kreditinin ödənilməsinə dair cədvəllər təqdim etmiş, lakin həmin cədvəllərdən bu kreditin məhz özünə avtomaşın almaq məqsədilə götürülməsi görünmür. Bununla yanaşı, Zərərçəkmiş şəxs mülki iddia ərizəsini təqdim edərkən dövlət rüsumunu ödəməmiş və işə birinci instansiya məhkəməsində baxılarkən bu hal müəyyən edildiyindən onun mülki iddiası baxılmamış saxlanılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs dövlət rüsumunu ödəməsi barədə qəbzi apellyasiya instansiyası məhkəməsinə təqdim etsə də, həmin məhkəmə də iddia ərizəsində göstərilən məbləğlərdə pulun cinayət məsuliyyətindən azad e dilmiş şəxslərdən tutularaq mülki iddiaçının xeyrinə tutulması üçün əsaslar görməmiş və bu zaman həm qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl etmiş, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə alaraq digər məsələlərlə yanaşı həmçinin mülki iddianın baxılmamış saxlanılması hissəsində də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması haqqında qanuni və əsaslı qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə də razılaşan kassasiya kollegiyası zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təhlil edilən məsələ ilə bağlı kassasiya şikayətinin dəlillərinə və həmin dəlillər üzərində qurulmuş tələbə cavab olaraq ilk növbədə qeyd edir ki, CPM-in 419-cu maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkum olunmuş şəxsin vəziyyətinin ağırlaşdırılması, o cümlədən onun əməlinin təqsirli bilindiyi maddədən daha ağır maddəyə tövsif edilməsi, törətdiyi əməl nəticəsində vurduğu ziyanın həcminin artırılması, aşağı instansiya məhkəmələri tərəfindən ittihamdan xaric edilmiş epizodların bərpa edilməsi, habelə təmin edilmiş mülki iddianın məbləğinin artırılması barədə qərar qəbul səlahiyyətinə malik deyil və bu kimi halları müəyyən etdikdə həmin məhkəmə apellyasiya instansiyası məhkəməsinin hökmünü və ya digər yekun qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edir. İşin müəyyən edilmiş faktiki hallarından və iş üzrə toplanmış və araşdırılmış sübutlardan çıxış edərək məhkəmə kollegi yası daha sonra təkrarən qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum1 və Məhkum2 onların törətdikləri əməllər nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs mülki iddia ərizəsində göstərilən məbləğdə deyil, 21.955 manat məbləğində maddi zərər vurulmasına görə ittiham irəli sürülmüş və iş materiallarına əlavə edilmiş qəbzə əsasən həmin zərər Məhkum1 tərəfindən tam ödənilmişdir. Bu məbləğin işin hallarına uyğun olmaması barədə Zərərçəkmiş şəxs dəlillərinə artıq yuxarıda təsvir edilmiş təhlilə əsasən cavab vermiş məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etm ək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. CPM-in 89.1-ci maddəsinin tələbindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-in 179.1-ci maddəsinin tələblərinə görə, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə və mənasına, habelə mülkiyyət əleyhinə olan cinayətlərin xüsusiyyətlərinə görə, şəxs hər hansı məbləğdə ziyan vurmaqla bu və y a digər talama, yaxud da özgə əmlakını qəsdən zədələmə və ya məhv etmə cinayətini törətdikdə, vurulmuş ziyanı isə bu və ya digər şəkildə ödəmədikdə və ya aradan qaldırmadıqda, belə şəxs cinayət məsuliyyəti ilə yanaşı həmçinin vurduğu ziyan həcmində maddi məsuliyyətə cəlb edilə bilər və bu məsələ zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməklə, məhkəmə tərəfindən isə həmin iddiaya baxılaraq müvafiq qərar qəbul edilməklə həll olunur. Vurulmuş maddi ziyanın ödənilməsi barədə mülki iddia ərizələrində həmin ziyandan artıq məbləğdə pul vəsaitinin təqsirkardan tutulması barədə tələb irəli sürüldükdə məhkəmə belə tələbi tam həcmdə təmin edərək sonuncunun vurduğu ziyanın məbləğindən artıq məbləğdə vəsaitin ondan tutulması barədə qərar qəbul etmək hüququna malik deyil. Kassasiya müraciətində Məhk um1 və Məhkum2 qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə tələbə dair mülki iddianın təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında irəli sürülmüş dəlillərə cavab olaraq məhkəmə kollegiyası daha sonra qeyd edir ki, CPM-in 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-in 398.1.1-398.1.4-cü maddələrində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılm ış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş CPM-in tətbiqi ilə bağlı yaranmış məhkəmə təcrübəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi hər hansı qərarında birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından verilmiş apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərini şərh etməklə həmin dəlillərin iş materialları ilə toplanmış obyektiv, qərəzsiz, tam və hərtərəfli araşdırılmış sübutlarla təkzib, yaxud da təsdiq edilməsini göstərməli və əsaslandırmalıdır. Bu zaman, məhkəmə tərəfindən CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mö təbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza tədbirinin seçilməsi, həm də iş üzrə verilmiş mülki iddianın, maddi sübutların həlli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara CPM-in 143-146-cı maddəsinin tələblərinə uyğun o laraq qiymət verilməli və bu qiymətləndirmədən asılı olaraq çıxarılmış hökm və ya qəbul edilmiş qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq müqavilələrin müddəalarına, mülki, mülki-prosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Belə nəticə həmçinin cinayət mühakimə icraatının aparılması zamanı qanunçuluq prinsipinə əməl edilməsi tələbi təsbit edilmiş və yuxarıda istinad olunan CPM-in 10.1-ci maddəsinin müddəalarından da irəli gəlir. Həmin maddəyə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikası nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Bu prinsipə uyğun olaraq, cinayət-prosessual qanunvericiliyinin normaları ilə tənzimlənməyən məsələlər Konstitusiyanın, beynəlxalq müqavilələrin, digər qanunların tələbələrinə əsasən həll edilməlidir. Təsadüfi deyil ki, CPM-in 179.2-ci maddəsində də müəyyən edilmişdir ki, mülkiprosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyinin normalarının tətbiqinə yol verilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinin dəlillərinə cavab vermə məsələsinə məhz belə kontekstdən yanaşmaq və işin müəyyən edilmiş halları ilə yanaşı Cinayət-Prosessual, Mülki-Prosessual Məcəllələrinin və digər qanunvericilik aktlarının tələblərinə əsaslanmaq lazımdır. Göstərilən tələblərlə bağlı əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Məhkum1 və Məhkum2 törətdikləri əməllər nəticəsində və ya bu əməllərlə əlaqədar olaraq Zərərçəkmiş şəxs 21.955 manat deyil, 100.000 manat məbləğində maddi ziyan vurulması toplanmış və araşdırılmış sübutlarla bir mənalı olaraq təkzib edilir, bu halı təsdiq edən sübutları isə sonuncu həm ibtidai araşdırma orqanına, həm də məhkəmələrə təqdim etməmiş, törədilmiş cinayətin bu haqda nəticəsi isə həmçinin təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda da əksini tapmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs törəd ilmiş cinayət nəticəsində ona mənəvi zərərin də vurulmasını bildirsə də, bunu təsdiq edən inandırıcı sübutları ibtidai araşdırma orqanına və məhkəmələrə təqdim etməmişdir. Halbuki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Məhkəmə kollegiyası vurğulayır ki, hər hansı maddi tərkibli cinayətlərin (CM-in 186cı maddəsində nəzərdə tutulmuş cinayətdə belə cinayətlərə aiddir) törədilməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərərin ödənilməsinə dair işlər üzrə verilmiş mülki iddiaların düzgün həlli üçün ilk növbədə belə cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın düzgün, toplanmış və məhkəm ə iclasında araşdırılmış sübutlara əsasən müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki CPM-in 139.0.6-cı maddəsinin müddəalarına görə də, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar sübutlara əsasən müəyyən edilir. Əvvəla bu maddədə cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin tələbi dedikdə, başqa tələblərlə yanaşı həmçinin zərərçəkmiş şəxsin mülki iddia üzrə irəli sürdüyü tələb də başa düşülür. Yəni, bu normada da mülki iddia üzrə tələbə dair sübutların tədqiq edilməsi və bundan sonra onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməsi mütləq şərt kimi nəzərdə tutulur. Qanunvericiliyin bu normalar ının mənasına görə, zərərçəkmiş öz mülkiyyətindən məhrum olunduqda, yaxud da ona maddi və ya mənəvi zərər vurulduqda, o, öz əmlakını, onun əvəzini və ya ona vurulmuş digər zərəri tələb etmək hüququna malikdir və bu hüquq digər vasitələrlə yanaşı mülki iddia verməklə həyata keçirilə bilər. Məhkəmənin isə vəzifəsidir ki, belə iddia verildikdə tədqiq etdiyi sübutlara əsasən onun düzgün həll edilməsi barədə əsaslandırılmış qərar qəbul etsin. Belə təfsir həmçinin, CPM-in 179-cu və digər maddələrinin tələblərindən irəli gəlir. Belə ki, CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 179.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-in 181.1.1-181.1.2-ci maddələrinin tələblərindən görünür ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; - ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-in 181.2.1-181.2.4-cü maddələrində müəyyən edilmişdir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; - itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; - itirilmiş gəlirin ödənilməsini; - mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərərçəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. CPM-in 354.1.1-354.1.3-cü maddələrinin tələblərinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olara q aşağıdakı qərarlardan biri əks etdirilir: - iddianın tam və ya qismən təmin edilməsi; - iddianın rədd edilməsi; - iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəf lər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu digər Qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim süb utları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilən hüquq normasına geniş şərh verərək ölmüş zərərçəkmiş şəxsin ona vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ ilə bağlı nəticəyə gəlmişdir ki, - Mülki Məcəllənin 23- cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəm ə tərəfindən həll edilməlidir; - məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu öz nəticəsini və hüquqi mövqeyini mülki qanunvericiliyinin tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə - Avropa Məhkəməsi) presedent hüququna istinad etməklə də əsaslandırmışdır. Göstərilən qərarda qeyd olunmuşdur ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (“Luluyev və digərləri Rusiyaya qarşı” iş üzrə 2006-cı il 9 noyabr tarixli, “Pelipenko Rusiyaya qarşı iş üzrə” 2014cü il 16 yanvar tarixli, “Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə” 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə” 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarında isə Məhkəmə qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarında “mənəvi zərər” anlayışına, belə zərərin ödənilməsinin tələb olunması hüququna, mənəvi zərərin ödənilməsi ilə bağlı işlərə baxılması qaydasına və digər məsələlərə dair geniş izah və tövsiyələr verilmiş, o cümlədən həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə görə isə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu za man mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq g östərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 6 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Avropa Məhkəməsi bir çox Qərarlar ında dəfələrlə, o cümlədən “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli Qərarında növbəti dəfə xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 67-ci bəndində məhkəmələrə hökm çıxarılarkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etmələri tövsiyə edilmişdir. Qərarın 68-ci bəndində izah olunmuşdur ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessu al hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin Qərarın 71 və 72-ci bəndlərində isə qeyd olunmuşdur ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsi nə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi me yarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından ar tıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz Qərarlarında ifadə etdikləri hüquqi mövqelərindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarı yoxlayıb t əhlil edərək belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr Zərərçəkmiş şəxs mülki iddiasını baxılmamış saxlamaqla düzgün nəticəyə gəlmiş, bu iddianın təmin edilməsi üçün isə sonuncu tərəfindən təqdim olunmuş sübutlar müsbət nəticəyə gəlmək üçün kifayət etməmiş, eyni zamanda belə qərarların qəbul edilməsi ilə sonuncu mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu itirməmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirən CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilmədiyindən Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlilləri əsassız dəlillər kimi qiymətləndirilməli və bu baxımdan bu müraciət təmin ol unmamalıdır. Bütün təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları ilə müqayisəli şəkildə təhlil edərək və Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməməsi haqda barəsində cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum1, onun müdafiəçisi A.M.Həsənovun və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum1 CM-in 32.5, 186.2.2-ci maddəsi ilə və Məhkum2 CM-in 186.2.2-ci maddəsi ilə təqsirləndirilmələri haqqında cinayət işi üzrə cinayət təqibinə CPMin 39.1.3-cü maddəsinə əsasən, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsinə və onların c inayət məsuliyyətindən azad edilmələrinə dair həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 186.2.2-ci maddəsi ilə və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilmələri haqqında cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsinə və onların cinayət məsuliyyətindən azad edilmələrinə dair həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1856/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1856/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver