Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1858/2022 08.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-216/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarından məhkumlar X5 və Məhkum 1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum X5 31 avqust 1980-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamışdır.
1. Məhkum1 04 avqust 1966-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamışdır. 2. 27 may 2021-ci il tarixli ittiham aktına görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair i ttiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 İran İslam Respublikasının (bundan sonra – “İİR”) vətəndaşı “Maqa” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə İİR-dən Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitələri və psixotrop maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlmişlər. Aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 10 avqust 2020-ci il tarixdə, saat 16-17 radələrində özünə məxsus “Opel Astra” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhərinə getmiş, Bərdə şəhərində tanışları Məhkum3 və X6 ilə görüşüb sonunculara İrandan “Maqa” adlı tanışının Beyləqan rayonunun ərazisinə qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə göndərəcəyi və həmin narkotik vasitəni Beyləqan rayonu ərazisinə qoyacağı barədə məlumat vermişdir. Bundan sonra Məhkum1, Məhkum3 və Fərhad Əliyev həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq Beyləqan rayonunda əldə edib məlum olmayan yerə daşımaları barədə razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında, həmin gün saat 19 radələrində Fərhad Əliyevin idarə etdiyi “Opel Sentra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Bərdə rayonundan Beyləqan rayonu, Daşburun dairəsinin yaxınlığına gəlmişlər. Məhkum1, Fərhad Əliyev və Məhkum3 sonuncunun tanışı - cinayətkar qrupun digər üzvü Beyləqan rayonu, İ-ci Şahsevən kənd sakini Məhkum2 ilə Daşburun dairəsinin yaxınlığında yerləşən çayxanada görüşmüş, həmin vaxt İranlı “Maqa” adlı şəxs telefon vasitəsi ilə Məhkum1 içərisində narkotik vasitə olan bağlamanın Beyləqan rayonu, 2-ci Aşıqlı kəndinə gedən yolun kənarındakı üzərində inək şəkili olan yol nişanının yanına qoyulması və oradan götürməsini bildirmiş, Məhkum1 da bu barədə cinayətkar qrupun digər üzvləri - Məhkum3, Fərhad Əliyevə və Məhkum2 məlumat vermişdir. Bundan sonra aralarında olan cinayətkar razılaşmaya əsasən, Məhkum1 Məhkum2 idarə etdiyi VAZ 2105 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndinə gedərək şəxsiyyəti məlum olmayan “Maqa” adlı şəxsin göndərdiyi və yolun kənarındakı üzərində inək şəkili olan yol nişanının yanına qoyulmuş beş ədəd torbada qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkisi- 1055 qram, 1390 qram, 520 qram, 1420 qram, 1110 qram, ümumi təmiz çəkisi- 5495 qram külli miqdarda narkotik vasitə olan tiryək, 130,362 qram külli miqdarda narkotik vasitə olan heroin və 12,811 qram külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə edib Məhkum2 məxsus avtomobildə saxlamaqla daşıyıb Ağacabədi rayonu istiqamətində asfalt yolunun kənarında “Görüş” mağazasının yanında onları gözləyən cinayətkar qrupun digər üzvləri - Məhkum3 və Fərhad Əliyevin yanına apararkən Beyləqan rayonu, 2-ci Aşıqlı kəndindən asfalt yola çıxan hissədə 10 avqust 2020-ci il tarixdə, saat 22 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum2 idarə etdiyi avtomobil saxlanılmış, onlardan sarı rəngli bağlamanın içərisində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İİR-dən Beyləqan rayonu ərazisinə satış məqsədilə keçirilmiş və qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıdıqları təmiz çəkisi 5495 qram külli miqdarda narkotik vasitə olan tiryək, 130,362 qram külli miqdarda narkotik vasitə olan heroin və 12,811 qram külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. 4. 16 iyun 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X5 və Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-423/2021 nömrə li, 11 noyabr 2021-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 14 avqust 2020-ci il tarixdən hesablanması; Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi və ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə a zadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzalasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 10 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Məhkum2 və Məhkum3 da təqsirli bilinərək məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxslər Məhkum1 və onun müdafiəçisi Müdafiəçi5, X5 və onun müdafiəçisi Müdafiəçi4, Məhkum3 müdafiəçisi Müdafiəçi10 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
8. Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-216/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X5 və müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və Məhkum3 müdafiəçisi Müdafiəçi10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 1(099)-423/2021 nömrəli hökmü təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 1(099)-423/2021 nömrəli hökmü ilə Məhkum1 Azərba ycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 9 (doqquz) il 6 (altı) ay azadlıqdan mərhum etmə cəzasının müddəti 9 (doqquz) il müddətinə endirilmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum X5 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etiraz lar
10. Kassasiya şikayətlərində cinayət əməllərinin tövsifi, eləcə də təyin edilmiş cəzanın ağırlığı mübahisələndirilir.
11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və y a apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkumlar X5 və Məhkum1 kassasiya şikayətlərində əməllərinin səhv tövsif edildiyini, həmçinin onlara təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişlər.
17. Odur ki, məhkəmə kollegiyası məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımı ndan səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-216/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamət lərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin fakti ki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
22. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla, məhkəmə kollegiyası məhkumlar X1 və Məhkum1 əməllərinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
23. Belə ki, X1 və Məhkum1 törətdiyi əməllərinin əsassız olaraq birinci məhkuma münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü və ikinci məhkuma münasibətdə Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmasının mübahisələndirilməsi üzrə onlar tərəfindən hazırki kassasiya şikayətlərində irəli sürdüyü eyni dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən onların apellyasiya şikayətlərinə baxılarkən yoxlanılmış, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin baxılmış sübutların məcmusu və onlara əsasən müəyyən edilmiş işin həqiqi halla rı ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə hazırda mübahisələndirilən qərarında cinayət işi üzrə toplanmış sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinin tələblərinə əməl edərək X1 və Məhkum1 Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməllərini törətmələri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, X1 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü və Məhkum1 əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişlər.
24. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, X1 və Məhkum1 Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinmələrini istisna edə n halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
25. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs X3 və Məhkum1 cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini də müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşar və qeyd edir ki, məhkəmələrin bu hissədə qəbul etdiyi qərarı maddi cinayət-hüquqi normalarına uyğundur. Məhkəmələr X3 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını, Məhkum1 münasibətdə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin əvvəllər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini, 2-ci dərəcə əlil olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini, əvvəllər məhkum edilməməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də hər ikisinə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə ko llegiyası məhkumlar barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim edilməsi və müvafiq surətdə müdafiəsini qurması üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkə məsi haqlı olaraq həmin hökmü Məhkum1 təyin edilmiş cəza hissəsində dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum X5 və Məhkum1 tərəfindən ayrı ayrılıqda verilən kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-216/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 4 19.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum X5 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilən kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-216/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.